Xaçmazda sabah qazın verilişi müvəqqəti dayandırılacaq
581
08 Jul 2024 | 20:21

Xaçmazda sabah qazın verilişi müvəqqəti dayandırılacaq

Xaçmaz rayonunun Çilğır, Çarxı, Rəhimoba və Hülövlü kəndləri istiqamətində qaz xəttində gedən təmir işləri ilə əlaqədar olaraq 21 yaşayış məntəqəsində 3500abonentə verilən qaz təchizatı 9 iyul tarixindən səhər saat 10-dan dayandırılacaq.

Bu barədə Bizim.Media-nın yerli bürosuna Xaçmaz Regional Qaz İstismar idarəsindən məlumat verilib.

Qazın verilişi işlər tamamlananda bərpa ediləcək.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

Главные новости
День
Неделя
Месяц
Link kopyalandı!
Последние новости