Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova dünən keçirilən mətbuat konfransında Azərbaycan jurnalistlərini təhqir edib. Onları “xam” adlandıran M.Zazarova, azərbaycanlı jurnalistlərlə ünsiyyət qurmaq istəmədiyini bildirib.
Maraqlıdır, rəsmi Bakı bununla bağlı Rusiyaya hər hansı səviyyədə etiraz bildirməlidirmi?
Moderator.az-a açıqlamasında məsələyə münasibət bildirən Ayna.az saytının baş redaktoru Elçin Şıxlı, M.Zaxarovanın fikirlərinə reaksiya verməyin zəruriliyinə diqqət çəkdi:
“Təbii ki, hər bir diplomat verdiyi açıqlamada diplomatik etikanın tələblərinə əməl etməlidir. Söhbət Rusiya kimi böyük dövlətdən gedirsə, bu dövlətin diplomatları bu kimi məsələlərdə daha həssas olmalıdırlar. Mən demirəm ki, Azərbaycan bununla bağl Rusiyaya nota verməlidir. Lakin hesab edirəm ki, Azərbaycan XİN-nin sözçüsü səviyyəsində məsələyə münasibət bildirmək lazımdır. Mətbuat Şurası da Azərbaycan jurnalistləri haqqında səslənən bu fikirlərlə bağlı bəyanat verə bilər”.
Seymur Əliyev