“Tərcümə Mərkəzi köhnə lüğətlərdəki qüsurları hələ iki il öncə bəyan etməklə bu məsələni aktuallaşdırdı”
Читать: 3073
07 Mar 2018 | 16:17
“Tərcümə Mərkəzi köhnə lüğətlərdəki qüsurları hələ iki il öncə bəyan etməklə bu məsələni aktuallaşdırdı”
Filologiya elmlər doktoru, professor Rüstəm Kamal Moderator.az-a müsahibəsində son zamanlar müzakirə mövzusuna çevrilən məsələlərdən danışıb:

– Rüstəm müəllim, ilk öncə son vaxtlar yeni orfoqrafiya qaydaları ətrafında gedən müzakirələrlə bağlı fikrinizi öyrənmək istərdik. 

– Orfoqrafiya qaydalarının müzakirəyə çıxarılması və bu müzakirədə ictimaiyyətin geniş iştirakı təqdirəlayiqdir. Ancaq mənim üçün bir qaranlıq məqam var: “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə niyə axı minlərlə yararsız söz olub? Bu sözlər indi lüğətdən hansı qaydaya əsasən çıxarılır və ümumiyyətlə, bu əcaib sözləri lüğətə kim salmışdı? Necə olmuşdu ki, bu sözlər əvvəlcə yararlı sayılmışdı, indi yararsız? Bu və digər suallar əmələ gəlir. 
Lüğət bir millətin dövlətdən sonra yarada biləcəyi ən böyük abidədir. Yanılmıramsa, Fransada 5 ildən bir, Rusiyada 10 ildən bir lüğət təsərrüfatı gözdən keçirilir. Çünki dilə təzə sözlər gəlir, o sözlər cəmiyyətdə xaotik vəziyyətdə işlənir, bəzən də qəribə formada dilin lüğət tərkibinə daxil olur, xalqın dilində özünə yer tapır. Ona görə də adını çəkdiyim ölkələrdə mütəmadi olaraq əlavə lüğətlər buraxılır. Lüğət həm də cəmiyyətin səviyyəsini göstərir. Bu işdə tələsik verilən qərarların ağır fəsadları ola bilər.

– Sizcə, sözün hansı dildən gəlməsindən, necə səslənməsindən, hansısa məna kəsb edib-etməməsindən asılı olmayaraq, onu lüğətə daxil etmək olarmı?

– Bilirsiniz, dil canlı orqanizmdir və özü hansı sözü götürüb-götürməyəcəyini dilçilərdən yaxşı bilir. Dilçilərin işi cəmiyyətin “dil radarına” düşmüş sözləri qeydə almaqdır. Dil ona kor-koranə müdaxiləni sevmir. Dildə islahatlara cəmiyyət özü də hazır olmalıdır, yaxud cəmiyyəti hazırlamaq lazımdır. Türkiyədə Atatürk dönəmində dilə bu kimi müdaxilələr oldu və nəticədə digər türk dillərindən xeyli uzaqlaşdılar. Bir tərəfdən də, İstanbul ləhcəsi formalaşdı və Türkiyənin digər bölgələrindən olanlar da bu ləhcədə danışmağa çalışdılar. Çünki İstanbul ləhcəsində danışmaq mədəniyyətli olmaq əlaməti sayılırdı. Fikrimcə, lider ləhcə olmayanda bu, istər-istəməz dilin özündə bir ləhcə xaosu yaradır. Hazırda Azərbaycan teleməkanında aparıcılardan biri Şəki, biri Qazax, biri Borçalı ləhcəsində danışır. Yenə deyirəm dil canlıdır, yaşayır, onu tənzimləmək lazımdır.  Dilimiz həm də başqa dillərin reklamı altında boğulur. Məsələn, mağazaların, uşaq bağçalarının çoxunun adı ingiliscədir. İnsan, dili həm də vizual qavrayır. XXI əsr isə vizual mədəniyyətin çiçəklənmə dövrüdür. Telefonda heç kim heç nə oxumur, ancaq şəkillərə baxırlar. Yəni vizual mədəniyyət audio mədəniyyəti sıxışdırıb. Artıq insanlar üçün sözün düzgün səslənməsi vacib deyil. Bu isə çox böyük psixoloji fəsadlara gətirib çıxaracaq. Çünki söz düzgün səslənmirsə, bu,artıq  onun ölümüdür. 

– Qeyd etdiniz ki, efirdə hamı istədiyi kimi danışır. Hətta deyərdim ki, bu gün dilin yazı qaydalarına da məhəl qoyanlar azdır, hər kəs istədiyi kimi yazır, onu çap etdirir. Bu mənada, sizcə, bu gün Azərbaycan dili hansı dövrünü yaşayır?

– Litva dilçiləri üç milyonluq xalqın dilinin – litva dilinin 20 cildlik izahlı lüğətini buraxıblar. 20 cild! Həmin iş davam etdirilir. Bizim izahlı lüğətimiz isə səhv etmirəmsə, 4 kiçik cilddən ibarətdir.  Dilimizin zəngin olduğuna inanırıq, buna kim şübhə edir ki? Sadəcə, dilimizə laqeyd yanaşırıq. Xalqın sözü onun yaddaşını, dünyada varlığını şərtləndirəm əsas amildir. 
Fikrimcə, dilçilərimiz canlı dillə, canlı Azərbaycan türkcəsi ilə işləmirlər, sadəcə ədəbi mətnlər əsasında leksik vahidləri – sözləri arayıb tapırlar. Ancaq dil özü həm də mistik hadisədir, onun səslənməsi, səs gözəlliyi çox mühümdür. Azərbaycan telekanallarında dublyaj olunmuş filmlərə baxmıram. Çünki səslənmə çox pisdir. Dil həm də estetik hadisədir, bunu da nəzərə almaq lazımdır.
– Rüstəm müəllim, sizcə, aparıcıların nitqindəki qüsurlar, dublyajdakı çatışmazlıqlar nədən irəli gəlir? Problem nədədir – onların söz bazasının kasad olmasında, yoxsa dilin qayda-qanunlarını bilməmələrində? 

– Məncə, bu, ilk növbədə, nəzarətsizlikdən, ictimai qınağın zəifliyindən irəli gəlir. Bəzən düşünürəm ki, bunu bilərəkdən, düşünülmüş şəkildə edirlər. Elə bil xalqın öz dilinə sevgisini öldürmək istəyirlər. Qəribə sözlər yaradıblar – “ömrüvüzü”, “gələcəyüvüzü”, “falan”, “narahatçılıq”, “xoşbəxtçilik” və s. 
Bir problem də onların mütaliədən uzaq olmağıdır. Bilirsiniz, ana dilində səlis danışmağın özü də əxlaq kateqoriyasıdır. Bu verilişlərin redaktoru yoxdur? Məncə, aparıcılar üçün peşəkar dilçilərin, linqvopsixoloqların, bədii qiraət ustalarının kursları təşkil edilə bilər. Bəs sosiolinqvistlər hara baxır, sosial sorğular niyə keçirilmir? Dil cəmiyyətin aynasıdır. Dilçilərin işi məhz bu güzgüdə əks olunan sözləri qeydə almaq, izah etməkdir.

– Qeyd etdiniz ki, dilimizin zənginliyi lüğətlərdə əksini tapmayıb. Sizcə, bunun üçün hansı mənbələrə müraciət edilməlidir?

– Dil cəmiyyətin içindədir. Dil mətbuata, ədəbiyyata gəlir, sosial şəbəkədə “gəzişir”. Bizdə müəyyən bir sektor olmalıdır ki, internet resurslarında işlənən mətnlərə fikir versin. Bu dəqiqə ədəbiyyatın yaranma, yayılma, formaya düşdüyü məkanlardan biri də internetdir. Yəni yeni bir ədəbiyyat yaranır – sən istəsən də, istəməsən də. Əvvəllər ədəbiyyat əlyazmalarla yayılırdı, indi isə Ələsgərin qoşması Aygün Kazımova haqqında informasiya ilə bir yerdə verilir. Artıq qavrayış ayrıdır. İnternetdə verilən qoşma, qoşma deyil. Formaca qoşmadır, amma bir çox funksiyalarını itirib artıq. Aşıq Ələsgərin qoşması səslənmək üçündür. Onun auditoriyası vardı. Məsələn, toy, yaxud bayramlar deyişmə məkanına çevrilirdi. Qoşma orada yaranırdı. İndi isə yeni sözlər internetdən gəlir. Xalq özü yaradıcıdır, bəzən elə gözəl sözlər işlədir ki...
Bir də bir vaxtlar biz ruslardan, türklər isə fransızlardan xeyli söz götürdük. Düşünürəm, indi imkan var, biz bir çox sözlərdə ortaq məxrəcə gələ bilərik.  Bəzi sözlərin türkcədə gözəl analoqları var, o sözlərin dilimizə gəlməsi yaxşı olardı. Nə qədər işıqfor işlətsək də, xalq qəbul etmədi, amma türkcədən “cizgi filmi” sürətlə “multfilm” sözünü sıradan çıxara bildi.

– Amma Türkiyə türkcəsindən dilimizə keçən sözlərə bəzən nəsə mühafizəkarlıqla yanaşılır, buna qarşı çıxırlar.

– XX əsrin əvvəllərində şeirimizə, bədii, publisistik mətnlərimizə İstanbul ləhcəsindən çoxlu sözlər gəlirdi və hamımız bir-birimizi yaxşı anlayırdıq. Burada heç bir qəbahət yox idi. Sonra da bilirsiniz ki, Sovet İttifaqı quruldu və bu proses dayandırıldı. İndi onu davam etdirmək olar. Amma mən demirəm ki, yalnız türk sözlərini kor-koranə dilimizə gətirək. Türkməncədə də elə arxaik türk mənşəli sözlər var ki, onları da dilimizə gətirə bilərik. Fars sözlərini saxlayırıq, bəs türkmən dilindəki arxaik sözlərdən niyə istifadə etməyək? Özü də oğuz ləhcəsindədir. Bu, həm bir millət kimi daha da yaxınlaşmağımıza səbəb olar, həm də lüğətimizdə ortaq sözlərin sayının çoxluğuna gətirib çıxarar. 

– Rüstəm müəllim, bəs müasir Azərbaycan ədəbiyyatının dili necə, sizi qane edirmi? 

– Xeyr. Xüsusən nəsrdə dil sanki arxa plana keçib. Dili qoruyan, yaşadan şairlərdir. Dil xalqın və Tanrının şairə əmanətidir. Bir millətin şairinə ona görə şair deyirlər ki, ana dilinin bütün şəhdi-şəkərini, gözəlliyini yazıya alıb, yaşadıb, varlığını təsbitləyib və gələcək nəsillərə ötürür. Şair həm də o vaxt böyük olur ki, dilin fövqünə qalxır– Füzuli kimi. Tarix boyu bu millətin dilini onun böyük şairləri qoruyub. Amma nəsrdə də maraqlı imzalar var ki, əsərlərində dil canlıdır, nəfəs alır.

– Yeni dövr ədəbiyyatımızı əvvəlki dövlərdən fərqləndirən bir özəllik varmı? 

– Var. Dırnaqarası azadlıq və özbaşınalıq, nihilizm, həyasız kosmopolitizm və s. Amma bununla belə, ədəbiyyatımıza maraqlı qadın şairlər gəlir, azad düşünən və mövzu palitrasının genişliyi ilə seçilən şairlər. Bu məni sevindirir.  Sərbəst vəzndə yazılan şeirlərin kəmiyyəti artır. Ancaq əlbəttə ki, sərbəst vəzndə yazmaq üçün hecanı, əruzu da yaxşı bilmək lazımdır. Bu, simfonik musiqi kimidir. Simfonik musiqi yazmaq üçün gərək xalq musiqisini yaxşı biləsən. Amma nədənsə xalqımız sərbəst şeiri hələ də qavrayış estetikasına daxil edə, əzbərləyə bilmir. 

– Rüstəm müəllim, sonda ARNK yanında Tərcümə Mərkəzinin yeni nəşri olan “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” haqda  fikrinizi bilmək istərdik...

– Tərcümə Mərkəzi bu sözlüklə ortaya, həqiqətən də ciddi bir iş qoymuş oldu. Ən əsası isə odur ki, Tərcümə Mərkəzi köhnə lüğətlərdəki qüsurları və çatışmazlıqları hələ iki il öncə ictimaiyyətə bəyan etməklə bu məsələni aktuallaşdırdı. Əks halda, bəlkə, hələ də necə deyərlər, yerimizdə sayırdıq.

Elmin Nuri

Похожие новости
10:35, Сегодня
В Баку проходит заседание по экономическому сотрудничеству между правительствами Азербайджана и Венгрии
10:34, Сегодня
Александр Масляков отойдет от работы в КВН из-за опухоли в легких?
10:16, Сегодня
В полуфинале Кубка Азербайджана по футболу установлен рекорд
10:11, Сегодня
Назначены дополнительные рейсы по маршруту Баку-Агстафа-Баку
10:03, Сегодня
В Ханкенди обнаружены оружие и боеприпасы
10:00, Сегодня
В Турции задержаны 23 подозреваемых в связях с ИГ
09:54, Сегодня
Нефть марки Brent подорожала до 88,2 доллара за баррель
09:40, Сегодня
МИД РФ: Ядерные объекты НАТО в Польше при их появлении станут военной целью России
09:27, Сегодня
Чемпионат Европы: Cемь азербайджанских дзюдоистов приступают к борьбе
09:24, Сегодня
ЦАХАЛ заявил, что продолжит преследовать ХАМАС до освобождения всех похищенных
09:23, Сегодня
Курсы валют Центрального банка Азербайджана-(25.04.2024)
09:15, Сегодня
Азербайджанская нефть незначительно подорожала
09:14, Сегодня
Toyota в 2023 финансовом году произвела по всему миру рекордное количество машин
09:00, Сегодня
Венеция ввела взнос для туристов
08:42, Сегодня
Утерянную картину Густава Климта выставили на аукцион - ФОТО
08:28, Сегодня
В Баку на ряде улиц и проспектов затруднено движение транспорта
08:20, Сегодня
Вьетнамский кладоискатель пообещал найти три тонны золота Японской империи
08:00, Сегодня
Робопес-огнемет поступил в продажу в США - ВИДЕО
07:39, Сегодня
Словацкий евродепутат выпустил голубя на заседании ЕП в Страсбурге - ВИДЕО
07:30, Сегодня
Яшар Гюлер встретился с австралийским коллегой
07:06, Сегодня
Таджикистан и Узбекистан упростят транзитный проезд грузовых автомобилей
06:58, Сегодня
Бегун продегустировал 25 сортов вина во время Лондонского марафона - ВИДЕО
06:38, Сегодня
Lamborghini представила первый гибридный кроссовер - ФОТО
06:20, Сегодня
Опубликованны последние данные о состоянии экономики Германии
06:18, Сегодня
Илон Маск уверен, что на Западе начнется гражданская война - ФОТО
05:21, Сегодня
Индекс потребительских цен Ирана упал на 4,8%
05:17, Сегодня
Во Франции задержали подростка по подозрению в подготовке теракта на Олимпиаде
05:02, Сегодня
Фируза Ибадова: Я ухожу со сцены, где нет Джаваншира
04:56, Сегодня
На Луну отправят электрический экран для защиты от пыли
04:36, Сегодня
Власти США заплатят жертвам сексуального насилия в гимнастике 140 млн долларов из-за прокола ФБР
04:21, Сегодня
Турция и Германия намерены увеличить товарооборот до $60 млрд
04:16, Сегодня
Канадская семья получила с Кубы труп россиянина
03:35, Сегодня
В Бразилии сын отрезал руку матери для получения доступа к ее банковскому счету
03:15, Сегодня
Австрийские ученые нашли вирус, уничтожающий одного из самых опасных паразитов
03:01, Сегодня
Глава МИД Венгрии прибыл с визитом в Азербайджан - ФОТО
02:54, Сегодня
В США учителям разрешили носить в школу оружие
02:44, Сегодня
АПЛ: "Ливерпуль" уступил "Эвертону", "Манчестер Юнайтед" обыграл "Шеффилд" - ВИДЕО
02:12, Сегодня
Стартовал открытый чемпионат Азербайджана по плаванию
02:07, Сегодня
Узбекистан импортировал газ на $360,2 млн в первом квартале
01:53, Сегодня
Кубок Италии: "Аталанта" обыграла "Фиорентину" и вышла в финал - ВИДЕО
01:13, Сегодня
Товарооборот между Ираном и Китаем превысил $4 млрд
01:10, Сегодня
Две азербайджанские гимнастки выступят на Кубке мира - ФОТО
00:09, Сегодня
Лига 1: ПСЖ на выезде обыграл "Лорьян" благодаря дублям Мбаппе и Дембеле - ВИДЕО
00:02, Сегодня
В Вашингтоне проведена акция солидарности против лжи о т.н. геноциде армян
00:00, Сегодня
Жители иранского города провели акцию протеста из-за застреленного полицией парня - ФОТО/ВИДЕО
24 Apr 2024 | 23:59
В Турции арестован один из главарей иракcкого крыла Рабочей партии Курдистана
24 Apr 2024 | 23:58
США дали владельцам TikTok время на продажу платформы - ВИДЕО
24 Apr 2024 | 23:39
Шойгу отстранил от должности своего арестованного заместителя
24 Apr 2024 | 23:38
Мбаппе потеряет 127 млн, если покинет свой клуб
24 Apr 2024 | 23:20
По каким вопросам чаще всего обращаются граждане к депутатам Милли Меджлиса? - ВИДЕО
24 Apr 2024 | 23:11
Азербайджан представил доклад на сессии Комитета ООН по борьбе с пытками
24 Apr 2024 | 23:10
В ООН представлен 5-й периодический доклад Азербайджана по Конвенции ООН против пыток
24 Apr 2024 | 23:07
Начался прием заявок для организации павильонов на COP29 в Баку
24 Apr 2024 | 23:05
Киев дважды бил ракетами ATACMS по целям в глубоком российском тылу- (обновлено)
24 Apr 2024 | 23:00
Число жертв в Газе достигло 34262
24 Apr 2024 | 22:54
В бакинской многоэтажке произошел пожар
24 Apr 2024 | 22:32
В Ереване разогнали требующих отставки Пашиняна
24 Apr 2024 | 22:27
В Лянкяране участник Отечественной войны совершил самоубийство, узнав о болезни матери
24 Apr 2024 | 22:20
Обнародованы кадры строящегося в Шуше нового жилого комплекса - ВИДЕО
24 Apr 2024 | 22:16
В Тбилиси протестуют против закона об иноагентах-(обновлено)
24 Apr 2024 | 22:13
США приветствуют делимитацию границы между Азербайджаном и Арменией
24 Apr 2024 | 22:07
Кубок Азербайджана: "Карабах" разгромил "Нефтчи" и вышел в финал
24 Apr 2024 | 22:06
В России заочно арестовали Гарри Каспарова
24 Apr 2024 | 22:00
Суд в РФ арестовал средства JPMorgan в размере $439,5 млн
24 Apr 2024 | 21:47
Завершилась конференция, проведенная в Лачыне в рамках международного форума - ОБНОВЛЕНО + ФОТО
24 Apr 2024 | 21:45
В Северной Македонии завершилось голосование на президентских выборах
24 Apr 2024 | 21:40
Из-за сбежавших гвардейских лошадей в Лондоне пострадали пять человек - ВИДЕО
24 Apr 2024 | 21:33
Еще один азербайджанский парапловец стал чемпионом Европы
24 Apr 2024 | 21:31
В Азербайджане отменяются расходы на первоначальную сессию по медиации в коммерческих спорах
24 Apr 2024 | 21:27
Amnesty International уличила Францию в нарушении прав человека
24 Apr 2024 | 21:19
В Баку был организован государственный прием в честь президента Кыргызстана - ОБНОВЛЕНО + ФОТО
24 Apr 2024 | 21:16
В Масаллы пройдет ярмарка труда
24 Apr 2024 | 21:13
МИД Турции: Анкара отвергает предвзятые заявления по событиям 1915 года
24 Apr 2024 | 21:08
Алиев: Памятник Айтматову в Баку будет символизировать наше единство, дружбу и братство
24 Apr 2024 | 21:06
Ильхам Алиев и Садыр Жапаров приняли участие в открытии памятника Чингизу Айтматову в Баку - ОБНОВЛЕНО + ФОТО
24 Apr 2024 | 20:52
Киев дважды бил ракетами ATACMS по целям в глубоком российском тылу
24 Apr 2024 | 20:14
В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра - ОБНОВЛЕНО/ФОТО/ВИДЕО
24 Apr 2024 | 20:13
В Азербайджане создан новый колледж
24 Apr 2024 | 19:54
Лукашенко признался, когда «уйдёт на покой»
24 Apr 2024 | 19:53
Определился первый финалист Кубка Азербайджана по футболу - ОБНОВЛЕНО + ВИДЕО
24 Apr 2024 | 19:51
В Баку состоялась церемония открытия Дней культуры Кыргызстана
24 Apr 2024 | 19:47
Президент Кыргызстана почтил память шехидов в Баку - ФОТО
24 Apr 2024 | 19:42
BCG: Решение проблемы дефицита воды в Азербайджане – приоритетный вопрос повестки
24 Apr 2024 | 19:37
В аэропортах Франции отменят до 75% рейсов
24 Apr 2024 | 19:22
ВОЗ: За полвека иммунизация спасла более 150 млн жизней
24 Apr 2024 | 19:22
Коллега совершившего суицид бывшего главного педиатра высказался о произошедшем - ОБНОВЛЕНО + ФОТО/ВИДЕО
24 Apr 2024 | 19:19
Как узнать, что бывший в употреблении товар не краденый? - ВИДЕО
24 Apr 2024 | 19:13
Джо Байден подписал законопроект о военной помощи Украине и другим партнерам-ВИДЕО
24 Apr 2024 | 19:00
Самые интересные футбольные матчи последующих дней - АФИША
24 Apr 2024 | 18:57
АБР выделит Грузии 46 млн евро на развитие здравоохранения
24 Apr 2024 | 18:49
Президент Кыргызстана почтил память шехидов в Баку
24 Apr 2024 | 18:43
В Баку преступники нашли новый способ кражи - ВИДЕО
24 Apr 2024 | 18:34
Состояние Ильбера Ортайлы ухудшилось в самолете: рейс задержали
24 Apr 2024 | 18:25
В России проводившего панихиду по Навальному священника наказали
24 Apr 2024 | 18:22
Самолет авиакомпании Air France совершил аварийную посадку в бакинском аэропорту - ФОТО
24 Apr 2024 | 18:21
Первый астронавт Турции приедет в Азербайджан
24 Apr 2024 | 18:02
Алиев и Жапаров на открытии памятника Айтматову в Баку
24 Apr 2024 | 18:01
В WhatsApp появится новая функция
24 Apr 2024 | 17:58
Еще одна страна признала Палестину независимым государством
24 Apr 2024 | 17:57
В Баку ограничена деятельность ресторана, в котором выявлены нарушения - ФОТО
ЕЖЕДНЕВНО
24 Apr 2024 | 10:53
"Ювентус" установил новый рекорд Кубка Италии
24 Apr 2024 | 11:05
Сотни тысяч аргентинцев вышли на протест к президентскому дворцу - ФОТО/ВИДЕО
24 Apr 2024 | 10:53
В Ханкенди обнаружены оружие и боеприпасы
24 Apr 2024 | 11:23
Начался визит представителей мозговых центров мира в Карабах - ФОТО
24 Apr 2024 | 11:12
Заместитель Шойгу отправлен в СИЗО
24 Apr 2024 | 11:36
Стали известны детали возвращения похищенной в Барде 23-летней девушки - ОБНОВЛЕНО
24 Apr 2024 | 11:39
«Гагаузский вопрос»: как на него ответят в Баку и Комрате?
24 Apr 2024 | 12:46
СМИ: в заложниках у ХАМАС около 30 израильских генералов и офицеров ШАБАК
24 Apr 2024 | 11:56
Ильхам Алиев и Садыр Жапаров проводят встречу
24 Apr 2024 | 11:51
Завтра в Азербайджане будет +31 градус тепла
ЕЖЕНЕДЕЛЬНО
19 Apr 2024 | 16:50
Восстановление плодородия засоленных почв в Азербайджане станет важным шагом в рамках COP29
19 Apr 2024 | 16:47
Президент Азербайджана и канцлер Германии проведут переговоры в Берлине
19 Apr 2024 | 16:45
СМИ: США могут предоставить Израилю вооружения на более чем 1 млрд долларов
19 Apr 2024 | 16:47
Президент Ильхам Алиев совершит рабочий визит в Москву
19 Apr 2024 | 20:12
Зеленский: Украина может спустить Путина «с неба на землю»
19 Apr 2024 | 21:01
Объявлены результаты выпускного экзамена по уровню общего среднего образования
19 Apr 2024 | 19:39
Подразделения армянской армии выводятся из четырех сел Газахского района
19 Apr 2024 | 20:09
Абдоллахиян отрицает ущерб от удара дронов по Исфахану
19 Apr 2024 | 19:06
Завершилась дипломатическая миссия посла Италии в Азербайджане - ФОТО
19 Apr 2024 | 19:47
Палата представителей утвердила помощь Киеву и конфискацию активов РФ
Ежемесячно
24 Apr 2024 | 10:53
"Ювентус" установил новый рекорд Кубка Италии
24 Apr 2024 | 11:05
Сотни тысяч аргентинцев вышли на протест к президентскому дворцу - ФОТО/ВИДЕО
24 Apr 2024 | 10:53
В Ханкенди обнаружены оружие и боеприпасы
24 Apr 2024 | 11:23
Начался визит представителей мозговых центров мира в Карабах - ФОТО
24 Apr 2024 | 11:12
Заместитель Шойгу отправлен в СИЗО
24 Apr 2024 | 11:36
Стали известны детали возвращения похищенной в Барде 23-летней девушки - ОБНОВЛЕНО
24 Apr 2024 | 11:39
«Гагаузский вопрос»: как на него ответят в Баку и Комрате?
24 Apr 2024 | 12:46
СМИ: в заложниках у ХАМАС около 30 израильских генералов и офицеров ШАБАК
24 Apr 2024 | 11:56
Ильхам Алиев и Садыр Жапаров проводят встречу
24 Apr 2024 | 11:51
Завтра в Азербайджане будет +31 градус тепла
Писатели