Sabah tanınmış şair Saday Şəkərlinin işi üzrə Apellyasiya Məhkəməsi keçiriləcək. Bu barədə Moderator.az-ı Saday Şəkərlinin hüquqlarını Müdafiə Komitəsinin sədri Eldəniz Quliyev məlumatlandırıb. Saat 10:40-da baş tutacaq məhkəmə prosesində S.Şəkərlinin şikayətinə baxılacaq.
Xatırladaq ki, rəsmi məlumata görə, Bakı şəhər sakini Saday Şəkərovun (Saday Şəkərli) külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla, barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulu almasında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb, məhkəmənin qərarı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, S.Şəkərli Yazıçılar Birliyinin üzvüdür.
Seymur Əliyev