30 aprel, 2009-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş terror hadisəsindən yeddi il ötür. Hadisə baş verəndən sonra bir qrup gənc 30 aprel tarixinin tələbə həmrəylik günü kimi qeyd edilməsi üçün təşəbbüs qaldırmışdı. Düzdür, həmin təşəbbüs müsbət nəticələnmədi, ancaq həmin gənclər indi də o fikirdədilər ki, 30 aprel tarixi terrora yox, tələbə həmrəylik günü kimi qeyd olunmalı idi.
Moderator.az keçmiş təhsil
naziri Firudin Cəlilovdan bir qrup gəncin qaldırdığı bu təşəbbüsə münasibət öyrənib.
F.Cəlilov bildirib ki, Azərbaycan
Dövlət Neft Akademiyasında baş vermiş terror hadisəsinin tələbə həmrəyliyi ilə
heç bir əlaqəsi yoxdur:
“ADNA-da baş verən terror
olayı 7 il öncə baş verib. Bunun tələbə həmrəyliyi ilə əlaqəsi yoxdu. Bu terror
hadisəsidir. Əgər tələbə hərəkatına və ya bir tələbə tədbirinə qarşı olsaydı,
bu günü TƏLƏBƏ HƏMRƏYLİYİ GÜNÜ kimi qeyd oluna bilərdi, o vaxt terrora qarşı tələbə
hərəkatını, tələbə etirazını da keçirməyə imkan vermədilər. Əslində bu terror "5-ci kolon"un ölkədə narazılıq, çaxnaşma yaratmaq istəyi idi. Lakin hakimiyyət
bunu geniş işıqlandırmaq əvəzinə ört-basdır etdi, bu da hakimiyyətdə olan 5-cilərin
işi idi. Bu baxımdan, həmin olayın tələbə hərəkatına dəxli yoxdur, yəni tələbələrin
terrora etiraz hərəkatı yaranmadı”.
Rumiyyə