"Azərbaycan və Türkiyə bir- biri üçün lazım olan nə varsa etməyə hazırdır”.
Bunu
Moderator.az-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib. Ekspertin sözlərinə
görə, hazırda Türkiyə Azərbaycan ordusunun inkişafı və modernləşdirilməsi
prosesinə yaxından dəstək verir:
“Hər
iki dövlət 4 günlük müharibənin nəticələri və bundan sonrakı addımlar barədə
geniş müzakirələr aparılıb. Azərbaycan yaxşı bilir ki, Ermənistan sakit
durmayacaq. Sülh danışıqlarında özünü konstruktiv aparmayacaq. Ona görə də ölkəmiz
ordumuzu gücləndirməkdə davam edir. Ordunun texniki təchizatını və döyüş
qabiliyyətini yüksəltmək üçün bütün imkanlardan istifadə edir. Bu məsələdə Türkiyə
ilə əlaqələr çox böyük rol oynayıb. Ankara ordumuzun müxtəlif növ silahlarla təchiz
edilməsində və yüksək peşəkar hərbiçiləri vasitəsilə ordumuzun döyüş qabiliyyətinin
yüksəldilməsinə yaxından köməklik göstərir. Ölkəmizdə xüsusi təyinatlıların
hazılanmasında türk zabitlərin xidmətləri danılmazdı. Türkiyənin təcrübəsini
öyrənirik. Onlar bizə lazımı dəstəyi verir. Ölkəmiuzdə peşəkar hərbiçilər
yetişdirirlər. Son döyüş əməliyyatlarında xüsusi təyinatlılarımız müharibənin mərkəzində
olublar. Ordunun kəşfiyyat işinin yenidən
qurulması mühüm əhəmiyyət daşıyır. Həmin sahədə də qardaş ölkə təcrübəsindən
öyrənilməli məsələlər çoxdur. 4 günlük müharibə göstərdi ki, ordumuzun kəşfiyyat
xidməti yüksək peşəkarlığa malikdir. Çox cəsur və intellektual həbiçilərimiz
yetişib. Onlar istənilən anda lazımı döyüş tapşırığını yerinə yetirə bilirlər. Bir
sözlə, Türkiyə və Azərbaycan əməkdaşlığı müsbət səmərə verir".
Ekepertin
sözlərinə görə, Türkiyə ilə Azərbaycan arasındakı ən yaxşı əməkdaşlıq Müdafiə Sənayesi
Nazirliyi sahəsindədir:
"Ankaranın
dəstəyi sayəsində ölkəmiz xeyli silah istehsal edib. Bundan sonra daha yeni
silahların istehsalı gözlənilir. Bu işdə qardaş ölkənin texniki dəstəyi olub. Bundan
sonra da olacaq. Türkiyə inkişaf etmiş sənaye ölkəsidir. Birgə əməkdaşlıq nəticəsində
Azərbaycan özünün müdafiə sənayesini qurub".
Seymur
Əliyev