Britaniyada 40 min məhbus azad ediləcək
533
08 Jul 2024 | 09:50

Britaniyada 40 min məhbus azad ediləcək

Böyük Britaniyanın yeni Baş naziri Kir Starmer həbsxanaların həddindən artıq çox məhbusla dolması səbəbi ilə 40 min məhbusu azad etməyi planlaşdırır.

Bizim.Media "The Times" nəşrinə istinadən xəbər verir ki, bu barədə informasiyanı Britaniya Ədliyyə Nazirliyindəki mənbə yayıb.

Qərarın dörd ildən az müddətə azadlıqdan məhrum edilmiş cinayətkarlara şamil olunması planlaşdırılır.

Qeyd edək ki, Böyük Britaniyanın Leyboristlər Partiyası son 14 ildə ilk dəfə parlament seçkisində qalib gəlib.

Bizim.Media

Link kopyalandı!
Последние новости