Quterreş: Nə İsrail, nə də HƏMAS Qəzzada atəşi dayandırmaq istəmir
447
22 Sep 2024 | 23:16

Quterreş: Nə İsrail, nə də HƏMAS Qəzzada atəşi dayandırmaq istəmir

BMT-nin baş katibi Antonio Quterreş hesab edir ki, İsraillə HƏMAS hərəkatı arasındakı münaqişədə tərəflərdən heç biri Qəzza zolağında atəşkəs istəmir.

Bizim.Media xəbər verir ki, o bu haqda CNN telekanalına müsahibəsi zamanı danışıb.

“Nə İsrail hakimiyyəti, nə də HƏMAS əslində atəşkəs istəmir, mənim fikrimcə, bu, açıq-aydındır. Hazırda müzakirə olunan müqavilə kifayət qədər ağlabatandır və bütün tərəflər onu qəbul etməyə hazır olmalıdırlar. Lakin biz görürük ki, hər dəfə nəsə baş verəndə yeni çətinliklər yaranır”, - deyə o bildirib.

Bizim.Media

Главные новости
День
Неделя
Месяц
Link kopyalandı!
Последние новости