“Allah yoxdur” deyən ateist özü də bilmədən Allahı zikr edir” -MÜSAHİBƏ
Читать: 6346
15 Jul 2016 | 15:52
“Allah yoxdur” deyən ateist özü də bilmədən Allahı zikr edir” -MÜSAHİBƏ

Son zamanlar sosial şəbəkələrdə insanların dini inancını aşağılamaq meyilləri sürətlə artmaqdadır. Bunun cəmiyyətdə az-çox tanınan şəxslər tərəfindən həyata keçirilməsi isə problemi daha da dərinləşdirir. Təbii ki, hər bir insan öz inanc və fikirlərində azaddır. Lakin bu azadlığı başqasının inanc sistemini aşağılamaq səviyyəsinə gətirmək isə yolverilməzdir.

Moderator.az İslamın batini yönlərini, həqiqət, İlahi mahiyyət fenomenlərini azacıq da olsa çatdırmaq üçün araşdırmaçı jurnalist Rəsul Mirhəşimli ilə müsahibəni təqdim edir:

-Rəsul bəy, media və sosial şəbəkədə bir qrup insanlar son zamanlar həqiqət anlayışını, İlahi mahiyyət fenomenini bir kənara qoyub, xurafatı əsl İslam kimi dəyərləndirir və tənqid edirlər. Bu yarımçıq mülahizələr cəmiyyətdə nə qədər çaşqınlıq yarada bilər?

- Allah-Təala buyurur: “Biz insanı ən gözəl biçimdə yaratdıq!” (Tin surəsi, ayə 4). Allahın yaratdığı heç bir şeydə qüsur olmaz. Mömin, müsəlman Allahı sevərək, Onu tanıyaraq zikr edir. Bu hikmətdəki gözəlliyi bəyan edən ən müstəsna cəhət odur ki, münkir (inkar edən), müşrik (şərik qoşan), münafiq (nifaq salan) belə, Allahı zikr edər. İnkar etsə, şərik qoşsa da dilinə Allahın adını gətirər. “Allah yoxdur” deyən ateist özü də bilmədən Allahı zikr edir. Ən gözəl biçimdə yaradılışın hikməti də budur.

Bu hikməti göz önünə alın, bütün yaradılmışlara Allahın bir gözəl əsəri kimi nəzər edin. Zahirdə bu gözəllik görünməzsə belə, fitrətdəki gözəlliyə baxın. Çünki O “insanı ən gözəl biçimdə yaratdı!”

İnsanların münasibəti dinin mahiyyətini dəyişmir. Allah qatında doğru din İslamdır, buyurur Rəbbimiz. Allah Rəsuluna (s) Quranı nazil edib və bu Kitabın hökm və hikmətlərini də Qiyamətədək var edəcək.

Bəzi insanlar dinin mahiyyətini bir kənara qoyub, hansısa müsəlmanın davranışını din kimi təqdim edir. Bir çox hallarda dinə qarşı hücumların kökündə İslam dini haqqında biliklərə sahib olmayanların düşüncələrində üzə çıxır. Son zamanlar dinə hücum edənlərin düşüncələrindəki diletantlıq başqa bir tərəfdən adamın öz sahəsi barədə yetərli biliklərin olmadığını nümayiş etdirir. Belə görünür ki, indi ən asan iş elə dinə və müsəlmanlara hücumlardan ibarətdir.

-Ümumiyyətlə, İlahi mahiyyət, həqiqət və dinin nə olduğundan danışaq? Məsələn, həqiqətlə din arasında nə kimi fərqlər var?

- Ümumi baxışlarda din və həqiqət arasında fərq yoxdur. Amma bu məsələnin mütləq mahiyyətini araşdırmaq iddiasına düşsək, din Allahın peyğəmbərləri vasitəsilə insanlara göndərdiyi düşüncə və həyat tərzi, həqiqət isə mütləq gerçəklikdi. Dini hər kəs bir cür anlaya bilər, lakin həqiqətin mahiyyəti dəyişməzdir. Hər kəsin öz həqiqəti olsa belə, mütləq həqiqət Yaradanla başlayıb, Yaradanda da bitər. Həqiqət Allahın Özünü təcəlla etdiyi hər şeydədir.

İnsanların isə dini dünyagörüşü və qulluq, ibadət anlayışı fərqlidir. Qul, Aşiq və Tacir ibadətlərinə bölür ariflər bu qulluq anlayışını. Ticarət dünya malının alınıb-satılmasıdır. İbadətini ticarətə çevirən abidlər bütün mənalarda qınanılır. İbadət insana Allahdan başqasına qul olmamağın hikmətini öyrədir ki, əbd, (qul) olan ibadətini ”“ qulluğunu ticarətə çevirməz.

Ticarət ifadəsinin bir təsəvvüf anlamı da var. Burada isə məna tamam başqadır. "Ariflərin anlamında ticarət dünya malı ilə deyil, qəlb aləmində Haqqın müşahidəsi ilə ölçülür. Burada söhbət mənəvi dəyərlərdən gedir. Aşiqlər isə öz nağd olan canını verib, Haqqın vüsalını alarlar. Kəsrət aləmi də bir növ ilahi nurların təcəlli etdiyi bazardır. Ariflərin mənfəəti və zərəri də qızıl-gümüşlə deyil, batini saflıq dərəcəsi ilə ölçülür" ("Fərhəngi-lüğat və istilahat və təbirati-irfani", Doktor Seyyid Cəfər Səccadi; "Fərhəngi-Nurbəxş", Doktor Cavad Nurbəxş).

Bir ilahidə bu məna belə ifadə edilir: "Eşqin bazarında canlar satılar, Sataram canımı alan bulunmaz..."

-Mən İslam fəlsəfəsini dərk etməyib, onu aşağılayan insanlara izah etmək üçün sizə bu istiqamətdə bir neçə sual verəcəyəm. Lakin əvvəlcə İslamın, Qurani-Kərimin hamı tərəfindən dərk olunmayan batin qatından azacıq da olsa danışaq: Allahda yaşayıb, Allahda itməyin düsturunu necə verə bilərsiniz?

- Təsəvvüf dünyagörüşünün ilk şəhidi Mənsur Həllacın yaşadığı çevrədə belə bir mövzu dartışması aparılır. Sual belə idi: “Qiyamət günü Allah insanlardan nəyi soruşacaq, nəyin hesabını çəkəcək?” Hər kəs öz anlayışı ilə sualı cavablandırır. Söhbəti dinləyən Allah dostu Şibli Bağdadi bu suala belə cavab verir: “Qiyamət günü Allah soruşacaq ki, Mən sizin yanınızda idim, siz kimin yanındaydız?”

Allahla yaşayıb, Allahda yaşamaqla Allahda itmirlər. Bəzi sufilərin qəlbi bir təcəlla ilə aşıb daşır, bu təcəlladan məst olub, “Cübbətül sivallah” (“Cübbəmin altında Allahdan başqası yoxdur”), deyir, bəzi ariflər isə hər təcəllanı növbəti mərhələyə keçid bilir. Amma bütün irfan sahibləri bir şəxslə müqayisədə çox kiçik qalırlar. Bu da Allah Rəsuludu (s). Allah Rəsulu (s) hər gün yetmiş məqamı adlayıb, hər yeni məqamda özündən əvvəlki olanlara istiğfar edirdi. Çünki bu lütf peyğəmbərinə Allahdan verilmişdi və Rəbbimiz bunu belə bəyan edir: “(Ya Peyğəmbər!) Məgər Biz (haqqı bilmək, elm və hikmət dəryası etmək üçün) sənin köksünü (qəlbini) açıb genişlətmədikmi?!” (“Şərh” surəsi, ayə 1).

- Makrokosmosla mikromosmos yəni, insanla kainat arasındakı münasibətlərdən danışaq. Onlar arasındakı qarşılıqlı əlaqə insanda hansı dəyişiklik yaradır?

- İnsan kainatdan ayrı deyil. Başqa sözlə, kainat elə insanın özündədi. İmadəddin Nəsimi yazırdı ki, “Hər nə yerdə, göydə var Adəmdə var. Hər nə ayda, ildə var Adəmdə var”.

Kainatda dəyişikliklər olduğu kimi, insanda da olur. Yəni insanın da qasırğası, tufanı, leysanı var. İnsanın davranış və hərəkətləri başqalarına rahatlıq və problemlər yarada bilər. Torpaqdan cücərən bitki yağışla, qulluqla boy atar, insanın söylədiyi bir söz başqasını zirvəyə qaldırar, ya da dünyadan bezdirər. Kainatda var olan insan, başqa şəkildə özündə bir kainat daşıya bilər.

- İnsan özünə, yaxud, evinə gedən yollarda niyə azır?

- İnsan bəzən özünə gedənin yolunu bilmir, bəzən o yolu tapmaq insana çətin olur. Bu yolu axtaran insan mütləq onu tapacaq. Özünə gedən, evinə aparan yolu bulacaq. Bir çox hallarda bu yolu dərk etməkdə ağıl acizdi. Aşiq onun üçün aşiqdir ki, ağlını kənara qoyub. Eşqə gedən yolu ağılla tapmaq olmaz. İlahi eşqə mübtəla olmaq yola girməklə başlayar. Bu yola təkbaşına girmək mümkün deyil. Yolçunu irşad edən Mürşidə ehtiyac hər zaman var. Bu yola girməyin şərtlərindən ən əsası başını verməkdir. Başını verə bilməyən mürid deyil. Baş vermək anlayışı Eşqə gedən yolda ağıldan imtina etməkdir. Yola girib, Mürşidini tapan kəs özünə və evinə gedən yolu heç bir halda itirməz.

-Cəmiyyətdəki əksər ateistlər həqiqətənmi, özlərini hamıdan bilikli göstərmək məcburiyyətindədirlər?

- Zənnimcə, istənilən insanın fikirlərinə dözümlü yanaşmaq lazımdır. Bu sözü deyən ateist olsun, ya inanclı insan - hər kəs o birini dediklərini anlayışla qarşılamağı bacarmalıdır. Bu anlayışın dərəcəsi isə, dini və inancı təhqirə bəhanə verməli deyil. Dindar ateistin inanmamasına dözümlü yanaşmalı, ateist də kiminsə inancını hədəf seçməməlidi. Allahımız bizə “Sizin inandıqlarınız sizə, mənim dinim də mənədir!” (“Kafirun”surəsi, ayə 6) hikmətini öyrədir.

-İslama, xüsusən də Qurani-Kərimə zidd deyilən fikir cəmiyyətdə niyə bu qədər rezonansla qarşılanır?

- Biri başqa bir insanın ailə üzvlərini, əzizlərini təhqir etsə, həmin şəxs bunu dözümlü qarşılamayacaq. Nəzərə alsaq ki, inanclı insan üçün dini, peyğəmbəri ailə üzvlərindən, valideynlərindən də əzizdir, o zaman bəzi insanlar dediklərinin məsuliyyətini anlamalıdır.

Bir məsələyə də münasibət bildirməyi gərəkli bilirəm. Bu da ateist düşüncədən daha çox ətrafa aqressiya püskürən “din” anlayışıdı. Bəzilərinin düşüncəsində müsəlman olmağın əsasında əhli-sünnənin şiələrə nifrəti, yaxud əksi dayanır. Bu siyasi ideologiya, mayasında ingilis siyasəti daşıyan ərəb (əməvi) və fars əxlaqı ilə yoğrulmuş dünyagörüşü insanların beyninə yeritmək üçün dəridən-qabıqdan çıxır. Hədəf seçdikləri siyasətin ilk planında insanların düşüncəsindən vətən anlayışını silmək, zombiləşmiş nəsil yetişdirmək, bu ölkə üçün gələcək qarşıdurmaya təməl hazırlamaqdı. Zənnimcə, bizə cəmiyyət olaraq gərəkli olan milli kimliyi olan dindar anlayışıdı.

- Biz onları azad cəmiyyətin vətəndaşları kimi adi qəbul edə bilmərik?

- İstənilən insanın söylədiyi fikri adi qəbul etmək olar. Amma bu sözü söyləyən də nəyi söylədiyinin məsuliyyətini anlasın və etika qaydalarını tapdamasın. Azadlıqla bağlı bir məşhur fikir var: “Azadlıq o demək deyil ki, mən nə bilsəm, edə bilərəm. Azadlıq odur ki, sən mənə heç nə edə bilməzsən”.

-Sonuncu sualım-biz niyə həqiqət haqqında bu qədər asanlıqla danışa bilirik? Niyə hamı düşünür ki, onun barəsində danışmaq iqtidarındadır?

- Bəzən danışanlara elə gəlir ki, həqiqətdən danışırlar. Əslində, dedikləri öz həqiqətləridir. Hər kəsin həqiqəti mütləq Həqiqətdən ya ayrıdı, ya da Ondan təcəlladı. Gəlin, bir qədər müqayisə edək bu mövzunu. Kimsə Allah Rəsulunu (s) Yaradanın tərif etdiyi şəkildə tərif edə bilməyəcək. Lakin elə sözlər var ki, rast gələn kimi dərk edirsən, bunlar ilahi ilhamdan bir zərrədir. Bu mənada Azərbaycanın dahi şairi Məhəmməd Füzuli yazır:

Mən ləbin müştaqiyəm, zöhhad Cənnət talibi, Nitekim, məstə mey içmək xoş gələr, huşyarə su.

Aydındır ki, Füzuli bu şeirində Allah Rəsulunu (s) vəsf edir. "Şairin demək istədikləri budur ki, Aşiq Allah Rəsulunun (s) dodağından süzülən, dilindən çıxan hər sözü Allahın sözü bilir.

Bu sözlər ya Allahın Hz.Cəbarillə (ə) Rəsuluna (s) nazil etdikləri, ya da Rəsulunun (s) Allahdan ilham alaraq buyurduqlarıdır. Bunların mahiyyətinə uyğun Allah Rəsulunun (s) dilindən çıxan hər söz ayə, hökm, hikmət, hədis olur. Füzuli Allah Rəsulunun (s) söylədiklərinə aşiq olduğunu, zahidin isə Cənnət istədiyini dilə gətirir. Aşiq məşuqunun eşqindən məst olduqca ona mey, ayıq olana isə su içmək xoş gələcək. Bu eşqdən məst olan Aşiq o məstlikdən ayılmaq istəməz.

Burda ləb, zöhhad (zahid), mey, məst ifadələri həqiqi mənada işlənən kəlmələr deyil, məcaz təşkil edir. Sözün bir şeirdə simvola çevrilməsi mövcud olan başqa bir hikmətin açarı rolunu oynayır. Əgər bu şeir barədə izah verən müəllifin yazdıqlarının doğruluğuna inansaq, ləbin (dodağın) aşiqi kimi görünüb aşiq olduğun obyektə mənsubluğun yalnış istiqamətə yönəlməsinin şahidi olarıq. Fikrimizi əsaslandırmaq üçün yuxarıda adlarını çəkdiyimiz kəlmələrin rəmz və simvol olaraq anlamlarını araşdırmağa çalışaq. “Ləb” farsca “dodaq” mənasındadır. Bu sözün lüğəvi izahıdır. Həmin kəlməni təsəvvüf ədəbiyyatındakı simvol və ya rəmz olaraq izah etsək, onda başqa məna ortaya çıxacaq. Bu yerdə “ləb” mələk vasitəsilə Peyğəmbərə (s), qəlb tövsiyyəsi ilə vəlilərə enib gələn söz mənasını verir. İdrak edilməsi və hiss edilməsi şərtiylə vasitəçisiz gələn söz, sevgilinin dedikləri mənası ilə başa düşülməlidir. Zöhd anlayışı isə pəhrizkarlıq, dinin qadağan etdiyi şeylərdən çəkinmə, vaxtını ibadətdə keçirmə, tərki-dünyalıq anlamındadır. Sonda sözü keçən tərki-dünyalıq anlayışı dünyadan çıxmaq mənasını vermir. Sözü bu mənada anlamaq Qurani-Kərim hikməti ilə ziddiyət təşkil edər. Allah-Təala Qurani-Kərimdə belə buyurur: “Əgər göylərin və yerin ətrafından (çevrəsindən) kənara çıxa bilərsinizsə, çıxın” (ər-Rəhman surəsi, ayə 33).

Qurani-Kərimin bu ayəsinə işarə edən Seyid Əbülqasim Nəbati şeirlərinin birində belə yazır:

Dərdi-hicran çarəsin hərçənd bildim, səbr imiş,

Neyləyim, billah, bu dəryanın kənarı yoxdu, yox.

Bu qədər danışmağın sonunda özüm üçün gəldiyim nəticə belədi. Bu danışdıqlarım kimlərəsə mübahisə üçün əlavə imkanlar açacaq.

Mübahisə yaradan fikirlər isə həqiqətdən daha çox bir insana aid olan düşüncələrdi. Həqiqəti anlayıb, dərk eləmək insan ağlının hüdudlarını aşar. Çünki doğrusunu Allah bilir.

Elmin Nuri
Похожие новости
16:42, Сегодня
В Турции допустили причастность иностранной разведки к теракту в Crocus
16:35, Сегодня
В праздничные дни в ДТП погибли 7 человек
16:25, Сегодня
В США во время учений потерпел крушение военный вертолет
16:22, Сегодня
Успешно завершился первый рейс контейнеровоза Maersk на биотопливе
16:00, Сегодня
Пугачева впервые высказалась о теракте в "Крокусе" - ФОТО
15:58, Сегодня
Жители Джалилабада жалуются на плохую дорогу
15:55, Сегодня
В Болгарии пройдут досрочные парламентские выборы
15:50, Сегодня
Глава МИД Латвии подал в отставку
15:48, Сегодня
Смертность в Грузии превысила рождаемость
15:46, Сегодня
Сильный шторм на западе Франции привел к нарушению движения поездов
15:38, Сегодня
Жители Нахчывана жалуются на проблемы с транспортом: что предпримет госслужба? - ЗАЯВЛЕНИЕ - ВИДЕО
15:31, Сегодня
28-летнего жителя Газахского района убили на глазах у его сестры
15:22, Сегодня
Американский эксперт: США стремятся ограничить влияние России в Армении - ФОТО
15:17, Сегодня
В Азербайджане будут подготовлены правила распределения средств, взимаемых за платные дороги
15:17, Сегодня
У ставшей донором для своего брата азербайджанской певицы возникли проблемы со здоровьем - ВИДЕО
15:11, Сегодня
Армия Нигерии ликвидировала за две недели более 200 боевиков
15:03, Сегодня
Азербайджанские дзюдоистки выступят на Кубке Европы в Польше
14:57, Сегодня
В России усилили меры безопасности на транспорте после теракта в "Крокус Сити Холле"
14:50, Сегодня
На Бакинской кольцевой дороге произошло ДТП: образовался транспортный затор
14:47, Сегодня
Почему Путин не посетил место теракта
14:26, Сегодня
На рынке жилья в столице наблюдается рост цен
14:24, Сегодня
Высокопоставленному чиновнику сделали строгий выговор в связи с гибелью женщины в лифте - ФОТО
14:23, Сегодня
В Баку подорожали подземные парковочные места в жилых домах
14:15, Сегодня
Си Цзиньпин посетит с визитом Казахстан в начале июля
14:14, Сегодня
Аппарат Пашиняна потребовал закрытия всех офисов сепаратистов Карабаха в Армении
13:35, Сегодня
Директор школы, в которой родила одиннадцатиклассница, освобождена от занимаемой должности
13:25, Сегодня
Колумбия высылает аргентинских чиновников
13:07, Сегодня
Избившего жену из-за соцпомощи мужчину освободили от уголовной ответственности
12:58, Сегодня
Гендиректор ПО "Азнефть" освобожден от занимаемой должности - ФОТО
12:49, Сегодня
Омбудсмен Азербайджана встретилась в Ханкенди с жителями армянского происхождения
12:45, Сегодня
В Кыргызстане заявили о попытках вербовки граждан страны для участия в терактах в РФ
12:44, Сегодня
Эмин Агаларов: Эвакуационные выходы "Крокуса" работали - ВИДЕ
12:40, Сегодня
В Нахчыванской АР на трассе произошел обвал - ФОТО/ВИДЕО
12:32, Сегодня
Завтра в Азербайджане воздух прогреется до 20 градусов
12:31, Сегодня
Вниманию бакалавров: началась регистрация для участия во второй попытке вступительного экзамена в магистратуру
12:27, Сегодня
Российские артисты исполнили песни Муслима Магомаева и составили альбом "Голос мой услышь" - ВИДЕО
12:24, Сегодня
Виктор Чобану: Автономии Гагаузии в Молдове ничто не грозит
12:15, Сегодня
В Сумгайыте снесена незаконная постройка - ФОТО/ВИДЕО
12:12, Сегодня
Армения объявила о наборе пограничников для работы в аэропорту "Звартноц"
12:12, Сегодня
Федерация стрельбы: Азербайджанские стрелки могут завоевать еще больше лицензий на Олимпиаду
12:06, Сегодня
В CineMastercard покажут романтическую драму "Güneşi söndürmem gerek" - ВИДЕО
11:56, Сегодня
Еще 4 азербайджанских боксера вышли в финал международного турнира в Баку
11:53, Сегодня
Сегодня в Азербайджане первая предполагаемая ночь аль-Кадр
11:49, Сегодня
Хави подал в суд на журналиста, который заявил, что тренер писал ему "непристойные сообщения"
11:43, Сегодня
Пашинян: Армения не признает никакого "правительства в изгнании"
11:32, Сегодня
Возросло число пострадавших в результате теракта в российском "Крокуc Сити Холле"
11:28, Сегодня
В ООН заявили, что две трети больниц в секторе Газа не функционируют
11:27, Сегодня
Начальник СГБ: Франция серьезно обеспокоена условиями, сложившимися для подписания мирного договора с Арменией
11:24, Сегодня
Скончался начальник отдела Минюста
11:10, Сегодня
Шольц назвал терактом поджог, из-за которого был обесточен завод Tesla в Германии
11:09, Сегодня
Община: Франция стремится внедрить в регионе свои гнусные геополитические планы
11:06, Сегодня
ОДКБ проведет семь учений: будет ли участвовать в них Армения?
11:04, Сегодня
Центральный банк Азербайджана снизил учетную ставку
11:03, Сегодня
В Азербайджане пройдет международная конференция по разминированию
10:57, Сегодня
СГБ: Скоро будут обнародованы имена еще 73 человек, чьи останки найдены в массовых захоронениях
10:52, Сегодня
Стали известны имена погибших в ДТП в Лянкяранском районе - ОБНОВЛЕНО + ФОТО
10:48, Сегодня
В Хатаинском районе Баку обнаружили гранаты - ФОТО/ВИДЕО
10:38, Сегодня
Перед Бакинским олимпийским стадионом произошло ДТП: есть пострадавший - ОБНОВЛЕНО + ФОТО/ВИДЕО
10:35, Сегодня
В Нахчыване обнаружены гробницы амазонок - ФОТО
10:33, Сегодня
Глава СГБ: Франция провоцирует Армению на новую войну
10:28, Сегодня
В Ханкенди обнаружены оружие и боеприпасы
10:23, Сегодня
Мужчина избил жену, которая без его ведома пользовалась телефоном
10:18, Сегодня
В 2023 году СГБ провела предварительное расследование по 190 уголовным делам
10:11, Сегодня
Четыре человека погибли в результате поножовщины в США
10:08, Сегодня
105 лет на страже безопасности государства и народа - ФОТО/ВИДЕО
10:07, Сегодня
Стало известно время проведения тестового этапа по приему на работу руководителей детсадов
09:56, Сегодня
Liberty Media планирует купить Moto GP
09:43, Сегодня
Мировые цены на нефть
09:38, Сегодня
В Японии умерли уже четыре человека, употреблявшие БАДы с красным рисом
09:29, Сегодня
В Баку автомобиль сбил 36-летнюю женщину
09:25, Сегодня
Азербайджанская нефть подешевела
09:20, Сегодня
Песчаная буря накрыла Амурскую область России - ВИДЕО
09:17, Сегодня
Подоляк: Российские власти продолжают искать «украинский след» в теракте в «Крокусе»
09:09, Сегодня
В Перу произошло сильное землетрясение
09:00, Сегодня
Создана нейросеть для улучшения вкуса пива
08:30, Сегодня
В США неизвестный счастливчик выиграл 1,13 млрд долларов в лотерею - ФОТО
07:59, Сегодня
Стало известно, как вербовали напавших на российский "Крокус" террористов
07:58, Сегодня
В Кельбаджаре обнаружены ручные гранаты
07:44, Сегодня
Глава Службы внешней разведки России посетил КНДР
07:29, Сегодня
Генетики ошеломили результатами исследования ДНК Бетховена
07:04, Сегодня
Стало известно, кто стал лучшим тренером Ла Лиги
06:58, Сегодня
ABBA переиздаст культовый альбом Waterloo - ФОТО
06:50, Сегодня
Более 20 тысяч автомобилей выпустили в Казахстане за два месяца 2024 года
06:28, Сегодня
ООН: Ежедневно в мире в мусор выбрасывают 1 млрд порций еды
06:08, Сегодня
Туркменистан готов диверсифицировать поставки природного газа на пространстве ОЭС
05:29, Сегодня
Ученые нашли в растениях заменители средств для похудения
05:19, Сегодня
Генсек ОДКБ не исключил расширения организации в обозримой перспективе
04:56, Сегодня
СМИ: Израиль использует в Газе экспериментальную систему распознавания лиц
04:37, Сегодня
Путин заявил, что лозунги в духе "Россия только для русских" могут развалить страну
04:19, Сегодня
В США намерены впервые перезапустить атомную электростанцию
04:16, Сегодня
Американские исследователи зафиксировали увеличение мозга человека
03:35, Сегодня
Парламент Таиланда легализовал однополые браки
03:30, Сегодня
Добыча нефти в Иране выросла на 50 тыс. баррелей в сутки
02:54, Сегодня
СМИ: Страсбургский собор и порядка 20 школ Парижа получили сообщения об угрозе взрыва
02:41, Сегодня
Турция поможет США восполнить запасы боеприпасов
02:14, Сегодня
В Италии произошло землетрясение
01:41, Сегодня
Испанская прокуратура запросила 2,5 года тюрьмы для Рубиалеса за поцелуй футболистки
01:31, Сегодня
МИД поделился публикацией в связи с кончиной Намига Аббасова - ФОТО
00:43, Сегодня
Хикмет Гаджиев об экс-генсеке НАТО: Он забыл указать оплату в своем докладе - ФОТО
00:32, Сегодня
Израиль ввел в секторе Газа систему распознавания лиц
ЕЖЕДНЕВНО
27 Mar 2024 | 18:23
Эрдоган: Двери Турции закрыты для террористов
27 Mar 2024 | 17:19
Пашинян: Принципы мирного договора между Арменией и Азербайджаном основательно были согласованы
27 Mar 2024 | 18:13
Прокурор запросил для обвиняемых в заказном убийстве проректора 15 лет лишения свободы - ФОТО
27 Mar 2024 | 17:50
В Сумгайыте во дворе детской больницы обнаружено тело младенца
27 Mar 2024 | 18:10
Взрыв в мечети в Тебризе- (видео)
27 Mar 2024 | 17:35
ISW: Лукашенко проговорился
27 Mar 2024 | 19:01
Айхан Гаджизаде: Расмуссен злоупотребляет статусом экс-генсека НАТО
27 Mar 2024 | 18:41
Обнародован график приема граждан в Администрации Президента Азербайджана в апреле - ТАБЛИЦА
27 Mar 2024 | 19:10
МИД РФ: Баку и Еревану следует решать споры исключительно в политико-дипломатическом русле
27 Mar 2024 | 19:20
Франция выделит 400 миллионов евро на космические ракеты
ЕЖЕНЕДЕЛЬНО
23 Mar 2024 | 23:33
Владелец «Крокус Сити Холла» Араз Агаларов впервые прокомментировал теракт - ВИДЕО
23 Mar 2024 | 23:31
В Карабахе сократится количество населенных пунктов: порядок предоставления жилья будет изменен? - ВИДЕО
23 Mar 2024 | 20:15
МЧС РФ впервые опубликовало список погибших при теракте в "Крокус сити холл"
23 Mar 2024 | 23:51
BBC: Двое участников нападения на «Крокус Сити Холл» убиты
23 Mar 2024 | 19:10
В Баку пройдет турнир «Великий шелковый путь» с участием 11 стран
24 Mar 2024 | 00:14
Школьник по имени Ислам вывел из «Крокус Сити Холла» более 100 человек во время теракта - ВИДЕО
23 Mar 2024 | 21:21
Блинкен о теракте в Москве
23 Mar 2024 | 23:00
Польша направит больше военнослужащих на свои восточные границы
24 Mar 2024 | 01:01
В Азербайджане планируют увеличить командировочные расходы? - ВИДЕО
24 Mar 2024 | 00:40
В Иране во время акций протестов более 120 человек лишились зрения - ФОТО
Ежемесячно
27 Mar 2024 | 18:23
Эрдоган: Двери Турции закрыты для террористов
27 Mar 2024 | 17:19
Пашинян: Принципы мирного договора между Арменией и Азербайджаном основательно были согласованы
27 Mar 2024 | 18:13
Прокурор запросил для обвиняемых в заказном убийстве проректора 15 лет лишения свободы - ФОТО
27 Mar 2024 | 17:50
В Сумгайыте во дворе детской больницы обнаружено тело младенца
27 Mar 2024 | 18:10
Взрыв в мечети в Тебризе- (видео)
27 Mar 2024 | 17:35
ISW: Лукашенко проговорился
27 Mar 2024 | 19:01
Айхан Гаджизаде: Расмуссен злоупотребляет статусом экс-генсека НАТО
27 Mar 2024 | 18:41
Обнародован график приема граждан в Администрации Президента Азербайджана в апреле - ТАБЛИЦА
27 Mar 2024 | 19:10
МИД РФ: Баку и Еревану следует решать споры исключительно в политико-дипломатическом русле
27 Mar 2024 | 19:20
Франция выделит 400 миллионов евро на космические ракеты
Писатели