“Həyatım boyu ən böyük istəklərimdən biri yoxsullar üçün pulsuz yeməkxananın açılması olub. Əgər azacıq da olsa imkana malik olsam, ilk növbədə bunu həuyata keçirəcəm”.
Bu sözləri Moderator.az-a açıqlamasında Azad İstehlakçılar birliyinin rəhbəri Eyyub Hseynov bildirib. E.Hüseynovun sözlərinə görə, hələ 90-cı illərin əvvəllərində bu istiqamətdə müəyyən addımlar atsa da, yer əldə edə bilmədiyi üçün istəyini reallaşdıra bilməyib:
“Mən 90-cı illərdən bəri belə bir yeməkxananın açılması üzərində çalışmışam. Bu məqsədə çatmağıma az qalmışdı. Lakin bu istəyimi həyata keçirmək üçün lazım olan məkan əldə etməyimə imkan verilmədi. Ancaq belə bir addımın atılmasına çox böyük ehtiyac var.
Varlı insanlar hallığa çatmaq üçün bu cür addımlar atmalıdırlar. Könüllü olaraq bu işə yardım edən adam osla, mən bütün həyatımı bu işə sərf edərəm.
Xaricdən qonaqlarımız gələndə, küçədə azərbaycanlı qadının diləndiyini görəndə dəhşətə gəlirlər. Onlar təəccüblənirlər ki, Azərbaycanda qadın da dilənir? Məgər bu cür varlı ölkədə dilənən var? Istərəm ki, küçələrimizdə bir dənə də olsun dilənçi olmasın”.
Seymur Əliyev