Bir neçə gündür ki, ermənilərin mülki obyekt və şəxsləri hədəf alması, döyüşlərdə qadağan edilmiş silah-sursatdan istifadə etməsi ilə ilə bağlı Müdafiə Nazirliyi tərəfindən narahatedici bəyanatlar səslənməkdədir. Maraqlıdır, erməni vəhşilyinin dünyaya daha yaxından tanıdılması məqsədi ilə təmas xəttində xarici KİV-lərin fəaliyyətinə şərait yaradılmalıdırmı?
Bununla bağlı
Moderator.az-a açıqlama verən fəaliyyətini dayandırmış “Ayna”-“Zerkalo” qəzetlərinin
baş redaktoru Elçin Şıxlı belə bir fəaliyyətə ehtiyac olduğunu təsdiqləsə də,
bunun tətbiqinin o qədər də asan olmadığını vurğuladı:
“Təbii ki, ermənilərin
törətdiyi vəhşilikləri dünyaya tanıtmaq üçün xarici KİV-lərin cəbhə xəttində fəaliyyətinə
ehtiyac var. Lakin bunun üçün biz gərək qabaqcadan hazırlıq görərdik, bu
istiqamətdə lazımi iş aparardıq. Hazırda təmas xəttində baş verənləri beynəlxalq
ictimaiyyətə çatdırmaq üçün ya xarici KİV-lərin bu ərazilərdə fəaliyyəti təmn
edilməlidir, ya da gərək yerli KİV-lər baş verənləri lentə alıb, xarici dilə tərcümə
edib dünyaya yaysın.
Qeyd etdiyim kimi, təmas
xəttində xarici KİV-lərin fəaliyyətini təmin etmək olar. Biz onları baş verənləri
işıqlandırmaq üçün Azərbaycana, cəbhə xəttinə dəvət edə bilərik. Lakin onların
gəlib-gəlməyəcəyi, bu çağırışa cavab verib-verməyəcəyi məlum deyil. Çünki biz
onların çoxunu ölkəmizdən qovmuşuq”.
Seymur Əliyev