Moderator.az tanınmış amil və şair Nizami
Muradoğlunun şeirlərini təqdim edir:
Nizami MURADOÄžLU- filologiya üzrə fəlsəfə
doktoru, dosent. AMEA Folklor İnstitutunun şöbə müdiri. 10 kitabın müəllifidir.
Kitabları: “Qayıda bilmirəm”, “Dayan əsən külək”,
“Vətən dərdi”, “Sabaha açılan qapılar”, “Bu
dünyanın məzarları ağlamaz”, “Sözün Məmməd Araz zirvəsi”, “Yaşayan Cavidlər”, “Baba
ocağı”, “Seçilmiş əsərləri”, “Kitabi-Dədə Qorqud və müasir Azərbaycan poeziyası”.
Dünya gözəldi
O dünyada nələr
vardı - bilmirəm,
Yerlər
vardı, göylər vardı - bilmirəm.
Çaylar vardı, sular vardı ”“ bilmirəm,
Ya Rəb, elə bu dünya da gözəldi!
Mələklər var - gözəllərə taydısa,
Səhər günəş, gecə doğan aydısa,
Dar günümü xoş ömrümə saydısa,
Valah, elə bu dünya da gözəldi!
Qışı gözəl, yayı gözəl, yaz gözəl,
Bal arıda, bu qızlarda naz gözəl.
Nə yazırsan taleyimə yaz gözəl,
Valah, elə bu dünya da gözəldi!
Muradoğlu dərgahına duaçı,
Yaratdığın tikanlar da gül açır.
Şükür verdin əyal, övlad, alaçıq,
Valah, elə bu dünya da gözəldi!
Sən mənim taleyimdə
Sən mənim taleyimdə
Doğan Günəş kimisən,
Qarşımdakı buzları
Ərit, başına dönüm.
Qəlbimin ağrısıdır,
Gözlərimdən axan yaş.
Gözlərimin yaşını
Qurut, başına dönüm.
Gündüzlər düşüncəli,
Xəyallarım gecəlik.
Mən dağ dibində ovçu,
Sən dağ başında əlik.
Bir cüt göyərçin olub
Uçub gedə bilərik,
Sən mənim əllərimdən
Bərk tut, başına dönüm.
Hər anında bir ümid,
Hər addımın uğurdu.
Biri ocaq qaladı,
Biri xəmir yoğurdu...
Bu dünyanın sualı
Yordu, bizi çox yordu,
Hərdən də bu dünyanı
Unut, başına dönüm.
Dünya dünyayla qalsın,
Bizim öz dünyamız var.
Taleyin özüylə də,
Cəngimiz, davamız var.
Qəlbimizin oduyla
Qızınan yuvamız var,
O vətəndi, o yurddu,
O yurd, başına dönüm.
Dərd gələr batman-batman,
Dərdi unudanmasan.
Mənə gülüş bəxş elə,
Qarşılığı sevgidir.
Dərd də şirin dil ilə
Yox olub gedərgidir.
Ovut dərdimi, ovut,
Ovut, başına dönüm.
BƏSİMDİ
Dünyadan elə bir umacağım yox,
Mənə salam verir çiçək, bəsimdi.
Heç kimin qapısın döyə bilmirəm,
Döyür pəncərəmi külək, bəsimdi.
Böyüdüm torpağın, daşın içində,
Oturdum əllicə yaşın içində.
Vətəndə bu qədər işin içində -
Mən sevdim Vətəni ”“ sevmək bəsimdi.
Qoynuna girməyə dənizim hazır,
Qumlu sahilində izimi yazır.
Başımda didərgin fikirlər gəzir,
Onu yazam gərək, gərək bəsimdi.
Beləcə dərd çəkdi Məmməd Araz da,
Bir az da oxşarlıq var sözümüzdə.
Sağ olsun qardaş da, oğul da, qız da,
Onları şad görüm, görmək bəsimdi.
Şil görüm, nəfsinə qul olanları,
Məramı, məqsədi pul olanları,
Alçaltdı ətəkdə dolananları,
Çox şükür, yetirir çörək, bəsimdi.
Gecə daşıyıram dağı arana,
Sabah da aranı qoyur virana,
Yaralı köksündə ey torpaq ”“ Ana,
Doğuldum ölərəm, ölmək bəsimdi.
Şair də sözünü yetirir sona,
Kimsəyə qalmamış, qalarmı ona?
Bir rəhmət diləyib Muradoğluna,
Bir “sağ ol” deyilsə, demək, bəsimdi.
...
Tərs işlər əlindən
Dərd çəkir bəşər.
Qaldıq arasında xeyirlə şərin.
Kişilər öpüşür qadınlar baxır.
Qadınlar öpüşür baxır kişilər,
Səhv düşüb yerləri bu öpüşlərin.
10.12.2015
Yağış istəyirəm
Yağış istəyirəm qəlbimə yağa,
Nov susuz qalıbdı, dəyirman dənsiz.
Bu gecə mən yata bilmirəm, Allah,
Bu gecə bir qadın ağlayır mənsiz.
Ağlayır, ağlamaq çarə deyil ki...
Dualar günahlar önündə aciz.
Vaxtında sözünü deyə bilməyən
Günahsız günahkar bəndələrik biz.
Ağlama, canımdan can çıxır mənim,
O sənin əməlin, bu mənim işim.
Qara gözlərini sevmişdim sənin,
Qara günlərini istəməmişdim.
Elə bilirdim ki, sən unutmusan,
Mən də unutmuşam, dəmirəm, daşam.
Bəlkə də bir isti yuva qurmusan,
Bəlkə də sevimisən, mən yanılmışam.
Yağış istəyirəm ruhuma yağa.
Göz yaşı axmaya yanaqlarından.
Bir cığır açıla gələn sabaha,
Bir çiçək busəsi dodaqlarında.
Qadın
Yansan da atəşin, odun içində,
Doğmanın içində, yadın içində.
Bu qədər ağlama, qadın, içində,
Bir boylan dünyaya,- necə gözəldi.
Günlər kərpic-kərpic ömürdən düşər,
Ağlama, cütləşib ikidən düşər.
Şeh ki var, gül üstə gecədən düşər.
Şehi gözəldirsə, gecə gözəldi.
Deyirlər ağlamaz özü yıxılan.
Günahkar küsənmi, küsənmi uman?
Quyuya daş atdı bir əqli-nadan,
Yüz aqil yığışa çəkə, gözəldi.
Taledi tərəzi gözünü əyən,
Ömrünə qarğıyan, dizinə döyən.
Yenə bir ürək var sevən, sevilən,
Bu da bir qismətdi, məncə gözəldi.
Yaşadım
Dərdlərimin Araz oldu yarası,
Yarı Vətən, yarı Vətən parası.
Daha bunun salamatdı harası,
Ürəyimdə qara yara yaşadım.
Süfrə açdım çörəyimi yeyənlər,
Oldu mənə böhtan, qarğış deyənlər.
Xəyanətdə ya "lap"lardı, ya "ən"lər,
"Lap-ənləri" qıra-qıra yaşadım.
Bir gün düşdüm məhəbbətin qoynuna,
Rast gəldim min kələyinə, oynuna.
Boyunduruq saldım günün boynuna,
Çəkə-çəkə ora-bura yaşadım.
Bu ömürdü saçlarıma saldı dən,
Bir zirvədi, hər addımı duman, çən.
Bir könüldü həm sevən, həm sevdirən,
Həmdəm oldum dosta, yara yaşadım.
Əvəzində
Mən sənə sevgimi, könlümü verdim,
Sən mənə dərd verdin, dərd - əvəzində.
Mən səni hər yerdə əziz eylədim,
Sən məni pərt etdin, pərt - əvəzində.
Çilik-çilik etdin məhəbbətimi,
Sən satdın sərvətə səadətini.
Necə bağışlayım xəyanətini?!
Nə qədər mərd olsam, mərd - əvəzində.
Bir işə yaramır göz qanunları,
Lap elə tapdala, poz qanunları.
Nə cürə istəsən yoz qanunları,
Taleyin şərti var, şərt - əvəzində.
İndi peşmanlığın yeri yox daha,
Nə bəndəyə xoşdu, nə də Allaha.
Döysən də başına, yırtsan da yaxa,
Sayılar cəhd kimi, cəhd - əvəzində.
Mən bir türkəm
Mən bir türkəm,
Şərəf duydum bu adla,
İnsan gəzər cüt ayaqla,
Qartal qoşa qanadla
Uçar gedər ənginlərə.
Mən də bu gün
göylərə yüksəlmişəm.
Bir qanadım Azərbaycan,
Bir qanadım Türkiyəm.
Bir yanımda Bakı, Təbriz,
Bir yanımda Anadolu.
Könlüm dolu,
İçim dolu,
Əlim dolu.
Ulularım göstərdiyi,
Öndərlərim açan yolu-
Mən gedirəm addım-addım,
Bir kimsənin dar günündə
Xoş günümü axtarmadım.
Mən bir türkəm!
Siz kimsiniz?
Sarı iblis-şeytanların
Yan cibində gizlənənlər!
Yalan adlı dəyirmanda
Türkə böhtan üyüdənlər.
Amal saxta, sifət saxta.
Bir budaqda otursa da,
Əli gəzir min budaqda.
“Əsliniz nə?
Soyunuz nə,
Kökünüz nə?!
Mən bir türkəm,
Sələflərim uludur.
Atilladır, Mətədir,
Dədə Qorqud, Koroğludur.
Getdiyim yol
Haqq yoludur,
Ərənlərin
yoludur!