Sarkisyanın "atom bombası" -Ermənistan bizi kütləvi qırğın silahı ilə hədələyir
Читать: 6634
01 May 2016 | 09:27
Sarkisyanın
Dünya ictimaiyyəti, Avropa paytaxtları və Vaşinqton Ermənistanın keçmiş baş naziri, indiki deputatı Qrant Baqratyanın Azərbaycanı atom bombası ilə hədələyən səs-küylü bəyanatını görməməzliyə vurdu.

Xəbər verildiyi kimi indiki erməni siyasi elitasının nümayəndəsi jurnalistlər qarşısında bəyan etdi ki, Ermənistanın atom bombası əldə etmək imkanı var. Ardınca isə o, sözlərinə bir qədər düzəliş edib belə dedi: “Ermənistanın atom silahı var”.

Həmin Baqratyan bundan əvvəl demişdi ki, Ermənistan Dağlıq Qarabağın təhlükəsizliyini ancaq atom silahı ilə təmin edə bilər və ləngimədən bu silahı əldə etmək üçün işə başlamalıdır. Ermənistanın keçmiş baş nazirinin bu bəyanatları təmas xəttində döyüşlərin getdiyi bir vaxtda səslənir. 

Hansı ki, aprelin əvvəllərində başlayan döyüşlərdə Ermənistan ordusu Qarabağda ağır zərbə alıb və hakimiyyətdən bu döyüşlərdə verilmiş çoxsaylı itkilərin hesabını soruşanlardan biri də məhz keçmiş baş nazir idi. Ötən həftə o, parlamentdə çıxış edərək 4 günlük müharibədə verilmiş çoxsaylı itkilərə görə müdafiə naziri Seyran Ohanyanı izahat verməyə çağırmışdı.

Ola bilsin ki, indi Ermənistanın atom silahına malik olması barədə Qrant Baqratyanın verdiyi bəyanat bu itkiləri həzm edə bilməyən erməni cəmiyyətində ruh yüksəkliyi yaratmağa hesablanmış blefdir. Lakin Baqratyan Azərbaycanı kütləvi qırğın silahı ilə qorxutmağa çalışan ilk erməni deyil. 

Ondan əvvəl erməni hərbi elitasının nüfuzlu nümayəndəsi, hakim elita ilə kifayət qədər sıx münasibətlərə malik olan general, Azərbaycan ərazilərinin işğalında bilavasitə iştirak etmiş Arkadi Ter-Tadevosyan açıq şəkildə demişdi ki, Ermənistan azərbaycanlı əhaliyə qarşı “çirkli bomba” tətbiq etməyə hazırdır.


“Çirkli bomba” nə deməkdir? Bu, dağıdıcı elementi radioaktiv materialların şüalanmasından ibarət olan kütləvi qırğın silahıdır. Silahı hazırlamaq üçün hər cür radioaktiv materiallardan istifadə oluna bilər. “Çirkli bomba”nın nüvə silahından əsas fərqi odur ki, onu hazırlamaq üçün yüksək faizli zənginləşdirilmiş urana malik olmağa ehtiyac yoxdur.  

Bu silahı əldə etməyə çalışanlar beynəlxalq terrorçu şəbəkələrdir. “Əl-Qaidə”, İŞİD kimi terror təşkilatlarının “çirkli bomba” əldə etmək cəhdləri barədə çoxsaylı faktlar mövcuddur. Hazırda terrorçuların “çirkli bomba” əldə etməsinə imkan verməmək Qərb dövlətlərinin kəşfiyyatlarının əsas vəzifələrindən biridir. Və beynəlxalq birliyin terrorçuların “çirkli bomba” əldə etməsinə imkan verməməyə çalışdığı bir vaxtda Ermənistan hərbi-siyasi elitası açıq-aşkar bəyan edir ki, əllərində Azərbaycana qarşı tətbiq etməyə hazırlaşdıqları “çirkli bomba”, yaxud atom silahı var.

General Ter-Tadevosyanın, ardınca keçmiş baş nazir Baqratyanın dediklərini bəlkə də boşboğazlıq kimi qiymətləndirmək olardı. Ancaq bu bəyanatlar Gürcüstan xüsusi xidmət orqanlarının cəmi bir neçə gün əvvəl keçirdiyi səs-küylü əməliyyat fonunda səsləndi. Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi məlumatına əsasən 200 milyon dollara uran (U238) əldə etməyə cəhd edərkən iki Ermənistan vətəndaşı yaxalanıb.

Diqqət yetirin, söhbət hansı pullardan gedir. Heç kimin şübhəsi yoxdur ki, adi cinayətkar qruplaşmalarda radioaktiv elementlər əldə etmək üçün 200 milyon dollar tapılmaz. Deməli həmin iki erməninin arxasında Ermənistan dövlətinin, hakimiyyət dairələrinin dayandığına dair ciddi şübhələr var.


Özü də bu, Ermənistan vətəndaşlarının radioaktiv elementlər əldə etməyə yönəlmiş birinci cəhdi deyil. Hələ 2003-cü ildə Ermənistan vətəndaşı Qarik Dadayan Novosibirskdə 200 qram yüksək faizli zənginləşdirilmiş uranı satmağa cəhd edib. 2009-cu ilin avqustunda Ermənistan-Gürcüstan sərhədində  gürcü xüsusi xidmət əməkdaşları 3 Ermənistan vətəndaşının olduğu avtomobildə sezium-137 radioaktiv maddəsinin (bu maddə “çirkli bomba” hazırlanmasında istifadə olunur) izlərini aşkar ediblər.

Elə həmin il Ermənistan vətəndaşları Qrant Ohanyan və Smbat Tonoyan yenə də sərhəddə nüvə bombasının hazırlanmasında istifadə olunan yüksək faizli zənginləşdirilmiş uranla yaxalanıblar. 2010-cu ildə daha iki Ermənistan vətəndaşı uranla yaxalanıb. 2011-ci ildə 4 Ermənistan vətəndaşı radioaktiv nuklidi satmağa cəhd edib. Siyahını uzatmaq da olar...

Beləliklə, ortaya hansı mənzərə çıxır? Ardı-arası kəsilmədən nüvə materialları əldə edib Ermənistana daşımağa cəhd edən ermənilərin adı keçən dəhşətverici bu kriminal xronikaya, erməni hərbi-siyasi elitasının ən azı iki nümayəndəsinin bəyanatlarına  əsasən belə qənaət formalaşır ki, Ermənistan “çirkli bomba”nı beynəlxalq terrorçu şəbəkələrdən daha tez əldə edib, yaxud buna çalışır.

Ermənistanda köhnəlmiş Metsamor AES-də istifadə edilmiş nüvə yanacağının tullantılarının da həmin “çirkli bomba”nın hazırlanması üçün istifadəsi mümkündür. Hansı ki, Ermənistan istismar müddətini çoxdan başa vurmuş bu AES-i bağlamaq barədə beynəlxalq təşkilatların çağırışlarından israrla imtina edir.


Bəs Ermənistanın doğrudan da atom silahına, yaxud “çirkli bomba”ya malik olub-olmadığını kim yoxlamalıdır? Azərbaycan ərazilərini işğal edən, dünyanın ən militarist dövlətlərindən biri olan Ermənistanın bu cür kütləvi qırğın silahı əldə etmək cəhdlərinə kim nəzarət etməlidir?

Bu, ilk növbədə BMT-nin kütləvi qırğın silahlarının yayılmamasına nəzarət edən hökumətlərarası orqanı olan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin vəzifəsidir. Ermənistan BMT-nin üzvüdür, nüvə silahlarının yayılmamasına qarşı müqaviləni imzalayanlardan biridir. Ancaq indi bu ölkənin generalları və deputatları açıq şəkildə deyir ki, Ermənistan Azərbaycana qarşı tətbiq etmək üçün radioaktiv silah əldə etməyə çalışır.

O zaman Ermənistan rejimi ilə Şimali Koreya rejimi arasında fərq nədədir? Axı onların hər ikisi kütləvi qırğın silahını qonşularına qarşı tətbiq edəcəyi ilə hədələyir. Fərq bundadır ki, Şimali Koreya nüvə silahı əldə etməyə yönəlmiş siyasəti nəticəsində (bu siyasət artıq nəticə verib, Kim Çen Inın məhdud sayda da olsa atom bombası var) uzun illərdir amansız sanksiyalarla üzləşib. ABŞ başda olmaqla Qərb dövlətləri Şimali Koreyanı blokadaya  alıb və nüvə silahına əl atarsa onu məhv etməyə hazırdır.


Yaxud nüvə silahı əldə etməyə çalışdığını heç vaxt Ermənistan kimi açıq dilə gətirməyən, nüvə texnologiyasından ancaq dinc məqsədlərlə yararlanmağa çalışdığını dünyaya sübut etməyə çalışan İran sərt sanksiyaların təsiri altında illərdir əzilirdi və az qala ABŞ-la İsrailin hərbi müdaxiləsinə məruz qalacaqdı. İranda bir dəfə də olsun nə siyasətçilər, nə generallar nüvə silahı əldə edib onu ABŞ-a, yaxud İsrailə qarşı çevirəcəkləri ilə hədələməyiblər. 

“İsrailin yer üzündən silinməsi” barədə İrandan verilən radikal bəyanatlarda da heç vaxt nüvə silahına açıq eyham vurulmayıb. Ancaq Ermənistan kütləvi qırğın silahından istifadə ilə bu dərəcədə açıq danışır və nədənsə beynəlxalq birlikdən heç kim ona reaksiya vermir.

Kim xatırlamır ki, ABŞ və müttəfiqi Böyük Britaniya 2003-cü ildə İraqa hərbi müdaxilə edəndə əsas səbəb kimi Səddam Hüseynin kimyəvi silaha malik olduğunu, üstəlik nüvə silahı əldə etməyə yönəlmiş gizli fəaliyyətini göstərmişdi? 

Ancaq İraqı tar-mar edib Səddamı asandan sonra məlum oldu ki, İraqda heç bir kütləvi qırğın silahı yox imiş. İraqda nüvə silahının heç izi-tozu da yox idi, ancaq Ermənistan açıq deyir ki, onda belə silah var. Yaxud onu əldə etməyə çalışır. Və hamı bu bəyanatları sükutla qarşılayır...

Belə situasiyada Azərbaycan nə etməlidir? Şübhəsiz ki, Ermənistan nümayəndələrinin həmin bəyanatları Azərbaycanın əlinə bu dövlətin işğalçı-terrorçu mahiyyətini dünyaya çatdırmaq üçün diplomatik baxımdan əla fürsət verir. Ona görə də Azərbaycan ləngimədən ilk növbədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə müraciət edib Ermənistanda təcili təftiş aparılmasını tələb etməlidir. 

Bu və ya digər ölkədə nüvə materiallarından necə istifadə edildiyini araşdırıb nəzarətdə saxlamaq məhz həmin Agentliyin vəzifəsidir. Və Azərbaycan Atom Enerjisi üzrə Beynəlxalq Agentliiklə fəal əməkdaşlıq edir.


Əgər Atom Enerjisi üzrə Beynəlxalq Agentlik Ermənistanın  radioaktiv materialların dinc məqsədlərlə istifadəsindən kənara çıxdığını müəyyən edərsə məsələyə BMT Təhlükəsizlik Şurası baxmalıdır. Azərbaycan isə bunu gözləmədən Ermənistan nümayəndələrinin həmin bəyanatlarını əsas götürüb məsələni eyni zamanda BMT müstəvisində qaldırmalı, müzakirəyə çıxarmalıdır. 

Belə görünür ki, Azərbaycan XİN Ermənistanın “çirkli bomba” ilə qonşusunu hədələyən terrorçu dövlət kimi mahiyyətini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün ləngimədən işə başlamalıdır.

Azərbaycan nüvə təhlükəsizliyi sahəsində beynəlxalq birliklə fəal əməkdaşlıq edən ölkədir və aprelin əvvəlində Vaşinqtonda keçirilən 4-cü nüvə təhlükəsizliyi sammitndə də fəal iştirak edib. Ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsinə, ermənilərin bu ərazilərdə apardıqları etnik təmizləmələrə, kütləvi qətliamlara baxmayaraq Azərbaycanda bu ölkəni kütləvi qırğın silahı ilə cəzalandırmaq çağırışlarına heç bir səviyyədə heç vaxt rast gəlinməyib.

Ermənistanda isə neçə vaxtdır ki, “çirkli bomba” ideyası üstüörtülü müzakirə olunurdu, indi bu haqda açıq danışmağa başlayıblar. Deməli Ermənistanın işğalçı dövlət olmaqla yanaşı həm də kütləvi qırğın silahı ilə hədələyən, “çirkli bomba” əldə edib onu tətbiq etməyə çalışan qəddar terror təşkilatlarından fərqi olmayan terrorçu dövlət olduğunu beynəlxalq ictimaiyyətə çatdırmaq Azərbaycan diplomatiyasının əsas vəzifələrindən birinə çevrilir.(musavat.com)
Похожие новости
16:50, Сегодня
Восстановление плодородия засоленных почв в Азербайджане станет важным шагом в рамках COP29
16:47, Сегодня
Президент Азербайджана и канцлер Германии проведут переговоры в Берлине
16:47, Сегодня
Президент Ильхам Алиев совершит рабочий визит в Москву
16:45, Сегодня
СМИ: США могут предоставить Израилю вооружения на более чем 1 млрд долларов
08:52, Сегодня
В Торонто арестовали грабителей, совершивших крупнейшую кражу золота в истории Канады - ФОТО
08:47, Сегодня
В Сальяне столкнулись два автомобиля, есть пострадавшие
08:45, Сегодня
Глава МИД Японии и генсек НАТО договорились продолжать сотрудничество в поддержке Украины
08:41, Сегодня
В Азербайджане продается Коран по фантастической цене - ФОТО
08:40, Сегодня
Jpost: ЦАХАЛ не менял инструкции по общественной безопасности после удара по Ирану
08:32, Сегодня
TikTok начал тестировать конкурентную Instagram платформу
08:28, Сегодня
На ряде улиц и проспектов Баку затруднено движение транспорта
08:15, Сегодня
Принадлежащая российским миротворцам военная техника направляется в Россию - ВИДЕО
08:15, Сегодня
В Японии технологическим компаниям выделят $470 млн для развития ИИ
08:02, Сегодня
В Нидерландах нашли необычный способ борьбы с переизбытком туристов
08:00, Сегодня
Стартовали съемки 4-го сезона "Ведьмака" - ВИДЕО
07:49, Сегодня
Иранские системы ПВО сбили три беспилотника
07:43, Сегодня
Почему педагогов-мужчин становится все меньше? - ЗАЯВЛЕНИЕ + ВИДЕО
07:38, Сегодня
Проблемное село Гобустанского района: Нас здесь осталось всего несколько человек - ВИДЕО
07:37, Сегодня
США не поддержали ответную атаку Израиля на Иран
07:18, Сегодня
В Сумгайыте убили мужа и жену, задержан их 24-летний сын
07:13, Сегодня
Израиль нанес "ограниченный" удар по Ирану
07:00, Сегодня
Мадуро: Нефтяная промышленность Венесуэлы будет развиваться вопреки санкциям США
06:32, Сегодня
Иран приостановил полеты над некоторыми городами
06:31, Сегодня
В Баку изъято большое количество безакцизных сигарет
06:28, Сегодня
Ученые обнаружили остатки самой крупной змеи в истории Земли
06:28, Сегодня
В иранской провинции Исфахан произошел взрыв
06:24, Сегодня
В Баку автомобиль сбил 7-летнюю девочку
06:12, Сегодня
В Индии начался первый этап масштабных парламентских выборов
05:57, Сегодня
Израиль нанес удар по объекту в Иране
05:28, Сегодня
Девочка пообедала в ресторане быстрого питания и получила повреждение мозга - ФОТО
05:15, Сегодня
Определились все полуфиналисты Лиги конференций
04:55, Сегодня
Белый дом опроверг заявление Байдена о съедении его дяди людоедами
04:28, Сегодня
Товарооборот между Казахстаном и Якутией вырос почти в два раза
04:02, Сегодня
В Баку мужчина не пожелал вернуть долг знакомому и убил его: дело направлено в суд
03:31, Сегодня
Вывод российских миротворцев из Карабаха положил начало новой эпохе - ВИДЕО
03:06, Сегодня
МВФ повысил прогноз экономического роста для Узбекистана на 2024 год
02:54, Сегодня
Азербайджанский водитель фуры уже три месяца не может пересечь границу Грузии - ВИДЕО
02:46, Сегодня
Ходжалинский аэропорт переходит под контроль Азербайджана - ВИДЕО
02:39, Сегодня
В Гейгеле произошла авария: есть пострадавшие
02:04, Сегодня
В Баку мужчина нанес своему отцу тяжелую травму
02:02, Сегодня
США заблокировали резолюцию о признании Палестины полноправным членом ООН
01:28, Сегодня
Житель Кельбаджара: Из 113-дневного окружения в Башлыбеле живыми спаслись 29 человек - ВИДЕО
01:17, Сегодня
Заслуженный артист: Я не сплю после смерти сына
01:12, Сегодня
Хроника Западного Азербайджана: Армения вскоре может быть стерта с карты мира - ВИДЕО
00:53, Сегодня
В Агдашском районе повесился 30-летний мужчина
00:47, Сегодня
Глава COP-29 встретился с главой Европейского инвестиционного банка - ФОТО
00:19, Сегодня
25-летний житель Губы повесился на лестнице
00:00, Сегодня
Бывший чиновник намерен вернуть свое имущество стоимостью 43 млн манатов
18 Apr 2024 | 23:59
В Баку мошенник обманул женщину, пожелавшую стать чиновницей
18 Apr 2024 | 23:58
Джон Керри прибыл в посольство Азербайджана в Вашингтоне
18 Apr 2024 | 23:56
Лига конференций: "Фиорентина" обыграла "Викторию Пльзень", "Астон Вилла" обыграла "Лилль" - ВИДЕО
18 Apr 2024 | 23:54
Сегодня пройдет голосование по резолюции о приеме Палестины в ООН
18 Apr 2024 | 23:51
В Иране заблокирован ряд онлайн-магазинов по продаже одежды - ФОТО
18 Apr 2024 | 23:47
МИД Ирана заявил, что ответные шаги Тегерана завершены
18 Apr 2024 | 23:39
Нетаньяху призвал Израиль к единству на фоне "экзистенциальной угрозы"
18 Apr 2024 | 23:23
В Баку у наркокурьера изъяли 5 кг марихуаны и 3 000 таблеток метадона - ВИДЕО
18 Apr 2024 | 23:15
МИД Венесуэлы осудил незаконную санкционную политику США
18 Apr 2024 | 23:09
Протесты в Тбилиси продолжаются-(видео)
18 Apr 2024 | 23:04
Суд ООН проведет слушания по иску Мексики к Эквадору
18 Apr 2024 | 23:01
Исследователь: Через несколько дней после Башлыбельской трагедии две семьи остались в окружении - ВИДЕО
18 Apr 2024 | 22:57
В Абшеронском районе 30-летний мужчина покончил жизнь самосожжением
18 Apr 2024 | 22:47
Азербайджанский боксер стартовал с победы на чемпионате Европы
18 Apr 2024 | 22:41
Житель поселка Бина: Ощущение, будто мы живем в Сомали - ВИДЕО
18 Apr 2024 | 22:34
Глава Сил обороны Кении погиб в авиакатастрофе- (обновлено)
18 Apr 2024 | 22:28
УЕФА оштрафовал "Барселону"
18 Apr 2024 | 22:22
Хуситы атаковали 98 судов после обострения в секторе Газа
18 Apr 2024 | 22:00
Солнце готовит Земле космический шторм в ближайшие дни
18 Apr 2024 | 21:47
У берегов Мексики зафиксировали сильное землетрясение
18 Apr 2024 | 20:53
Власти Украины приговорили Анатолия Карпова к 15-ти годам тюрьмы
18 Apr 2024 | 20:48
Партнеры по НАТО могут поставить Украине шесть систем Patriot
18 Apr 2024 | 20:46
Заседание Совета Украина-НАТО пройдет 19 апреля на уровне министров обороны
18 Apr 2024 | 20:40
Фон дер Ляйен: Отток капитала из ЕС составляет €300 млрд в год
18 Apr 2024 | 20:35
В России хотят усилить войска в Украине бездомными собаками
18 Apr 2024 | 20:25
Макрон: ЕС выступает за введение новых санкций против Ирана и России
18 Apr 2024 | 20:23
Столтенберг ждет, что Украина сама обеспечит себя войсками
18 Apr 2024 | 20:21
В борьбе с тиктокерами полиции следует обратить внимание на пропаганду разврата
18 Apr 2024 | 20:20
Национальный герой Азербайджана перенес инфаркт
18 Apr 2024 | 20:18
Менингит всего за сутки погубил 17-летнюю испанскую спортсменку
18 Apr 2024 | 20:17
Луи Боно находится с визитом в Грузии
18 Apr 2024 | 20:12
Казахстан запретил импорт авиатоплива
18 Apr 2024 | 20:02
Шахин Аббасов зарезал москвича ударом в пах за замечание о парковке
18 Apr 2024 | 20:01
ВОЗ: Более 25 тыс. человек заболели холерой в марте текущего года
18 Apr 2024 | 19:53
Украина блокирует пророссийские TikTok-каналы
18 Apr 2024 | 19:45
Предотвращено покушение на Зеленского
18 Apr 2024 | 19:42
«Карабах» улучшил положение в мировом рейтинге
18 Apr 2024 | 19:41
Генсек ООН призвал не допустить эскалации в Красном море
18 Apr 2024 | 19:37
Индия передумала строить свои корабли в Турции
18 Apr 2024 | 19:34
На севере Турции произошло землетрясение магнитудой 5,6
18 Apr 2024 | 19:29
В Гаджигабуле задержан наркокурьер
18 Apr 2024 | 19:16
При TƏBİB создан Республиканский центр педиатрии, назначен директор
18 Apr 2024 | 19:14
В Баку состоялся показ документального фильма о литовском моряке "Прыжок"
18 Apr 2024 | 19:14
Во Франции совершено нападение с ножом: ранены дети
18 Apr 2024 | 19:10
"Галатасарай" ищет альтернативу Мауро Икарди
18 Apr 2024 | 19:05
Аргентина заявила о намерении стать глобальным партнером НАТО
18 Apr 2024 | 19:04
Российская военная база в Армении подверглась кибератаке
18 Apr 2024 | 19:01
Новая угроза в связи с наводнением в Иране: берегитесь крокодилов! - ВИДЕО
18 Apr 2024 | 18:54
Новый председатель Госкомитета принял посла Турции
18 Apr 2024 | 18:52
Вагит Алекперов возглавил рейтинг богатейших миллиардеров России
18 Apr 2024 | 18:47
МИД Армении: На брюссельской встрече не было секретной повестки
18 Apr 2024 | 18:45
Брат жестоко убитой в Казахстане Салтанат Нукеновой дал эксклюзивное интервью Baku TV - ВИДЕО
ЕЖЕДНЕВНО
18 Apr 2024 | 17:34
Иран пригрозил ударить по ядерным центрам Израиля
18 Apr 2024 | 17:30
Аэропорт Дубая вернется к полноценной работе в течение 24 часов
18 Apr 2024 | 17:29
В Гаджигабуле поезд насмерть сбил женщину
18 Apr 2024 | 17:47
Дело женщины, обвиняемой в убийстве супруга, переквалифицировано
18 Apr 2024 | 17:50
Британия расширила на 13 позиций санкционный список по Ирану
18 Apr 2024 | 17:21
Генпрокурор Азербайджана находится с визитом в Китае
18 Apr 2024 | 17:22
Почему на имущество Рагсаны Исмайыловой наложен арест?
18 Apr 2024 | 17:44
Число заявок на пособие по безработице в США составило 212 тыс.
18 Apr 2024 | 17:39
Оппозиция Грузии объявила «полную мобилизацию» из-за закона об иноагентах
18 Apr 2024 | 17:53
В Астаринском районе арестован автохулиган - ФОТО
ЕЖЕНЕДЕЛЬНО
15 Apr 2024 | 19:28
Во Франции не исключили ядерного удара по Ирану
15 Apr 2024 | 19:34
Минная проблема Азербайджана обсуждена на международном симпозиуме
15 Apr 2024 | 22:10
В Госдепе заявили, что США изучают варианты ужесточения санкций против Ирана
15 Apr 2024 | 20:01
В отношении ресторана, вызвавшего недовольство жителей, приняты меры - ВИДЕО
15 Apr 2024 | 22:03
В Сабунчинском районе устранили антисанитарную обстановку - ОБНОВЛЕНО + ФОТО
15 Apr 2024 | 19:41
Скончалась педагог UNEC - ФОТО
15 Apr 2024 | 19:36
Почему в столичном поселке не вывозят мусор? - ФОТО
15 Apr 2024 | 21:53
В ЦАХАЛ пообещали ответить на атаку Ирана
15 Apr 2024 | 19:32
Tesla сократит более 10% персонала
16 Apr 2024 | 12:28
Продлен срок выплаты надбавок к зарплате медработников, оказывающих услуги пациентам с COVID-19
Ежемесячно
18 Apr 2024 | 17:34
Иран пригрозил ударить по ядерным центрам Израиля
18 Apr 2024 | 17:30
Аэропорт Дубая вернется к полноценной работе в течение 24 часов
18 Apr 2024 | 17:29
В Гаджигабуле поезд насмерть сбил женщину
18 Apr 2024 | 17:47
Дело женщины, обвиняемой в убийстве супруга, переквалифицировано
18 Apr 2024 | 17:50
Британия расширила на 13 позиций санкционный список по Ирану
18 Apr 2024 | 17:21
Генпрокурор Азербайджана находится с визитом в Китае
18 Apr 2024 | 17:22
Почему на имущество Рагсаны Исмайыловой наложен арест?
18 Apr 2024 | 17:44
Число заявок на пособие по безработице в США составило 212 тыс.
18 Apr 2024 | 17:39
Оппозиция Грузии объявила «полную мобилизацию» из-за закона об иноагентах
18 Apr 2024 | 17:53
В Астаринском районе арестован автохулиган - ФОТО
Писатели