Məmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə saytımıza açıqlamasında Cümhuriyyət lideri ilə bağlı istəyini dilə gətirib, onun apardığı mübarizə yolunun dərsliklərə salınmasını arzu etdiyini bildirib.
Moderator.az-a açıqlamasında məsələyə münasibət bildirən millət vəkili Fazil Mustafa M.Ə.Rəsulzadənin mübarizə yolunun dərsliklərə salınmasa da, ürəklərə salındığını bildirib:
“Rəsulzadənin apardığı mübarizə yolu ürəklərə salınıb. Belə olan halda dərsliklərə nə ehtiyac var? Əslində təbii ki, biz bu mübarizə yolunu dərsliklərə salmalı idik. Bu vaxta qədər bunun olmaması Rəsulzadəyə olan soyuqluğumuz göstəricisidir.
Onun əsərləri, fikirləri dəsrliklərdə çoxdan yer almalı idi. Bu, əlbəttə ki, yaxşı bir arzudur. Lakin bunu dərsliklərə salmırlarsa, bunu dilə gətirməyə də ehtiyac yoxdur. Rəsulzadənin irsi düşünən insanların hamısının ürəyində yer alır. Odur ki, bundan narahat olmağına dəyməz”.
Seymur Əliyev