Türkiyə və Fransa prezidentləri 5 yanvarda Parisdə görüşərək ikitərəfli münasibətləri müzakirə etdilər. Görüşdə müzakirə olunan mövzular içərisində Türkiyənin Avropa Birliyinə üzv olması qarşısındakı əngəllər və regiondakı terrora qarşı birgə mübarizə də var idi.
Görüşdə, Rəcəb Təyyub Ərdoğana, ünvanlanan suallar sərtliyi ilə seçilirdi.
Fransa prezidenti Emmanuel Makron mətbuat konfransında bunları dedi: “Dialoq və ortaq iş uzlaşma içindəyəm. Türkiyə ilə terrorla mübarizədə nümunə təşkil edən yaxşı bir əməkdaşlığımız var. Terrorizmlə birlikdə mübarizə aparmağa davam edəcəyik. Bunu güclü dairələr çərçivəsində edəcəyik. Raketdən müdafiə razılaşması imzaladıq. Imzaladığımız təyyarə razılaşması da əhəmiyyətlidir. Sinop Nüvə Stansiyası haqqında danışdıq. Yaxın Şərqdən danışdıq. Fələstin məsələsində mövqelərimiz oxşardır. Qüds hər iki dövlətin paytaxtı olmalıdır. Biz PKK-ya qarşı mübarizə aparırıq, PKK terror təşkilatıdır. Biz İŞİD və digər təşkilatlarla mübarizə aparmağa davam edəcəyik. İŞİD-dən sonra Suriyada sülh və sabitlik təmin edilməlidir. Suriya yol xəritəsində birlikdə çalışmaq istəyirik”.
Fikrimcə, bu çıxışı ilə Makron ilk olaraq, Ərdoğanın gözündə güvənilə biləcək bir prezident imici yaratmaq idi. Makron açıq şəkildə PKK-nı teror təşkilatı adlandıraraq ona qarşı Türkiyəylə birgə mübarizə aparmağı istədiyini qeyt etdi. Bununla yanaşı, Fransanın Türkiyə kimi də Suriyadakı problemlərin həllində maraqlı olduğunu gördük.
Fransa hazırda Türkiyənin Avropa Birliyinə üzvlüyünə real baxmır. Bunu Makronun suallar cavabından da aydınlaşdırmaq olardı. Buna baxmayaraq, Paris Türkiyənin Avropa Birliyi ilə sıx dialoqunun davamında maraqlıdır. Digər tərəfdən Makron Fransa-Türkiyə iqtisadi əlaqələrinin inkişafında maraqlıdır. İki dövlət arasındakı əlaqələrin tarixi 500 ildir və bu əlaqələri qorumaq lazımdır. Türkiyənin özü də Fransa ilə əlaqələrdə problem yaşamaq istəmir. Çünki, Türkiyə ilə AB ölkələri arasında əlaqələr çox yaxşı deyl. Türkiyə Cumhurbaşqanı iki ölkə arasındakı ticarət mübadiləsinin həcmini 20 milyard avroya çatdırmağı hədəf qoyub. Bu baxımdan Türkiyə Hava Yolları ilə Airbus arasındakı razılaşma çox əhəmiyyətlidir.
Rəcəb Təyyub Ərdoğanın Avropa Birliyi ilə yanaşması qətidir: “Təəssüf ki 54 ildir bizi qapıda gözlətdirirlər. Fransa, AB-nin əhəmiyyətli bir nümayəndəsidir. Türkiyə kimi başqa bir ölkə AB içində yoxdur. Avropa Birliyinin Türkiyəyə qarşı tələbləri daima artır. Bu ədalətli yanaşma deyil”.
Fikrimcə, Ərdoğan, Avropa Birliyi ilə Türkiyə arasında qırılma nöqtəsini iqtisadi müqavilələrlə stabilləşdirmək istəyir. Fransa isə sadəcə bu oyunun ilk oyunçusudur. Paris də siyasətdə fərqli baxışları arxa palana alaraq Türkiyə ilə iqtisadi münasibətləri inkişaf etdirməkdə maraqlıdır.
YADİGAR NAÄžIYEV
Qərb Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti