Laçının işğalında “QRU” və keçmiş MTN-ə bağlı gizli qruplar iştirak edib? -Araşdırma
Читать: 9735
20 May 2017 | 13:06
Laçının işğalında “QRU” və keçmiş MTN-ə bağlı gizli qruplar iştirak edib? -Araşdırma
Qarabağ  torpaqlarının, o cümlədən Şuşa və Laçının işğalının 3-cü onilliyini yaşasaq da, hələ də bu  yurdların yağı əlinə keçməsinin bir çox  qaranlıq  məqamlarına aydınlıq gətirilməyib.

Son günlər Laçının işğalıyla bağlı geniş müsahibələrini təqdim etdiyimiz 811 saylı keçmiş Laçın alayının qərargah rəisi Rafiq Nağıyevin Müdafiə Nazirliyinin keçmiş Baş qərargah rəisi general Şahin Musayev və onun əmr, göstərişləriylə hərəkət edən briqada komandiri polkovnik-leytenenant(hazırda generaldır) Elbrus Orucov haqda verdiyi açıqlamalar həmin günlərdə baş vermiş olayların bir  daha dərindən araşdırılması zərurətini ortaya qoyur(bu linklərə baxın: www.moderator.az/news/178452.html və  //www.moderator.az/news/178672.html ). 

Bu günlərdə milli orduda və cəbhəyanı ərazilərdə kök salmış casus şəbəkəsinin ifşası ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyevin  söylədiyi "Bu xəyanətkar şəbəkə 1988-1990-cı illərdən kök atıb” cümləsi bütövlükdə işğal altındakı ərazilərimizin düşmənə təhvil verilməsində xarici kəşfiyyatlarla bağlı xəyanətkar şəbəkələrin mühüm rol oynadığını düşünməyə əsas verir... 

Döyüşlər zamanı müəmmalı əmrlər, mühasirəyə saldırmalar, arxadan vurmalar...

Hələ 1990-cı illərdə mətbuatda, hətta Şuşa və Laçının işğalıyla bağlı məhkəmələrdə o illərdə məsul vəzifələr tutan bəzi  general və zabitlərin “QRU”-nun (Rusiya Ordusunda  Baş Kəşfiyyat İdarəsi) agentləri olması haqda məlumatlar səslənirdi. Qarabağ döyüşlərinin iştirakçıları da şahiddirlər ki, bir çox hallarda, ordumuz uğurlu əməliyyatlar keçirdiyi, qələbəyə tam yaxın olduğu məqamlarda gözlənilmədən rəhbərlik və MN tərəfindən müəmmalı əmrlərin veirlməsi, igid komandir və döyüşçülərin arxadan vurulması, hər hansı strateji bir məntəqənin azad edildiyi son anda arxadakı qüvvələrimizin geri çəkilməsi nəticəsində irəlidəki döyüşçülərimizin mühasirəyə düşməsi və s. kimi  mübhəm olaylar torpaqlarımızın itirilməsində həlledici rol oynayıb.  

1992-1993-cü illərdə Rusiya ordusu çıxarılsa da, Rusiya kəşfiyyatı və onun agentura şəbəkəsi qaldı...

1991-ci ilin payızından başlayaraq yenicə müstəqillik qazanmış ölkədə nizami ordu ilə yanaşı, güclü kəşfiyyat və əks-kəşfiyyat xidmətləri formalaşmamış AXC liderlərinin təhriki ilə keçmiş sovet ordusunun hissələrinin tələm-tələsik çıxarılması bəlkə də doğru addım deyildi. Çünki 1991-1993-cü illərdə sovet-rus ordusu(Qəbələ RLS-dəki baza istisna olmaqla) ölkədən çıxarılsa da, hələ XVIII əsrdən bəri torpaqlarımızda kök atmağa başlamış  Rusiya, eləcə də İranın kəşfiyyat  şəbəkələri qaldı. Sovet dövründə digər müttəfiq respublikalar kimi, Azərbaycanda da geniş agentura şəbəkəsi olan SSRİ DTK, “QRU” və s. kəşfiyyat və xüsusi xidmət qurumlarına bağlı qüvvələr bu və ya digər formada zərərsizləşdirilmədi. Baltikyanı və bir sıra Şərqi Avropa ölkələrində olduğu kimi, keçmiş DTK arxivləri dəqiq çözələnərək onun azərbaycanlı agentləri arasındakı bilavasitə Azərbaycanın milli maraqlarına xəyanət etmiş şəxslər müəyyənləşdirilmədi. Onların ölkənin siyasi rəhbərliyinə, hərbi və iqtisadi strukturlarına daraşmasının qarşısı alınmadı. Nəticədə həmin xəyanətkar şəbəkə xarici ölkələr, o cümlədən Kreml tərəfindən yeni qurulan dövlətin siyasi, hərbi, iqtisadi, elmi və s. sahələrinə dırmandırıldı. Onların arasında isə generallar da vardı, zabitlər də... Və təbii ki, ölkənin kəşfiyyat və  əks-kəşfiyyatının olmadığı bir şəraitdə Qarabağdakı döyüşlər zamanı da həmin agentlər öz işini asanlıqla gördü. Axı çox zaman müharibələrin nəticəsini ordular yox, kəşfiyyatlar və təxribat-diversiya qrupları həll edir...  


ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi:”Azərbaycanda təxminən 80 min Rusiya agenti var...”

Hələ 2000-ci ildə “Azadlıq” radiosunda Mirzə Xəzər belə bir məlumat səsləndirmişdi:”ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi müəyyən edib ki, Azərbaycanda Rusiyanın təxminən 80 min agenti var...” Dərindən düşünsək, bu, çox dəhşətli rəqəmdi. Əgər həmin illər əhalinin 8 milyona yaxın olduğunu götürsək, Azərbaycanda hər 100 nəfər arasında, azı, bir nəfər Rusiya agentinin olduğu məlum olurdu...  Bu, bütöv bir ordu deməkdir. Və əslində ölkəmizdən çıxarılmış rus ordusundan da təhlükəlidir. Çünki ordunun harada olduğunu, üstümüzə gəlib-gəlmədiyini aydın görürdük. Amma kəşfiyyat agentlərinin hansı qurumda, necə fəaliyyət göstərdiyini, dövlətin hansı sahəsinə və nə vaxt zərbə vuracağını bilmək çox çətindir... 


Rusiya əsgərinin ayağı Azərbaycanın işğal altındakı torpaqlarına dəymir ki?...

Digər bir gerçəklik də ondan ibarətdir ki, Azərbaycandan tam çıxardığımızı(2012-ci ildə Qəbələ RLS-dəki rus hərbçiləri də ölkəni tərk etdi)  hesab etdiyimiz Rusiya ordusu əslində Ermənistandakı mövcud bazaları vasitəsi ilə bilavasitə işğal altındakı ərazilərimizə nəzarət edə bilir və çox güman ki, istədikləri vaxt oraya gedib-gəlirlər də... 

Ayrı-ayrı bölgələrimizin işğalı proseslərini təhlil edəndə də məlum olur ki, hər bir halda hansısa müəmmalı üçüncü qüvvələr işğala müqavimət göstərməyə çalışan sağlam güclərə mane olub. Və kəşfiyyat agentləri, təxribatçı və diversantlar həm bilavasitə, milli ordumuzun və könüllü dəstələrin daxilində, həm də ayrıca  operativ təxribat qrupları halında fəaliyyət göstəriblər. 

1992-ci il mayın17-də- düşmənin həlledici hücumu zamanı Laçın rayon mərkəzində günlərdir yanmayan işıqları kim yandırıb?

Keçmiş Laçın alayının qərargah  rəisi Rafiq Nağıyevlə söhbətimizdə bir neçə  məqam diqqətimizi çəkdi. Maraqlıdır, necə olub ki, Şuşanın işğalından sonra söndürülən işıqlar Laçının artilleriya atəşi altında olduğu və şəhərdə qalan yerli alaya məxsus qüvvələrin müdafiə olunmağa çalışdığı gecədə gözlənilmədən yandırılıb. 

“Bir nəfər döyüşçümüzü güllələyib erməni tərəfə qaçdı...”

Digər məqam: keçmiş  qərargah rəisi deyir: “Mayn 18-də Qubadlı istiqamətində  Tikanli zəmidəki mövqeyimizdən Laçın rayon mərkəzinə əks-hücum təşkil etməyə çalışdığımız vaxt  Bakıdan gəlmiş döyüşçülər arasında Qorxmaz adlı bir yaşli kişini elə  onlarla gəlmiş bir nəfər  güllələyib ermənilər tərəfə qaçmışdı. Onun kimliyini bilmədik... Həmin vaxt bizə Qubadlıdan da köməyə gəlmişdilər. Ancaq artıq gec idi...”

Tabor komandirinin müavini:”Mayın 18-də Laçına əks-hücum zamanı gözlənilmədən peyda olan qara maskalılar 3 döyüşçümüzü öldürdü...”


Həmin günlər Laşın alayına köməyə gəlmiş Qubadlı rayonunun hərbi komendantı vəzifəsini icra edən 851 saylı  keçmiş Qubadlı taborunun komandir müavini mayor Saleh Rüstəmov da 2015-ci ildə apardığımız söhbətdə Qorxmaz kişinin öldürülməsi ilə bağlı müəmmalı məqama toxunmuşdu. 

Mayor S.Rüstəmovun sözlərinə görə,  həmin vaxt təxribatçılar onun özünü  də  öldürməyə cəhd ediblər: 
“Briqada komandiri Elburus Orucov hələ mayın 17-də gündüz- Laçın işğal edilməmiş Xanlıq kəndindən keçəndə biz onu həbs edib “qauptvaxt”a saldıq. Yalnız Müdafiə Nazirliyindən dəfələrlə zəng etdikdən sonra biz onu buraxdıq. Ancaq məcbur etdik ki, bizimlə bərabər Laçına əks-hücuma getsin. Mayın 18-də biz, Qubadlı döyüşçüləri Tikanlı zəmidən  Laçına doğru əks-hücum təşkil etməyə çalışdıq. Həmin vaxt mənə bir döyüşçü yaxınlaşıb dedi ki, Orucovun əsgərləri danışırdılar - eşitdim, səni vuracaqlar, özünü gözlə. Belə də oldu.  Hücum zamanı bizim qabaqda Laçın Turşsuyuna tərəf gedən döyüşçüləri bir dərədən çağırdılar ki, burda azərbaycanlı qadınları girov götürüblər, kömək edin. Dərəyə enəndə onlardan üçünü, o cümlədən məşhur döyüşçü Həsən Qorxmazı dərhal güllələmişdilər. Məni isə arxada Orucovun 11 nəfər döyüşçüsü hər tərəfdən üzərimə silah çəkib həbs etmək istəyirdi. Lakin tabor komandirinin müavini Aqil Həşimov özünü yetirib məni xilas etdi. Bizim döyüşçüləri dərədə azərbaycanca çağırıb vuranlar isə qara maskalılar olmuşdu. Çox güman ki, onlar Rusiya kəşfiyyyatına bağlı qruplar olub...” Saleh Rüstəmovun sözlərinə görə, sonradan 1990-cı illərdə o, Qubadlının işğalıyla bağlı haqsız yerə həbs edildiyi zaman keçmiş MTN-in zabitlərindən biri onu tanıyaraq deyib ki, o  zaman Laçına gedərkən qarşınıza çıxan biz idik... 

Qeyri-iradi belə bir fikir yaranır ki, keçmiş SSRİ DTK-nın Azərbaycan SSR şöbəsinin bazası əsasında formalaşmış MTN-in əməkdaşları arasında bilavasitə Rusiya kəşfiyyatına bağlı şəxslər qala bilərdi. Eləcə də  vaxtilə Rusiyada təhsil almış ordu generalları və  zabitləri arasında öncədən və ya sonradan “QRU” ilə əməkdaşlığa cəlb olunmuş hərbçilərin olması da mümkün idi...  

“Laçına hücum zamanı Əlyar Əliyevi vurdular və qara maskalılar onun meyidini...”

Qubadlı taborunun komandir müavini  olmuş mayor Saleh Rüstəmov  1992-ci ilin oktyabrında Laçın istiqamətində növbəti uğurlu əks-hücum zamanı şəhid Milli Qəhrəman Əlyar Əliyevin qətlində də müəmmalı qara maskalıların iştirak etdiyini xatırladır:

”1992-ci il oktyabrın 1-də Laçının Səfiyan kəndindəki döyüş zamanı ağır zədə aldığımdan məni  növbəti döyüşə girməyə qoymadılar və Xanlıq kəndinə hospitala apardılar. Həmin vaxt Əlyar digər tabor komandirləri Dağbəyi və Vaqiflə birgə hücum edib Suarası kəndini və yüksəkliyini azad edə bildilər. Hospitalda gecə yata bilmədim. Səhər tezdən xəbər çıxdı ki, Əlyarı vurublar. Sürücünü çağırdım və əlimdə çəliklə Tikanlı zəmiyə gəlib çıxdım. Əlyarın silahlanma üzrə müavini Asimdən soruşdum ki, Əlyarı harada, necə vurdular. Dedi, Laçının Fətəlipəyə kəndinin yanında hücuma keçəndə güləbirdli Vaqif Cabbarovla Əlyarın arasında bir balaca mübahisə oldu. Əlyar təklif etdi ki, düşməndən nə sliah ələ keçirsək, yarı böləcəyik. Vaqif isə razılaşmadı, dedi, kim qabaqda getsə, silahın hamısını o götürəcək. Bu minvalla Əlyar Əliyev güləbirdli Vaqifdən təxminən 1 km irəlidə ermənilərlə atışmada idi.  Bir məqamda  necə oldusa, Əlyar döyüşün getdiyi yerdə maşından düşdü. Yerə düşən kimi, düşmən tərəfdən onu atəşə tutdular. Sürücüsü Əlisəadət  ona tərəf gedəndə onu da arxadan vurdular. Elə həmin anlar erməni tərəfdən peyda olan 5 maskalı qara geyimli döyüşçü Əlyarın meyidini götürməyə cəhd etdilər. Ancaq arxadan gələn Vaqifin taborundakı “BMP” onları atəşə tutdu və qara maskalılra qaçmağa məcbur oldular...” Maraqalıdır, həmin qara maskalı döyüşçülər erməni idilərsə, üzlərini niyə gizlədirdilər?..

Qeyd edək ki, 1992-ci ilin payızında Laçın dəhlizinin azad edilməsi əməliyyatı zamanı Kəlbəcər istiqamətindəki döyüş əməliyyatlarında da oxşar təxribatlar, arxadan vurmalar və s. qeydə alınıb. 

Polis taborunun komandiri:”1992-ci il mayın 18-də Laçının Fərəcan kəndində vertolyotdan düşüb üzərimizə gələn qara plaşlıların kimliyi bu günədək müəmma olaraq qalır...”

Laçın polis taborunun komandiri olmuş Çingiz Abbasov isə Laçının işğalı günlərindən danışarkən  Fərəcan kəndində müəmmalı qara plaşlı dəstələrlə rastlaşdığını söyləyir: ”1992-ci il mayın 18-də  əmr verdilər ki, Laçından 30-40 km məsafədə Hadrutun erməni kəndləri ilə qonşu olan Yuxarı Fərəcan kəndinə getməlisiz... Yuxarı Fərəcanda kiçik atışmalar oldu. Ancaq ilk günlər ermənilər oradan hücuma keçmədi... Laçınla heç bir əlaqəmiz yox idi. Bütün radiostansiyaları bağlamışdılar. Yalnız mayın 18-də səhər tezdən rəis müavini Telman Tanrıverdiyev Laçına ərzaq dalınca yollandı. Lakin az keçməmiş qayıdıb dedi ki, artıq ermənilər Laçını işğal edib yandırırlar. Çıxılmaz vəziyyətdə qalmışdıq. Laçın rayon mərkəzi alındıqdan sonra biz üç tərəfdən mühasirədə qalırdıq...

Həmin gün gündüz dumanlı hava idi. Qəflətən yaxınlıqda vertolyot səsi gəldi. Sonra isə atışma başladı. Uzaqdan qara plaşlı hərbçilər göründü... Həmin hadisə, o gün bizə tərəf gələn plaşlı hərbçilərin kimliyi bu günədək mənim üçün müəmma olaraq qalır. O da maraqlı idi ki, qarşı tərəfdəki həmim plaşlı döyüşçülər əsasən göyə atəş açırdı. Sanki bizə xəbərdarlıq edirdilər ki, sakitcə çıxın, sizə toxunmuruq... Onların çox olduğunu və digər iki tərəfdən də atəş altında qalacağımızı nəzərə alıb geri çəkildik...”


Xəyanət şəbəkələrinin başında duranlar ifşa olunmalıdır...


I Qarabağ savaşındakı uğurlu və uğursuz bütün əməliyyatların təhlili və son günlər ordudakı casus şəbəkəsinin ifşası göstərir ki, torpaqlarımızın işğalı zamanı erməni işğalçı və terrorçu qüvvələrinə dəstək verənlərin qurduğu təxrubatların arxasında həm ölkə daxilində, həm də xaricdə kifayət qədər güclü mərkəzlər və fiqurlar dayanıb. Və onlar tam üzə çıxarılıb cəzalandırılmayınca torpaqlarımızın işğaldan tam azad edilməsi də mümkün olmayacaq...

Sultan Laçın
Похожие новости
00:25, Сегодня
В одном из районов Азербайджана будет ограничено газоснабжение
00:23, Сегодня
ГЭЦ: 485 человек не явились на выпускной экзамен
00:21, Сегодня
В Газахе с радостью восприняли новость об освобождении четырех сел района - ФОТО
00:16, Сегодня
В бакинском метро пожилой мужчина упал на рельсы
00:12, Сегодня
Сегодня день рождения легендарной азербайджанской «свекрови»
00:10, Сегодня
Агиль Рустамзаде: Израиль хотел «прощупать» ПВО Ирана
00:09, Сегодня
Жители Словакии собрали 2 млн евро на покупку снарядов для Украины
00:03, Сегодня
В Белом доме пообещали немедленно возобновить поставки оружия Киеву
00:02, Сегодня
Фон дер Ляйен против столкновений между Израилем и Ираном
19 Apr 2024 | 23:48
Мужчина поджег себя во время судебного процесса по делу Трампа в Нью-Йорке - ВИДЕО
19 Apr 2024 | 23:27
Юг Германии завалило снегом: горнолыжные курорты заявили о возобновлении работы
19 Apr 2024 | 23:01
Сход оползня в Стамбуле повредил 14 домов- (фото)
19 Apr 2024 | 23:00
Аэропорт Дубая ограничил число прибывающих рейсов
19 Apr 2024 | 22:54
Цукерберг обошел Маска в списке богатейших людей планеты
19 Apr 2024 | 22:49
"Аль-Наср" одержал волевую победу над "Аль-Фейхой": Мане оформил дубль - ВИДЕО
19 Apr 2024 | 22:45
Армяне заблокировали трассу в Баганыс Айрым и Ашагы Аскипара-(фото)
19 Apr 2024 | 22:08
Мировые расходы на оборону достигли рекордного значения
19 Apr 2024 | 21:54
В Армении не знают, к чему приведет сотрудничество с ЕС
19 Apr 2024 | 21:52
Мирзоян признал наличие проблем между Ереваном и Москвой
19 Apr 2024 | 21:42
Часы Михаэля Шумахера уйдут с молотка
19 Apr 2024 | 21:28
Страны G7 выступили с призывом к Баку и Еревану
19 Apr 2024 | 21:23
Евросоюз приветствует договоренность о возвращении 4 сел Газаха
19 Apr 2024 | 21:19
СМИ: Генсек НАТО официально одобрил удары Украины по территории России
19 Apr 2024 | 21:10
Оползень в исмайыллинском селе: возникла опасность для жильцов близлежащих домов - ВИДЕО
19 Apr 2024 | 21:01
Объявлены результаты выпускного экзамена по уровню общего среднего образования
19 Apr 2024 | 20:53
СМИ: Угрожавший взорвать консульство Ирана мужчина имел психические отклонения - ОБНОВЛЕНО + ВИДЕО
19 Apr 2024 | 20:49
В Баку прошла церемония открытия Кубка мира по художественной гимнастике
19 Apr 2024 | 20:45
Число жертв в Газе достигло 34012
19 Apr 2024 | 20:32
На одной из центральных улиц столицы не работают светофоры - ФОТО
19 Apr 2024 | 20:29
Иранский посол в Армении не хочет комментировать вывод РМК из Карабаха
19 Apr 2024 | 20:26
В некоторых районах Азербайджана ожидаются дожди и град - ПРЕДУПРЕЖДЕНИЕ
19 Apr 2024 | 20:12
Зеленский: Украина может спустить Путина «с неба на землю»
19 Apr 2024 | 20:11
В Азербайджане арестован руководитель сайта
19 Apr 2024 | 20:09
Абдоллахиян отрицает ущерб от удара дронов по Исфахану
19 Apr 2024 | 20:04
Премьер-лига: "Сумгайыт" на выезде разгромил "Туран Товуз" - ОБНОВЛЕНО + ВИДЕО
19 Apr 2024 | 20:03
Премьер-лига: "Сумгайыт" на выезде разгромил "Туран Товуз" - ОБНОВЛЕНО + ВИДЕО
19 Apr 2024 | 20:01
Орбан: Запад близок к отправке военных в Украину
19 Apr 2024 | 19:53
Сотрудники МЧС спасли оказавшихся в беспомощном положении несовершеннолетних - ВИДЕО
19 Apr 2024 | 19:53
Хакеры заявили о взломе базы данных ЦАХАЛ
19 Apr 2024 | 19:47
Палата представителей утвердила помощь Киеву и конфискацию активов РФ
19 Apr 2024 | 19:45
В Мексике футболиста отстранили за попытку помешать сопернику лазером - ВИДЕО
19 Apr 2024 | 19:39
Подразделения армянской армии выводятся из четырех сел Газахского района
19 Apr 2024 | 19:25
НАТО гарантирует усиление ПВО Украины
19 Apr 2024 | 19:18
Раскрыто 85% преступлений, совершенных в Азербайджане в I квартале 2024 года
19 Apr 2024 | 19:06
Завершилась дипломатическая миссия посла Италии в Азербайджане - ФОТО
19 Apr 2024 | 18:53
Осужденный за жестокое убийство жены скончался в тюрьме
19 Apr 2024 | 18:44
Гаити потребовал от Франции миллиардных репараций
19 Apr 2024 | 18:28
Буданов намекнул на способы уничтожения стратегических самолетов России
19 Apr 2024 | 18:13
Желающие вступить в брак должны пройти психологическое обследование? - ВИДЕО
19 Apr 2024 | 17:57
В Иране гектары сельхозугодий затоплены селевыми водами - ВИДЕО
19 Apr 2024 | 17:51
Депутат: Плата за обучение в частных школах достигла космических размеров
19 Apr 2024 | 17:49
Процесс делимитации границ между Азербайджаном и Арменией будет основан на Алма-Атинской декларации
19 Apr 2024 | 17:45
Артуро Видаль - о клубе своей мечты
19 Apr 2024 | 17:45
Токаев запретил ввоз вейпов в Казахстан
19 Apr 2024 | 17:43
Люди впервые стали жертвами болезни оленей-зомби
19 Apr 2024 | 17:37
Моуринью назвал команду, за которую будет болеть в ЛЧ
19 Apr 2024 | 17:32
Верховному Меджлису Нахчыванской АР предоставлено новое право
19 Apr 2024 | 17:28
Мясника арестовали из-за долга в 20 000 манатов - ПОДРОБНОСТИ
19 Apr 2024 | 17:23
В Беларуси игрока "Что? Где? Когда?" приговорили к 3,5 годам лишения свободы - ФОТО
19 Apr 2024 | 17:16
В Хыналыге выпал град - ВИДЕО
19 Apr 2024 | 17:10
Состоялась восьмая встреча комиссий по делимитации госграницы: Армения возвращает Азербайджану четыре села
19 Apr 2024 | 17:10
Жозе Моуринью отправился в Турцию для переговоров с "Бешикташем"
19 Apr 2024 | 17:05
В Баку выявлены цеха производства подпольной продукции - ФОТО
19 Apr 2024 | 17:00
TƏBİB о состоянии женщины, которую молодой человек облил бензином и поджег - ОБНОВЛЕНО + ФОТО
19 Apr 2024 | 16:55
На Абеля Магеррамова подали в суд
19 Apr 2024 | 16:50
Восстановление плодородия засоленных почв в Азербайджане станет важным шагом в рамках COP29
19 Apr 2024 | 16:47
Президент Азербайджана и канцлер Германии проведут переговоры в Берлине
19 Apr 2024 | 16:47
Президент Ильхам Алиев совершит рабочий визит в Москву
19 Apr 2024 | 16:45
СМИ: США могут предоставить Израилю вооружения на более чем 1 млрд долларов
19 Apr 2024 | 16:43
Шведский функционер "Нефтчи": Настоящий болельщик не оставит команду никогда
19 Apr 2024 | 16:37
В первый день медицинской акции более 100 жителей Физули прошли офтальмологический осмотр - ФОТО
19 Apr 2024 | 16:33
СМИ: США могут предоставить Израилю вооружения на более чем 1 млрд долларов
19 Apr 2024 | 16:25
В Азербайджане введено наказание за передачу СМИ фото потерпевших лиц без их согласия
19 Apr 2024 | 16:05
Лавров: Претензии Еревана о бездействии российских миротворцев необоснованны
19 Apr 2024 | 15:56
Турция призывает к сдержанности на фоне эскалации между Израилем и Ираном
19 Apr 2024 | 15:54
В Азербайджане отцы тоже будут иметь право получать за детей трудовую пенсию на льготных условиях
19 Apr 2024 | 15:47
"Нефтчи" переедет на новую учебно-тренировочную базу
19 Apr 2024 | 15:38
Джейхун Байрамов обсудил с премьер-министром Палестины ситуацию в Газе
19 Apr 2024 | 15:36
Законопроект о создании искусственных земельных участков на Каспии принят в первом чтении
19 Apr 2024 | 15:32
Забивший гол акробатическим ударом ветеран: В тот момент я позабыл, что у меня нет ноги - ВИДЕО
19 Apr 2024 | 15:23
В Азербайджане понятые не будут привлекаться к процессу личного досмотра
19 Apr 2024 | 15:01
Лавров: Россия в случае новых переговоров не будет делать пауз в боевых действиях с Украиной
19 Apr 2024 | 13:53
Стало известно, когда "Барселона" вернется на "Камп Ноу"
19 Apr 2024 | 12:01
ВМС и ВВС Азербайджана провели тактические учения в Каспийском море
19 Apr 2024 | 11:05
Мбаппе принял окончательное решение по своему будущему в ПСЖ
19 Apr 2024 | 10:57
Ниджат Абасов потерпел шестое поражение в Торонто
19 Apr 2024 | 09:15
В России разбился военный самолет
19 Apr 2024 | 08:52
В Торонто арестовали грабителей, совершивших крупнейшую кражу золота в истории Канады - ФОТО
19 Apr 2024 | 08:47
В Сальяне столкнулись два автомобиля, есть пострадавшие
19 Apr 2024 | 08:45
Глава МИД Японии и генсек НАТО договорились продолжать сотрудничество в поддержке Украины
19 Apr 2024 | 08:41
В Азербайджане продается Коран по фантастической цене - ФОТО
19 Apr 2024 | 08:40
Jpost: ЦАХАЛ не менял инструкции по общественной безопасности после удара по Ирану
19 Apr 2024 | 08:32
TikTok начал тестировать конкурентную Instagram платформу
19 Apr 2024 | 08:28
На ряде улиц и проспектов Баку затруднено движение транспорта
19 Apr 2024 | 08:15
Принадлежащая российским миротворцам военная техника направляется в Россию - ВИДЕО
19 Apr 2024 | 08:15
В Японии технологическим компаниям выделят $470 млн для развития ИИ
19 Apr 2024 | 08:02
В Нидерландах нашли необычный способ борьбы с переизбытком туристов
19 Apr 2024 | 08:00
Стартовали съемки 4-го сезона "Ведьмака" - ВИДЕО
19 Apr 2024 | 07:49
Иранские системы ПВО сбили три беспилотника
19 Apr 2024 | 07:43
Почему педагогов-мужчин становится все меньше? - ЗАЯВЛЕНИЕ + ВИДЕО
ЕЖЕДНЕВНО
19 Apr 2024 | 07:13
Израиль нанес "ограниченный" удар по Ирану
19 Apr 2024 | 08:15
Принадлежащая российским миротворцам военная техника направляется в Россию - ВИДЕО
19 Apr 2024 | 06:32
Иран приостановил полеты над некоторыми городами
19 Apr 2024 | 05:57
Израиль нанес удар по объекту в Иране
19 Apr 2024 | 08:41
В Азербайджане продается Коран по фантастической цене - ФОТО
19 Apr 2024 | 06:24
В Баку автомобиль сбил 7-летнюю девочку
19 Apr 2024 | 07:43
Почему педагогов-мужчин становится все меньше? - ЗАЯВЛЕНИЕ + ВИДЕО
19 Apr 2024 | 07:38
Проблемное село Гобустанского района: Нас здесь осталось всего несколько человек - ВИДЕО
19 Apr 2024 | 07:49
Иранские системы ПВО сбили три беспилотника
19 Apr 2024 | 07:18
В Сумгайыте убили мужа и жену, задержан их 24-летний сын
ЕЖЕНЕДЕЛЬНО
15 Apr 2024 | 19:28
Во Франции не исключили ядерного удара по Ирану
15 Apr 2024 | 19:34
Минная проблема Азербайджана обсуждена на международном симпозиуме
15 Apr 2024 | 20:01
В отношении ресторана, вызвавшего недовольство жителей, приняты меры - ВИДЕО
15 Apr 2024 | 19:41
Скончалась педагог UNEC - ФОТО
15 Apr 2024 | 22:10
В Госдепе заявили, что США изучают варианты ужесточения санкций против Ирана
15 Apr 2024 | 22:03
В Сабунчинском районе устранили антисанитарную обстановку - ОБНОВЛЕНО + ФОТО
15 Apr 2024 | 19:36
Почему в столичном поселке не вывозят мусор? - ФОТО
15 Apr 2024 | 21:53
В ЦАХАЛ пообещали ответить на атаку Ирана
15 Apr 2024 | 19:32
Tesla сократит более 10% персонала
16 Apr 2024 | 12:28
Продлен срок выплаты надбавок к зарплате медработников, оказывающих услуги пациентам с COVID-19
Ежемесячно
19 Apr 2024 | 07:13
Израиль нанес "ограниченный" удар по Ирану
19 Apr 2024 | 08:15
Принадлежащая российским миротворцам военная техника направляется в Россию - ВИДЕО
19 Apr 2024 | 06:32
Иран приостановил полеты над некоторыми городами
19 Apr 2024 | 05:57
Израиль нанес удар по объекту в Иране
19 Apr 2024 | 08:41
В Азербайджане продается Коран по фантастической цене - ФОТО
19 Apr 2024 | 06:24
В Баку автомобиль сбил 7-летнюю девочку
19 Apr 2024 | 07:43
Почему педагогов-мужчин становится все меньше? - ЗАЯВЛЕНИЕ + ВИДЕО
19 Apr 2024 | 07:38
Проблемное село Гобустанского района: Нас здесь осталось всего несколько человек - ВИДЕО
19 Apr 2024 | 07:49
Иранские системы ПВО сбили три беспилотника
19 Apr 2024 | 07:18
В Сумгайыте убили мужа и жену, задержан их 24-летний сын
Писатели