“Polisə Dəstək” İB-nin rəhbəri, sabiq polis rəisi, tanınmış hüquqşünas Şəmsəddin Əliyev bayram münasibəti ilə Daxili İşlər Nazirliyinin Kollegiyasının sədrinə, Kollegiya üzvlərinə və çoxminli polis əməkdaşlarına təbrik ünvanlayıb. Moderator.az-a daxil olan təbrikdə deyilir:
“Çox hörmətli Nazir!
Kollegiya üzvləri və çoxminli polis əməkdaşları!
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni-2018-ci il münasibəti ilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.
Dünya ictimaiyyəti artıq keçmişi kənara qoyub, yeni, gələcək günlər üçün çalışır.
Vaxt itirmədən ötən günləri və qayğıları unudub xoş günləri yaşamağa başlayacaq.
Azərbaycan polisi həmişə dövlət başçısı İlham Əliyevin hamıya görk olacaq demokratik islahatların və cinayətkarlıqla mübarizə siyasətinin həyata keçirilməsi işində ön sırada olmuşdur.
Ötən ildə şübhəsiz çətinlikləriniz də olub. Amma bu çətinliklərin aradan qaldırılması üçün hər an çalışmısınız, bilik və təcrübənizi, istirahətinizi sərf edib uğurlar əldə etmisiz. Azərbaycan dövləti və xalqı fəaliyyətinizi yüksək dəyərləndirir.
Bu sevincli, şən günlərdə hər birinizə daxili sabitliyin və doğma xalqımızın təhlükəsizliyinin təmin olunması fəaliyyətində uğurlar arzulayıram.
2018-ci ildə nə baş verəcəyini öncədən söyləmək də çətindir. Ötən il ilə, yeni il arasında olan pərdəni qaldırıb keçmişi xatırlamadan gələcəyə baxanda, qarşıda yeni dövr, hər gün böyüyən, çiçəklənən Azərbaycan, xalqın rifah halının yaxşılaşdırılması ilə davam edən islahatlar və sizin gərgin,`narahat günləriniz- -gecələriniz hesabına başa gələn sabitlik canlanacaq. Onu daima qorumaq uğrunda Sizin hər birinizə sağlam həyat, səbr və ekstremal vəziyyətlərdə (Allah belə anları yaşatmasın) müvazinətinizi cilovlaya biləcək təmkin və sağlam ömür arzulayıram. Qoy 2018-ci il hər birinizə yalnız xoş anlar və zövq verən xatirələr yaşatsın.
Uca Allah Sizi qorusun, şərəfli, lakin çətin xidmətinizdə dayağınız olsun!Amin!”
Səmimi hörmət və sayğılarla
“Polisə Dəstək” İB-nin İdarə heyəti adından
Şəmsəddin Əliyev