Rəsulzadənin Polşa Xarici İşlər Nazirliyi ilə məxfi yazışmaları- FOTOLAR
Читать: 4197
22 Mar 2018 | 16:29
Rəsulzadənin  Polşa Xarici İşlər Nazirliyi ilə məxfi yazışmaları-  FOTOLAR



Moderator.az Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə silsilə yazılarına davam edir. Bu dəfə araşdırmaçı alim, tarix elmləri doktoru   Nəsiman Yaqublunun üzə çıxardığı  M. Ə. Rəsulzadənin  Polşa Xarici İşlər Nazirliyi ilə məxfi yazışmalarını təqdim edəcəyik:

Qeyd edək ki, hələ 1920-ci illərdən başlayaraq azərbaycanlı mühacirlər (istər Türkiyədə, istərsə də Fransada yaşayanlar) Avropa ölkələri təmsilçiləri ilə ciddi təmaslar yaradırdı.. Bolşevizmə qarşı böyük savaş açan Polşa dövləti və onun böyük lideri Y. Pilsudski ilə əlaqələrin artıq əsası qoyulmuşdu.

Qeyd etdiyimiz kimi, 1921-ci ildə baş verən Rusiya-Polşa savaşından sonra Pilsudski və silahdaşları Şərqi Avropa xalqları ilə bolşevik Rusiyası əsarətindəki xalqlar arasında ortaq bir əlaqə qurumu yaratmaq haqqında düşünürdülər. Rusiya ilə baş verə biləcək savaş perspektivi daxilində Polşa SSRİ-yə düşmən olan qruplara önəmli yardımlar etməyə başlamışdı. Polşa dövləti isə getdikcə mühacirlərlə əlaqələr şəbəkəsini genişləndirir, SSRİ-nin rus olmayan millətlərindən könüllüləri öz ordusuna qəbul edir, döyüş təlimləri keçir, silahlandırırdı. Artıq 20-ci illərin ortalarından Polşa ordu¬sunda da müəyyən sayda əsgər və zabitlər fəaliyyət göstərirdi. Polşa dövlətinin yardımı ilə “İstiqlal” qəzeti, “Kurtuluş” jurnalı Berlində nəşr edilirdi:


“Polşa Xarici İşlər Nazirliyinin məlumatlarında Qafqaz təşkilatlarının dəstəklənməsi, onların mətbuat və təbliğat işlərinə yardım üçün hökumətə “Yaxın gələcəkdə iş planı” başlıqlı aşağıdakı təkliflər bildirilirdi: “Şərq dillərində (türk və fars) təbliğatın gücləndirilməsi. Bu məqsədlə fransız dilində nəşr edilən jurnal və bülletendən başqa, türk və fars dillərində də daimi imkan daxilində isə aylıq broşuralar, almanaxlar və bəyannamələr nəşr etməli; həmin mətbuat orqanlarında Qafqazda baş verən hadisələri əks etdirən məqalələr çap edilməli; bundan başqa nəzərdə tutulan bu nəşrlərdə bir tərəfdən Qafqaz Konfederasiyası quruculuğunun əsasları və əhəmiyyəti, digər tərəfdən isə şərq xalqlarının milli-azadlıq prosesində Rusiya imperialist kommunizminin mənfi təsirini açıq göstərən tədqiqlər öz əksini tapmalıdır”.

Yenə Polşa Xarici İşlər Nazirliyinin sənədlərində mühacir¬lərin fəaliyyəti üçün ayrılan pulun məbləği göstərilir. Məlum olur ki, “Müstəqil Qafqaz Komitəsi”nin 6 əməkdaşına ayda 120 frank (ümumi: 720), təbliğat işlərinə: broşura, bəyan¬namə, bülletenin türk dilində nəşri üçün 95 frank, fransızca nəşri üçün 55 frank ayrılıb.


Sənədlərdə “Prometey” jurnalının azərbaycanlı, türküstanlı və dağlı təmsilçilərinə ümumilikdə 150+145 frank məbləğində vəsait ayrılmışdır. Ümumilikdə isə “Prometey”in nəşri üçün 8700 frankın xərcləndiyi göstərilir . 
Qeyd edək ki, 20-ci illərin ortalarından başlayaraq M. Ə. Rəsulzadə, Ə. Topçubaşov, M. Vəkilli Polşa rəsmiləri ilə məktublaşırdı. 
Polşa dövlətinin arxiv sənədlərində M. Ə, Rəsulzadənin Polşanın Xarici İşlər Nazirliyi və  Marşal Pilsudski ilə şəxsi yazışmaları qorunub saxlanılır. Həmin məktubların biri azərbaycanlı zabitlərin Polşa ordusunda hərbi xidmətə cəlb edilməsi ilə bağlıdır. Türkiyənin İstanbul şəhərindən, 1923-cü ilin 31 martında Y. Pilsudskiyə ünvanlanmış bu məktubun böyük tarixi əhəmiyyəti vardır: 

“Zati-aliləri Marşal Pilsudski
Polşa Ali Baş komandanı
Cənab Marşal,

1920-ci il aprel ayında Sovet ordusu tərəfindən Azərbaycanın işğal edilməsindən və milli hökumətin hakimiyyətdən uzaqlaş¬dırılmasından sonra Azərbaycan Ordusunun intizamlı zabitlərinin böyük bir hissəsi qırmızı qəsbkarların vəhşi intiqamlarından xilas olmaq üçün ölkəni tərk etmək məcburiyyətində qalmış və həmsərhəd ölkələrə köçürülmüşdür.
Bunlardan 10 nəfər zabit, hansı ki, milli orduda mühüm vəzifələr tutmuşdular və düşmən qızıl ordunun silahlı qarşıqoymasına qarşı olmuşlar, daha sonra isə qızıl ordunun dözülməz özününküləşdirmə boyundurluğuna qarşı bir sıra kütləvi üsyanlarda çıxış etmişdilər, hal-hazırda Konstontinopolda mühacir kimi yaşayırlar.
Krım Tatar Parlamentinin təmsilçisi və Prezidenti cənab Cəfər Seydəhməd öyrənmişdir ki, Siz onun başçılığı ilə nümayəndə heyətinin Varşavada sonuncu səfərində azərbaycanlı zabitlərin cəsur Polşa ordusu sıralarında xidmət etmək təklifini, onların hərbi biliklərini genişləndirmək arzusunu çox səmimiyyətlə qəbul etmisiniz. Onların təmənnasız qəbuluna Sizin razılığınız mənə bu lütfkar vəziyyətdən istifadə etmək və Sizin şəxsinizdə  zati-alilərindən bu mövzuda lazımi müs¬bət qərarları əldə etmək xahişini etmək iznini verir. 
Mən əminəm ki, nəcib Polşa xalqı tərəfindən göstərilən xidmət bizim tarixin bu çətin dövründə qəbul ediləcək və Türkiyə tərəfindən Azərbaycanın qiymətləndirilməsi, çox illərdən bəri bizim millətimiz arasında mövcud olan parlaq dostluq əlaqələrinin sübutuna xidmət edəcəkdir.
Sizə dərin təşəkkürümü bildirərərk, Sizə bəslədiyim yüksək ehtiramımı Zat-Alilərindən qəbul etməyinizi xahiş edirəm. 

M. E. Rəsulzadə
Azərbaycan Milli Birliyin Prezidenti

Konstantinopol, 31 mart 1923
Əlavə: zabitlərin siyahısı”.
Qeyd edək ki, M. Ə. Rəsulzadənin bu məktubu fransız dilində yazılmışdır.
M. Ə. Rəsulzadənin Polşa Xarici İşlər Nazirliyinin rəsmisi olan T. Qolubkoya ünvanladığı digər məktubda mühacirət mətbuatı problemlərinə toxunulur. “Yeni Qafqasiya” jurnalına dəstək göstərilməsi xahiş edilir. Həmin məktub:
Çox hörmətli T. H.!

“Sizin 9.10.26 tarixli məktubunuzu mən  oktyabrın son günlərində aldım. Sizi başa düşürəm ki, bu jurnalın çap olunması üçün ayrılmış məbləğə baxmayaraq, Sizin tərəfinizdən bizim jurnala xüsusi subsidiyaların buraxılması məsələsi qaldırıla bilməz. Lakin Sizə deməliyəm ki, jurnalın fransız dilində çap olunmasının ləngiməsi əsasən komitənin günahından yox, Parisin günahından baş vermişdir. Ramişvilinin təkidi ilə jurnalın çap olunmasını Avropaya keçirmək lazım idi. Komitə qərara almışdır ki, jurnalın 1-ci nömrəsi Parisdə dərc olunsun. Smetanı gözləyərkən bir ay keçdi, sonradan smetaya qoymaq üçün pul tələb etdilər. Komitə ilkin xərclərə 200 lirə göndərib smeta tələb etdi. Smeta alınmamışdır, pullar isə tam tələb olundu. Komitə ümumi işi saxlamamaq üçün lazım olan pulları Parisə göndərdi.

Sizə bildirmək lazımdır ki, sentyabr ayının pulunu Komitə yalnız oktyabrda almışdır, oktyabr ayı üçün isə hələ almayıb (Konstontinipolda bu işə rəhbərlik edən şəxsin olmamasın¬dan). Belə bir halda aydındır ki, yalnız avqust ayının məbləği haqqında danışmaq olar.
Sizin məktubunuza əsaslanaraq mən əlbəttə ki, kömək üçün Komitəyə müraciət edəcəm, inanıram ki, Komitə bizi başa düşəcək və birtəhər sentyabr və oktyabr ayları üçün olan borcları verməyə kömək edəcək. Bizim jurnalımızın gələcəkdə də dəstəklənməsinə gəldikdə isə, düşünürəm ki, jurnal fransız dilində çıxdıqda müqaviləmizə əsasən Siz “Yeni Kavkasia”nın xüsusi dəstəklənməsi haqqında məsələ qaldıra biləcəksiniz. Ümumi iş uğrunda üç il müvəffəqiyyətli iş təcrübəsi olan bizim orqan xüsusi diqqətin predmeti olmağa tam əsası vardır. Özü də bizim jurnal partiya orqanı deyil, bütün müsəlman Şərqində yeganə antibolşevik və antirus orqandır. Onun səhifələri bütün Qafqaz və Türküstan xalqları üçün açıqdır. Bundan əlavə, biz vaxtaşırı xüsusi kitabçalar da dərc edə bilirik. Sizin birinci köməyinizdən istifadə edərək biz, jurnalın genişləndirilməsindən əlavə Rusiyanın müasir mövqeyi haqqında 45 səhifəlik kitabça dərc etdirmişik. Onun bir nüsxəsi Sizə də göndərilib. Bu günlərdə fransız dilində çıxan partiya orqanı da işıq üzü görəcəkdir. 
Siz haqlısız, pul azdı, amma çox lazımdır. Pulları havaya sovurmaq lazım deyil. Gördüyünüz kimi, biz onları havaya sovurmuruq.
Mənim Sizə tam hörmətimin olmasını qəbul edin.
Hörmətlə, 
M. Ə Rəsulzadə
Cənab M. Qolubkoya
P. S. Cənab Mdivani Sizin məktubu hələ almayıb
15 noyabr 1926” (61, v.32,34,35,36,37). 
M. Ə. Rəsulzadənin Polşa ilə rəsmisinə göndərdiyi digər məktubda isə Azərbaycanla əlaqələrin möhkəmləndirilməsi vacibliyinə toxunulur:
“Çox hörmətli T. Qolubko!
Fürsətdən istifadə edərək Sizə Azərbaycan haqqında informasiya materialı, həmçinin bizim yerlərdə işimiz haqqında qısa məlumat göndərirəm.
Bizdə olan məlumata görə hadisələrə güclü hərəkət təsiri göstərilmiş və bu da ölkənin bəzi hissələrinaə ayrı-ayrı partizan çıxışlarına səbəb olmuşdur. Belə ki, bu çıxışlar sözsüz ki, hazırkı vəziyyətdə zərərlidir. Bu məqsədlə və ümumiyyətlə bizim ölkə ilə əlaqəmizin möhkəmləndirilməsi məqsədilə biz öz məsul işçimizi geri çağırırıq, hal-hazırda onun iştirakı ilə gələcək işin planı tərtib olunur. Həm təşviqat, həm də təşkilati işi gücləndirmək qərara alınmışdır. Sözsüz ki, bu iş heç də az vəsait tələb etmir, lakin bildiyiniz kimi bizdə hal-hazırda pul vəsaitləri azdır. Bu məsələ bizi hələ də narahat edir. Biz qismən də olsa, öz ehtiyaclarımızı ödəməyə qadirik.
Fürsətdən istifadə edərək, Sizə öz səmimi hörmətimi bildirirəm.
Hörmət və ehtiramla,
M. Ə. Rəsulzadə.
11 iyul 1927”.


1928-ci ilin fevralın 4-də Azərbaycan nümayəndə heyətinin adından M. Ə. Rəsulzadənin, gürcü nümayəndəsi Mdi¬vianinin, Şimali Qafqaz nümayəndəsi M. Suncun Polşanın Xarici İşlər Nazirliyinə göndərilən məktubda da maraqlı məlumatlar vardır:
“QİK-nin 1928-ci il üçün büdcəsini Sizə göndərərək və onu lazımi orqanlar qarşısında tam dəstəkləməsini xahiş edərək, aşağıdakı izahı verməyi özümüzə borc bilirik.
1928-ci il üçün büdcə keçən ilə nisbətən 850 dollar artmışdır (2350 1500-ə qarşı), bu da təxminən 50% təşkil edir, bu məbləğdən bir hissəsi birinci növbədə türk və fransız dillərində ümumi təbliğatın üstünə düşür (par. 2, bənd a və b), 2-ci – “Prometey” nəşriyyatına, 3-cü isə vətənlə əlaqəyə.
Keçən il inkişaf və əhəmiyyətin artmasını təsdiq etdi və həmçinin Qafqaz hərəkatı problemlərinin işıqlandırılması və türk ictimaiyyətini qafqazlıların həmrəy məqsədi ilə ümumi çıxışların türk dilində edilməsi vacibliyini göstərdi, hal-hazırda bu məqsədlə almanax dərc edilir, onun səhifələrində bolşeviklərin milli məsələdə nəzəriyyəsi və təcrübəsi, onların üsyana qarşı olan siyasətini təsvir edən ümumi xarakterli məqalələr, həmçinin Qafqaz respublikalarının, Ukraynanın və Türkestanın vəziyyətini təsvir edən məqalələr yer alırdı. Gələcəkdə də nəinki Türkiyə üçün, hətta bütün Şərq üçün əhəmiyyətli olan türk dilində kiçik kitabçalar dərc etməyi düşünürük. Bülletenin fransız dilində yararlılığı haqqında isə danışmağa belə dəyməz. 

“Prometey”in büdcəsi təxminən 35%-dir. “Prometey” öz fəaliyyəti ərzində lazımi təəssürat yaratdı. Onun Qafqaz, Ukrayna, Türkestan xalqları arasında birləşmə ideyasının populyarlaşmasında rolu bolşevik dövri mətbuatının səhifələrində sistematik əks-sədalarla təsdiqlənir. Komitə redaksiya kollegiyasının xahişini nəzərə alaraq, jurnalın məzmununu yaxşılaşdırmaq məqsədilə redaktələrin məzmu¬nunu artırmaq (700 frankdan 1000 franka qədər) və eyni zamanda “Prometey” jurnalının redaksiyasını təşkil edən və onunla əlaqəsi olan insanların görüş yeri, həmçinin “Birləşmiş İnformasiya Bürosu”nun fəaliyyət göstərəcəyi yerin icarə götürülməsi  qərara alınmışdır.
Əsas artımlar S şöbəsi üzrə tələb ilunur, bu şöbə ayrı-ayrı seksiyaların vətənlə əlaqəsi üçün nəzərdə tutulub. Bu işin əhəmiyyəti və mühümlüyü aydındır. Ötən il üçün nəzərdə tutulmuş büdcə bu işi geniş şəkildə həyata keçirməyə imkan vermirdi, çətinliklə də olsa biz bu əlaqələri qoruyurduq. Təbliğat və təşkilat işinin inkişafı ilə isə bunun əhəmiyyəti daha da artır, vətənlə əlaqə daha da aktual olur. Xüsusi olaraq bu məqsədlə tələb olunacaq min dollar yalnız ən kiçik ehtiyacları ödəyəcəkdir.
Sonda hazırkı büdcənin bəzi paraqrafları üzrə tələb olunan məbləğlərə dair bəzi izahlar verməyi vacib sayırıq:
Paraqraf 2-nin 2-ci bəndi üzərində qeyd edilmiş 485 lirə məbləği aşağıdakılardan ibarətdir: 1-cisi “Yeni Kavkasiya”, hal-hazırda “Azeri-Türk” jurnalına (Azərbaycan Milli Mərkə¬zinin, Konstontinopolda türk dilində iki həftədə bir çıxan orqanı) 240 lirə həcmində, 2-cisi 185 lirə məbləğində Praqada “Dağlıların üsyanı” adlı jurnal dərc edən Şimali Qafqaz xalqlarının təbliğatına, həmçinin 60 lirə Gürcüstan seksiyasına təbliğat üçün verilir. 
Paraqraf 4-də qeyd edilən 150 lirə məbləği isə bir azər¬baycanlıya, digər bir dağlı işçiyə 700 frank verilir və “Prometey” jurnalının redaksiyasında Türküstan nümayən-dəsinə 310 frank həcmində verilir. 
4 fevral 1928-ci il 
M. Ə. Rəsulzadə, S. Mdivani, M. Sunc
QİK-nin 1928-ci il üçün büdcəsi
A şöbəsi
Komitənin ümumi xərcləri
(türk dilində)
1. Komitənin 6 üzvünün subsidiyaları – 720 t.l.
2. Komitənin ideyalarının təbliğatına:
a) türk dilində ümumi təbliğat – 95 t.l.
b) fransız dilində bülletenlər – 55 t.l.
c) təbliğat seksiyalarına – 485  - cəmi 635 t.l.
3. Səfərlərə və nümayəndəliklərə - 150 t.l.
4. Parisdə işin dəstəklənməsi üçün – 150 t.l.
5. Cari xərclərə - 50 t.l.
Yekun: 1700 t.l.
B şöbəsi 
“Prometey”in çap olunması ilə bağlı xərclər
(fransız dilində)
Hər bir sayın dərc edilməsi – 1500 fr.
3 Qafqazlı  redaktora – 3000 fr.
2 qeyri-qafqazlı redaktora – 1400 fr.
Tərcümələrə - 700 fr.
Məqaləyə görə qonorar – 700 fr.
Stilistə - 300 fr.
Yerə görə - 600 fr.
Ekspedisiya – 500 fr.
Yekun: 870 frank 765 lirə
C şöbəsi
Ölkə ilə əlaqəyə xərclər
(dollarla) 
Üç respublikanın dəstəklənməsi və mütəmadi əlaqə predmetinə - 1000 dollar
Cəmi dollarla 2350 dollar.
M. Ə. Rəsulzadə,
S. Mdivani,
M. Sunc”.
M. Ə. Rəsulzadənin eyni ünvana göndərilən digər məktu¬bunda isə Azərbaycandakı situasiya ilə yanaşı, “Yeni Qafqasiya” jurnalının nəşri vacibliyi də vurğulanır:
“Hörmətli dost!
Mənim 25.10.1927 tarixli məktubuma cavab gözlə¬məyərək, lütfkarlığınızdan istifadə edərək Sizə yazıram ki, bizim tərəfimizdən Varşavaya nümayəndə kimi cənab Mus¬tafa bəy Vəkilli təyin edilib, o, bu yaxınlarda təyinat yerinə gedəcək, eyni zamanda Sizə bildirim ki, bu yaxınlarda Parisə Milli Mərkəzin üç nəfərdən ibarət nümayəndə heyəti çıxacaq və öz vəzifələrinin yerinə yetirilməsinə başlayacaqlar.
Fürsətdən istifadə edərək aşağıdakıları da qeyd edim: Azərbaycandan gələn məlumat böyük ruh yüksəkliyinin olduğunu təsdiq edir. Bolşeviklər arasında parçalanma bizimkiləri daha da ruhlandırır. Bolşeviklərin Fransa ilə mübarizəsi Azərbaycanda spesifik təzahürə sahib olmuşdur. Trotskinin tərəfində köhnə təmayülçülər çıxış edirdi. Onlar arasında sürgündən təzəcə qayıtmış Mahmud Xanbudağlı seçilirdi. O, bir vaxtlar “nasionalist meyl”inə görə Moskvaya çağırılmışdı. Mahmud Stalinin xəttini milli qırğın və mübarizə siyasəti kimi tənqid edirdi. Ona sona qədər danışmağa imkan vermirdilərsə, o, kürsünü zorakılıq nidası ilə tərk edirdi. Bakı qəzeti rus köçmə kəndlərinin yerli müəssisələrdə türk dilində aparılan kargüzarlığından şikayətinin bir neçə faktlarını qeyd edir, bu da bir neçə rus şovinisti üçün “yerli nasionalizm” haqqında danışmağa imkan verməyəcəkdir.
Təəssüf ki, uzunmüddətli mübarizə və ciddi demarşlardan sonra nəhayət ki, bolşevik diplomatiyası “Yeni Qafqasiya”nın müvəqqəti bağlanmasına  nail oldular. Lakin bu zaman bu hərəkətlərin acığına olduğu kimi bolşevik təşkilatlarının böyük bir şəbəkəsi aşkarlanmışdı. Yerli mətbuat qeyd edir ki, bu genişlənmədə əhəmiyyətli rolu Kitayqorodskinin “Pravda” qəzetində yerləşdirilmiş məqaləsi oynamışdır. Bu məqalənin tərcüməsi “Yeni Qafqasiya” sayəsində türk qəzetlərində yerləşdirilmişdir. Biz inanırıq ki, çox tez bir zamanda “Yeni Kavkazia”nın  çapı bərpa olunacaq.
Kommunistlərin gələcək proseslərinə aid xüsusi kitabça buraxmağı nəzərdə tuturuq.
Kamali-ehtiramla M. Ə. Rəsulzadə
K-m 29.11.1927”. 
M. Ə. Rəsulzadənin digər bir məktubunda isə “Yeni Qafqasiya” jurnalının fəaliyyəti və Azərbaycandakı məlumatlar öz əksini tapmışdır:
“Sizin bu ilin iyul ayının 27-də göndərdiyiniz məktubunuzu aldım. Dostsayağı və səmimi sözlərə görə minnətdarlığımı bildirmək istərdim. Şübhəsiz ki, mənim bütün fəaliyyətim QİK-nin nüfuzunun  artırılmasına yönəldilmişdir. Tərəfimdən həyata keçirilən tədbirlərin spesifik xüsusiyyətlərinə bax¬mayaraq, mən artıq nəinki “Yeni Qafqaz” jurnalında bir sıra çağırışlar yerləşdirmişəm, hətta işin müdafiəsi üçün məqalələr də yazmışam. Təşkilatlarımız yerlərdə bu barədə müvafiq məlumatlara sahib olmaqla, Qafqaz xalqlarının mübarizəsinin dəstəklənməsinə dair təlimatlara malikdirlər. 
Mustafa bəy Varşava təsərrüfatları barədə artıq bizə yazmışdır. Biz Azərbaycan Milli Mərkəzinin nümayəndəsinə göstərdiyimiz səmimi qarşılama və qonaqpərvərlik barədə yazmaqdan fərəh duyuruq. İnanıram ki, bizim tələbat və ehtiyaclarımızı nəzərə alaraq Siz məktubda açıqladığımız yardımın tezliklə göstərilməsi istiqamətində öz səylərinizi əsirgəməyəcəksiniz.
Siz “Prometey”in rolu və əhəmiyyətini olduqca ətraflı və düzgün qiymətləndirmisiniz. Xüsusilə qeyd etmək istərdim ki, Bakı şəhərində nəşr olunan qəzet, jurnala kifayət qədər maraq və diqqət ayırır. Qəzetdə dərc olunan məqalələrdə həm jurnal, həm də “Paris” jurnalının ətrafında cəmləşən qüvvələr barədə məlumatlar verilir və təhlil olunur. “Prometey” jurnalı ilə yanaşı, təzyiqlər həm də “Yeni Qafqaz” və “Azərbaycan” jurnallarına göstərilir (fransız dilində dərc olunur, “Müsavat” Partiyasının orqanı). Bu baxımdan qeyd etməliyik ki, QİK, Azərbaycan Milli Mərkəzinin və Müsavat Partiyasının MK-nın çağırışları bolşevikləri artıq dərəcədə narahat edir. Yeri gəlmişkən qeyd edim ki, bütün bu çağırışlar artıq bütün Azərbaycana yayılmış, hətta bütövlüklə Qyeni Qafqaz” jurnalının nömrələrində əks etdirilmişdir. “Bakı”  qəzeti ən görkəmli komissarların müxtəlif siyasi məqalələrini mütəmadi şəkildə dərc edir. Xüsusi məqalələrdə bu çağırışlarla Azərbay¬canın müxtəlif yerlərində müşahidə olunan hərəkatlarla birbaşa əlaqələrin mövcudluğu təhlil olunur. Bəzən bu hərəkətlər partizan çıxışları formasını əldə edir, yerlərdə geniş vüsət alır.
Kəndlilər arasında çörəyi bazara çıxarmamaq, müharibə üçün ehtiyatların görülməsi mövzusunda geniş təbliğat işləri aparılır.
Çaxnaşmaya düşən hakimiyyət dairələri hədə-qorxu vasitələrinə əl atır, ən aktiv silahdaşlarımızı həbs və sürgün edir, hətta güllələyir. Bu yaxınlarda 4 azərbaycanlı zabit güllələnmişdir, onların arasında Cavad Axundzadə adlı cavan zabit də olmuşdur. 
QİK-nin nəzdində informasiya bürosu yaradılmışdır. Bu yaxınlarda büronun birinci bülleteni işıq üzü görmüşdür.
Polkovnikə salamlarla,
Hörmətlə
M. Ə. Rəsulzadə
3.08.1927”.

M. Ə. Rəsulzadənin 1927-ci ildə Polşa rəsmilərinə göndər¬diyi başqa bir məktubda qeyd olunur:
“Hakimiyyətin istilaçı siyasəti nəticəsində ən aktiv silahdaşlarımız həbs olunmuşdur. Həbs olunanlardan beşi güllələnmişdir. Onların arasında Müsavat Partiyasının gör¬kəmli nümayəndəsi Dadaş Həsənzadə də olmuşdur. “Yeni Qafqaz” jurnalının növbəti nömrəsi sürgün olunmuş və güllələnmiş silahdaşlarımızın şəkilləri ilə çıxmışdır.
Bütün bunlara baxmayaraq, partizan təşkilatları ruhdan düşmür, daha da aktiv fəaliyyət göstərirlər. Biz ədəbiyyata olan yüksək tələbatı hiss edirik: ayrıca broşur və kitabçalar şəklində ideoloji çağırışlar təkidlə tələb olunur. Hesab edirik ki, bu tələbləri təmin etmək üçün ilk növbədə tərəfimizdən təsis olunan “Azərbaycan Milli Nəşriyyat Kitabxanası”nın ayrıca nömrələrinin buraxılışını sürətləndirmək lazımdır. Qeyd olunan mətbuat orqanı bu günə qədər müxtəlif kitabların 5 nömrəsini buraxmışdır.
Kütləvi həbslər və milli ziyalı təbəqəsinin nümayən¬dələrinin dövlət xidmətindən kənarlaşdırılması nəticəsində ixtisara salınmış bəzi müəllimlər dağlara qaçaraq, partizanlara qoşulmuşlar. Bolşeviklər adətən onları “soyğunçu” və “quldur” adlandırırlar. “Quldurlar” bütün ölkədə vüsət almış¬lar. Onlar həm Lənkəran dağlarında, həm İran sərhədi boyu və Araz çayının sahillərində fəaliyyət göstərirlər. Bu yaxınlarda Şəki partizanları ilə komsomol dəstələri arasında toqquşma baş vermiş, nəticədə dörd partizan həlak olmuşdur. Partizanların yeni dəstələri Gəncə rayonunda yerləşən Qarasakkal kanalının ətrafında peyda olmuşlar. Keçmiş müəllm-zabitlərin başçılığı ilə fəaliyyət göstərən partizanlar Bakı qəzasını da əhatə etmişlər.
Təzyiq və repressiyalara baxmayaraq ümumi mübarizə əhval-ruhiyyəsi yüksəkdir. Yeni qurulmuş hakimiyyətin siyasətindən nəinki “Milli müxalifətçilər”, hətta yerli kommunistlər də narazıdır. Milli məsələdə “Yayınma” halları azərbaycanlı kommunistlər arasında artmaqdadır, nəticədə isə həmin kommunistlərlə bizimkilər arasında müəyyən əlaqə yaranır. Silahdaşlarımızın gənclər arasında apardığı antisovet təbliğatını xüsusilə vurğulamaq istərdik. Onlar kommunistlərin sıralarına daxil olaraq təbliğat işini aparmaqda belə çəkinmirlər.
Xaricdə apardığımız fəaliyyətlə bağlı qeyd edə bilərəm ki, Milli Mərkəz artıq hər yerdə öz bölmələrinə malikdir. İranda artıq olduqca nüfuzlu və güclü təşkilat fəaliyyət göstərir. Təşkilat mütəmadi olaraq vətənlə əlaqə saxlayır, və o, digər şəkildə aparılır. Parislə qarşılıqlı əlaqələrə gəldikdə isə böyük təəssüf hissi ilə qeyd etməliyəm ki, bizim Əli Mərdan bəy Topçubaşovla münasibətlərimiz müəyyən qədər anlaşılmazdır. O, yəni Əli Mərdan bəy Topçubaşov Milli Mərkəzdə təntənəli çıxışına baxmayaraq, köhnə siyasətini davam etdirir, İstanbula, xüsusilə də Qafqaz Müstəqillik Komitəsinə münasibətdə müxalif mövqe tutmaqdadır. Ümumiyyətlə, Parisdəki bəzi elementlər bütün vasitələrlə Konstontinopolda (İstanbul) həyata keçirilən işə təsir göstərməyə çalışır. 
Sonda qeyd edim ki, təşkilatımızın məsul əməkdaşlarından biri bu yaxınlarda Varşavaya yollanacaqdır. Varşavada o, bizi təmsil edəcək və ölkələrimiz arasında mütəmadi əlaqə saxlayacaqdır. Təbii ki, nümayəndəmiz bütün məsələlərlə bağlı Sizinlə fikir mübadiləsi aparacaqdır.
Sizlərə böyük hörmət və səmimi arzularla
M. Ə. Rəsulzadə”.

Moderator.az 



Похожие новости
18:25, Сегодня
Россия устами Лаврова «выстрелила себе в ногу» на азербайджанском треке
18:00, Сегодня
Орбан: НАТО стоит согласиться с идеей буферной зоны в Украине
17:24, Сегодня
Зарегистрированных потребителей наркотиков не будут принимать в налоговые органы
17:18, Сегодня
Спецслужбы Таджикистана задержали еще девять подозреваемых в теракте в «Крокусе»
17:05, Сегодня
В Азербайджане за 2 месяца по гослинии выданы ипотечные кредиты на 52 млн манатов
16:28, Сегодня
Фазиль Мустафа: Агрессия Ирана против Армении вполне возможна
16:00, Сегодня
В «Крокусе» убит полковник российского ГРУ
15:12, Сегодня
Ряд полномочий Минюста передается Судебно-правовому совету
15:01, Сегодня
В праздники поезда по маршруту Баку-Габала-Баку будут курсировать ежедневно
14:48, Сегодня
В Азербайджане мужчины смогут выйти на пенсию на 5 лет раньше при определенных условиях
14:43, Сегодня
В Н-ской воинской части прошли командно-штабные учения
14:07, Сегодня
В Азербайджане должностным лицам налоговых органов специальное звание будет присваиваться бессрочно
13:57, Сегодня
Китай построил в пустыне копию правительственного района столицы Тайваня
13:43, Сегодня
Сабир Рустамханлы: Пенсионный возраст слишком высок
13:42, Сегодня
Главком ВСУ о подготовке Россией наступления на Харьков
13:37, Сегодня
Житель Хачмаза проглотил вилку, а обратился к врачу лишь спустя месяц - ВИДЕО
13:27, Сегодня
Сиявуш Новрузов предложил ужесточить наказание за финансирование терроризма
13:25, Сегодня
Франция может отменить церемонию открытия Олимпиады: организаторам рекомендуют «перейти к плану Б»
13:18, Сегодня
Депутат предложил обеспечить всем детям без родительской опеки образование за счет государства
13:15, Сегодня
Завтра в Азербайджане воздух прогреется до 25 градусов
13:08, Сегодня
Минобороны Швеции: Продолжаются обсуждения поставок Украине истребителей Gripen
12:56, Сегодня
В Ереване ведутся обыски по 40 адресам в рамках дела о нападении на полицейский участок
12:43, Сегодня
Азербайджанские гимнасты примут участие в Кубке мира в Анталье
12:41, Сегодня
Проведен обыск в доме армянского полковника, критикующего Пашиняна - ВИДЕО
12:34, Сегодня
В Баку сдан в эксплуатацию новый электробус - ФОТО
12:32, Сегодня
Почему AzTV не опубликовало интервью Араика Арутюняна? - ЗАЯВЛЕНИЕ
12:30, Сегодня
Милли Меджлис утвердил новые правила проведения спецопераций против религиозного экстремизма
12:29, Сегодня
Азербайджан в прошлом году сократил чистые финансовые обязательства более чем на 1 млрд долларов
12:28, Сегодня
Азербайджан в прошлом году увеличил чистые финансовые активы более чем на 3 млрд долларов
12:26, Сегодня
Процесс перевода учащихся подготовительных групп, IV и VI классов будет приостановлен
12:25, Сегодня
АвтоВАЗ начал производство Lada в Азербайджане
12:17, Сегодня
В Азербайджане отменяется возрастной ценз для кандидатов в судьи
12:15, Сегодня
Еще 35 семей вернулись в родной Физули - ОБНОВЛЕНО + ФОТО/ВИДЕО
12:14, Сегодня
В Грузии спасатели ищут попавшего под лавину мужчину
12:13, Сегодня
Можно ли восстановить города Карабаха по облику жилых районов Вены? - ВИДЕО
11:32, Сегодня
После решения Кабмина началась массовая продажа Prius - ФОТО
11:25, Сегодня
Выявлена ​​причина плотности на шоссе Баку - Сумгайыт - ФОТО
11:15, Сегодня
Омбудсмен распространила заявление в связи с 31 марта - Днем геноцида азербайджанцев
11:14, Сегодня
Турнир «Большого шлема» в Анталье: в первый день турнира в борьбу вступят три азербайджанских дзюдоиста
11:10, Сегодня
В Сабирабадском районе автомобиль врезался в телегу: есть пострадавшие
11:09, Сегодня
В Хырдалане обнаружено 12 гранат - ФОТО/ВИДЕО
11:07, Сегодня
В Газахе задержан подозреваемый в сбыте наркотиков - ФОТО
11:02, Сегодня
В прошлом году из Азербайджана за границу переведено более $3 млрд
10:57, Сегодня
Заседание рабочей группы Арктического совета пройдет 3 апреля
10:55, Сегодня
Сегодня «Карабах» может досрочно оформить чемпионство в ПФЛ
10:55, Сегодня
Азербайджан привлек почти $7 млрд прямых иностранных инвестиций в прошлом году
10:51, Сегодня
Армения запретила трансляцию передач с Владимиром Соловьевым
10:43, Сегодня
Какие фрукты и овощи пользуются повышенным спросом на рынках? - ВИДЕО
10:42, Сегодня
В Ширване у задержанного изъяли 4 кг наркотиков - ФОТО
10:34, Сегодня
В Индии при падении такси в ущелье погибли 10 человек
10:33, Сегодня
США заявили об уничтожении четырех БПЛА хуситов
10:32, Сегодня
В ЕП заявили, что Нидерланды не пресекают случаи уклонения от санкций Россией
10:28, Сегодня
В Уджарском районе в школе произошел пожар
10:24, Сегодня
Спустя неделю после теракта люди несут цветы к мемориалу возле "Крокус Сити Холла" - ВИДЕО
10:17, Сегодня
Кулеба предупредил Индию о "красной линии" из-за сотрудничества с Россией
10:16, Сегодня
Польша подняла в небо самолеты из-за дальней авиации России
10:04, Сегодня
В Гейчае ВАЗ врезался в стену: есть пострадавшие - ФОТО
10:00, Сегодня
Сотни палестинских детей запустили в Газе воздушных змеев - ВИДЕО
09:53, Сегодня
В Ханкенди обнаружены оружие и боеприпасы
09:51, Сегодня
Цены на нефть завершили первый квартал уверенным ростом
09:45, Сегодня
В Баку 29-летнего мужчину сбил автомобиль
09:40, Сегодня
В Азербайджане у граждан изъяты оружие и боеприпасы
09:39, Сегодня
Охваченный огнем небоскреб в Бразилии попал на ВИДЕО
09:37, Сегодня
Сегодня стартует повторное собеседование в рамках конкурса по приему на должность замдиректора в школах
09:31, Сегодня
В Азербайджане скончался профессор Института археологии
09:28, Сегодня
Курсы валют Центрального банка Азербайджана-(29.03.2024)
09:21, Сегодня
В Баку сотрудник ЖЭУ лишился ног в результате ДТП
09:11, Сегодня
В Сабирабадском районе автомобиль столкнулся с конной повозкой: есть пострадавшие
09:08, Сегодня
СМИ: Кристофера Нолана наградят рыцарским титулом - ФОТО
09:05, Сегодня
Азербайджанская нефть подорожала
09:04, Сегодня
На каких улицах столицы наблюдаются транспортные заторы? - СПИСОК + ФОТО
09:01, Сегодня
Очередной миграционный караван отправлен в город Физули - ФОТО
08:32, Сегодня
Сербия внимательно следит за инициативой создания «зеленого» коридора Азербайджан-ЕС
08:30, Сегодня
Канадская бабушка побила женский рекорд по стоянию на планке - ФОТО/ВИДЕО
08:28, Сегодня
Грузия планирует увеличить частоту авиарейсов в Германию
08:00, Сегодня
Глобальное потепление изменило вращение Земли
07:39, Сегодня
Спецслужбы Франции рекомендовали отменить церемонию открытия ОИ-2024 в Париже
07:31, Сегодня
Возвращающаяся в Физули бывшая вынужденная переселенка: Очень тяжело вспоминать те страшные дни
07:19, Сегодня
Японцы выпустили смартфон, который можно мыть
07:09, Сегодня
Байяндик Гейдаров: Наше государство создает рай в Физули
06:59, Сегодня
В Азербайджане стали тратить больше денег на непродовольственные товары - ВИДЕО
06:38, Сегодня
Анализ ДНК помог восстановить лицо древнекитайского императора - ФОТО
06:18, Сегодня
Илон Маск увидел нового любовника бывшей девушки и отписался от нее - ФОТО
05:57, Сегодня
Lamborghini впервые за 20 лет сменила логотип - ФОТО
05:37, Сегодня
Названы три потрясения, с которыми столкнется европейская экономика
04:38, Сегодня
Король коренных новозеландцев призвал уравнять в правах людей и китов
03:55, Сегодня
УЕФА может расширить заявку команд-участниц Евро-2024
03:08, Сегодня
Олавио Жуниньо перейдет во французский клуб? - ЗАЯВЛЕНИЕ
02:51, Сегодня
В Украине скончался журналист-азербайджанец
02:35, Сегодня
На китайском телеканале Phoenix показана специальная передача, посвященная Азербайджану - ФОТО
01:48, Сегодня
Западному Зангезуру может быть предоставлен особый статус по образцу Калининградской модели? - ВИДЕО
01:37, Сегодня
Определились полуфиналисты Кубка Азербайджана по футзалу
00:58, Сегодня
В Азербайджане подорожает шоколад? - КОММЕНТАРИЙ + ВИДЕО
00:10, Сегодня
Два члена правительства Греции подали в отставку
00:09, Сегодня
Посольство Казахстана в Украине призвало сограждан покинуть Одесскую и Харьковскую области
00:08, Сегодня
В Китае начались продажи первого электрокара от Xiaomi - ВИДЕО
00:07, Сегодня
Назначен новый проректор Сумгайытского государственного университета
00:04, Сегодня
Армения боится помогать России обходить санкции Запада
00:03, Сегодня
Айк Марутян анонсировал создание новой партии в Армении
00:02, Сегодня
Шахмар Гусейнов получил пост советника главы SOCAR
ЕЖЕДНЕВНО
28 Mar 2024 | 19:35
Федерация: Проведение турнира "Великий шелковый путь" в Баку - показатель развития бокса в стране
28 Mar 2024 | 19:51
Марокканский журналист: Посещение Карабаха позволило мне понять правду
28 Mar 2024 | 21:35
В отношении Рамиза Мехтиева возбуждено административное дело
28 Mar 2024 | 21:01
Израильтян предостерегают от поездок в ряд стран
28 Mar 2024 | 20:47
Суд ООН требует от Израиля обеспечить доставку гумпомощи в Газу
28 Mar 2024 | 21:14
Расул Багиров назначен постоянным координатором ООН в Беларуси
28 Mar 2024 | 21:01
Время имсака, ифтара и намаза девятнадцатого дня месяца Рамазан - ФОТО
28 Mar 2024 | 20:14
В бакинской тюрьме скончался бывший главврач, осужденный за хищение более полумиллиона манатов
28 Mar 2024 | 20:24
Аббас утвердил состав нового правительства Палестины
28 Mar 2024 | 21:35
В Огузском районе приняты меры в отношении лиц, продававших табачные изделия несовершеннолетним
ЕЖЕНЕДЕЛЬНО
23 Mar 2024 | 23:33
Владелец «Крокус Сити Холла» Араз Агаларов впервые прокомментировал теракт - ВИДЕО
23 Mar 2024 | 23:31
В Карабахе сократится количество населенных пунктов: порядок предоставления жилья будет изменен? - ВИДЕО
23 Mar 2024 | 20:15
МЧС РФ впервые опубликовало список погибших при теракте в "Крокус сити холл"
23 Mar 2024 | 23:51
BBC: Двое участников нападения на «Крокус Сити Холл» убиты
23 Mar 2024 | 19:10
В Баку пройдет турнир «Великий шелковый путь» с участием 11 стран
24 Mar 2024 | 00:14
Школьник по имени Ислам вывел из «Крокус Сити Холла» более 100 человек во время теракта - ВИДЕО
23 Mar 2024 | 21:21
Блинкен о теракте в Москве
24 Mar 2024 | 01:01
В Азербайджане планируют увеличить командировочные расходы? - ВИДЕО
23 Mar 2024 | 23:00
Польша направит больше военнослужащих на свои восточные границы
24 Mar 2024 | 00:40
В Иране во время акций протестов более 120 человек лишились зрения - ФОТО
Ежемесячно
28 Mar 2024 | 19:35
Федерация: Проведение турнира "Великий шелковый путь" в Баку - показатель развития бокса в стране
28 Mar 2024 | 19:51
Марокканский журналист: Посещение Карабаха позволило мне понять правду
28 Mar 2024 | 21:35
В отношении Рамиза Мехтиева возбуждено административное дело
28 Mar 2024 | 21:01
Израильтян предостерегают от поездок в ряд стран
28 Mar 2024 | 20:47
Суд ООН требует от Израиля обеспечить доставку гумпомощи в Газу
28 Mar 2024 | 21:14
Расул Багиров назначен постоянным координатором ООН в Беларуси
28 Mar 2024 | 21:01
Время имсака, ифтара и намаза девятнадцатого дня месяца Рамазан - ФОТО
28 Mar 2024 | 20:14
В бакинской тюрьме скончался бывший главврач, осужденный за хищение более полумиллиона манатов
28 Mar 2024 | 20:24
Аббас утвердил состав нового правительства Палестины
28 Mar 2024 | 21:35
В Огузском районе приняты меры в отношении лиц, продававших табачные изделия несовершеннолетним
Писатели