“Azərbaycan Qarabağı qaytarmaq üçün yaranmış 2 şansı əldən verib”
Читать: 6120
29 Jul 2016 | 12:13
“Azərbaycan Qarabağı qaytarmaq üçün yaranmış 2 şansı əldən verib”
Son dönəm Qarabağ məsələsi ətrafında aparılan danışıqların nəticəsiz qalması cəmiyyətimizdə ciddi narahatçılıq doğurur. Bu narahatçılığa aydınlıq gətirmək məqsədilə Azərbaycan-Erməni Araşdırmaları Mərkəzinin rəhbəri, Türkiyənin Ərciyəs Universiteti Ermənişünaslıq bölümü başqanı, ermənişünas alim, professor Qafar Çaxmaqlı ilə həmsöhbət olmaq qərarına gəldik. 

Yay tətili olduğuna görə hazırda Bakıda olan professor Moderator.az-ın suallarını cavablandırdı. 

- Qafar müəllim, aprel döyüşlərindən sonra Qarabağ düyününün çözüləcəyinə bir xeyli ümidlənmişdik. Aradan 4 ay keçməsinə baxmayaraq, hələ də ortada konkret heç nə yoxdur. Sizcə, Qarabağa qovuşmağımız hələ çoxmu çəkəcək? 

- Məncə, Dağlıq Qarabağ məsələsinin həlli çox uzun sürəcək. Çünki ortada iki tərəf, Azərbaycan və Ermənistan var və bu tərəflərin bir-birinə yaxınlaşdırılması məsələsi mümkün deyil. Torpaqlar Azərbaycan torpaqlarıdır və bunu dünya da belə qəbul edib. Bununla bağlı BMT-nin Qətnaməsi var, xəritələrdə də Dağlıq Qarabağ Azərbaycan əraziləridir və həmin ərazilər işğal olunmuş kimi qəbul olunub. ATƏT-in Minsk qrupunun həmsədrləri deməsələr də, başqa ölkələr bu işğal aktını qəbul ediblər. Ermənistan isə Dağlıq Qarabağdan vaz keçməyəcəyini dəfələrlə bəyan edib. Dövlət başçısı səviyyəsində də deyir ki, Dağlıq Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq. Qarşılıqlı anlaşma olmadığına görə də Dağlıq Qarabağ məsələsini həll etmək çətin olacaq. ATƏT-in Minks qrupunun üzvləri 1994-cü ildən indiyədək ona çalışıblar ki, Azərbaycan Dağlıq Qarabağda bir referendum keçirsin və həmin referendumun nəticələrinə görə o torpaqlar ya müstəqil olsun, ya da Ermənistana verilsin. Bütün dövrlərdə bunların missiyası bu olub. Bizim dövlət başçımız da, bütün dünya da bunun belə olduğunu bilir. Azərbaycan da bunu qəbul edə bilməz, çünki Azərbaycanda elə bir fərd, şəxs tapılmaz ki, (satqınlar istisna olmaqla) Dağlıq Qarabağı Ermənistana verək və xalqı bu bəladan qurtaraq deyə. Dağlıq Qarabağın Azərbaycan torpağı olduğu tarix boyu hamılıqca qəbul olunub və o torpaqların ermənilərə heç bir aidiyyati yoxdur. Tarix də sübut edir ki, onlar bu torpaqlara gəlmədirlər və gələndən sonra burada möhkəmləniblər, çoxalıblar. 
İndi vasitəçilər çalışırlar ki, mərhələli həll prinsipini ortaya atsınlar və bu prinsiplə Azərbaycanın bir neçə rayonu qaytarılsın. Dağlıq Qarabağın statusunu Azərbaycan müəyyən etsin. O status da ən yüksək status olan respublika statusu olsun və ondan sonra orada plebisit keçirilsin. Bu da mümkün deyil, Azərbaycan Konstitusiyasına görə, hər hansı ərazi, hətta ad dəyişikliyi referendumla olmalıdır və referendum bütün Azərbaycan ərazisində keçirilə bilər. Buna da gedilərsə, ermənilərin bu torpaqları özününküləşdirmək imkanı azalır və yox edilir. 

- Dediyinizə görə prosesin danışıqlar yolu ilə həlli uzun çəkəcək. Bəs, müharibə yolu ilə necə? Apreldə başlanan döyüşləri davam etdirməliydikmi?

- Mən buna müharibə deməzdim. Həmişə o fikirdə olmuşam ki, Azərbaycan öz ərazisində anti-terror əməliyyatları keçirmək haqqına sahibdir. Heç kim də bunu bizə qadağan edə bilməz və biz bunu etməliyik. Apreldə də, apreldən də əvvəl Rusiyanın başı qarışıq olan zamanlarda biz buna başlamalıydıq. Azərbaycan arxayın olmalıdır ki, bu anti-terror əməliyyatları bizə nə qazandıra bilər. Əgər Azərbaycan bu işə getsə, yüz faiz bilməlidir ki, torpaqlarını azad edir. Buna görə də Azərbaycan hərbi cəhətdən yüz faiz hazır olmalıdır. Əgər hərbi cəhətdən hazır deyilsə, bu işə başlamağın mənası yoxdur. Biz o dörd günlük müharibədə bu işə başladıq və müəyyən üstünlük də əldə etdik, müəyyən zirvələri də ələ keçirdik. O zirvələr də strateji yüksəkliklərdi, həmin yüksəkliklərdən Dağlıq Qarabağın mərkəz hissəsini vurmaq mümkün idi. Biz bunu davam etdirsəydik, Dağlıq Qarabağ danışıqlarında müəyyən güzəştlərə nail ola bilərdik. Yox, əgər bunu tamamilə davam etdirib, erməniləri Dağlıq Qarabağdan çıxarma planını həyata keçirsəydik, ondan sonra ermənilər bizdən danışıqlar prosesinə getməyimizi xahi edəcəkdi. Ancaq Azərbaycan bu fürsətləri qaçırdı. 1992-93-cü ildə də, ondan əvvəldə də Azərbaycanın belə imkanları olub ki, bu məsələni həll eləsin. Dağlıq Qarabağa 2001-ci ildə ATƏT-in nümayəndə heyəti ilə getmişdim və orada ermənilərlə söhbətlərimizdə o qənaətə gəlmişdik ki, biz 90-cı illərdə bu məsələni həll edə bilərdik. Amma müəyyən siyasi qovğalar, siyasi oyunlar buna imkan vermədi. Dağlıq Qarabağda olan erməni jurnalistlər deyirdi ki, biz Xankəndindən çıxıb getmişdik, ancaq kişilər qalmışdı. Yəni, biz o fürsəti əldən buraxdıq. İkinci fürsət Rusiyanın Suriyada başının qarışdığı zamanlar idi. Biz o fürsəti də əldən verdik. İndi üçüncü fürsətin nə zaman yetişəcəyini gözləməliyik. Amma hər ehtimala qarşı Azərbaycan güclü olmalıdır, boş yerə pullarını ora-bura xərcləməməlidir. 

- Üçüncü həmlə üçün də bir 20 il gözləməliyikmi?

- Ola bilər ki, üçüncü həmlə bir ildən sonra yaransın və ya 20 il, 100 il sonra yarana bilər. O fikri də nəzərinizə çatdırım ki, Avropa ölkələrinin liderləri bu məsələni dondurmağı belə təklif edir. Marqaret Tetçer də təklif etmişdi ki, bunu gələcək nəsillər həll edə bilər. Misalçün, Cənubi Azərbaycanda gedən proseslər buna imkan yarada bilər, orada milli azadlıq hərəkatı başlasa, bu iş öz həllini tapa bilər. Fövqəlada hadisələrdən, bölgədə gedən hadisələrdən asılı ola bilər ki, bu imkan yaransın. 

- Apreldəki hadisələr göstərdi ki, qocadan tutumuş uşağa qədər hər kəs müharibəyə hazırdır. Yetər ki, torpaqlarımızı geri qaytaraq. Rusiyanın təklifiylə müharibəni növbəti dəfə dayandırmaq insanların o döyüş əzminə təsir edə bilərmi?

- Xeyr. Əvvəldə də dedim ki, Azərbaycanda elə bir adam tapılmaz ki, Qarabağı verək desin. Bu fikir istisnadır, bu ona inam yaradır ki, istənilən an Azərbaycan xalqının içində o qığılcımı yaratmaq olar. Azərbaycanda o vaxtkı hərəkat dövründə on min adam küçələrə çıxırdı ki, mən müharibəyə getmək istəyirəm. Mən bunların şahidi olmuşam və indi də Azərbaycanda bir çağırış olsa ki, Qarabağı azad etmək üçün ayağa qalxırıq, xalq ayağa qalxar. Amma xalqın ordusu var və bu işi ordu görməlidir, peşəkarcasına yerinə yetirilməlidir. Hələ onu demirəm ki, digər taktikalardan, üsullardan da istifadə edə bilərik, muzdlu ordu tuta bilərik və s. 
Ermənistanda indi siyasi proseslər gedir, bundan öncə terrorçu Vazgen Sislyan vardı, indi də Jirayr Sefilyan həbs olunub. Bu həbslər ona görə həyata keçirilir ki, danışıqlar prosesində Dağlıq Qarabağ çevrəsində olan Azərbaycanın yeddi rayonunun verilməsi məsələsi var. Bu torpaqları Ermənistan istənilən an verə bilər, çünki bu əraziləri güya Dağlıq Qarabağı qorumaq üçün işğal ediblər. Həbs olunanlar da buna qarşı çıxıblar, bir neçə ay əvvəl Dağlıq Qarabağa maşınlarla yürüş etmişdilər. Bunlar silahlı müxalifətdir və hakimiyyətin danışıqlar prosesində güzəştə getməsini istəmir. Deyirlər ki, Kəlbəcəri, Ağdamı, Laçını verə bilməzsən, o torpaqları biz qan töküb almışıq. Bizdə də həmin proseslərə rəvac verilməlidir, məsələn, Dağlıq Qarabağda bir partizan hərəkatı yaradıla bilər. Tarixdə Difai hərəkatı nümunəsi var, Difai hərəkatı da erməni terroruna qarşı yarandı və bu hərəkat yaranandan sonra terrorların qarşısı alındı. 

- Erməni mətbuatından izlədiyimizə görə, aprel döyüşlərindən sonra Ermənistan ordusu gücləndirilir, ön cəbhə möhkəmləndirilir, hətta keçmiş döyüşçülər belə ön cəbhədəki ərazilərdə yerləşdirilir. Əvvəldə dediyiniz o üçüncü həmlə zamanı düşmən tərəfi bizdən güclü ola bilərmi? 

- Acığı deyim ki, mən Ermənistanı heç vaxt bizdən zəif hesab etməmişəm. Çünki Azərbaycanın iqtisadi imkanları genişdirsə, müasir silahlar ala bilirsə, Ermənistana da bu silahlar Rusiya tərəfindən müftə verilir. Ermənistan da bilir ki, işğal etdiyi torpaqlara görə nə zamansa Azərbaycanla hərbi qarşıdurmaya gedəcək, yəni müharibə olacaq. Buna görə də tədbirlərini görür, gücləndirir, siyasi cəhətdən də rəqibləriylə bir araya gəlir. Ermənistanda oyunlar qururlar, hakimiyyətin dəyişməsində oyunlar oynanılır. Bu oyunların hamısını Rusiya ilə birlikdə qurublar, həmin terrorist dediyimiz adamlarla belə aralarında danışıqlar olur, nəyi necə etmək barədə razılığa gəlirlər. Sarkisyan bu danışıqlar prosesində də belə bir təsəvvür yaratmaq istəyir ki, bizdə müxalifət Dağlıq Qarabağdakı danışıq proseslərindəki güzəştlərlə razı deyil. Görürsünüzmü, bu adamlar buna görə polis idarələrinə belə basqın edirlər. Bizim bəzi jurnalistlər də elə zənn edirlər ki, bu hadisələr çevrilişə cəhddir. Xeyr, çevriliş deyil, sadəcə olaraq bu onu göstərir ki, bunlar hər zaman milli məsələdə birləşə bilirlər. Siz dediyiniz kimi də mən hesab edirəm ki, Ermənistan öz tədbirlərini görür. Amma biz də bunları nəzərə alıb öz işimizi görməliyik ki, Ermənistandan ən azı zəif olmayaq. Danışıqlar prosesində də onlar bilsələr ki, biz güclüyük, o zaman güzəştə gedəcəklər. Yox əgər bilsələr ki, biz onlarla eyni dərəcədəyik, heç vaxt güzəştə getməyəcəklər. 

- Sarkisyan danışıqların şərtləriylə razılaşmamaqla öz hakimiyyətini möhkəmləndirmək istəyir, yoxsa Rusiya özü hələ Ermənistanın bu şərtləri qəbul etməsinə razılıq vermir? 

- Şübhəsiz ki, Rusiya Ermənistanın fikrini bizim fikrimizdən üstün tutur, daha çox onlarla məsləhətləşir. Çünki Ermənistan açıq şəkildə Rusiyanın strateji hərbi ortağıdır. Rusiyanın Ermənistanda artıq iki yerdə hərbi bazası var, Dağlıq Qarabağın özündə də rus orudusunun qüvvələri var. Yəni Rusiya Ermənistana sadəcə olaraq forpost kimi baxır və bu davam edəcək. Şübhəsiz ki, hakimiyyətdə kimin olmasını, ona nə dərəcədə qulaq asmasını da Rusiya nəzərə alır. Ermənistan prezidenti də sərbəst deyil, bir qədər cızığından çıxanı dərhal dəyişir. Ermənistan Rusiyanın vilayətlərindən biri olmasa da, Rusiya istənilən an Ermənistanda istədiyi prosesi həyata keçirə bilir. Həm də iqtisadi rıçaqlar Rusiyanın əlindədir, dəmir yolu, elektrik sistemi, bütün strateji əhəmiyyətli sahələrin ən azı 75 faizi Rusiyanın nəzarətindədir. 
Amma Ermənistan cəmiyyəti də fərqlidir, orada rəngarənglik var. Ermənistanda Avropaya da, Rusiya da meyilli adamlar var , komunistlər də, sosialistlər də var. Yalnız və yalnız Türkiyəyə meyilli adamlar yoxdur, çünki onların hamısının Türkiyəyə, Azərbaycana birmənalı düşmənçilik münasibəti var və mən bunu həmişə hiss etmişəm. 

- Son günlərdə Türkiyənin "Hürriyyət" qəzetində Türkiyənin Ermənistanla sərhədlərini açacağı ilə bağlı yazı getdi. Və bu xəbər həm Türkiyədə, həm də bizdə xoş qarşılanmadı, qeyd etdilər ki, bu xəbəri yayanlar iki qardaş dövlət arasında nifaq yatarmağa çalışır. Siz nə deyə bilərsiniz bu xəbərlə bağlı?

- Mən Türkiyə mətbuatını mütəmadi izləyirəm və deyiniz kimi, Hürriyyət qəzetində bir köşə yazarı belə bir yazı yazdı və o da özbaşına yazdı. Köşə yazarlarının çoxu gündəmi zəbt etmək üçün belə yazılar yazırlar. Hesab edirəm ki, belə məsələ yoxdur, yəni Ermənistanla Türkiyə arasında danışıqların yenidən başlaması məsələsi həm də Türkiyənin indiki vəziyyətində gündəmdə deyil. Sərhədlərin açılması məsələsi ilə bağlı Türkiyəninn açıq mövqeyi var və bu da ondan ibarətdir ki, Ermənistan ordularını Azərbaycan torpaqlarından çıxarmalıdır. Bu, Türkiyənin açıq mövqeyidir, bütün tədbirlərdə dəfələrlə səsləndirilib və Türkiyə siyasətində bu önəmli bir mövqedir. Yalnız Dağlıq Qarabağla bağlı deyil, həm də Ermənistanın Türkiyəyə qarşı ideoloji savaşına görədir. Ermənilər qondarma erməni soyqırımından vaz keçmirlər, imkan düşdükcə bu “soyqırım” layihəsini qəbul etdirməyə çalışırlar. Bu da Türkiyəni aşağılamaqdır, Türkiyə də bunları bilir və Ermənistanla danışıqlar prosesi məsələsi hazırda actual deyil. Ancaq hesab etmirəm ki, bu belə də qalacaq. Çünki bu məsələ həm də tək Türkiyədən asılı deyil, Türkiyə Avropa Birliyinə üzv olmaq istəyir və oradakı şərtlərdən biri də odur ki, qonşularla münasibət məsələləri həll olunsun. Ad çəkməsələr də özəlliklə Ermənistanla münasibətlərin düzəldilməsi məsələsi də ortaya qoyulub. Türkiyə cəmiyyətində də ermənipərəst qüvvələr var və zaman-zaman bu məsələdə basqı olur. Türkiyə paralamentində 3 erməni deputat var və bu məsələ hətta parlament səviyyəsində də qaldırılır. Sərhədlərin açılması ancaq Ermənistana xeyirdir, Türkiyəyə heç nə verməz, ona görə də Türkiyə buna tələsmir. 

- Ərdoğan avqust ayının 9-u Rusiyaya gedir. Bu səfər çərçivəsində Dağlıq Qarabağ məsləsi də müzakirə oluna bilərmi? 

- Dövlət başçıları xarici dövlətlərə səfər edəndə gündəmdə bir neçə məsələ durur və o məsələlərdən biri də şübhəsiz ki, Dağlıq Qarabağ məsələsi olacaq. Çünki Dağlıq Qarabağ məsələsində Rusiya da maraqlıdır, Türkiyə də məsələnin həll olunmasında maraqlıdır. Şübhəsiz ki, bu məsələ müzakirə olunacaq, ancaq hesab etmirəm ki, nəsə müsbət bir addım olsun, çünki hələ onun zamanı deyil. İkinci tərəfdən də ermənilər bu məsələdə Türkiyəni yaxın buraxmırlar. Dəfələrlə bu məsələ qaldırılıb, Türkiyə ATƏT-in Minsk qrupunun üzvü olsa da, Azərbaycanın tərəfini tutacaq deyə bu məsələyə yaxın durmağa qoymurlar. Eyni mövqeyi biz də sərgiləməliydik, Rusiya, Fransa Ermənistanın tərəfindədir deməliydik. Biz bu məsələni vaxtında ortaya qoymamışıq, indi də qoysaq bir qədər gecikmiş səslənəcək. İranın da arada bu proseslərə qoşulmaq istəyi oldu, ancaq imkan verilmədi. Əslində nə qədər çox tərəf proseslərə qoşulsa, bizə xeyirdir, çünki haqlı tərəf bizik, bizim torpaqlarımız işğal olunub, biz istəyirik ki, torpaqlarımız işğaldan azad olunsun. 

- Qafar müəllim, sizin həm də bir jurnalsit kimi Azərbaycan mediasını ölkədən kənardan izləmək şansınız da var. O üzdən bilmək istərdik ki, Azərbaycan mediası Dağlıq Qarabağ məsələsində söz savaşını necə aparır? 

-  Mən deməzdim ki, Azərbaycan mediası duyarsızdır. Dağlıq Qarabağ məsələsinə Azərbaycan mediası həmişə həssas davranıb, birinci dərəcəli problemimiz kimi yanaşıb. Amma bu istənilən səviyyədə, yetərincə deyil. Ermənilər bizə, Türkiyəyə qarşı ideoloji savaşda həm daxildə, həm də xaricdə sistemli şəkildə fəaliyyət göstərirlər. Ancaq bizdə sistemli fəaliyyət yoxdur, ayrı-ayrı qurumlar, təşkilatlar, şəxslər var sadəcə. Biz bu sistem çatışmazlığını neçə illərdir ki, aradan qaldıra bilmirik. Biz erməniləri hansı məqamda, hansı tərəfdən və necə vurmağı bacarmalıyıq. Son vaxtlar erməni dilində saytlar fəaliyyət göstərir və bu tədqirəlayiqdir. Ancaq Azərbaycanda tutaq ki, hansısa ticarət mərkəzinin açılması xəbərinin ermənicə verilməsinin heç bir əhəmiyyəti yoxdur. Bizim erməniləri onlardan yaxşı yaşayırıq deyə inandırmaq dərdimiz olmamalıdır. Onsuz da erməni Azərbaycanda həyat tərzinin necə olduğunu çöx gözəl bilir. Biz daha çox araşdırma yazılarına, Dağlıq Qarabağla bağlı vətənpərvərlik yazılarına üstünlük verməliyik. Düzdür, Dağlıq Qarabağla bağlı yazılar olur, ancaq bu xətt də əvvəldən doğru müəyyən edilməyib. 
O ki, qaldı xarici ölkələrdə fəaliyyət göstərən jurnalistlərimizin fəaliyyətinə. Mən Türkiyədə yaşayıram və orada 70 min erməni var, azərbaycanlıların sayı isə 3 milyondur. Amma ermənilər Türkiyədə bir siyasi ab-hava müəyyən edə bilirlər. Türkiyə mediasında çox güclü  təmsilçiləri var, köşə yazarları, hər bir televiziyada xitab edə bildikləri adamları var. Həm erməni olan, həm də lobbiçilik fəaliyyətləri ilə inandırıb ələ aldıqları adamlar var,  amma Azərbaycanın yoxdur. Orada təqdir etdiyim Toğrul İsmayıl, Mayis Əlizadə kimi jurnalistlərimiz də var ki, Azərbaycanı Türkiyədə çox gözəl təmsil edə bilirlər. Ancaq bunlar çox azdır, Azərbaycandan gedən jurnalistlər öz siyasi ambisiyalarını yerinə yetirməklə, maddi qazanc əldə etməklə məşğuldur. Bunu Azərbaycan özü fikirləşməlidir, Azərbaycanın Türkiyə kamu oyuna xitab edə biləcək adamları olmalıdır. Hər Xocalı faciəsində gedib İğdırdan vurub İstanbuldan çıxmağın heç bir mənası yoxdur. Yaradılmış xüsusi mərkəzlərdə oturub bu işlərlə mütəmadi məşğul olan adamlar lazımdır. Türkiyə ilə yanaşı digər xarici ölkələrdə də həmçinin. Əvvəllər var idi belələri, ancaq biz onların qayğısına qala bilmədik. 

- Bu istiqamətdə bundan sonra nələr etmək olar?

- Azərbaycanda bir erməni araşdırmalar mərkəzi qurulmalıdır. Düzdür, mən bunu başlamışdım, ancaq effekt vermədi. Çünki labaratoriya çərçivəsinə sığışdırdılar, 2.5 nəfər ştat verdilər, bundan sonra Türkiyə dəvət etdi və mən çıxıb getdim. Dövlətin özünün imkanlarından istifadə edib ayrı-ayrı qurumlar yaratmaq olar. Şərt deyil ki, adını erməni məsələsi ilə məşğul olan qurum qoysunlar. Başqa adlarla olsa belə müxtəlif dillərdə bu tipli qurumlar yaratmaq olar və o qurumları qalıcı etmək lazımdır. Yaxşı kardları seçib o qurumlara cəlb etmək lazımdır. Xaricdə bu istiqamətdə fəaliyyət göstərmək istəyən və qarşılığında da Azərbaycandan heç bir təmanna güdməyən insanlar var. Biri yapondur, biri fransızdır, biri ərəbdir ki, ermənilərin əleyhinə çıxırlar, onlarla işləmək lazımdır. Bu işləri isə dövlət qurumları görməlidir. Məsələn, Diaspora komitəsinin işi iki ildən bir camaatı toplayaraq gəlib burada qonaqlıq verməkdən, Xocalı faciəsinin ildönümü ərəfəsində bir-iki tədbir keçirməkdən ibarət olmamalıdır. Bunlar baş aldatmaqdır. Azərbayacanın pulları heyifdir ki, bu adamlara verilir və boş yerlərə xərcləyirlər. Diaspora komitəsini örnək olaraq dedim, başqa qurumlar da, adamlar da var. Türkiyəyə Azərbaycandan bəzən elə adamlar göndərilir ki, onların nə savadları, nə qabiliyyətləri imkan vermir ki, ən azı gedib bir kolxozda iclas etsinlər. Mən, orada  yaşayan adamlar elələrinə görə xəcalət çəkirik. Göndərəndə də layiqli adamları göndərmək lazımdır. Bəzən elə adamlar gəlir ki, Azərbaycanla Türkiyə arasındakı münasibətləri gərginləşdirməyə qədər gedirlər. Hətta millət vəkili də olur və çıxıb tribunadan deyir ki, Türkiyənin siyasəti sarsaq siyasətdir və s. Güya Azərbaycan iqtidarını tərifləməklə məşğul olurlar, ancaq bu da yaxşı effekt vermir. Türklər də bizə deyirlər ki, Azərbaycan xalqı bu səviyyəsiz adamı necə millət vəkili seçib. 

Rumiyyə MİRASLAN


Похожие новости
00:25, Сегодня
В одном из районов Азербайджана будет ограничено газоснабжение
00:23, Сегодня
ГЭЦ: 485 человек не явились на выпускной экзамен
00:21, Сегодня
В Газахе с радостью восприняли новость об освобождении четырех сел района - ФОТО
00:16, Сегодня
В бакинском метро пожилой мужчина упал на рельсы
00:12, Сегодня
Сегодня день рождения легендарной азербайджанской «свекрови»
00:10, Сегодня
Агиль Рустамзаде: Израиль хотел «прощупать» ПВО Ирана
00:09, Сегодня
Жители Словакии собрали 2 млн евро на покупку снарядов для Украины
00:03, Сегодня
В Белом доме пообещали немедленно возобновить поставки оружия Киеву
00:02, Сегодня
Фон дер Ляйен против столкновений между Израилем и Ираном
19 Apr 2024 | 23:48
Мужчина поджег себя во время судебного процесса по делу Трампа в Нью-Йорке - ВИДЕО
19 Apr 2024 | 23:27
Юг Германии завалило снегом: горнолыжные курорты заявили о возобновлении работы
19 Apr 2024 | 23:01
Сход оползня в Стамбуле повредил 14 домов- (фото)
19 Apr 2024 | 23:00
Аэропорт Дубая ограничил число прибывающих рейсов
19 Apr 2024 | 22:54
Цукерберг обошел Маска в списке богатейших людей планеты
19 Apr 2024 | 22:49
"Аль-Наср" одержал волевую победу над "Аль-Фейхой": Мане оформил дубль - ВИДЕО
19 Apr 2024 | 22:45
Армяне заблокировали трассу в Баганыс Айрым и Ашагы Аскипара-(фото)
19 Apr 2024 | 22:08
Мировые расходы на оборону достигли рекордного значения
19 Apr 2024 | 21:54
В Армении не знают, к чему приведет сотрудничество с ЕС
19 Apr 2024 | 21:52
Мирзоян признал наличие проблем между Ереваном и Москвой
19 Apr 2024 | 21:42
Часы Михаэля Шумахера уйдут с молотка
19 Apr 2024 | 21:28
Страны G7 выступили с призывом к Баку и Еревану
19 Apr 2024 | 21:23
Евросоюз приветствует договоренность о возвращении 4 сел Газаха
19 Apr 2024 | 21:19
СМИ: Генсек НАТО официально одобрил удары Украины по территории России
19 Apr 2024 | 21:10
Оползень в исмайыллинском селе: возникла опасность для жильцов близлежащих домов - ВИДЕО
19 Apr 2024 | 21:01
Объявлены результаты выпускного экзамена по уровню общего среднего образования
19 Apr 2024 | 20:53
СМИ: Угрожавший взорвать консульство Ирана мужчина имел психические отклонения - ОБНОВЛЕНО + ВИДЕО
19 Apr 2024 | 20:49
В Баку прошла церемония открытия Кубка мира по художественной гимнастике
19 Apr 2024 | 20:45
Число жертв в Газе достигло 34012
19 Apr 2024 | 20:32
На одной из центральных улиц столицы не работают светофоры - ФОТО
19 Apr 2024 | 20:29
Иранский посол в Армении не хочет комментировать вывод РМК из Карабаха
19 Apr 2024 | 20:26
В некоторых районах Азербайджана ожидаются дожди и град - ПРЕДУПРЕЖДЕНИЕ
19 Apr 2024 | 20:12
Зеленский: Украина может спустить Путина «с неба на землю»
19 Apr 2024 | 20:11
В Азербайджане арестован руководитель сайта
19 Apr 2024 | 20:09
Абдоллахиян отрицает ущерб от удара дронов по Исфахану
19 Apr 2024 | 20:04
Премьер-лига: "Сумгайыт" на выезде разгромил "Туран Товуз" - ОБНОВЛЕНО + ВИДЕО
19 Apr 2024 | 20:03
Премьер-лига: "Сумгайыт" на выезде разгромил "Туран Товуз" - ОБНОВЛЕНО + ВИДЕО
19 Apr 2024 | 20:01
Орбан: Запад близок к отправке военных в Украину
19 Apr 2024 | 19:53
Сотрудники МЧС спасли оказавшихся в беспомощном положении несовершеннолетних - ВИДЕО
19 Apr 2024 | 19:53
Хакеры заявили о взломе базы данных ЦАХАЛ
19 Apr 2024 | 19:47
Палата представителей утвердила помощь Киеву и конфискацию активов РФ
19 Apr 2024 | 19:45
В Мексике футболиста отстранили за попытку помешать сопернику лазером - ВИДЕО
19 Apr 2024 | 19:39
Подразделения армянской армии выводятся из четырех сел Газахского района
19 Apr 2024 | 19:25
НАТО гарантирует усиление ПВО Украины
19 Apr 2024 | 19:18
Раскрыто 85% преступлений, совершенных в Азербайджане в I квартале 2024 года
19 Apr 2024 | 19:06
Завершилась дипломатическая миссия посла Италии в Азербайджане - ФОТО
19 Apr 2024 | 18:53
Осужденный за жестокое убийство жены скончался в тюрьме
19 Apr 2024 | 18:44
Гаити потребовал от Франции миллиардных репараций
19 Apr 2024 | 18:28
Буданов намекнул на способы уничтожения стратегических самолетов России
19 Apr 2024 | 18:13
Желающие вступить в брак должны пройти психологическое обследование? - ВИДЕО
19 Apr 2024 | 17:57
В Иране гектары сельхозугодий затоплены селевыми водами - ВИДЕО
19 Apr 2024 | 17:51
Депутат: Плата за обучение в частных школах достигла космических размеров
19 Apr 2024 | 17:49
Процесс делимитации границ между Азербайджаном и Арменией будет основан на Алма-Атинской декларации
19 Apr 2024 | 17:45
Артуро Видаль - о клубе своей мечты
19 Apr 2024 | 17:45
Токаев запретил ввоз вейпов в Казахстан
19 Apr 2024 | 17:43
Люди впервые стали жертвами болезни оленей-зомби
19 Apr 2024 | 17:37
Моуринью назвал команду, за которую будет болеть в ЛЧ
19 Apr 2024 | 17:32
Верховному Меджлису Нахчыванской АР предоставлено новое право
19 Apr 2024 | 17:28
Мясника арестовали из-за долга в 20 000 манатов - ПОДРОБНОСТИ
19 Apr 2024 | 17:23
В Беларуси игрока "Что? Где? Когда?" приговорили к 3,5 годам лишения свободы - ФОТО
19 Apr 2024 | 17:16
В Хыналыге выпал град - ВИДЕО
19 Apr 2024 | 17:10
Состоялась восьмая встреча комиссий по делимитации госграницы: Армения возвращает Азербайджану четыре села
19 Apr 2024 | 17:10
Жозе Моуринью отправился в Турцию для переговоров с "Бешикташем"
19 Apr 2024 | 17:05
В Баку выявлены цеха производства подпольной продукции - ФОТО
19 Apr 2024 | 17:00
TƏBİB о состоянии женщины, которую молодой человек облил бензином и поджег - ОБНОВЛЕНО + ФОТО
19 Apr 2024 | 16:55
На Абеля Магеррамова подали в суд
19 Apr 2024 | 16:50
Восстановление плодородия засоленных почв в Азербайджане станет важным шагом в рамках COP29
19 Apr 2024 | 16:47
Президент Азербайджана и канцлер Германии проведут переговоры в Берлине
19 Apr 2024 | 16:47
Президент Ильхам Алиев совершит рабочий визит в Москву
19 Apr 2024 | 16:45
СМИ: США могут предоставить Израилю вооружения на более чем 1 млрд долларов
19 Apr 2024 | 16:43
Шведский функционер "Нефтчи": Настоящий болельщик не оставит команду никогда
19 Apr 2024 | 16:37
В первый день медицинской акции более 100 жителей Физули прошли офтальмологический осмотр - ФОТО
19 Apr 2024 | 16:33
СМИ: США могут предоставить Израилю вооружения на более чем 1 млрд долларов
19 Apr 2024 | 16:25
В Азербайджане введено наказание за передачу СМИ фото потерпевших лиц без их согласия
19 Apr 2024 | 16:05
Лавров: Претензии Еревана о бездействии российских миротворцев необоснованны
19 Apr 2024 | 15:56
Турция призывает к сдержанности на фоне эскалации между Израилем и Ираном
19 Apr 2024 | 15:54
В Азербайджане отцы тоже будут иметь право получать за детей трудовую пенсию на льготных условиях
19 Apr 2024 | 15:47
"Нефтчи" переедет на новую учебно-тренировочную базу
19 Apr 2024 | 15:38
Джейхун Байрамов обсудил с премьер-министром Палестины ситуацию в Газе
19 Apr 2024 | 15:36
Законопроект о создании искусственных земельных участков на Каспии принят в первом чтении
19 Apr 2024 | 15:32
Забивший гол акробатическим ударом ветеран: В тот момент я позабыл, что у меня нет ноги - ВИДЕО
19 Apr 2024 | 15:23
В Азербайджане понятые не будут привлекаться к процессу личного досмотра
19 Apr 2024 | 15:01
Лавров: Россия в случае новых переговоров не будет делать пауз в боевых действиях с Украиной
19 Apr 2024 | 13:53
Стало известно, когда "Барселона" вернется на "Камп Ноу"
19 Apr 2024 | 12:01
ВМС и ВВС Азербайджана провели тактические учения в Каспийском море
19 Apr 2024 | 11:05
Мбаппе принял окончательное решение по своему будущему в ПСЖ
19 Apr 2024 | 10:57
Ниджат Абасов потерпел шестое поражение в Торонто
19 Apr 2024 | 09:15
В России разбился военный самолет
19 Apr 2024 | 08:52
В Торонто арестовали грабителей, совершивших крупнейшую кражу золота в истории Канады - ФОТО
19 Apr 2024 | 08:47
В Сальяне столкнулись два автомобиля, есть пострадавшие
19 Apr 2024 | 08:45
Глава МИД Японии и генсек НАТО договорились продолжать сотрудничество в поддержке Украины
19 Apr 2024 | 08:41
В Азербайджане продается Коран по фантастической цене - ФОТО
19 Apr 2024 | 08:40
Jpost: ЦАХАЛ не менял инструкции по общественной безопасности после удара по Ирану
19 Apr 2024 | 08:32
TikTok начал тестировать конкурентную Instagram платформу
19 Apr 2024 | 08:28
На ряде улиц и проспектов Баку затруднено движение транспорта
19 Apr 2024 | 08:15
Принадлежащая российским миротворцам военная техника направляется в Россию - ВИДЕО
19 Apr 2024 | 08:15
В Японии технологическим компаниям выделят $470 млн для развития ИИ
19 Apr 2024 | 08:02
В Нидерландах нашли необычный способ борьбы с переизбытком туристов
19 Apr 2024 | 08:00
Стартовали съемки 4-го сезона "Ведьмака" - ВИДЕО
19 Apr 2024 | 07:49
Иранские системы ПВО сбили три беспилотника
19 Apr 2024 | 07:43
Почему педагогов-мужчин становится все меньше? - ЗАЯВЛЕНИЕ + ВИДЕО
ЕЖЕДНЕВНО
19 Apr 2024 | 08:15
Принадлежащая российским миротворцам военная техника направляется в Россию - ВИДЕО
19 Apr 2024 | 08:41
В Азербайджане продается Коран по фантастической цене - ФОТО
19 Apr 2024 | 07:49
Иранские системы ПВО сбили три беспилотника
19 Apr 2024 | 07:43
Почему педагогов-мужчин становится все меньше? - ЗАЯВЛЕНИЕ + ВИДЕО
19 Apr 2024 | 08:02
В Нидерландах нашли необычный способ борьбы с переизбытком туристов
19 Apr 2024 | 08:47
В Сальяне столкнулись два автомобиля, есть пострадавшие
19 Apr 2024 | 08:45
Глава МИД Японии и генсек НАТО договорились продолжать сотрудничество в поддержке Украины
19 Apr 2024 | 08:52
В Торонто арестовали грабителей, совершивших крупнейшую кражу золота в истории Канады - ФОТО
19 Apr 2024 | 08:00
Стартовали съемки 4-го сезона "Ведьмака" - ВИДЕО
19 Apr 2024 | 08:28
На ряде улиц и проспектов Баку затруднено движение транспорта
ЕЖЕНЕДЕЛЬНО
19 Apr 2024 | 07:13
Израиль нанес "ограниченный" удар по Ирану
19 Apr 2024 | 08:15
Принадлежащая российским миротворцам военная техника направляется в Россию - ВИДЕО
19 Apr 2024 | 08:41
В Азербайджане продается Коран по фантастической цене - ФОТО
19 Apr 2024 | 07:49
Иранские системы ПВО сбили три беспилотника
19 Apr 2024 | 07:38
Проблемное село Гобустанского района: Нас здесь осталось всего несколько человек - ВИДЕО
19 Apr 2024 | 07:43
Почему педагогов-мужчин становится все меньше? - ЗАЯВЛЕНИЕ + ВИДЕО
19 Apr 2024 | 07:18
В Сумгайыте убили мужа и жену, задержан их 24-летний сын
19 Apr 2024 | 07:37
США не поддержали ответную атаку Израиля на Иран
19 Apr 2024 | 06:32
Иран приостановил полеты над некоторыми городами
19 Apr 2024 | 08:02
В Нидерландах нашли необычный способ борьбы с переизбытком туристов
Ежемесячно
19 Apr 2024 | 08:15
Принадлежащая российским миротворцам военная техника направляется в Россию - ВИДЕО
19 Apr 2024 | 08:41
В Азербайджане продается Коран по фантастической цене - ФОТО
19 Apr 2024 | 07:49
Иранские системы ПВО сбили три беспилотника
19 Apr 2024 | 07:43
Почему педагогов-мужчин становится все меньше? - ЗАЯВЛЕНИЕ + ВИДЕО
19 Apr 2024 | 08:02
В Нидерландах нашли необычный способ борьбы с переизбытком туристов
19 Apr 2024 | 08:47
В Сальяне столкнулись два автомобиля, есть пострадавшие
19 Apr 2024 | 08:45
Глава МИД Японии и генсек НАТО договорились продолжать сотрудничество в поддержке Украины
19 Apr 2024 | 08:52
В Торонто арестовали грабителей, совершивших крупнейшую кражу золота в истории Канады - ФОТО
19 Apr 2024 | 08:00
Стартовали съемки 4-го сезона "Ведьмака" - ВИДЕО
19 Apr 2024 | 08:28
На ряде улиц и проспектов Баку затруднено движение транспорта
Писатели