Cəlilabadda 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına dair tədbir keçirildi
Читать: 1563
20 Jul 2016 | 13:29
Cəlilabadda 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına dair tədbir keçirildi
20 iyul 2016-cı il tarixdə Cəlilabad rayon Heydər Əliyev Mərkəzində Cəlilabad rayonunun 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş rayon icra hakimiyyətinin başçısı yanında Şuranın yığınçağı keçirilmişdir.İlk öncə Xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsi ziyarət edilmiş, önünə tər güllər qoyulmuşdur.Yığıncağı rayon İcra hakimiyyətinin başçısı Əziz Əzizov açaraq toplantı iştirakçılarının salamlamış, 2016-cı ilin I yarımilində sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran məsələlər barədə məruzə ilə çıxış edərək vurğulamışdır ki, iyulun 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. 


Ölkə başçısı giriş nitqində qeyd etmişdir ki, dünyada iqtisadi böhranın daha da dərinləşməsinə baxmayaraq Azərbaycanın uğurlu inkişafı təmin edilir, ölkəmizdə təhlükəsizlik yüksək səviyyədə qorunur, ictimai sabitlik möhkəmlənir, ölkə qarşısında duran bütün əsas vəzifələr uğurla icra edilir. Rayon icra hakimiyyəti 2016-cı ilin birinci yarısında “Azərbaycan Respubliksı regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulan sənaye və kənd təsərrüfatının inkişaf etdirilməsi, tikinti-abadlıq işlərinin genişləndirilməsi, yeni iş yerlərinin açılması, elektrik enerjisi, qaz və su təchizatının yaxşılaşdırılması, meliorasiya tədbirlərinin həyata keçirilməsi, təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrinin əsaslı təmiri və tikintisinin davam etdirilməsi məsələlərini daim diqqət mərkəzində saxlamışdır.

Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində rayon iqtisadiyyatının əsasını təşkil edən aqrar bölmədə uğurlu nəticələr əldə edilmişdir. Belə ki, əlverişsiz hava şəraitinə baxmayaraq bitkiçilikdə yüksək məhsuldarlığa nail olunmuş, rayon üzrə 156,1 min ton buğda, 18,8 min ton arpa, 5,3 min ton vələmir, 3,3 min ton noxud və 586 ton mərci istehsal edilmişdir. Həmçinin kənd əməkçiləri 102,2 min ton kartof, 1,2 min ton tərəvəz, 240 ton qarğıdalı, 294 ton bostan məhsulları istehsal etmişlər. Artıq üzümçülər 1507 hektar sahədə yetişdirdikləri yüksək keyfiyyətli məhsulun satışına başlamışlar.Ölkə başçısının tapşırığına əsasən rayonda ənənəvi əkin sahəsi olan pambıqçılığın inkişaf etdirilməsi üçün ardıcıl iş aparılmış, dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan əlverişli torpaq sahələri müəyyənləşdirilmiş, sahələrin şumlanması, toxumla təchiz olunması və suvarılması üçün zəruri tədbirlər görülmüşdür.

 Bütün bunların nəticəsidir ki, qısa müddət ərzində 426 hektar sahədə pambıq əkilmiş və tam çıxış alınmışdır. Hazırda sahələrdə yüksək səviyyədə aqrotexniki tədbirlər görülür.Rayonda pambıq əkilməsi suvarma suyuna olan tələbatı da artırmışdır. Buna görə də əvvəlki illərdən fərqli olaraq bu il rayona daha çox su limiti ayrılmış, 17 min hektardan çox əkin sahəsi suvarılmışdır. Lakin meliorasiya-irriqasiya tədbirləri davam etdirilməkdədir. Belə ki, “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya tələbatının öyrənilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 iyul tarixli Sərəncamına əsasən cari ildə Cəlilabad şəhərində, Üçtəpə və Təzəkənd kəndlərində 3 subartezian quyusunun qazılması nəzərdə tutulmuşdur. Həmin layihələr başa çatdıqdan sonra əkin sahələrinin suvarılması üçün daha əlverişli şərait yaranacaqdır.Ölkə başçısının tapşırığı əsasında yaradılmış “Avanqard” MMC-nin iri toxumçuluq təsərrüfatı ərzaq təhlükəsizliyinin təmin olunmasında, xüsusən yüksək reproduksiyalı toxum istehsal edilməsində əhəmiyyətli rol oynayır. Belə ki, cari ildə təsərrüfatda 1060,0 hektar taxıl əkilmiş, hər hektardan 35 sentner məhsul götürülərək 3710 ton keyfiyyətli

məhsul istehsal edilmişdir.“Aqrolizinq” ASC-nin Cəlilabad regional nümayəndəliyi tərəfindən1752 kənd təsərrüfatı məhsulları istehsalçısına 70 faiz güzəştlə 2547 ton azot, 250 ton amofos, 282 ton kalium və digər gübrələr, habelə 5,7 ton herbisidlər satılmışdır. Heyvandarlara göstərilən qayğı və baytarlıq tədbirləri nəticəsində qaramalın sayı 99371 başa, davarların sayı isə 122950 başa çatdırılmışdır. Altı ay ərzində 9,9 min ton ət, 51,8 min ton süd və 15,9 milyon ədəd yumurta istehsal edilməsi əhalinin heyvandarlıq məhsullarına tələbatının ödənilməsində mühüm rol oynamışdır.Lakin Nazirlər Kabinetinin iclasında cənab Prezident heyvandarlıqda yeni dövrə keçildiyini, yəni mövcud mal-qaranın cinsinin süni mayalanma yolu ilə yaxşılaşdırılacağını və heyvanların qapalı yerlərdə inkişaf etdiriləcəyini bəyan etmişdir. Nəticədə, həm məhsul bolluğu yaranacaq, həm də örüş torpaqlarında digər bitkilər yetişdiriləcək. Birinci yarmildə regionların özünü maliyyələşdirməsi, mövcud iqtisadi potensialdan daha səmərəli istifadə olunması, idxalı əvəz edən və ixracyönümlü istehsal, emal və infrastruktur müəssisələrinin yaradılması barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığının həyata keçirilməsi üçün davamlı iş aparılmışdır. Bu məqsədlə rayonda fəaliyyət göstərən sahibkarların iştirakı ilə geniş tərkibli yığıncaq keçirilmiş, sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması və sərmayələrin cəlb edilməsi ilə əlaqədar təklifləri dinlənilmişdir.Həmin təkliflər əsasında rayonda südlük və ətlik istiqamətli 500-1000 başlıq cins iribuynuzlu heyvandarlıq kompleksinin təşkil edilməsi, çiyələk emalı müəssisəsinin yaradılması, mərci və digər paxlalı bitkilərin konservləşdirilməsi və emalı üçün Türkiyənin müvafiq şirkətləri ilə razılıq əldə edilmişdir.Hazırda Muğan kəndində gündəlik istehsal gücü 5 ton olan bitki yağlarının istehsalı müəssisəsinin tikintisində son tamamlama işləri görülür. Müəssisəni xammalla təmin etmək üçün 70,0 hektar ərazidə günəbaxan əkilmişdir.Qarazəncir kəndində gündəlik istehsal gücü 450 kiloqram olan pendir sexinin fəaliyyətə başlaması və Uzuntəpə kəndində 50,0 hektar ərazidə balıqçılıq təsərrüfatının yaradılması da cari ildə həyata keçirilən tədbirlər silsiləsindəndir.Bütün bunların nəticəsində rayonda istehsal olunan məhsulların beynəlxalq standartlara uyğun qablaşdırılaraq daxili və xarici bazarlara çıxarılması təmin ediləcək, sahibkarların bu sahələrə marağı daha da artırılacaqdır.Əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə keçirilən əmək yarmarkasında əhaliyə 692 vakant iş yeri təklif olunmuşdur. İş üçün müraciət edənlərdən 110 nəfərə kommunal müəssisələri kombinatında, 199 nəfərə Cəlilabad və Göytəpə şəhərlərində çoxmənzilli binaların təmirində, 168 nəfərə rayon qaz istismarı xidmətində, 14 nəfərə meliorasiya və su təsərrüfatı idarəsində, 32 nəfərə meşə mühafizəsi və bərpası müəssisəsində, 8 nəfərə rayon paylayıcı elektrik şəbəkəsində, 9 nəfərə dəmir yolunda, 25 nəfər rayonun sahibkarlıq strukturlarında işə qəbul edilmişlər.Cənab Prezidentin tapşırığına əsasən vətəndaşların azad sahibkarlıq hüquqlarının qorunmasına və sahibkarlara əlverişli şəraitin yaradılmasına xüsusi diqqət yetirilmişdir. Hazırda əmək qabiliyyətli hər bir rayon sakini qanunla nəzərdə tutulmuş şəkildə öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək azad sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Sahibkarlıqla məşğul olmaq istəyən heç bir vətəndaş yerli məmurların, ayrı-ayrı vəzifəli şəxslərin laqeydliyi və özbaşınalığı ilə üzləşmir. İstər rayon icra hakimiyyəti, istərsə də bələdiyyələr sahibkarlıq fəaliyyəti üçün torpaq sahəsi almaq və tikinti almaq barədə hər bir müraciəti diqqətlə araşdırır və qanunamüvafiq qaydada həll edir. Sahibkarların mənafeyinin müdafiə edilməsinin nəticəsidir ki, 2016-cı ilin birinci yarısında rayon icra hakimiyyətinin Apelyasiya Şurasına heç bir müraciət daxil olmamışdır.Birinci yarımildə rayonda fəaliyyət göstərən bank filialları və kredit təşkilatları tərəfindən 2560 sahibkara 4 milyon 343 min 701 manat, o cümlədən Sahibkarlığa Milli Kömək Fondu tərəfindən 24 nəfərə 241 min manat məbləğində kredit verilmişdir. İstehsal təyinatlı subyektlərin yaradılması üçün güzəştli kreditlərin verilməsi məqsədilə daha bir neçə sahibkarın biznes planı Fonda təqdim olunmuşdur.Tikinti-abadlıq işləri və kənd yollarının təmiri birinci yarımildə də davam

etdirilmişdir. Cəlilabad şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması işinə gündəlik nəzarət edilməsi nəticəsində içməli su şəbəkəsi üzrə 93 faiz, su magistral xətti üzrə 95 faiz, kanalizasiya şəbəkəsi üzrə isə 90 faiz iş başa çatdırılmışdır. Həmçinin şəhərin küçələri 114619 kubmetr çınqıl qatı ilə örtülmüşdür.Bu müddət ərzində Cəlilabad şəhərində Heydər Əliyev Fondu hesabına hər biri 100 yerlik 3 uşaq bağçası-körpələr evi istifadəyə verilmiş, İncilli kənd ümumi orta məktəbinin tikintisi başa çatdırılmışdır. Həmçinin yarımçıq qalmış Cəlilabad-Soltankənd avtomobil yolunun 21 kilometrinə, habelə Cəlilabad şəhərinin bəzi, Günəşli kəndinin isə bütün küçələrinə asfalt döşənmiş, kənd investisiya proqramı çərçivəsində Muğan, Komanlı, Şatırlı, Kövüzbulaq Üçtəpə, Kazımabad, Günəşli və Şiləvəngə kənd inzibati ərazi dairələrində kənddaxili yolların təmiri başa çatdırılmış, digər kənd yaşayış məntəqələrində isə 200 kilometrdən çox yola çınqıl tökülmüşdür. Hazırda Cəlilabad şəhərindəki çoxmərtəbəli yaşayış binalarının dam örtüyü əsaslı şəkildə yenidən qurulur, Göytəpə şəhərində leysan yağışlar nəticəsində uçmuş 15 mənzilli yaşayış binasının sakinləri üçün fərdi yaşayış evləri inşa edilir. Həmçinin imkansız və əlil olan Xanım Qənbərova üçün Cəlilabad şəhərində tikilən yaşayış evində son tamamlama işləri görülür, Qarabağ müharibəsi veteranı İlham Hünbətov üçün isə Uzuntəpə kəndində fərdi yaşayış evinin tikintisinə başlanılmışdır.Həmişə olduğu kimi, birinci yarımildə də rayon maliyyə idarəsi maliyyə vəsaitlərinin təyinatına uyğun və səmərəli istifadəsinə nəzarəti gücləndirmiş, alınan bütün növ mal-materialların keyfiyyətini və qiymətini diqqər mərkəzində saxlamışdır. Lakin 11 tədiyə növündən 8-i üzrə proqnoza əməl edilməmişdir ki, bunun da əsas səbəbi sahibkarlar tərəfindən vergilərin vaxtında ödənilməməsidir. Rayon maliyyə idarəsi vergilərin ödənilməməsi ilə əlaqədar bir neçə dəfə 6 saylı vergilər idarəsinə müraciət etsə də heç bir müsbət nəticə əldə edilməmişdir.Pensiyaçılara nümunəvi xidmətin göstərilməsi və onların problemlərinin vaxtında həll edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu rayon şöbəsinin daim diqqət mərkəzində olmuşdur. Birinci yarımildə pensiyaçılara 24,4 milyon manat, işləyən sığortaolunanlara isə 377,6 min manat vəsait ödənilmişdir ki, bu da keçən ilin eyni dövrünə nisbətən xeyli çoxdur. Proqnoz tapşırığa 98,9 faiz əməl olunmasına baxmayaraq ötən ilin birinci yarısı ilə müqayisədə 41,7 min manat çox sosial sığorta haqqı toplanmışdır. Bundan başqa, sosial sığorta haqqı ödəməyən 674 fiziki şəxsə xəbərdarlıq edilmiş, 376 hüquqi şəxsin bank hesabına 433 min manat inkassa sərəncamı qoyulmuş, fərdi sahibkarlıqla məşğul olan 548 nəfər sosial sığorta haqqı ödənişinə cəlb edilmiş, 56927 nəfərə sosial sığorta şəhadətnaməsi hazırlanmışdır.Rayon əhalinin sosial müdafiəsi mərkəzi tərəfindən birinci yarımildə 2930 ailəyə və ya 10524 nəfərə ünvanlı sosial yardım təyin edilmiş, onlara ayda 442821 manat vəsait ödənilmişdir. Ünvanlı sosial yardım üçün müraciət edən 233 ailəyə isə müxtəlif səbəblərdən imtina verilmişdir. Ünvanlı sosial yardımın təyin olunmasına dair ərizənin və digər sənədlərin 2016-cı il fevralın 15-dən elektron formada qəbul olunması nəticəsində vətəndaş-məmur təmasına, ehtimal olunan bürokratik əngəllərə və digər neqativ hallara son qoyulmuş, sənəd qəbulu zamanı yaranan sıxlıq və ajiotaj aradan qaldırılmışdır.Əhalinin fasiləsiz elektirik enerjisi ilə təmin edilməsindən ötrü Uzuntəpə kəndində yeni yarımstansiya tikilmiş, Cəlilabad şəhərində, Alar, Uzuntəpə, Seyidbazar, Qarazəncir və Suluçeşmə kəndlərində 9 yeni transformator quraşdırılmışdır. Bundan əlavə, rayon ərazisində 53 transformator təmir edilmiş, 400 ədəd metal və dəmir-beton dayaq basdırılmış, 7000 metr yararsız naqil dəyişdirilmiş, 2951 ədəd yeni sayğac quraşdırılmış, 980 qüsurlu sayğac yenisi ilə əvəz edilmiş, 6200 sayğac möhürlənmişdir.Lənkəran regional qaz istismar idarəsinin Cəlilabad xidmət sahəsi tərəfindən Cəlilabad şəhərində 1620, Göytəpə şəhərində 320 paqonmetr yeni qaz kəməri çəkilmiş, 46 abonent qazla təchiz edilmişdir. Eyni zamanda Əliqasımlı, Komanlı, Həziabad Ağdaş, Sərhədabad, Əliabad və Məşədivəlli kəndlərinə təbii qaz verilişi bərpa olunmuş, 2660 ailə mavi yanacaqla təmin edilmişdir.Regionların sosial-

iqtisadi inkişafı Dövlət Proqramlarına müvafiq olaraq rayonda poçt və rabitə xidmətinin yaxşılaşdırılması üçün bir sıra məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Birinci yarımildə rayon telekommunikasiya qovşağı tərəfindən 488 abonentə telefon xətti çəkilmiş, Göytəpə şəhər, Ləkin, Sabirabad, Uzuntəpə, Üçtəpə və Qarazəncir kənd EATS-lərində 58 ədəd reqlet yenisi ilə əvəz olunmuş, bir çox yararsız dirəklər dəyişdirilmişdir. Vətəndaşların müraciəti nəzərə alınaraq Uzuntəpə, Qarazəncir, Üçtəpə və Muğan kəndlərində yeni şəbəkə qurulması üçün eskiz-sxem hazırlanmış və “Aztelekom” MMC-yə təqdim olunmuşdur. Hazırda telefon istifadəçilərinin sayı 7687, internet istifadəçilərinin sayı isə 3700 nəfərdir.Rayon təhsil şöbəsi birinci yarımildə təlimin keyfiyyətinə nəzarətin araşdırılması, şagirdlərin bilik, bacarıq və vərdişlərinin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədilə 58 məktəbdə monitorinq aparmış, 26 məktəbdə isə nəzarət reydi keçirmişdir.Fevral ayında IX sinif şagirdlərinin Azərbaycan dili və riyaziyyat fənlərindən diaqnostik qiymətləndirilməsi zamanı hər iki fəndən müsbət qiymət alanların sayı 2015-ci ilin buraxılış imtahanlarındakı nəticələrə nisbətən 5,6 faiz artmışdır. Qiymətləndirmədə Göytəpə şəhər 1 nömrəli, Alar kənd 1 nömrəli, Ocaqlı kənd 1 nömrəli, Adnalı və Buravar kənd orta məktəblərinin şagirdləri yaxşı nəticələr göstərmişlər. Mart ayında Lənkəran şəhərində keçirilən fənn olimpiyadasında IX-XI siniflərin 35 şagirdi iştirak etmiş və onlardan 3-ü I yeri tutaraq respublika fənn olimpiyadasında iştirak etmək hüququ qazanmışlar. Həmin ayda keçirilən VIII respublika rus dili və ədəbiyyatı olimpiadasında isə rayonumuzun 3 şagirdi III yerə layiq görülmüşdür.2016-cı il iyunun 16-da keçirilən buraxılış imtahanlarında IX sinif şagirdləri 48,5 faiz, XI sinif şagirdləri isə 44,1 faiz nəticə göstərmişlər. Beləliklə, ötən illə müqayisədə IX siniflər üzrə 9 faiz, XI siniflər üzrə isə 3,1 faiz irəliləyiş olmuşdur.Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən rayon əhalisinin 86441 nəfəri müayinədən keçirilmişdir ki, onun da 14214 nəfəri uşaqdır. Müayinə zamanı müxtəlif xəstəliklər aşkar edilən 9411 nəfərin bir qismi rayonda, digər qismi isə Bakı şəhərində ixtisaslı müalicəyə cəlb olunmuşlar. Birinci yarımildə 12 həkim və 89 orta tibb işçisi ixtisasartırma kursuna göndərilmiş, 16 həkimə isə sertifikat verilmişdir.Birinci yarımildə rayon mədəniyyət və turizm şöbəsi tərəfindən əlamətdar günlər və bayramlar münasibətilə ümumrayon tədbirləri keçirilmişdir. Gənclərin mənəvi tərbiyəsi, peşə vərdişlərinə yiyələnməsi və istedadlarının üzə çıxarılması məqsədilə Heydər Əliyev Mərkəzinin, uşaq incəsənət məktəbinin, tarix-diyarşünaslıq muzeyinin, rəsm qalereyasının və digər mədəniyyət müəssisələrinin imkanlarından səmərəli istifadə edilmişdir. Kitab fondunun və muzey eksponatlarının zənginləşdirilməsi üçün əlavə tədbirlər görülmüşdür.Qəzalı vəziyyətdə olan Cəlilabad şəhər 1 saylı klub və Novruzallı kənd kitabxanası üçün yeni binaların tikintisinə başlanılmışdır.Birinci yarımildə gənclərə və idmana aid 47 tədbir keçirilmiş, həmin tədbirlərdə 7781 gənc və 1458 idmançı iştirak etmişdir. Sərbəst güləş, yunan-Roma güləşi, taekvando və ağır atletika üzrə 8 respublika birinciliyində 80 idmançımız təmsil olunmuş, onlardan 1-i I, 4-ü II, 9-u isə III yerə layiq görülmüşdür. Bundan əlavə, sərbəst güləş üzrə Bakı şəhərində keçirilən Beynəlxalq turnirdə iştirak edən 5 idmançıdan 2-si III yeri tutmuşdur. Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsini yaxşılaşdırmaq məqsədilə rayon ərazisindəki hərbi hissələrdə müxtəlif tədbirlər keçirilmiş, “Şahin” hərbi idman oyunları təşkil edilmişdir.Rayonun hüquq-mühafizə orqanları ötən müddət ərzində cinayətkarlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı kəskin mübarizə aparmış, kriminogen vəziyyətin sabitləşməsi üçün bütün imkanlardan istifadə etmişlər. Altı ay ərzində qeydə alınan 214 cinayət hadisəsinin 162-nin və ya 75,7 faizinin üstü açılmış və məhkəməyə göndərilmişdir. Bundan başqa, narkotik maddələrin satışına və istifadəsinə dair 18 fakt aşkar edilmiş, 33 kiloqram 472 qram narkotik maddə dövriyyədən çıxarılmışdır. Rayon icra hakimiyyəti vətəndaşların müraciətlərinə baxılmasına xüsusi önəm vermiş, qaldırılan problemlərin həllinə maksimum səy göstərmişdir. Altı ay ərzində aparata 585 müraciət daxil

olmuşdur ki, onun da 449-u (76,7 faiz) ərizə, 136-sı (23,3 faiz) şikayətdir. Müraciətlərin 287-si Prezidentin Administrasiyasından, 155-i birbaşa vətəndaşlardan, 143-ü isə digər təşkilatlardan daxil olmuşdur. Rayon icra hakimiyyətinin başçısı tərəfindən aparatda keçirilən qəbullarda 125, yerlərdə keçirilən səyyar qəbul-görüşlərdə isə 144 nəfər qəbul edilmişdir.Şura iclasında çıxış edən Cəlilabad rayon Kənd təsərrüfatı idarəsinin rəisi Rahib Kərimov,Cəlilabad Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri vəzifəsi icra edən Rəşad Salmanov,Cəlilabad rayon Suvarma Sistemləri İdarəsinin rəisi Daməd Məmmədov 2016-cı ilin I yarımilində sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrlə bağlı məlumat vermişlər.
Похожие новости
08:52, Сегодня
В Торонто арестовали грабителей, совершивших крупнейшую кражу золота в истории Канады - ФОТО
08:47, Сегодня
В Сальяне столкнулись два автомобиля, есть пострадавшие
08:45, Сегодня
Глава МИД Японии и генсек НАТО договорились продолжать сотрудничество в поддержке Украины
08:41, Сегодня
В Азербайджане продается Коран по фантастической цене - ФОТО
08:40, Сегодня
Jpost: ЦАХАЛ не менял инструкции по общественной безопасности после удара по Ирану
08:32, Сегодня
TikTok начал тестировать конкурентную Instagram платформу
08:28, Сегодня
На ряде улиц и проспектов Баку затруднено движение транспорта
08:15, Сегодня
Принадлежащая российским миротворцам военная техника направляется в Россию - ВИДЕО
08:15, Сегодня
В Японии технологическим компаниям выделят $470 млн для развития ИИ
08:02, Сегодня
В Нидерландах нашли необычный способ борьбы с переизбытком туристов
08:00, Сегодня
Стартовали съемки 4-го сезона "Ведьмака" - ВИДЕО
07:49, Сегодня
Иранские системы ПВО сбили три беспилотника
07:43, Сегодня
Почему педагогов-мужчин становится все меньше? - ЗАЯВЛЕНИЕ + ВИДЕО
07:38, Сегодня
Проблемное село Гобустанского района: Нас здесь осталось всего несколько человек - ВИДЕО
07:37, Сегодня
США не поддержали ответную атаку Израиля на Иран
07:18, Сегодня
В Сумгайыте убили мужа и жену, задержан их 24-летний сын
07:13, Сегодня
Израиль нанес "ограниченный" удар по Ирану
07:00, Сегодня
Мадуро: Нефтяная промышленность Венесуэлы будет развиваться вопреки санкциям США
06:32, Сегодня
Иран приостановил полеты над некоторыми городами
06:31, Сегодня
В Баку изъято большое количество безакцизных сигарет
06:28, Сегодня
Ученые обнаружили остатки самой крупной змеи в истории Земли
06:28, Сегодня
В иранской провинции Исфахан произошел взрыв
06:24, Сегодня
В Баку автомобиль сбил 7-летнюю девочку
06:12, Сегодня
В Индии начался первый этап масштабных парламентских выборов
05:57, Сегодня
Израиль нанес удар по объекту в Иране
05:28, Сегодня
Девочка пообедала в ресторане быстрого питания и получила повреждение мозга - ФОТО
05:15, Сегодня
Определились все полуфиналисты Лиги конференций
04:55, Сегодня
Белый дом опроверг заявление Байдена о съедении его дяди людоедами
04:28, Сегодня
Товарооборот между Казахстаном и Якутией вырос почти в два раза
04:02, Сегодня
В Баку мужчина не пожелал вернуть долг знакомому и убил его: дело направлено в суд
03:31, Сегодня
Вывод российских миротворцев из Карабаха положил начало новой эпохе - ВИДЕО
03:06, Сегодня
МВФ повысил прогноз экономического роста для Узбекистана на 2024 год
02:54, Сегодня
Азербайджанский водитель фуры уже три месяца не может пересечь границу Грузии - ВИДЕО
02:46, Сегодня
Ходжалинский аэропорт переходит под контроль Азербайджана - ВИДЕО
02:39, Сегодня
В Гейгеле произошла авария: есть пострадавшие
02:04, Сегодня
В Баку мужчина нанес своему отцу тяжелую травму
02:02, Сегодня
США заблокировали резолюцию о признании Палестины полноправным членом ООН
01:28, Сегодня
Житель Кельбаджара: Из 113-дневного окружения в Башлыбеле живыми спаслись 29 человек - ВИДЕО
01:17, Сегодня
Заслуженный артист: Я не сплю после смерти сына
01:12, Сегодня
Хроника Западного Азербайджана: Армения вскоре может быть стерта с карты мира - ВИДЕО
00:53, Сегодня
В Агдашском районе повесился 30-летний мужчина
00:47, Сегодня
Глава COP-29 встретился с главой Европейского инвестиционного банка - ФОТО
00:19, Сегодня
25-летний житель Губы повесился на лестнице
00:00, Сегодня
Бывший чиновник намерен вернуть свое имущество стоимостью 43 млн манатов
18 Apr 2024 | 23:59
В Баку мошенник обманул женщину, пожелавшую стать чиновницей
18 Apr 2024 | 23:58
Джон Керри прибыл в посольство Азербайджана в Вашингтоне
18 Apr 2024 | 23:56
Лига конференций: "Фиорентина" обыграла "Викторию Пльзень", "Астон Вилла" обыграла "Лилль" - ВИДЕО
18 Apr 2024 | 23:54
Сегодня пройдет голосование по резолюции о приеме Палестины в ООН
18 Apr 2024 | 23:51
В Иране заблокирован ряд онлайн-магазинов по продаже одежды - ФОТО
18 Apr 2024 | 23:47
МИД Ирана заявил, что ответные шаги Тегерана завершены
18 Apr 2024 | 23:39
Нетаньяху призвал Израиль к единству на фоне "экзистенциальной угрозы"
18 Apr 2024 | 23:23
В Баку у наркокурьера изъяли 5 кг марихуаны и 3 000 таблеток метадона - ВИДЕО
18 Apr 2024 | 23:15
МИД Венесуэлы осудил незаконную санкционную политику США
18 Apr 2024 | 23:09
Протесты в Тбилиси продолжаются-(видео)
18 Apr 2024 | 23:04
Суд ООН проведет слушания по иску Мексики к Эквадору
18 Apr 2024 | 23:01
Исследователь: Через несколько дней после Башлыбельской трагедии две семьи остались в окружении - ВИДЕО
18 Apr 2024 | 22:57
В Абшеронском районе 30-летний мужчина покончил жизнь самосожжением
18 Apr 2024 | 22:47
Азербайджанский боксер стартовал с победы на чемпионате Европы
18 Apr 2024 | 22:41
Житель поселка Бина: Ощущение, будто мы живем в Сомали - ВИДЕО
18 Apr 2024 | 22:34
Глава Сил обороны Кении погиб в авиакатастрофе- (обновлено)
18 Apr 2024 | 22:28
УЕФА оштрафовал "Барселону"
18 Apr 2024 | 22:22
Хуситы атаковали 98 судов после обострения в секторе Газа
18 Apr 2024 | 22:00
Солнце готовит Земле космический шторм в ближайшие дни
18 Apr 2024 | 21:47
У берегов Мексики зафиксировали сильное землетрясение
18 Apr 2024 | 20:53
Власти Украины приговорили Анатолия Карпова к 15-ти годам тюрьмы
18 Apr 2024 | 20:48
Партнеры по НАТО могут поставить Украине шесть систем Patriot
18 Apr 2024 | 20:46
Заседание Совета Украина-НАТО пройдет 19 апреля на уровне министров обороны
18 Apr 2024 | 20:40
Фон дер Ляйен: Отток капитала из ЕС составляет €300 млрд в год
18 Apr 2024 | 20:35
В России хотят усилить войска в Украине бездомными собаками
18 Apr 2024 | 20:25
Макрон: ЕС выступает за введение новых санкций против Ирана и России
18 Apr 2024 | 20:23
Столтенберг ждет, что Украина сама обеспечит себя войсками
18 Apr 2024 | 20:21
В борьбе с тиктокерами полиции следует обратить внимание на пропаганду разврата
18 Apr 2024 | 20:20
Национальный герой Азербайджана перенес инфаркт
18 Apr 2024 | 20:18
Менингит всего за сутки погубил 17-летнюю испанскую спортсменку
18 Apr 2024 | 20:17
Луи Боно находится с визитом в Грузии
18 Apr 2024 | 20:12
Казахстан запретил импорт авиатоплива
18 Apr 2024 | 20:02
Шахин Аббасов зарезал москвича ударом в пах за замечание о парковке
18 Apr 2024 | 20:01
ВОЗ: Более 25 тыс. человек заболели холерой в марте текущего года
18 Apr 2024 | 19:53
Украина блокирует пророссийские TikTok-каналы
18 Apr 2024 | 19:45
Предотвращено покушение на Зеленского
18 Apr 2024 | 19:42
«Карабах» улучшил положение в мировом рейтинге
18 Apr 2024 | 19:41
Генсек ООН призвал не допустить эскалации в Красном море
18 Apr 2024 | 19:37
Индия передумала строить свои корабли в Турции
18 Apr 2024 | 19:34
На севере Турции произошло землетрясение магнитудой 5,6
18 Apr 2024 | 19:29
В Гаджигабуле задержан наркокурьер
18 Apr 2024 | 19:16
При TƏBİB создан Республиканский центр педиатрии, назначен директор
18 Apr 2024 | 19:14
В Баку состоялся показ документального фильма о литовском моряке "Прыжок"
18 Apr 2024 | 19:14
Во Франции совершено нападение с ножом: ранены дети
18 Apr 2024 | 19:10
"Галатасарай" ищет альтернативу Мауро Икарди
18 Apr 2024 | 19:05
Аргентина заявила о намерении стать глобальным партнером НАТО
18 Apr 2024 | 19:04
Российская военная база в Армении подверглась кибератаке
18 Apr 2024 | 19:01
Новая угроза в связи с наводнением в Иране: берегитесь крокодилов! - ВИДЕО
18 Apr 2024 | 18:54
Новый председатель Госкомитета принял посла Турции
18 Apr 2024 | 18:52
Вагит Алекперов возглавил рейтинг богатейших миллиардеров России
18 Apr 2024 | 18:47
МИД Армении: На брюссельской встрече не было секретной повестки
18 Apr 2024 | 18:45
Брат жестоко убитой в Казахстане Салтанат Нукеновой дал эксклюзивное интервью Baku TV - ВИДЕО
18 Apr 2024 | 18:41
Байден: США с союзниками вводят санкции против Ирана
18 Apr 2024 | 18:39
Экс-министра обороны Армении оставили под арестом
18 Apr 2024 | 18:26
Во сколько обходится тонировка автомобильных стекол? - ВИДЕО
18 Apr 2024 | 18:07
Президент Грузии прокомментировала митинги в стране против закона об иноагентах
ЕЖЕДНЕВНО
18 Apr 2024 | 16:20
Польские фермеры возобновили протесты на границе с Украиной
18 Apr 2024 | 17:34
Иран пригрозил ударить по ядерным центрам Израиля
18 Apr 2024 | 17:08
Военный атташе США в Армении посетил Гюмри
18 Apr 2024 | 17:30
Аэропорт Дубая вернется к полноценной работе в течение 24 часов
18 Apr 2024 | 15:52
СМИ: США одобрили операцию Израиля в Рафахе за отказ бить по Ирану
18 Apr 2024 | 17:29
В Гаджигабуле поезд насмерть сбил женщину
18 Apr 2024 | 17:47
Дело женщины, обвиняемой в убийстве супруга, переквалифицировано
18 Apr 2024 | 16:37
Квентин Тарантино отказался снимать свой финальный фильм с Брэдом Питтом
18 Apr 2024 | 17:13
Байден обвинил каннибалов в пропаже тела своего дяди - ВИДЕО
18 Apr 2024 | 17:50
Британия расширила на 13 позиций санкционный список по Ирану
ЕЖЕНЕДЕЛЬНО
15 Apr 2024 | 19:28
Во Франции не исключили ядерного удара по Ирану
15 Apr 2024 | 19:34
Минная проблема Азербайджана обсуждена на международном симпозиуме
15 Apr 2024 | 22:10
В Госдепе заявили, что США изучают варианты ужесточения санкций против Ирана
15 Apr 2024 | 20:01
В отношении ресторана, вызвавшего недовольство жителей, приняты меры - ВИДЕО
15 Apr 2024 | 19:41
Скончалась педагог UNEC - ФОТО
15 Apr 2024 | 22:03
В Сабунчинском районе устранили антисанитарную обстановку - ОБНОВЛЕНО + ФОТО
15 Apr 2024 | 19:36
Почему в столичном поселке не вывозят мусор? - ФОТО
15 Apr 2024 | 21:53
В ЦАХАЛ пообещали ответить на атаку Ирана
15 Apr 2024 | 19:32
Tesla сократит более 10% персонала
16 Apr 2024 | 12:28
Продлен срок выплаты надбавок к зарплате медработников, оказывающих услуги пациентам с COVID-19
Ежемесячно
18 Apr 2024 | 16:20
Польские фермеры возобновили протесты на границе с Украиной
18 Apr 2024 | 17:34
Иран пригрозил ударить по ядерным центрам Израиля
18 Apr 2024 | 17:08
Военный атташе США в Армении посетил Гюмри
18 Apr 2024 | 17:30
Аэропорт Дубая вернется к полноценной работе в течение 24 часов
18 Apr 2024 | 15:52
СМИ: США одобрили операцию Израиля в Рафахе за отказ бить по Ирану
18 Apr 2024 | 17:29
В Гаджигабуле поезд насмерть сбил женщину
18 Apr 2024 | 17:47
Дело женщины, обвиняемой в убийстве супруга, переквалифицировано
18 Apr 2024 | 16:37
Квентин Тарантино отказался снимать свой финальный фильм с Брэдом Питтом
18 Apr 2024 | 17:13
Байден обвинил каннибалов в пропаже тела своего дяди - ВИДЕО
18 Apr 2024 | 17:50
Британия расширила на 13 позиций санкционный список по Ирану
Писатели