Neftçalada kişi qırmızı qurd eşənəyi xəstəliyindən dünyasını dəyişdi
750
24 Jul 2024 | 15:47

Neftçalada kişi qırmızı qurd eşənəyi xəstəliyindən dünyasını dəyişdi

Neftçalada qırmızı qurd eşənəyi xəstəliyindən ölüm faktı qeydə alınıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayonun Həsənabad qəsəbə sakini, 1975-ci il təvəllüdlü Eldəniz Məmmədov ağır vəziyyətdə Neftçala rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və orada ölüb.

İlkin məlumata görə, E.Məmmədov qırmızı qurd eşənəyi xəstəliyindən ölüb. Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, bu xəstəlik autoimmun xəstəliklərdən biridir. Bu xəstəlik zaman insan immuniteti hiperaktiv olur və orqanizmin öz normal hüceyrə və toxumalarına hücum edir. Ağır forması sürətli ölümə səbəb olur.

Sabutay, Bizim.Media, Cənub bürosu

НОВОСТНАЯ ЛЕНТА
Главные новости
День
Неделя
Месяц
Link kopyalandı!
Последние новости
Последние новости