"Google"-un Nyu-York ofisində idarəçilik edən Vanessa Markotte naməlum şəxslər tərəfindən zorlanaraq yandırılıb.
Vanessa Markotte anasını ziyarət etmək üçün getdiyi Nyu-Cersi ştatının Prinston şəhərində qaçaraq idman etdiyi zaman yoxa çıxıb.
Xarici KİV bildirir ki, 27 yaşlı menecerin 3 saat keçməsinə rəğmən evə qayıtmadığını görən ailəsi axtarmağa başlayıb. Şəhər polisləri Markottenin cansız bədənini anasının yaşadığı evdən təxminən 800 metr aralıda, meşədə aşkar ediblər.
Cinayəti araşdıran istintaqçılar Markottenin təcavüz edilib öldürüldüyü, daha sonra isə yandırıldığını iddia edirlər.
Boston Universiteti İctimaiyyətlə Əlaqələr ixtisası üzrə məzun olan 27 yaşlı Markotte təxminən iki il idi ki, Google-un Nyu-York şöbəsinin meneceri vəzifəsində işləyirdi.(Milli.Az)