Həlak olanların xatirəsi Bakı aeroportunda anılır - FOTO
403
26 Dec 2024 | 13:00

Həlak olanların xatirəsi Bakı aeroportunda anılır - FOTO

Ötən gün Bakı-Qroznı reysini yerinə yetirən AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan sərnişin və ekipaj üzvlərinin xatirəsi Heydər Əliyev adına Beynəlxalq Hava Limanında anılır.

Bizim.Media xəbər verir ki, bu barədə Hava Limanının sosial şəbəkə hesabında paylaşım edilib.

Bununla bağlı Bakı aeroportunda, Terminal 2-nin cənub girişində xatirə stendi quraşdırılıb.

Stendə gül dəstələri düzən ziyarətçilər qəzada faciəvi şəkildə həyatlarını itirən insanların ruhlarına dualıar oxuyur, xatirələrini yad edirlər.

Həmin görüntüləri təqdim edirik:
















Bizim.Media

Главные новости
День
Неделя
Месяц
Link kopyalandı!
Последние новости