“Dərsliklərlə bağlı real səhvlərin olduğunu heç kim inkar etmir”
Читать: 1671
15 Jul 2016 | 10:14
“Dərsliklərlə bağlı real səhvlərin olduğunu heç kim inkar etmir”

Hər il olduğu kimi, bu il də dərsliklərlə bağlı problemlər aktuallığını qoruyub saxlayır. Son olaraq da təhsil naziri Mikayıl Cabbarovla İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə arasında gərginlik yaşanması bu məsələni daha da aktuallaşdırıb. Çünki buradakı mübahisəyə də səbəb sırf dərsliklər və bununla bağlı İmtahan Mərkəzinə verilən kobud cavablarla bağlıdır. Dərsliklərlə bağlı söyləntilərə və iddialara daha dəqiqliyi ilə cavab tapmaq üçün suallarımızı Təhsil Nazirliyinin Təhsil resursları şöbəsinin müdiri Elvin Rüstəmova ünvanladıq.

- Dərsliklərdəki səhvlər hər il müzakirə mövzusu olsa da çıxış yolu tapılmır. Dərsliklərdə bu qədər səhvlərin olması nə ilə bağlıdır?

- Əvvəlcə dərsliklərin necə ərsəyə gəlməsi barədə məlumat vermək istərdim. Dərslik deyəndə biz məktəblərdə istifadə edilən əsas tədris resurslarını nəzərdə tuturuq. Çünki dərsliklər və dərs vəsaitləri çoxdur. Məktəbdə istifadə olunan dərslikdən danışırıqsa, bilməliyik ki, Təhsil Nazirliyi həmin dərslikləri müsabiqə yolu ilə nəşriyyat-poliqrafiya müəssisələrindən satın alır və məktəblərdə şagirdlərin istifadəsinə verir. Bu müsabiqəyə müxtəlif nəşriyyatlar öz müəllif heyəti ilə qoşulur və onlar dərslik hazırlayıb müsabiqəyə təqdim edirlər. Müsabiqədə neçə dərslik təqdim olunursa, onlar müsabiqənin qaydalarına əsasən qiymətləndirilir. Dərsliklərin qiymətləndirilmə prosesi Dərslikləri Qiymətləndirmə Şurası tərəfindən təşkil olunur. Bu qurum elm adamları, metodistlər və yüksək səviyyəli mütəxəssislərdən təşkil olunur. Ən yüksək keyfiyyətə malik dərslik seçilir və bu dərslik onu müsabiqəyə təqdim etmiş təşkilatdan müqavilə ilə satın alınır. Sonra bu dərsliklər qiymətləndirmə zamanı verilən müxtəlif rəylər əsasında təkmilləşdirilir. Biz bu ildən dərslikləri tam məzmunu ilə ilk səhifəsindən sonuncu səhifəsinə kimi sayta qoyuruq ki, bütün ictimaiyyət öz fikrini bildirsin.

Dərslik təkmilləşdirildikdən sonra şagirdlərin sayına uyğun olaraq çap edilir və məktəblilərin istifadəsinə verilir. Dərsliklər məktəblərə verildikdən sonra, yəni sentyabr ayından sonra oradakı səhvlərlə bağlı müzakirələr başlayır. Ancaq dərsliklərlə bağlı sosial şəbəkələrdə, KİV-lərdə səhv kimi qələmə verilən faktlar da əslində həmişə öz təsdiqini tapmır. Məsələn, bir çox hallarda səhvlər kimi qələmə verilən faktlar dərsliklərdə yox, hansısa başqa kitablarda olur. Kimsə əlavə oxu üçün kitab və ya hansısa test kitabçası yazıb satışa çıxarır. Və həmin kitablarda hansısa səhvi görənlər elə bilir ki, bu, dərslikdə olan səhvdir. Məktəblərdə istifadə olunan dərsliklərin titul səhifəsində “Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir” sözləri yazılır və əmrin tarixi, nömrəsi qeyd olunur.
Bir çox hallarda isə dərsliklərdə səhv kimi qələmə verilən faktlar elmi əsası olan, lakin mentalitet baxımından qəbul etmədiyimiz həssas məqamlar olur. Belə hallar olanda biz onu müzakirəyə çıxarırıq. Mütəxəssislər deyir ki, bu doğrudur, amma müəyyən insanlar düşünür ki, bu fakt uşaqlara öyrədilə bilməz. Bəzən isə səhv kimi qəbul edilən məsələni araşdırıb görürük ki, kitabı yazan müəllif onu elmi mənbəyə əsaslanaraq yazıb. Bunu səhv kimi təqdim edənlər isə başqa bir elmi mənbəyə istinadən ona səhv olduğunu deyir. Bu zaman elmi mənbələrin arasında uyğunsuzluqlar, təzadlar olduğunu görürük. Bu baxımdan “səhv” deyilən məsələlərə nisbi mənada yanaşılmalıdır.

Təbii ki, dərsliklərdə real səhvlərin də olduğunu heç kim inkar etmir. Belə səhvləri dərslikləri təkrar çap edəndə düzətdiririk. Bu hallar ən inkişaf etmiş ölkələrin dərsliklərində istisna olunmur.

- Dərsliklərin müəlliflərini nəşriyyat özü təyin edir. Bir sıra təhsil mütəxəssisləri isə bu müəlliflərin əksəriyyətinin təhsil elmətə uyğundur?

- Artıq qeyd etdiyim kimi,indən, pedaqogikadan anlayışlarının olmadığını deyirlər. Bu nə dərəcədə  həqiq Təhsil Nazirliyi dərsliklərin alınması üçün müsabiqə keçirir. Müsabiqədə ən yüksək keyfiyyətə malik dərslik seçilir. Alınan dərslik ən yüksək keyfiyyətli dərslikdirsə, onu yazanların kim olması ikinci dərəcəli məsələyə çevrilir. Lakin sualınıza cavab olaraq, onu bildirim ki, müəlliflər nəşriyyata işə götürülərkən və müəllifliyə kimisə seçərkən onların ali təhsil diplomu tələb olunur. Diplomsuz işə götürmə mümkün olmursa, deməli, həmin müəlliflər müvafiq ixtisas üzrə ali təhsilə malik mütəxəssislərdir. Lakin bir daha vurğulamaq istəyirəm ki, əsas son məhsulun, yəni dərsliyin keyfiyyətidir.

- Dərs yükü ilə proqram uyğun gəlmədiyi və şagirdlərin bu proqramı 9 ay müddətində qavraya bilmədiyi də səslənən fikirlər arasındadır. Təhsil proqramını bir az sadələşdirmək olmazmı?

“Cəmiyyətdə səslənən hər fikir həqiqət deyil”


- Dərsliklər təhsil proqramları (fənn kurikulumları) və standartlar əsasında yazılır. Müasir təhsil proqramları isə artıq mövzular toplusu deyil. Təhsil proqramlarımız bilik və bacarıqları müəyyənləşdirir. Misal üçün, təhsil proqramında deyilir ki, 1-ci sinfin şagirdi 1-ci sinfin sonunda 20-yə qədər düzünə və geriyə saymağı bacarmalıdır. Artıq o müəllifin yaradıcılığı məsələsidir ki, bu dərslikdə o bacarığı şagirdə mənimsətmək üçün nələrdən və necə istifadə edəcək. Lakin bir şey dəyişməzdir, ilin sonuna şagird üçün tələb olunan və gözlənilən bacarıq (standart) mənimsənilməlidir. Bu baxımdan da dərslik müəllifləri təhsil proqramının tələblərini yerinə yetirmək şərti ilə dərslikləri yazırlar. Bir şeyi də qeyd etmək istərdim ki, bu gün bizim tədris sistemimizdə vahid dərslik və müxtəlif səviyyəli (zəif, orta, yüksək bacarığa sahib) şagirdlər var. Dərsliklər əsasən orta statistik şagirdə hesablanmış olur ki, geridə qalan şagirdləri önə çəkmək mexanizminə malik olsun. 

Daha irəlidə gedən şagirdlərlə isə işləmək mexanizmini müəllimlər özləri təyin edirlər. Dərslik tək olduğu üçün orta statistik şagird səviyyəsində yazılır. Zəif oxuyan şagirdlərə də bu, çox çətin gəlir. Bizə elə bir elmi tədqiqat nəticəsi məlum deyil ki, sübut etsin ki, dərsliklərdə yazılanlar orta şagird səviyyəsini, yaxud təhsil proqramında nəzərdə tutulan bilik və bacarıq tələblərinin səviyyəsini aşır. Cəmiyyətdə fikrilər müxtəlif ola bilər. Lakin bu, o demək deyil ki, bütün səslənən fikirlər həqiqətdir. Lakin ən başlıcası odur ki, təhsilə, dərsliyə həmişə diqqət olsun və hərə öz biliyindən çıxış edərək bunu müzakirə etsin. Əgər təhsil məsələlərinə bələd olmayan insan da təhsil haqqında danışırsa, bu, müsbət haldır. Təhsil Nazirliyi olaraq bizim marağımız ondadır ki, təhsil hamını maraqlandırsın. Təhsilimiz nə qədər çox müzakirə edilsə, bir o qədər də inkişaf edəcək.

- 1 fənn üzrə bir neçə kitab, iş dəftəri, test kitabçası və sairə var. Üstəlik şagirdlər BSQ VƏ KSQ zamanı da əlavə testlərin sürətini çıxartmalı olurlar. Bu da valideynlərin narazılığına səbəb olur. Bu çeşid çoxluğu nəyə əsaslanıb?

- Təhsil proqramlarında hər bir sinif üçün gözlənilən nəticələr var. Gözlənilən nəticələri həyata keçirmək üçün Təhsil Nazirliyi minimal resursları verir. Minimal tədris resursları dərslik və müəllim üçün metodik vəsaitdir. Bu ikisi kifayət edir ki, təhsil proqramında nəzərdə tutulan nailiyyətlər əldə olunsun. Lakin hər bir insan istəyir ki, daha zəngin təhsil alsın. Əgər kimsə uşağının əlavə bilik almasını istəyirsə, digər resurslardan istifadə edə bilər. Yəni bu, könüllülük əsasındadır. Resurslar nə qədər zəngin olsa, təhsil də bir o qədər zəngin olacaq. Şagirdlər də fərqli olur. Bəziləri orta səviyyədə yazılan dərsliyin məzmununu çətinliklə qavrayır. Bəziləri isə daha inkişaf etmiş uşaqlardır və valideynləri istəyir ki, onunla əlavə resurslarla iş aparılsın.

- Uşaqların çantası olduqca ağırdır. Bu kitabların çoxluğu, çəkisi yoxsa dərs yükü ilə əlaqəlidir?

- Şagirdlərin çantası əslində o qədər də ağır deyil. Səhv etmirəmsə, bir dərslik 180-200 qramdır. Biz bir dəfə ibtidai sinif şagirdinin dərsliklərini çəkdik, onun ağırlığı ibtidai sinif şagirdinin səviyyəsinə uyğundur. Lakin o da həqiqətdir ki, biz çantalara baxanda orada dərsliklərdən əlavə, xeyli sayda başqa əşyaların olduğunu görürük.

- Kurikulum sistemi özünü doğrultdumu?

- Kurikulum sistemi deyilən bir şey yoxdur. Ənənəvi təhsil proqramına indi “kurikulum” deyirik. Kurikulum məzmunu dəyişilmiş təhsil proqramıdır. Sadə misalla izah etməyə çalışım. Əvvəlki təhsil proqramında, məsələn, yazılırdı ki, Səməd Vurğunun filan əsəri keçilməlidir və buna 2 saat verilir. Əvvəlki proqramda müəyyənləşdirmək çətin idi ki, bu 2 saatda Səməd Vurğunun əsərini keçdikdən sonra şagird hansı bacarığa yiyələnəcək. O, dinlədiyi nitqi və ya oxuduğu mətni şərh etməyi bacaracaqmı? Amma indi “2 saat Səməd Vurğunun filan əsəri keçirilməlidir”, əvəzinə yazılır ki, şagird dinlədiyi nitqi şərh etməyi bacarmalıdır. Yəni şagirddən gözlənilən bacarıqlar, nəticələr  müəyyənləşdirilir.

- Təhsil naziri Mikayıl Cabbarovla Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə arasında yaşanan gərginlik haqda nə deyə bilərsiz?

- Bizim aramızda siz dediyiniz formada heç bir gərginlik yoxdur. Dövlət İmtahan Mərkəzi dərsliklərin monitorinqi ilə məşğuldur. Monitorinq apardıqdan sonra onlar yekun rəyləri təqdim edirlər. Yekun rəylərə də Təhsil Nazirliyi yox, həmin dərsliklərin müəllifləri cavab verirlər. Burada Təhsil Nazirliyindən söhbət getmir. Təhsil Nazirliyi dərslik siyasətini həyata keçirən bir qurumdur. Təhsil Nazirliyinin işçiləri də məmurlardır. Onlar dərslik siyasətini, qayda-qanunları düşünürlər ki, necə edək ki, təhsilin keyfiyyəti qalxsın. Biz dərslik yazmırıq. Dövlət İmtahan Mərkəzi də dərsliklərə rəy verəndə, bu rəylər həmin dərsliyi hazırlayan nəşriyyatlara gedir və onlar da cavab verirlər. Dövlət İmtahan Mərkəzi həmin müəlliflərin cavablarını sayta qoyanda Təhsil Nazirliyinin cavabı kimi təqdim edib. Anlaşılmazlıq da buradan başlayıb. Artıq Dövlət İmtahan Mərkəzi bu anlaşılmazlığı aradan qaldırıb.

Yuxarıda qeyd etdiyim kimi, biz dərslikləri sayta qoyuruq və ictimai müzakirəyə çıxarırıq. Dərsliklərə dair 1544-ə yaxın ictimai rəy almışıq. Biz dərsliklərin ictimai müzakirəsində daha çox rəy alacağımızı gözləyirdik. Bu məsələdə passivlik var və yalnız dərsliklər istifadəyə veriləndən sonra hər kəs fikir bildirməyə başlayır. Dərsliklərlə bağlı nə qədər çox rəy olsa, bir o qədər yaxşıdır. Bu, müəlliflərə dərslikləri təkmilləşdirməkdə çox kömək edər. Amma bu, o demək deyil ki, hər fikir mütləq olaraq doğrudur və nəzərə alınmalıdır. Dərsliyə irad və təkliflərin çoxluğu onların mütləq müəllif tərəfindən nəzərə alınması anlamına gəlməməlidir. Müəllif hüququ da ümumbəşəri dəyərlərdən olduğu üçün ona da hörmətlə yanaşılmalıdır. Başqa sözlə, son qərarı dərsliyin müəllifləri verməlidir. Çünki bu, onların əsəridir.(musavat.com)
Похожие новости
00:10, Сегодня
Два члена правительства Греции подали в отставку
00:09, Сегодня
Посольство Казахстана в Украине призвало сограждан покинуть Одесскую и Харьковскую области
00:08, Сегодня
В Китае начались продажи первого электрокара от Xiaomi - ВИДЕО
00:07, Сегодня
Назначен новый проректор Сумгайытского государственного университета
00:04, Сегодня
Армения боится помогать России обходить санкции Запада
00:03, Сегодня
Айк Марутян анонсировал создание новой партии в Армении
00:02, Сегодня
Шахмар Гусейнов получил пост советника главы SOCAR
00:00, Сегодня
Уроженец АзССР сознался в Москве в убийстве, совершенном в 2001-м году
28 Mar 2024 | 23:58
Азербайджанские эксперты идентифицировали останки 107 пропавших
28 Mar 2024 | 23:56
В Турции снимут ремейк «Холопа»
28 Mar 2024 | 23:49
Пожар в жилом здании в Гяндже-(фото, видео)
28 Mar 2024 | 23:44
Число жертв в Газе достигло 32552
28 Mar 2024 | 23:32
Симонян: Членство в ЕС является наиболее приемлемым вариантом для Армении
28 Mar 2024 | 23:24
В Баку 62-летний мужчина скончался на рабочем месте
28 Mar 2024 | 23:19
В Польше подозревают экс-главу Еврокорпуса в разглашении секретных данных
28 Mar 2024 | 23:10
В США допустили крупный теракт на Олимпиаде в Париже
28 Mar 2024 | 23:01
Боевые товарищи Национального героя Эльбруса Аллахвердиева поделились воспоминаниями о нем - ВИДЕО
28 Mar 2024 | 22:54
УЕФА может изменить регламент Евро-2024
28 Mar 2024 | 22:49
Нетаньяху заявил о захвате стратегических активов ХАМАС
28 Mar 2024 | 22:45
Папа Франциск омыл женщинам ноги-(видео)
28 Mar 2024 | 22:44
В Сумгайыте начался капитальный ремонт дорог - ФОТО/ВИДЕО
28 Mar 2024 | 22:24
Симонян анонсировал майскую встречу с Гафаровой
28 Mar 2024 | 22:23
В ЮАР автобус упал с моста, есть погибшие
28 Mar 2024 | 22:18
В бакинском ресторане произошел пожар - ФОТО/ВИДЕО
28 Mar 2024 | 22:09
ООН: Боевые действия на востоке ДР Конго вынудили почти 6 млн людей покинуть свои дома
28 Mar 2024 | 21:54
В Белом доме сравнили российских чиновников с «продавцами навоза»
28 Mar 2024 | 21:50
СМИ: Мощный взрыв прогремел в столице Сомали
28 Mar 2024 | 21:48
В Евлахском районе легковая машина врезалась в бетономешалку: есть погибший
28 Mar 2024 | 21:44
Зеленский: Путин не остановится, он горит идеей восстановить СССР
28 Mar 2024 | 21:35
В отношении Рамиза Мехтиева возбуждено административное дело
28 Mar 2024 | 21:35
В Огузском районе приняты меры в отношении лиц, продававших табачные изделия несовершеннолетним
28 Mar 2024 | 21:34
Израиль задействовал систему Patriot для перехвата летевшего из Ливана аппарата
28 Mar 2024 | 21:14
Расул Багиров назначен постоянным координатором ООН в Беларуси
28 Mar 2024 | 21:01
Время имсака, ифтара и намаза девятнадцатого дня месяца Рамазан - ФОТО
28 Mar 2024 | 21:01
Израильтян предостерегают от поездок в ряд стран
28 Mar 2024 | 20:47
Суд ООН требует от Израиля обеспечить доставку гумпомощи в Газу
28 Mar 2024 | 20:24
Аббас утвердил состав нового правительства Палестины
28 Mar 2024 | 20:14
В бакинской тюрьме скончался бывший главврач, осужденный за хищение более полумиллиона манатов
28 Mar 2024 | 19:51
Марокканский журналист: Посещение Карабаха позволило мне понять правду
28 Mar 2024 | 19:46
В Афганистане произошло сильное землетрясение
28 Mar 2024 | 19:43
Стали известны правила проведения тестового этапа по приему на работу руководителей детсадов - ОБНОВЛЕНО
28 Mar 2024 | 19:35
Федерация: Проведение турнира "Великий шелковый путь" в Баку - показатель развития бокса в стране
28 Mar 2024 | 19:25
В Азербайджане 23 новых наркотических средства добавлены в список запрещенных веществ
28 Mar 2024 | 19:24
Премьер Италии осудила Макрона за идею отправить войска в Украину
28 Mar 2024 | 19:16
В России задержали 9-летнюю девочку, предложившую незнакомой женщине устроить теракт - ВИДЕО/ФОТО
28 Mar 2024 | 19:13
Число заявок на пособие по безработице в США снизилось
28 Mar 2024 | 19:03
Оценена стоимость строительства аналога "Крокусу"
28 Mar 2024 | 19:02
В Мингячевире загорелось здание общежития: жильцы были эвакуированы - ВИДЕО
28 Mar 2024 | 18:57
СК РФ объявил о задержании еще одного подозреваемого по делу о теракте в «Крокусе»
28 Mar 2024 | 18:50
Утверждены правила предоставления субсидий на железнодорожные пассажироперевозки в окрестностях Баку
28 Mar 2024 | 18:43
Деяния ночи аль-Кадр: Имеющим возможность желательно накрыть стол нуждающимся - ФОТО
28 Mar 2024 | 18:43
"Смертельный" вред коррекции носа филлерами - ПРЕДУПРЕЖДЕНИЕ КОСМЕТОЛОГА
28 Mar 2024 | 18:31
ГЭЦ выбирает аудитора
28 Mar 2024 | 18:25
Задержан подозреваемый в краже телефона и сумки у жителя Баку - ВИДЕО
28 Mar 2024 | 18:21
В Баку в квартире обнаружено тело
28 Mar 2024 | 18:10
Еще четыре азербайджанских боксера вышли в финал международного турнира в Баку
28 Mar 2024 | 18:04
В МВД отреагировали на жалобу спортсменки об избиении ее сожителем - ФОТО/ВИДЕО
28 Mar 2024 | 18:02
Вниманию желающих стать заместителем директора
28 Mar 2024 | 18:00
СМИ: США не передали РФ все данные о подготовке теракта, чтобы не выдать свои источники
28 Mar 2024 | 17:56
Почему в Сумгайыте объединили школу и музыкальный колледж? - ВИДЕО
28 Mar 2024 | 17:52
В Азербайджане введены требования к цвету пассажирских автобусов
28 Mar 2024 | 17:49
Скончался заслуженный артист Азербайджана - ФОТО
28 Mar 2024 | 17:47
Главный тренер сборной Азербайджана по баскетболу: Я доволен выступлением девушек во Франции
28 Mar 2024 | 17:44
В Бардинском районе автомобиль столкнулся с мопедом: есть пострадавший
28 Mar 2024 | 17:41
Супруга Чингиза Мехдиева разоблачила мужа: компания на Сейшелах, дорогая недвижимость в США и Азербайджане
28 Mar 2024 | 17:32
Агентство отреагировало на жалобу жильцов затопленных домов в Гяндже - ФОТО
28 Mar 2024 | 17:29
В Казахстане река вышла из берегов: жители ловят рыбу голыми руками - ВИДЕО
28 Mar 2024 | 17:28
В Агдеринском районе обнаружены оружие и боеприпасы
28 Mar 2024 | 17:10
В Азербайджане такси будут белого и красного цвета
28 Mar 2024 | 17:08
Крайне тяжелые условия содержания ждут террористов, напавших на "Крокус"
28 Mar 2024 | 17:07
В Иране активисток приговорили к 60 годам тюрьмы в совокупности - ФОТО
28 Mar 2024 | 17:04
Напавшие на "Крокус Сити Холл" террористы могли быть под влиянием психотропных веществ
28 Mar 2024 | 17:02
В Иране сотни тысяч школьников бросили учебу - ФОТО
28 Mar 2024 | 16:58
Массовая драка произошла в аэропорту Парижа - ВИДЕО
28 Mar 2024 | 16:42
В Турции допустили причастность иностранной разведки к теракту в Crocus
28 Mar 2024 | 16:35
В праздничные дни в ДТП погибли 7 человек
28 Mar 2024 | 16:29
Алла Пугачева прервала молчание после теракта в «Крокусе»: Скорбь должна быть в душе, а не в соцсетях - ФОТО
28 Mar 2024 | 16:25
В США во время учений потерпел крушение военный вертолет
28 Mar 2024 | 16:22
Успешно завершился первый рейс контейнеровоза Maersk на биотопливе
28 Mar 2024 | 16:00
Пугачева впервые высказалась о теракте в "Крокусе" - ФОТО
28 Mar 2024 | 15:58
Жители Джалилабада жалуются на плохую дорогу
28 Mar 2024 | 15:55
В Болгарии пройдут досрочные парламентские выборы
28 Mar 2024 | 15:50
Глава МИД Латвии подал в отставку
28 Mar 2024 | 15:48
Смертность в Грузии превысила рождаемость
28 Mar 2024 | 15:46
Сильный шторм на западе Франции привел к нарушению движения поездов
28 Mar 2024 | 15:38
Жители Нахчывана жалуются на проблемы с транспортом: что предпримет госслужба? - ЗАЯВЛЕНИЕ - ВИДЕО
28 Mar 2024 | 15:31
28-летнего жителя Газахского района убили на глазах у его сестры
28 Mar 2024 | 15:22
Американский эксперт: США стремятся ограничить влияние России в Армении - ФОТО
28 Mar 2024 | 15:17
В Азербайджане будут подготовлены правила распределения средств, взимаемых за платные дороги
28 Mar 2024 | 15:17
У ставшей донором для своего брата азербайджанской певицы возникли проблемы со здоровьем - ВИДЕО
28 Mar 2024 | 15:11
Армия Нигерии ликвидировала за две недели более 200 боевиков
28 Mar 2024 | 15:03
Азербайджанские дзюдоистки выступят на Кубке Европы в Польше
28 Mar 2024 | 14:57
В России усилили меры безопасности на транспорте после теракта в "Крокус Сити Холле"
28 Mar 2024 | 14:50
На Бакинской кольцевой дороге произошло ДТП: образовался транспортный затор
28 Mar 2024 | 14:47
Почему Путин не посетил место теракта
28 Mar 2024 | 14:26
На рынке жилья в столице наблюдается рост цен
28 Mar 2024 | 14:24
Высокопоставленному чиновнику сделали строгий выговор в связи с гибелью женщины в лифте - ФОТО
28 Mar 2024 | 14:23
В Баку подорожали подземные парковочные места в жилых домах
28 Mar 2024 | 14:15
Си Цзиньпин посетит с визитом Казахстан в начале июля
28 Mar 2024 | 14:14
Аппарат Пашиняна потребовал закрытия всех офисов сепаратистов Карабаха в Армении
ЕЖЕДНЕВНО
28 Mar 2024 | 08:30
В США неизвестный счастливчик выиграл 1,13 млрд долларов в лотерею - ФОТО
28 Mar 2024 | 06:50
Более 20 тысяч автомобилей выпустили в Казахстане за два месяца 2024 года
28 Mar 2024 | 07:44
Глава Службы внешней разведки России посетил КНДР
28 Mar 2024 | 06:28
ООН: Ежедневно в мире в мусор выбрасывают 1 млрд порций еды
28 Mar 2024 | 07:58
В Кельбаджаре обнаружены ручные гранаты
28 Mar 2024 | 05:19
Генсек ОДКБ не исключил расширения организации в обозримой перспективе
28 Mar 2024 | 02:41
Турция поможет США восполнить запасы боеприпасов
28 Mar 2024 | 09:00
Создана нейросеть для улучшения вкуса пива
28 Mar 2024 | 07:59
Стало известно, как вербовали напавших на российский "Крокус" террористов
28 Mar 2024 | 06:08
Туркменистан готов диверсифицировать поставки природного газа на пространстве ОЭС
ЕЖЕНЕДЕЛЬНО
23 Mar 2024 | 23:33
Владелец «Крокус Сити Холла» Араз Агаларов впервые прокомментировал теракт - ВИДЕО
23 Mar 2024 | 23:31
В Карабахе сократится количество населенных пунктов: порядок предоставления жилья будет изменен? - ВИДЕО
23 Mar 2024 | 20:15
МЧС РФ впервые опубликовало список погибших при теракте в "Крокус сити холл"
23 Mar 2024 | 23:51
BBC: Двое участников нападения на «Крокус Сити Холл» убиты
23 Mar 2024 | 19:10
В Баку пройдет турнир «Великий шелковый путь» с участием 11 стран
24 Mar 2024 | 00:14
Школьник по имени Ислам вывел из «Крокус Сити Холла» более 100 человек во время теракта - ВИДЕО
23 Mar 2024 | 21:21
Блинкен о теракте в Москве
23 Mar 2024 | 23:00
Польша направит больше военнослужащих на свои восточные границы
24 Mar 2024 | 01:01
В Азербайджане планируют увеличить командировочные расходы? - ВИДЕО
24 Mar 2024 | 00:40
В Иране во время акций протестов более 120 человек лишились зрения - ФОТО
Ежемесячно
28 Mar 2024 | 08:30
В США неизвестный счастливчик выиграл 1,13 млрд долларов в лотерею - ФОТО
28 Mar 2024 | 06:50
Более 20 тысяч автомобилей выпустили в Казахстане за два месяца 2024 года
28 Mar 2024 | 07:44
Глава Службы внешней разведки России посетил КНДР
28 Mar 2024 | 06:28
ООН: Ежедневно в мире в мусор выбрасывают 1 млрд порций еды
28 Mar 2024 | 07:58
В Кельбаджаре обнаружены ручные гранаты
28 Mar 2024 | 05:19
Генсек ОДКБ не исключил расширения организации в обозримой перспективе
28 Mar 2024 | 02:41
Турция поможет США восполнить запасы боеприпасов
28 Mar 2024 | 09:00
Создана нейросеть для улучшения вкуса пива
28 Mar 2024 | 07:59
Стало известно, как вербовали напавших на российский "Крокус" террористов
28 Mar 2024 | 06:08
Туркменистан готов диверсифицировать поставки природного газа на пространстве ОЭС
Писатели