Türk politoloqu Güngör GÖKDAÄžın "Abilər"in görünməyən tərəflərindən yazıb.
Moderator.az
həmin yazını təqdim edir.
"Fətullah Gülən
hərəkatının kökündə Türkiyə Cümhuriyyətinin mühasirəyə alınaraq, dövlətin hərəkət
etmə funksiyasını iflic etmə məqsədi dayanır.
Bu hərəkat
gec xəbər tutulan, dövlətin bütün təşkilatlarına sızan, hörümçək toru kimi şəbəkə
halını alan nəhəng bir gücdür.
Çevriliş cəhdindən
sonra həbs edilənlərin polisə verdikləri ifadələrində, Gülən şəbəkəsinin Türkiyədə
uzun illər necə kök saldığı, necə qaranlıq bir təşkilat olduğu gün üzünə
çıxmaqdadır.
Məhkəmədən Təhlükəsizlik
orqanlarına, Milli Kəşfiyyat təşkilatından Türk Silahlı qüvvələrinə, həmçinin
yazılı və görüntülü media, biznes sahələri, bank, tədris kursları və s. təşkilatları
ilə bu adamlar inanılmaz bir şəbəkə yarada biliblər.
Bu təşkilatın
ən hiyləgər yönü isə cəmiyyətə və dünyaya özlərini təhsil adamı, dini camaat
olaraq göstərmələridir. Əslində isə vəziyyət heç də belə deyil. Şəbəkənin əsas
üzvləri olan "abilər" itaəti əsas almış, nəyisə başqa yöndən
araşdırmağı kərih və təhlükəli görən kəslərdir. Onlar etdikləri xidmətin (daha
doğrusu xəyanətin) mükafatı olaraq Cənnəti qazana biləcəklərini düşünən beyni
yuyulmuş fərdlərdir.
Bu insanlar
öz ölkələri olan Türkiyəni başqa ölkələrdən fərqli görmürlər. Onlar üçün vətən
torpağının, dünyanın digər ölkələrindən heç bir fərqi yoxdur. Çox millətli şirkətlər
kimi sadəcə maraq və mənfəəti düşünürlər. Onların anlayışına görə, məqsədə
aparan hər yol keçərlidir.
Şəbəkə üzvlərinin
heç bir qanun-qayda tanımadığını biz 15 iyulda baş verən qanlı çevriliş gecəsində
gördük. Öz xalqını bombalayan, tanklarla vəhşicə əzən və silahsız insanlara
güllə yağdıran bu güruhun dövlət idarəsini ələ keçirdiyi vaxt nələr edə biləcəyini
təxmin etmək çətin deyil. Pensilvaniyadan gələn təlimatları Allahın əmri kimi qəbul
edən, təhəccüd namazlarında bunlar ölsün, bunların evlərinə atəşlər düşsün deyərək
bəddualar edən bu insanların gerçək üzləri ortaya çıxdı, maskaları düşdü.
Düşüncələri etibarilə şəbəkə üzvləri biz yandıq hər kəs yansın anlayışı ilə hərəkət
edərək, təhlükəli işlərə yenidən təşəbbüs edə bilərlər.
Təşkilatın mənsubları
İslam dinini bir bütün olaraq yaşamağı yox, təqiyyə edərək, gizlənərək, haramı
halal sayaraq, olmayacaq fətvaları verərək özlərinə görə bir din təsəvvürü
yaradıblar. Bu adamların Allahın dinini izah etmək və yaymaq kimi bir məqsədi
olmayıb ki, öyrətmək və başa salmaq dərdləri də olsun. Həmçinin fərqli
kitabları oxumağı təhlükəli gördülər. Bunun yerinə yuxular, hekayələr və şərhlərə
söykənən bir din anlayışı meydana gətirdilər.
Məmləkətin ən
ağıllı, savadlı uşaqlarını hələ ibtidai məktəb mərhələsində təsbit edib, ailələrini
təqaüd və müxtəlif vədlərlə razı salaraq yanlarına aldılar. Həmin uşaqların
savadından yararlanaraq, onları gələcəkdə istifadə edilə biləcək dövlət
qurumlarına yerləşdirdilər. Təşkilata üzv pedaqoqlar xaricdəki məktəblərdə
uşaqlara folklor, zeybək oynamağı öyrədərək, mahnı, türkü əzbərlətdirməklə məşğuldur.
Xülasə ölkəmizin inkişafı, irəliləməsi üçün ən kiçik bir fəaliyyətləri yoxdur.
Bunlar əsas
işi siyasəti dizayn etmək, hökumətə təsir göstərmək, mühakimədə qanunlara və
hüquqa görə deyil, məsləhətə görə qərarlar almaq, on minlərlə insanın məhkəmə qərarı
olmadan qanunsuz şəkildə telefonlarını dinləmək, məskən və otel otaqlarına
kameralar yerləşdirərək insanların məhrəminə girmək, kasetlərlə, montajlarla
iftiralar ataraq, şantajlar etməkdir. Özlərinə rəqib və ya mane ola biləcək
insanlara vicdansızca böhtan ataraq, cəmiyyətdə gözdən salaraq yox etməkdir.
Təşkilatın
yüksək vəzifəli üzvləri, dövlət qurumlarına məmur seçimində hiylə edib, imtahan
suallarını oğurlayaraq şəbəkə mənsublarına veriblər. Qısası, bunlar üçün xəyanətin
adı xidmət, dinləmənin adı hikmət, rüşvətin adı isə himmətdir. Qürurlu və şərəfli
həyatdan daha çox, hiyləgər nəfərlər kimi ömür sürmək, hədəfə aparan hər yol
qanunidir anlayışı ilə hərəkət etmək əsasdır bu adamlar üçün".
"Şəbəkənin
arxa planında yenə böyük oyun qurucusu ABŞ var. Qərb bloku bu dünya üzərində
güclü bir Türkiyə və müsəlman cəmiyyət modelini görməyi əsla arzu etməzlər.
Artıq müharibələr üz-üzə aparılmır. Bilavasitə PKK və FETÖ kimi terror təşkilatlarını
dəstəkləyərək əslində Türkiyə ilə döyüşürlər.
Avropaya
qaçdığı təsbit edilən təşkilat mənsubu abilər, sayları nə qədər olur olsun,
bunların hamısını Almaniya yaxın günlərdə qaçqın kimi qəbul edəcək. Bu günə qədər
Türkiyənin düşmənləri, Avropada hər zaman özlərinə yer tapa bilmişdir.
Baxmayaraq ki, həmin dövlətlər guya Türkiyənin müttəfiqi hesab edilir.
Lakin əziz
millətimiz illər sonra yenidən böyük bir Milli Mübarizə Ruhunun canlanmasını təmin
etmiş, vətən və bayraq şüurunu bütün dünyaya göstərmişdir. Fərqlilikləri zənginliyə,
birlik və birliyə çevirə bilmişdir. Heç bir şəkildə çevrilişə keçid verməmiş, hər
nə bahasına olursa olsun vətəninə sahib çıxmışdır. Şübhəsiz ki xalqımız şüurlu
və qərarlıdır. Qurulan oyunları görməkdədir. Güclü dövlətimiz, içərisinə sızan
şəbəkə üzvlərini qətiyyətlə bir-bir təmizləməkdədir. FETÖ təhlükəsi tezliklə
yox ediləcək. Və unutmaq olmaz ki, vətənimiz bunlar kimi çox xain görmüş, amma
bu nəcib millətimiz hamısını tarixə basdırmışdır". /sputnik/