Məlum olduğu kimi, son vaxtlar bəzi yerli istehsal müəssisələri yaranmış iqtisadi durumla əlaqədar olaraq öz fəaliyyətini dayandırmqla bağlı qərar qəbul edib. İqtisadçı ekspertlər isə hesab edir ki, hökumət təcili tədbirlər görməzsə, yaxın gələcəkdə daha bir çox yerli istehsal müəssisəsi öz fəaliyyətini dayandıra bilər.
Maraqlıdır, onsuz da məhdud
olan iş yerlərinin bağlanması, bir çox kollektivlərin işsiz qalması sosial etirazların
meydana gəlməsinə, narazılığın meydan və küçələrə daşınmasına səbəb ola bilərmi?
Moderator.az-a açıqlama verən
“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev belə davam edəcəyi təqdirdə
kütləvi etirazların baş verməsinin mümkün olduğunu vurğuladı:
“Bu cür müəssisələrdə formalaşmış kollektivlər var. Klassik
marksizm dilində danışsaq, fəhlə sinfi var. Hansı ki, onlar hər zaman ictimai
proseslərdə, etirazlarda, inqilablarda əsas rol oynayıb. Bu baxımdan, bu cür
kollektivlərin kütləvi şəkildə işdən azad olması, iş yerini itirməsi öz növbəsində
etirazlara gətirib çıxarda bilir. Biz bunu vaxtiylə görmüşük və gələcəkdə də
görə bilərik.
Payıza doğru hökumət
ciddi addımlar atmazsa vəziyyət daha da gərginləşəcək. Çünki yay mövsümü başa
çatır, infilyasiya, devalvasiya dalğası başlayır və s. Şəxsən mən gələcəklə
bağlı narahatam”.
Seymur Əliyev