Bu gün Türkiyə Cümhuriyyətinin yaranmasının 95-ci ili tamam olur. Bu tarixi günlə bağlı Moderator.az-a açıqlama verən KXCP sədri Mirmahmud Mirəlioğlu Türkiyə Cümhuriyyətini türk dünyasının şah əsəri adlandırdı:
“Mən Cümhuryyət bayramı münasibəti ilə bütün türk dünyasını, habelə türkü sevən hər kəsi təbrik edirəm. Bu, bütün türk dünyasının bayramıdır.
95 il bundan öncə Cümhuriyyətin qurulmasında iştirak edən hər kəsi, bütüm şəhidlərimizi – başda Mustafa Kamal Atatürk olmaqla hörmətlə anır, onların hər birinə Allahdan rəhmət diləyirik. Bütün şəhdilərimizin ruhları şad olsun. Cümhuriyyətin yaranmasında, yaşamasında kimin zərrə qədər də olsun əməyi olubsa, Allah onlardan razı olsun.
Cümhuriyyətin qurulması, formalaşması illəri ağır və keşməkeşli olub. Lakin bütün bunlara baxmayaraq, türk xalqı Türkiyə Cümhuriyyətini qoruyub saxlamağı bacarıb.
Türkiyə Cümhuriyyətinin digər türk cümhuriyyyəltəi üçün çox böyük rolu var. Xüsusilə də Azərbaycan üçün qardaş dövlətin önəmi böyükdür.
Bu il biz Bakının işğaldan azad edilməsinin, AXC-nin 100 illiyini qeyd etmişik. Bakının işğaldan azad edilməsi deyiləndə yada Ənvər Paşa, Xəlil Paşa, Nuru Paşa, Qafqaz İslam Ordusu, M.Ə.Rəsuzladə və onun silahdaşları gəlir. Türkiyə ilə ölkəmiz arasında əməkdaşlıq bu gün də davam edir. Ümid edirik ki, bu əməkdaşlıq Qarabağ probleminin həllinə də öz töhfəsini verəcək.
Türkiyə Cümhuriyyəti türk dünyasının şah əsəridir. Türkiyə Cümhuriyyəti bütün türk dünyasına sahib çıxa biləcək bir cümhuriyyətdir. Türkiyə Cümhuriyyətinə uğurlar arzulayır, müvəffəqiyyətlər diləyirəm”.
Seymur ƏLİYEV