“Erməni xalqı Sarkisyanın mitilini atdı” -Səməd Seyidov
Опрос
Читать: 1627
05 Nov 2018 | 11:45
“Erməni xalqı Sarkisyanın mitilini atdı” -Səməd Seyidov

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Modern.az saytına geniş müsahibə verib. 


Moderator.az onunla söhbəti təqdim edir.

 

- Səməd müəllim, söhbətə gündəm mövzularla başlayaq. Gürcüstanda prezident seçkiləri keçirildi və bu seçkilərin ikinci turu da olacaq. Gürcüstandakı seçkilər region və Azərbaycan üçün nələr vəd edir? 

Gürcüstan Azərbaycan üçün ən vacib, geostrateji əhəmiyyət kəsb edən, tarixən yaxın bir ölkədir. Təəssüflər olsun ki, Azərbaycan öz coğrafiyasının məhkumudur. Azərbaycanın açıq dənizə çıxışı yoxdur. Bu nöqteyi-nəzərdən Gürcüstan bizim üçün bir körpüdür, imkandır ki, Azərbaycan dünyaya nəinki öz boru xətləri və dəmir yolları vasitəsi ilə çıxsın, həmçinin Avropa istiqamətində inkişaf etsin.

Buna görə də, Gürcüstanda baş verən hər bir hadisə Azərbaycan üçün çox vacibdir. Burada xüsusi bir məqamı vurğulamaq lazımdır. Azərbaycan Gürcüstanla siyasəti o tərzdə təşkil edib ki, hakimiyyət dəyişikliyindən asılı olmayaraq, bizimlə bağlı məsələləri gündəmdən çıxara bilməzlər.

 

Bu baxımdan biz Gürcüstanda gedən prosesləri çox ciddi izləyirik. Azərbaycan-Gürcüstan əlaqələri elə bir mərhələyə gəlib çatıb ki, buna sinergetik münasibətlər deyilir. Yəni biri güclənərək o birini gücləndirir və ikisinin gücü yeni bir güc verir. Gürcüstanda hansı qüvvələrin hakimiyyətə gəlməsini proqnazlaşdırmaq düzgün deyil. Kimin iqtidara gəlməsindən asılı olmayaraq, Azərbaycan-Gürcüstan münasibətlərinə mənfi təsir yaranmayacaq. 

- Gürcüstan zaman-zaman Ermənistana yeni “nəfəslik” verməyə cəhd edib. Söhbət Gürcüstanın işğal altında olan ərazilərindən Ermənistana dəmir yolu xəttinin keçməsi məsələsindən gedir. Azərbaycan Gürcüstan üçün əsas strateji partnyordursa, niyə onların Ermənstanla çox yaxınlaşdığı da hiss olunur? 

- Sizə sual verim, həmin dəmir yolu xətti keçirmi? 

- Keçmir, ancaq belə bir şeyin olması Gürcüstanın maraqlarına zidd kimi görünmür. Çünki Gürcüstanın bununla bağlı imzaladığı müqavilə var. 

- Bilirsiniz, Azərbaycan da, Gürcüstan da demokratik dövlətlərdir. Hərəsinin öz prioritetləri, öz gündəmləri var. Ancaq səhifəni açıb dərindən baxanda görürük ki, Azərbaycanın yaşadığı və əziyyət çəkdiyi problemlərin əksəriyyəti Gürcüstanın tarixində, daxilində öz əksini tapır. İşğal, qaçqın, köçkün məsələləri – bunlar hər iki dövlətin taleyinə düşüb. Üstəgəl böyük dövlətlərlə ünsiyyət tapmaq, Avropa və Şərq arasında körpü olmaq kimi oxşar məqamlar mövcuddur.

 

Gürcüstanın içərisində böyük sayda milli azlıqlar mövcuddur- həm azərbaycanlılardan, həm də ermənilərdən ibarət olan milli azlıqlar.

 

Bunları yaddan çıxarmaq lazım deyil ki, onlar da öz fəaliyyətlərini göstərirlər. Amma nə qədər fəaliyyət göstərsələr də, ortada Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP, TAP məsələləri var. Siz bu köpüyü kənara qoyanda görərsiniz ki, əsas sütun, yol Azərbaycan və Gürcüstan maraqlarına gedən istiqamətdədir. 

- Bu yaxınlarda İstanbulda Türkiyə, Azərbaycan, İran xarici işlər nazirlərinin görüşü oldu və İstanbul bəyannaməsi imzalandı. Bunun praktiki əhəmiyyəti nədir? 

Birgə bəyanatın içərisində xüsusi vurğu sanksiyalarla bağlı idi. Yəni sanksiya siyasətinin hansısa müsbət nəticəyə gətirib çıxarmaması orada öz əksini tapmışdı. Azərbaycanın mövqeyi bundan ibarətdir ki, sabitlik və bu istiqamətdə görülən işlər vacibdir.

Müəyyən qüvvələr Azərbaycan-İran münasibətlərində bəzən problemlər yaratmaq istiqamətində işləyirlər. Bu bəyanatı diqqətlə oxusanız, görərsiniz ki, orada daha da vacib məsələ var. Orada İranın Azərbaycanın ərazi bütövlüyünün tanıdığı bəyan edilir. Bu, elə-belə məsələ deyil. Bu, bəyanatda qırmızı xətlə göstərilib. Bu da Dağlıq Qarabağ probleminə əhəmiyyətli dərəcədə təsir göstərən məqamdır. Çünki İran da böyük oyunçuların içərisindədir. İranın da başqa ölkələr kimi Azərbaycanın ərazi bütövlüyünü ən yüksək səviyyədə tanıması və xarici işlər naziri səviyyəsində təsdiq etməsi əhəmiyyətli məsələdir. 

- ATƏT-in Minsk qrupunun həmsədrləri yenə regiona gəldilər. Öncə Ermənistana, sonra isə Azərbaycana... Bu səfərlərdən nəsə gözləməyə dəyərmi? 

- Dağlıq Qarabağ və ona bitişik rayonların işğalı ilə bağlı  status-kvo qəbuledilməzdir. Həmsədrlər də status-kvonun dəyişdirilməsini gündəmə gətirirlər. Azərbaycan da həmsədrlərlə iş görür və görəcək də. Çünki dünyada başqa alternativ danışıqlar formatı sadəcə mövcud deyil. O başqa məsələ ki, biz nə dərəcədə bu prosesin gedişindən razı və ya narazıyıq. Təbiidir ki, uzun illərdir bir nəticə əldə olunmadığına görə, durub “biz bu prosesdən razıyıq” desək, qəribə səslənər. Bir sözlə, təbii ki, biz narazıyıq. 

- Narazıyıqsa, Minsk qrupunun formatından imtina etmək gündəmə gələ bilərmi? 

- Minsk qrupunun formatından imtina edirsənsə, o zaman alternativ format təklif etmək lazımdır. Dünyada mövcud olan ən güclü ölkələr, ABŞ, Rusiya və Fransadır.

Siz dünyada Amerika, Rusiya və Fransadan güclü bir ölkə tapacaqsınızsa, mənə deyin. O da bəllidir ki, Türkiyə də, Çin də yüksəlir, biz buna sevinirik.

 

Bunlar hamısı təsiredici faktorlardır. Amma formatın dəyişdirilməsi hazırda gündəmdə dayanan məsələ deyil. Gündəmdə dayanan məsələ Ermənistan tərəfinin danışıqlar prosesinə konstruktiv yanaşmasıdır. Azərbaycanın mövqeyi ona görə güclüdür ki, biz həmişə davranışımızı beynəlxalq qanun çərçivəsində həyata keçiririk. Bizim beynəlxalq qanun çərçivəsindən kənara çıxmaq kimi bir fikrimiz də yoxdur. 

- Format dəyişməsə belə, Minsk qrupuna daxil olan 11 üzvü bir yerə toplayıb geniş konfrans keçirilməsini təşkil etmək olmazmı? 

- Yəqin ki, belə fikir və təkliflər var. Toplanmaq da, fikir mübadiləsi aparmaq da olar. Amma danışıqların uzun illər davam etdiyi onu göstərir ki, bu prosesin içində incəliklər var. Bu, çox ciddi və diplomatlar səviyyəsində müzakirə oluna bilən incəliklərdir. Psixologiyada belə bir qanun var:

Sən insanla ünsiyyəti hər hansı bir prinsip əsasında qurmalısan. Biz psixoloqların aləti sözdür. Söz insana çox böyük xeyir də gətirə bilər, zərər də verə bilər.

 

Buna görə də, mən ehtimal nəzəriyyəsini gündəmə gətirib, “formatın dəyişdirilməsindən sonra proses müsbət istiqamətə yönələcək” deyə bilmirəm.

 

Biz mövcud formatla işləyirik. Həmsədrlərin Bakıya səfərləri zamanı da cənab Prezident İlham Əliyev onları qəbul etdi. Deməli, biz bu formatla işləyirik. İşləyiriksə, sözümüzü deməliyik, mövqeyimizi müdafiə etməliyik və mövqeyimizi əks tərəfə məntiqlə, beynəlxalq qanunla çatdırmalıyıq. Ən çətin məsələ əks tərəfin qeyri-konstruktiv olmasıdır. Biz bəzən problemi Minsk qrupunun içərisində axtarırıq. Ancaq problem əks tərəfin qeyri-konstruktiv yanaşmasıdır.
 

Fərz edək ki, sən Minsk qrupunun formatını dəyişdin, amma Ermənistan yenə də qeyri-konstruktiv mövqedə qalacaq. Ermənistanın bu davranışının əsası var. Ona görə ki, konstruktivlik qanuna aparan yoldur. Qanun isə Azərbaycanın tərəfindədir.


Onların Dağlıq Qarabağ məsələsində ən birinci addımları qeyri-qanuni olduğuna görə, tikdikləri bina da qanunsuz bünövrənin əsasındadır.

Bu qanunsuz bünövrəni binanı yenidən tikməklə dəyişdirmək mümkün deyil. Çünki işğal özü qanunsuzdur. Bunu əvvəlcə etiraf etmək lazımdır ki, Azərbaycan torpaqları işğal altındadır, nə qədər insan qaçqın və köçkündür. Bundan sonra beynəlxalq qanunlara uyğun bir bina tikilə bilər. 

 

Bunu qəbul etməmiş konstruktivlikdən danışmaq çətindir. Yəqin Minsk qrupunun içərisində bu məsələ yenə gündəmə gəlib ki, əks tərəfi konstruktivliyə, beynəlxalq qanunların prinsiplərinə riayət etməyə dəvət edək. 

 

Hərdən Dağlıq Qarabağa qanunsuz səfərlər olur.  Bu yaxınlarda fransalı bələdiyyə başqanları, deputatlar da ora səfər etdilər. Amma hərə dəfə belə səfərlərdən sonra Fransa bəyanat verir ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bildirirlər ki, onlar Dağlıq Qarabağdakı qondarma qurumu tanımırlar.

Ermənistan nə qədər çalışsa da ki, qeyri-qanuni bünövrənin üzərində qanuni bina “tiksin”, bunu dünyaya sırısın, bu, mümkün deyil. Ona görə ki, hansısa bir ölkə Ermənistana uyub belə bir addım atsa, öz binasını dağıtmış olacaq.

 

Buna görə də, 2018-ci ilin əvvəllərində Fransanın Xarici İşlər Nazirliyi Daxili İşlər Nazirliyi ilə birgə sənəd imzaladı. Mən bəyanatımda qeyd etdim ki, Fransanın bələdiyyə üzvləri, deputatları Fransa Xarici İşlər Nazirliyinin siyasətindən kənar xarici ölkədə başqa siyasət aparmaq iqtidarında ola bilməzlər.

 

Onlar dövlətin xətti ilə getməlidirlər. Çünki dövlətin siyasətindən kənar addım elə o dövlətin özünə bir zərbədir. 

- Ermənistanın beynəlxalq və regional layihələrdən kənarda qalması Azərbaycan diplomatiyasının uğuru kimi qiymətləndirilir. Digər tərəfdən isə Ermənistan elə bir böyük gücə və təsirə malik ölkə deyil ki, həmsədr dövlətlərə qarşı çıxsın. Bu mənada, bəs həmsədr ölkələr özləri Ermənistanı niyə siz dediyiniz konstruktivliyə təşviq edə bilmirlər? 

Məsələni çox düzgün qoydunuz. Ermənistan ümumiyyətlə dırnaqarası dövlətdir. Lakin söhbət 3 Ermənistandan gedir.

Birinci Ermənistan guya dövlətdir. “İkinci Ermənistan” erməni diasporudur. Bəzən “diaspor dövlətinin” Ermənistanla fikirləri, mövqeyi üst-üstə düşmür. Ter-Petrosyanın hakimiyyətdən devrilməsi, Amerikadakı erməni diasporunun Sarkisyanın və Koçaryanın siyasətinə qarşı çıxması və ya dəstək verməsinə özləri qərar verirlər.

“Üçüncü Ermənistan” isə Ermənistanın alət kimi istifadə olunmasıdır. Bu alət vasitəsi ilə regiondakı vəziyyəti lazım olan istiqamətə yönəldirlər. Bu, dırnaqarası Ermənistan dövlətinin faciəsidir. Ermənistan müstəqil dövlət deyil. Ermənistan böyük güclərin əlində alətdir.


Ermənistanda rus hərbi bazaları var. Eyni zamanda, ABŞ-ın İraqdan sonra dünyadakı ən böyük səfirliyi də məhz Ermənistandadır.

Ermənistanda nəqliyyat, enerji sahəsi də rusların əlindədir. Bu “dövlət”dən bir alət kimi həmişə istifadə edirlər.


Tək bir Ermənistanın Azərbaycana gücümü çatardı? Azərbaycan hətta aprel döyüşlərində üçsifətli Ermənistanla mübarizə apardı. Azərbaycan birinci Ermənistanla hansısa formada əlaqələr qurmaq istəyəndə yaxud danışıqlar prosesinə yaxınlaşanda “ikinci Ermənistan” vəziyyəti partladır. “İkinci Ermənistan”la hansısa bir məsələni gündəmə gətirəndə, “üçüncü Ermənistan” aranı qatır. 

- Ermənistandan söz düşmüşkən, dekabrın 9-da bu ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək. Sizcə, Nikol Paşinyan atdığı addımlarla demokratiya görüntüsü yaratmaq istəyir, yoxsa ortada başqa məsələlər də var? 

- Avropa Birliyi Ermənistanda keçiriləcək seçkilərə 3 milyon avroya yaxın pul ayırıb. Sarkisyanın dövründə keçirilən parlament seçkilərinə isə Avropa Birliyi 7 milyon avro ayırmışdı. Bu da Avropa tərəfindən Ermənistanın yeni hökumətinə olan münasibəti. Avropa Birliyinin əvvəlki seçkilərlə bağlı rəyi oldu. Bildirilirdi ki, səslər satın alınıb, seçkilər qeyri-şəffaf keçirilib, rəylər əvvəlcədən formalaşdırılıb.

 

İndi isə Avropa Birliyi ayırdığı məbləği 2 dəfədən də çox azaldır. Ona görə ki, Avropa Birliyinin Ermənistanda gedən proseslərə inamı yoxdur. Paşinyanın populizmi dünyanın hər bir yerində narahatlıqla qarşılanır. Siz Avropanı elə də sadəlövh qəbul etməyin. Onlar bəlkə də dəstəkləyəcəklər, nəyəsə “bəh-bəh” deyəcəklər. Ancaq konkret əlaqələrə gələndə, Ermənistana etibar etmirlər. Almaniya kansleri Angela Merkel regiona səfər edərkən, Gürcüstanda, Azərbaycanda kontraktlar imzaladı.

Ermənistanda isə belə bir sənəd imzalamadı. Çünki Ermənistana etibar yoxdur. Çünki Paşinyan  faktiki dövlət çevrilişi nəticəsində hakimiyyətə gəlib. Sarkisyan cinayətkardır, qolları dirsəyə qədər Xocalı qanının içərəsindədir. Bunu hamı bilir. Erməni xalqı Sarkisyanın mitilini atdı. Ancaq Paşinyanın da hakimiyyətə gəlmək üsulu öz cizgiləri ilə dövlət çevrilişinə bənzəyir. Xaricdə olanlar da bunu başa düşürlər və Ermənistana ehtiyatla yanaşırlar.

Baxın, TAP layihəsinə 40 milyard dollar ayrılır. Bir qismini Azərbaycan verir, bir qismini beynəlxalq banklar. Çünki Azərbaycan siyasətinə etibar, inam var. 

- Səməd müəllim, Siz həm də psixoloqsunuz. Ümumiyyətlə, ermənilərin psixoloji portretini necə xarakterizə edərdiniz? 

- Sizə bir dənə də maraqlı misal çəkim: Qafqaz xüsusi bir maraqlı psixoloji xüsusiyyətə malikdir. Buranın kvadratmetr kilometrini götürsən, görərsən ki, burada nə qədər millət yaşayır. Yəni Qafqaz tarixən multikultural olub. Ermənilər isə Qafqazda özünü etnik təmizləmələrlə təmizləmiş millətdir ki, başqalarını qəbul etmirlər.

 

Bu o deməkdir ki, ermənilərdə multikulturalizm yoxdur. Bu isə onu göstərir ki, ermənilər Qafqaz milləti deyillər. Ermənilər Qafqaz milləti olsaydı, multikulturalizmi qəbul edərdilər, bu, onların arxetipində olardı. Başqasına hörmətlə yanaşa bilmirsə, başqasının tarixini, mədəniyyətini oğurlayıb özününküləşdirirsə və başqasını öldürürsə, deməli, onlar Qafqaz milləti deyil.

Mən etnik cəhətdən ermənilərin bura gəlmə olduğunu sübut etmədim. Amma etno-psixoloji cəhətdən sübut etdim. Bu nöqteyi-nəzərdən Azərbaycan üçün belə qonşu ilə əlaqələr qurması çox çətindir.

Nəzərə alsaq ki, dünyada beynəlxalq qanunların böhranı var, o zaman bir regionda qanunu necə tərtib etmək olar?!

- Qarabağa qanunsuz səfərlər edənlər Azərbaycanın “qara siyahı”sına salınır, onlara qarşı bəzən cinayət işi də açılır. Bəs bunlar yetərlidirmi? 

Fransadan olan bələdiyyə başqanlarının Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz gəlişi ilə bağlı vurğulamışdım ki, biz öz münasibətlərimizə yenidən baxa bilərik. Azərbaycanla Fransanın iqtisadi münasibətləri 2 milyard avroya yaxın bir məbləğ dəyərindədir.

Deyək ki, kimsə, hardasa kimdənsə inciyib. Və götürüb özü üçün  “qara siyahı” tərtib edib. Bir atalar sözü var: “Ayı meşədən inciyib, meşənin xəbəri yox”. Heç kimin də xəbəri yoxdur ki, həmin insanın “qara siyahı”sı var.

Ancaq insan nüfuzlu olanda, əlində təsir imkanları olanda başqaları ondan ehtiyat edir ki, münasibətləri korlamasın.

 

Bu gün də Azərbaycanın “qara siyahı”sında olan şəxslər Azərbaycanla münasibətlərini korlayırlar. Ona görə ki, Azərbaycan güclü bir ölkədir. Güclü, regionda aparıcı mövqeyə malik olmasa idi, regionda bütün layihələr Azərbaycandan keçməsə idi, o zaman heç kim “qara siyahı”ya fikir verməzdi.

Ancaq indi Azərbaycanın gücünü, mövqeyini, təsir imkanlarını nəzərə alaraq yüz ölçüb bir biçirlər.

 

Fransanın Bakıdakı səfiri bir neçə gün öncə bəyanatla çıxış etdi. Bəyanatda bildirilirdi ki, Azərbaycanın işğal altındakı ərazilərində bələdiyyə başqanlarının imzaladığı sənədlər heç bir hüquqi gücə malik deyil. Səfir bəyanatı ilə həmin sənədləri bir parça kağız parçası elan etdi. Bu, həm də Fransa dövlətinin sözüdür.

 

Ona görə də, pislikləri özünə qaldı, həmin şəxslər Azərbaycanın “qara siyahı”sına düşdülər. Azərbaycanla əlaqələr qurmaqdan məhrum oldular. Sonra da səhv etdikləri haqqında bəyanat verdilər.

Bəs bununla daha kimsə “qara siyahı”ya düşməyəcəkmi? Əsla elə deyil. Ona görə ki, düşmən mövcuddur və fəaliyyəti var. Bu fəaliyyətin qarşısında “qara siyahı”nın  azaldılması və ya onun tamamilə aradan götürülməsi o qədər də asan məsələ deyil.

 

Lakin Azərbaycanın güclənməsi, təsiretmə imkanlarının artması, kosmosa öz süni peykini göndərməsi bu “qara siyahı”ya təsir göstərir. Humanitar Forumun Bakıda keçirilməsi “qara siyahı”ya təsir edir. Buna görə də cənab Prezident Azərbaycanın dünyada rolunu daha da gücləndirmək istiqamətində işlər aparır.

 

Dağlıq Qarabağ hərb ilə də, idmanla da, mədəniyyətlə də qayıdır. Beynəlxalq münasibətlər içərisində yumşaq güc var. Bura mədəniyyət, idman, dövlətin təqdimatı, ölkənin müsbət imici daxildir. Azərbaycan bundan istifadə edir.

Həmçinin bir başqa güc də var – bunun adı, sərt gücdür. Bura hərbi daxildir. Biz aprel döyüşlərində də bunu göstərdik.

Beynəlxalq münasibətlərdə üçüncü bir güc də var. Onun adı ağıllı gücdür. Ağıllı güc yumşaq güclə sərt gücün vəhdətidir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP, TAP, Humanitar Forumun keçirilməsi, Türkiyə ilə birgə hərbi paradın keçirilməsi ağıllı gücdür.


- Səməd müəllim, diplomatiya sahəsində çalışan məmurlar hansı keyfiyyətlərə malik olmalıdır?

- Düzü, çox çətin sualdır. Ona görə ki, söhbət insanlardan, insan psixologiyasından gedirsə, onu hansısa bir standarta uyğunlaşdırmaq mümkün deyil. Bəzən hansısa keyfiyyətləri sadalayaraq, deyirlər ki, bunlara malik şəxslər müsbət və yüksək səviyyəli nəticələr göstərəcək. Əsla belə deyil. İnsanın psixikası, şəxsiyyəti çox maraqlı tərzdə fəaliyyət göstərir. Onun hansısa inkişaf potensialı özünəməxsus yolla gedir. Necə ki, əl izləri, gözün bəbəyi tamamilə fərqlidirsə, hər bir insanın müvəffəqiyyət yolu da fərqlidir. Sadəcə məqsəd eyni ola bilər. Məqsəd isə vətən, vətən bir də vətəndir.

Bu məqsədlər qarşıya qoyulursa, birinin dil qabiliyyəti, birinin danışıq qabiliyyəti, birinin ünsiyyət qabiliyəti, birinin məktub tərtibetmə qabiliyyəti inkişaf edəcək.  Bunun hamısını niyə bir çərçivəyə salırsınız ki? Müxtəliflik əsasdır, amma məqsəd vətənin mövcudluğu, onun inkişafıdır. 

- Həm bizim sualdan, həm də sizin dediklərinizdən başqa bir sual ortaya çıxdı. Bu yaxınlarda xarici işlər naziri Elmar Məmmədyarovun çıxışı böyük rezonans yaratdı. Sizcə nazirin Azərbaycan dilində o cür danışması normal idimi? 

- Mən artıq sizin sualınıza cavab verdim. Hər kəs özü öz qarşısında məsuliyyət daşıyır. 

- Siyasi Psixologiya Mərkəzinin təsisçisi və rəhbərisiniz. Mərkəz hər hansı bir tədqiqat işləri aparırmı? 

- Təxminən 20 ildir ki, siyasətin içərisindəyəm. Həm də elmlə məşğul olan biriyəm. Psixologiya üzrə elmlər doktoru, professoram. Mənim müşahidələrim onu deməyə əsas yaradır ki, bugünkü dünyada beynəlxalq münasibətlərin böyük bir hissəsini şəxsiyyətarası münasibətlər təşkil edir. Şəxsiyyətarası münasibətlərin beynəlxalq münasibətlərə təsiri çox güclüdür. Ümumiyyətlə şəxsiyyətin beynəlxalq münasibətlərə təsiri çox güclüdür. Misal kimi, sizə ümummilli lider Heydər Əliyevin şəxsiyyətini nümunə gətirəcəyəm. Azərbaycan dağılıb gedirdi. Yalnız Heydər Əliyevin şəxsiyyətinin gücü, onun şəxsi keyfiyyətləri, onun daxili aləmində formalaşmış və bütün dünyaya sübut etdiyi Azərbaycan məhəbbəti qalib gəldi. Yəni şəxsiyyət tarixi formalaşdırdı. Harada şəxsiyyət varsa, orada psixologiya var.

 

Biz də belə qənaətə gəldik ki, Siyasi Psixologiya Mərkəzini yaratmaqla gənclər arasında şəxsiyyətlərin formalaşmasını, son nailiyyətlərin yüksək səviyyədə olmasını, natiqliq qabiliyyətini formalaşdıraq. Onlara danışıqlar aparmaq üsulunu öyrətməyi qarşıya məqsəd qoyduq.

 

Söhbət normal alınsın deyə, necə oturmaq lazımdır? Biz bunu öyrədirik. Danışıqlar, xüsusilə də gərgin danışıqlar prosesində insanın özünü necə aparması, emosiyalarını hansı səviyyədə büruzə verməsi, özünü necə idarə etməsi bir elm kimi öyrənilib. Məqsəd də gənclərə bu vərdişləri aşılamaqdır.

 

Biz buna görə də, Siyasi Psixologiya Mərkəzini yaratdıq. Mən fürsətdən istifadə edərək Azərbaycan Gənclər Fonduna minnətdarlığımı bildirirəm. Azərbaycan Gənclər Fondu bizlə xüsusi bir əməkdaşlıq memorandumu imzalayıb. Bu memorandum əsasında həm bizim məktəbə dəstək verirlər, həm də ən fəal tələbələrin Avropaya səfəri təşkil olunur. Mən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəriyəm. Biz həmin tələbələri Strasburqa aparırıq. Onların bir qismini sessiyalarda, komitə iclaslarında iştirak etmək, siyasəti içəridən öyrənmək üçün Strasburqa aparmışıq. Bu yanvar sessiyasında da biz 5 tələbəni aparacağıq. Onlardan üç nəfəri AŞPA-da təcrübə əldə edəcək, ikisi isə Avropa İnsan Haqları Məhkəməsində də staj keçəcək.

 

Siyasi Psixologiya Mərkəzi Azərbaycan cəmiyyətində çox böyük rezonans doğurub. Burada hər axşam gənclər yığışırlar. Azərbaycanın tanınmış, görkəmli şəxsləri burada mühazirə aparırlar. Axırıncı dəfə tarixçi alim, deputat həmkarım Fəzail İbrahimli burada Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı söhbət açdı. Bu mühazirədə çox şey bizim üçün yeni rənglərlə təqdim olundu. Tələbələr bu mühazirədən çox razı qaldı.

 

Biz tələbələrdən mühazirələrlə bağlı rəylər öyrənirik. Bu rəylər əsasında da işimizi təşkil edirik. Mərkəzimiz fəaliyyətini genişləndirir. Biz layihələr də təqdim edirik. Bu yaxınlarda Mərkəzin psixoloqları Neft Daşlarında gərgin şəraitdə işləyən dənizçilərin stress vəziyyətini yoxlayıb. Bu stressin aradan qaldırılması ilə bağlı böyük bir məqalə də dərc etmişik. Məqalənin adı belədir: “Stressin aradan qaldırılmasının müasir üsulları”. Bu, öz-özlüyündə çox vacibdir.

 

Biz bu yaxınlarda Milli Məclisdə “Psixoloji yardım haqqında” qanun layihəsini birinci oxunuşda qəbul etdik. Mən bir professional, psixoloq kimi bu qanun layihəsini dəstəklədim. Qeyd etdim ki, psixologiya elm kimi xüsusi bir keyfiyyətə malikdir. Psixologiya cəmiyyətin inkişafını özündə göstərən bir indikatordur. Amerika Birləşmiş Ştatlarında psixologiya çox geniş yayılıb. Orada hər bir ailənin öz psixoloqu var. Hamı psixoloqa, psixoterapevtə müraciət edir. Bu, o demək deyil ki, bizdə problem yoxdur, amma Amerikada problem çoxdur. Bu, o deməkdir ki, cəmiyyətin inkişafı o səviyyəyə yüksəlib ki, onlar sözə ehtiyac duyurlar. 

- Siyasətçiləri cəlb edib onlara təlim keçmək planlarınız olubmu? 

- Siyasət yalnız siyasətçilərdən ibarət deyil. Siyasət həm də cəmiyyətin içərisində işi təşkil olunmasıdır. Sən cəmiyyətin içərisində hər hansı bir işi təşkil edirsənsə, onu məqsədyönlü, bir siyasətlə təşkil etməlisən. Siyasi psixologiya dar, məhdud çərçivədə siyasət deyil. Siyasi psixologiya cəmiyyətdə, siyasətdə, sosial məsələlərdə psixologiyanın düzgün istifadə olunmasıdır.

Təbii ki, siyasətlə məşğul olmaq niyyətində, arzusunda olan insanın bizim mərkəzə gəlməsi bir problem yaratmır.

- Milli Məclisin oktyabrın 30-da keçirilən iclasında parlamentin Daxili Nizamnaməsinə birinci oxunuşda dəyişiklik edildi. Bəzi deputatlar çıxışlarında buna etiraz etdilər. Sizin dəyişikliyə münasibətiniz necədir?

- Müxtəlif fikirlər var idi. Hansısa bir kreslo, yer, vəzifə insana ad, şan-şöhrət gətirmir. İnsana ad, şan-şöhrət gətirən onun fəaliyyətidir. Prosedur qaydalarla bağlı hansısa dəyişikliklər mənim üçün  o qədər də əhəmiyyətli deyil. Deputatın fəaliyyəti, onun cəmiyyətdə gördüyü işlər mövqeyinin cəmiyyət tərəfindən qəbul olunmasının səviyyəsini göstərən məsələdir.

Prosedur qaydalara gəlincə, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi bununla bağlı ciddi, məntiqli, həssaslıqla təhlillər aparacaq. Əminəm ki, ikinci və üçüncü oxunuşda hər hansı problem olmayacaq. 

- Deputatların dəyəri 55 manatdan çox olan hədiyyə alması...

- Başa düşdüm nəyi deyirsiniz. Gəlin sizə bir misal çəkim. Bu yaxınlarda Avropa Şurası bir qərar qəbul etdi. Qərara görə, Avropa Şurasına daxil olan bütün deputatlar deklarasiya təqdim etsinlər. Onlar bizdən il ərzində qazandığımız hər bir manatın hesabatını istədilər. Biz də göndərdik və heç bir faciə baş vermədi. Ən gözəl biclik, düzlükdür. Sənin mövqeyin düzdürsə, hansısa əlləm-qəlləm işlərlə məşğul olmursansa, istəyir 55 manat olsun, istəyir 555 manat olsun – bunu heç bir fərqi yoxdur.

 

- Dediyinizdən belə başa düşdük ki, sizə dəyəri 55 manatdan yuxarı olan hədiyyə verilsə, bu barədə Milli Məclisə məlumat verəcəksiniz. 

- Hər hansı bir qanun qəbul olunsa, buna tabe olmağa məhkumuq. Onu mütləq həyata keçirməliyik. Qanuni dövlətin, demokratik cəmiyyətin üç əsas bünövrəsi mövcuddur: insan haqları, demokratik quruluş və qanunun aliliyi. Qanunun aliliyini isə təmin edən Milli Məclisdir. Parlament səs çoxluğu ilə hər hansı bir qanun layihəsi qəbul edəcəksə, buna tabe olmaq lazımdır. Qanun layihəsi qəbul olunanadək isə müxtəlif fikirlər olacaq ki, bu da təbii bir haldır. 

- Sizə AŞPA-da sanksiya qoyulmuşdu. Sonra bu məsələ ilə bağlı müzakirələr səngidi. Nə AŞPA, nə də siz tərəfdən yeni açıqlamalar verildi. Məsələ nə yerdə qaldı? 

Məncə, mənim yenidən AŞPA-ya vitse-prezident seçilməyim bu sanksiyalara yaxşı bir cavabdır. Heç vaxt yaddan çıxarmaq lazım deyil ki, beynəlxalq səhnə, arena hamar bir yol deyil. Azərbaycana qarşı müxtəlif güclər işləyirlər. Onlar öz zərbələrini elə-belə seçmirlər. Azərbaycan nümayəndə heyətinin rəhbərinin fəaliyyətini hansısa formada məhdudlaşdırmaq cəhdləri Azərbaycanın mövqeyinin AŞPA-da məhdudlaşdırılması demək idi.

Siz özünüz də gördünüz ki, bu məsələyə hansı səviyyədə münasibət bəsləndi. 

- Səməd müəllim, müsahibənin sonuna doğru mövzunu dəyişək. Səhv etmiriksə, rus ədəbiyyatını yaxşı bilirsiniz. Bir dəfə parlamentdə də rus dilində şeir demişdiniz. 

- (Rusca danışır)Mənim çox gözəl rus dili təhsilim var. Mən rusca, rusların özündən də yaxşı danışıram. Mən Rusiyada Leninqrad Dövlət Universitetində təhsil almışam. Mən oranı bitirdim və namizədlik dissertasiyasını müdafiə etdim. 

- Buna görə də rus ədəbiyyatına böyük marağınız var? 

- Bəli. Mənim rusca yazdığım şeirlər də var. Rusca yazdığım şeiri Milli Məclisdə səsləndirdim. Bəli, o, mənim öz şeirim idi. O zaman Rusiyanı təmsil edən deputatlardan biri Azərbaycanın maraqlarına uyğun olmayan bir hərəkət etmişdi. Biz isə bu hərəkəti qəbul edə bilməzdik. Buna görə də, ilham gəldi, emosional şəkildə o şeiri yazdım. Mənə sonradan bu şeirin müəllifinin kim olduğunu soruşdular. “Bu şeirin müəllifi mənəm” dedim.

 

Hazırda Rusiyada gedən proseslər millətlərarası münasibətlər nöqteyi-nəzərindən xoşagəlməz məcradadır. Təəssüflər olsun ki, millətlərarası münasibətlərə mənfi və xoşagəlməz rəng verən ermənilərdir. Sizə gözəçarpan iki misal çəkəcəyəm.

Rusiya kanallarında ermənilər çox aktivdirlər. Xüsusilə “TNT” kanalında guya satirik, əyləcə xarakteri daşıyan “Comedy Club” proqramı var. Bu gülüşün içərisində böyük bir mənfi tendensiya mövcuddur. Onlar ermənilərdən başqa bütün xalqları mənfi tərzdə göstərirlər. Hətta rus xalqının özünü də. Bu yaxınlarda Dağıstandan olan qızları əxlaqsız kimi təqdim etdiklərinə görə, Moskvada onlara qarşı böyük bir hərəkət yarandı. Hətta bu proqramı bağlamaq istəyirdilər, amma birtəhər vəziyyətdən çıxdılar.

 

Verilişlərə diqqətlə baxsanız görərsiniz ki, Qafqazda yaşayan xalqları Qafqaz ləhcəsi ilə məsxərəyə qoyurlar. Guya bunlar insanları güldürürlər. Mən professionalam, psixoloqam. Buna görə də deyə bilərəm ki, bu davranışlarla, verilişlərlə insanları aşağılayırlar. Mən bununla bağlı da rusca şeir yazmışam. Amma burada deyə bilmərəm. 

 

- Şeirlərinizin çoxunu rusca yazırsınız?

- Mən şeirlərimi rusca, azərbaycanca və ingiliscə yazıram. 

 

- Hamısı siyasi mövzudadır? 

- Siyasi mövzuda olanlar da var. 

- Səməd müəllim, formada qalmaq üçün nələr edirsiniz? 

- Son zamanlar bir balaca həmin formadan kənara çıxırıq. Yəqin ki, bu da yaşla bağlıdır. Ancaq insan həmişə özünə ciddi tənqidi yazılmalıdır. Beynəlxalq münasibətlərlə məşğul olursansa, ölkəni təmsil edirsənsə, ölkə adından hansısa formatda danışırsansa, özünü davranış, geyim və digər xırdalıqlar nöqteyi-nəzərdə təhlil etməlisən. Bu, bir normadır, düsturdur. Bununla yanaşı səni nizam-intizama dəvət edən bir xüsusiyyətdir. Sən həmişə hazır olmalısan. 

- 2015-ci il parlament seçkilərinə qədər rektor idiniz. Yəqin çox çətin olardı sizə. 

- Çox çətin idi. Mən belə bir qərarı verdiyinə görə dövlət başçısına təşəkkür edirəm. Mən həm komitə sədri, həm rektor, həm də Azərbaycanın AŞPA-dakı nümayəndə heyətini rəhbəri işləyirdim. Siz dediyiniz formanı da saxlamaq çox çətin idi.

- Ailəniz haqqında da məlumat verərsinizmi?

- Oğlum Urxan Seyidov Fransada təhsil alıb, eyni zamanda İdarəçilik Akademiyasında namizədlik dissertasiyası yazır. Magistraturanı da İngiltərədə bitirib. Bir oğlum, bir qızım, bir nəvəm, həyat yoldaşım var. Bu da mənim ailəm. 

- AŞPA da mühacir azərbaycanlılar – Orduxan Teymurxan və Tural Sadıqlı sizə yaxınlaşdılar, suallar verdilər. Orduxan haqqında sizin mövqeyiniz nədir? 

- Peşəmiz tələb edir ki, hər bir vəziyyətə hazır olaq. Ən çətin vəziyyətlərdə də, səni provokasiyaya çəkmək istəyəndə də təmkinli olmalısan. İnsan təmkinlə, emosiyaları cilovlamaqla qalib gələ bilər. Mədəniyyət həmişə mədəniyyətsizliyə qalib gəlir. Mədəniyyətsizlik qısa müddətə nəyisə əldə edə bilər. Ancaq sonda mədəniyyət öz gücünü göstərir. Bu nöqteyi-nəzərdən mən siyasi mübarizə aparmaq niyyətində olan insanları sadəcə mədəniyyətli olmağa çağırıram. Söhbət təkcə sizin adlarını çəkdikləriniz şəxslərdən getmir.

Fransada Azərbaycan dövlətinə qarşı terror əməllərini həyata keçirməyə təşviq edən, açıq şüarlar səsləndirən insanlara şərait yaradılır.

 

Mən Fransanın ən yüksək ordenini sinəmdə daşıyıram, amma oranın vətəndaşı deyiləm. Lakin mən onların qanunlarını tətbiq etmək iqtidarında deyiləm. Onlar isə başqa ölkəyə qarşı terroru təşviq edən insanların qarşısını almalıdırlar. Buna görə də, mənim müraciətim o insanlara deyil ki, koridorlarda gəzirlər və hansısa provakativ hərəkətlər edirlər. Mənim müraciətim Avropa Şurasının rəhbərliyinədir, Fransanın Daxili İşlər Nazirliyinədir ki, ölçü götürsünlər və sabah başqa problemlə üzləşməsinlər.

 

Похожие новости
00:32, Сегодня
В губинском селе опоры ЛЭП находятся в аварийном состоянии - ВИДЕО
00:31, Сегодня
Как будет выглядеть сцена «Евровидения-2024»? - ФОТО
00:30, Сегодня
В Азербайджане массовая продажа автомобилей, использовавшихся как такси, привела к снижению цен на рынке
00:28, Сегодня
Пелоси считает, что Россия способствует пропалестинским протестам
00:27, Сегодня
Байден пока не планирует встречаться с Эрдоганом
25 Apr 2024 | 23:54
На гедабейском рынке проведен мониторинг: выявлены серьезные недочеты - ФОТО
25 Apr 2024 | 23:29
Установлены личности пострадавших в тяжелом ДТП в Джалилабадском районе - ОБНОВЛЕНО
25 Apr 2024 | 22:58
В Сумгайыте привлечены к ответственности пешеходы, игнорировавшие ПДД - ФОТО/ВИДЕО
25 Apr 2024 | 22:51
Мост в губинском селе находится в аварийном состоянии - ВИДЕО
25 Apr 2024 | 22:37
Азербайджанский дзюдоист завоевал серебряную медаль на чемпионате Европы - ОБНОВЛЕНО
25 Apr 2024 | 22:29
Названо время весенних каникул для начальных классов
25 Apr 2024 | 22:13
Ильхам Алиев прибыл с рабочим визитом в Германию - ФОТО
25 Apr 2024 | 21:51
Сахиба Гафарова находится с официальным визитом в Черногории
25 Apr 2024 | 21:42
Депутат Верховной Рады: Варданян был «кошельком для войн» и его номинирование на Нобелевскую премию - абсурд
25 Apr 2024 | 21:01
Айдын Сулейманлы стал чемпионом Азербайджана по шахматам
25 Apr 2024 | 20:32
ГЭЦ: Школьники в Сумгайыте, Нахчыване и Губадлинском районе показали наилучшие результаты на экзаменах
25 Apr 2024 | 20:21
В Азербайджане произведены все соцвыплаты за апрель
25 Apr 2024 | 19:56
В Баку арестован водитель, грубо нарушивший ПДД - ВИДЕО
25 Apr 2024 | 19:33
Армянский военный подорвался на мине в приграничной с Азербайджаном зоне
25 Apr 2024 | 19:01
Азербайджан и Казахстан обсудили развитие военного сотрудничества-(ФОТО - ВИДЕО)
25 Apr 2024 | 18:56
В итальянском Турине жителям запретили курить на расстоянии менее 5 метров от других людей
25 Apr 2024 | 18:50
Обнародован график приема в Центре приема граждан в мае
25 Apr 2024 | 18:44
В Женеве обсудили отчет омбудсмена Азербайджана
25 Apr 2024 | 18:29
Туркменистан планирует построить завод по освоению минеральных запасов залива Кара-Богаз-Гол
25 Apr 2024 | 18:23
Столтенберг рассказал, кем станет после работы генсеком НАТО
25 Apr 2024 | 18:23
На улицах Баку появились велосипедные светофоры
25 Apr 2024 | 18:22
Баку и Эр-Рияд будут сотрудничать в сфере перехода к зеленой энергетике в рамках председательства Азербайджана на COP29
25 Apr 2024 | 18:21
Анналена Бербок: Азербайджан может быть уверен в поддержке Германии в рамках COP29
25 Apr 2024 | 18:17
В Лянкяранском районе в ДТП пострадал учитель - ФОТО
25 Apr 2024 | 18:16
Чистая прибыль НКО Азербайджана выросла в 3 раза
25 Apr 2024 | 18:02
В Анкаре на фармацевтической фабрике вспыхнул пожар
25 Apr 2024 | 18:01
На границе Азербайджана и Армении установлено 20 пограничных столбов
25 Apr 2024 | 18:01
Убытки кредитных союзов в Азербайджане выросли на 60%
25 Apr 2024 | 18:00
Привезенный из Тайваня в Азербайджан фруктовый сок оказался непригодным для употребления - ФОТО
25 Apr 2024 | 17:56
В Бардинском районе очистят превращенную в свалку территорию села - ОБНОВЛЕНО + ВИДЕО
25 Apr 2024 | 17:45
В автобусах не соблюдаются правила гигиены - ВИДЕО
25 Apr 2024 | 17:21
Ильхам Алиев подарил президенту Кыргызстана карабахского скакуна
25 Apr 2024 | 17:00
Цены на продукты питания в Азербайджане стабилизировались
25 Apr 2024 | 16:47
Состоялся совместный обед президентов Азербайджана и Кыргызстана
25 Apr 2024 | 16:47
Суд постановил восстановить в должности уволенного директором TƏBİB главврача
25 Apr 2024 | 16:42
Убил брата, отказавшегося платить за свет - ПОДРОБНОСТИ ПРЕСТУПЛЕНИЯ + ВИДЕО
25 Apr 2024 | 16:26
Ильхам Алиев и Мехрибан Алиева направили венок на церемонию похорон Эльмиры Сулеймановой - ФОТО
25 Apr 2024 | 16:16
На бакинской улице два года не работает светофор - ВИДЕО
25 Apr 2024 | 15:46
Симонян прокомментировал установку первого пограничного столба на армяно-азербайжданской границе
25 Apr 2024 | 15:21
Главы Азербайджана и Кыргызстана приняли участие в церемонии закладки фундамента школы в селе Хыдырлы - ФОТО
25 Apr 2024 | 14:44
В Ходжалинском районе обнаружены человеческие останки - ФОТО/ВИДЕО
25 Apr 2024 | 14:41
В Азербайджане с целью женитьбы похищена ученица 8-го класса
25 Apr 2024 | 14:18
Захарова: Армянские СМИ бессовестно перевирают слова российского руководства
25 Apr 2024 | 14:07
В Баку прошла встреча председателей комитетов по внешним связям парламентов тюркских государств - ОБНОВЛЕНО
25 Apr 2024 | 14:05
В международной регате «Кубок президента-2024» Азербайджан представят около 80 спортсменов
25 Apr 2024 | 13:58
Ильхам Алиев и Садыр Жапаров побывали в крепости Шахбулаг в Агдаме
25 Apr 2024 | 13:58
Ильхам Алиев и Садыр Жапаров побывали в крепости Шахбулаг в Агдаме - ФОТО
25 Apr 2024 | 13:52
Президенты Азербайджана и Кыргызстана ознакомились с Агдамским конференц-центром - ФОТО
25 Apr 2024 | 13:52
Президенты Азербайджана и Кыргызстана ознакомились с Агдамским конференц-центром
25 Apr 2024 | 13:47
Закрывается известная бакинская школа: учеников переводят в другое учебное заведение - ФОТО
25 Apr 2024 | 13:40
Компания Wizz Air может увеличить количество рейсов в Азербайджан
25 Apr 2024 | 13:35
Азербайджанский гимнаст вышел в финал Кубка мира
25 Apr 2024 | 13:34
Территория вокруг моста, который будет передан Азербайджану на газахском направлении, очищена от мин
25 Apr 2024 | 13:31
Хикмет Гаджиев: Физули находится на полной реконструкции - ВИДЕО
25 Apr 2024 | 13:28
В Шуше пройдет Международный конкурс: победитель получит 10 000 долларов
25 Apr 2024 | 13:23
Министр уволил директора школы-интерната
25 Apr 2024 | 13:12
Община Западного Азербайджана ответила Госдепартаменту США
25 Apr 2024 | 13:11
Завтра в Азербайджане воздух прогреется до 31 градуса - ПРОГНОЗ ПОГОДЫ
25 Apr 2024 | 13:08
Ален Симонян: Ереван готов обсудить с Баку вопрос закупки газа
25 Apr 2024 | 13:06
Генпрокуратура обратилась к пользователям соцсетей и СМИ в связи с самоубийством Насиба Гулиева
25 Apr 2024 | 13:05
Арестован мужчина, обвиняемый в шантаже гражданина Турции
25 Apr 2024 | 12:58
Покончивший с собой бывший главный педиатр похоронен рядом с отцом - ОБНОВЛЕНО - ФОТО
25 Apr 2024 | 12:51
Еще один депутат анонсировал парламентские выборы в Азербайджане - ФОТО
25 Apr 2024 | 12:50
Ильхам Алиев и Садыр Жапаров приняли участие в открытии после реставрации Агдамской Джума-мечети - ФОТО
25 Apr 2024 | 12:33
Главы Азербайджана и Кыргызстана ознакомились с ходом работ во дворце Панахали хана и комплексе Имарет - ФОТО
25 Apr 2024 | 12:32
Кто он - новоназначенный премьер-министр Нахчыванской АР? - ДОСЬЕ
25 Apr 2024 | 12:20
Премьер-министр Нахчыванской Автономной Республики освобожден от должности - ФОТО
25 Apr 2024 | 12:07
В азербайджанской армии проводятся командно-штабные учения - ФОТО/ВИДЕО
25 Apr 2024 | 11:04
Граждане смогут посещать город Лачын на личном автомобиле
25 Apr 2024 | 10:35
В Баку проходит заседание по экономическому сотрудничеству между правительствами Азербайджана и Венгрии
25 Apr 2024 | 10:34
Александр Масляков отойдет от работы в КВН из-за опухоли в легких?
25 Apr 2024 | 10:16
В полуфинале Кубка Азербайджана по футболу установлен рекорд
25 Apr 2024 | 10:11
Назначены дополнительные рейсы по маршруту Баку-Агстафа-Баку
25 Apr 2024 | 10:03
В Ханкенди обнаружены оружие и боеприпасы
25 Apr 2024 | 10:00
В Турции задержаны 23 подозреваемых в связях с ИГ
25 Apr 2024 | 09:54
Нефть марки Brent подорожала до 88,2 доллара за баррель
25 Apr 2024 | 09:40
МИД РФ: Ядерные объекты НАТО в Польше при их появлении станут военной целью России
25 Apr 2024 | 09:27
Чемпионат Европы: Cемь азербайджанских дзюдоистов приступают к борьбе
25 Apr 2024 | 09:24
ЦАХАЛ заявил, что продолжит преследовать ХАМАС до освобождения всех похищенных
25 Apr 2024 | 09:23
Курсы валют Центрального банка Азербайджана-(25.04.2024)
25 Apr 2024 | 09:15
Азербайджанская нефть незначительно подорожала
25 Apr 2024 | 09:14
Toyota в 2023 финансовом году произвела по всему миру рекордное количество машин
25 Apr 2024 | 09:00
Венеция ввела взнос для туристов
25 Apr 2024 | 08:42
Утерянную картину Густава Климта выставили на аукцион - ФОТО
25 Apr 2024 | 08:28
В Баку на ряде улиц и проспектов затруднено движение транспорта
25 Apr 2024 | 08:20
Вьетнамский кладоискатель пообещал найти три тонны золота Японской империи
25 Apr 2024 | 08:00
Робопес-огнемет поступил в продажу в США - ВИДЕО
25 Apr 2024 | 07:39
Словацкий евродепутат выпустил голубя на заседании ЕП в Страсбурге - ВИДЕО
25 Apr 2024 | 07:30
Яшар Гюлер встретился с австралийским коллегой
25 Apr 2024 | 07:06
Таджикистан и Узбекистан упростят транзитный проезд грузовых автомобилей
25 Apr 2024 | 06:58
Бегун продегустировал 25 сортов вина во время Лондонского марафона - ВИДЕО
25 Apr 2024 | 06:38
Lamborghini представила первый гибридный кроссовер - ФОТО
25 Apr 2024 | 06:20
Опубликованны последние данные о состоянии экономики Германии
25 Apr 2024 | 06:18
Илон Маск уверен, что на Западе начнется гражданская война - ФОТО
25 Apr 2024 | 05:21
Индекс потребительских цен Ирана упал на 4,8%
ЕЖЕДНЕВНО
25 Apr 2024 | 07:39
Словацкий евродепутат выпустил голубя на заседании ЕП в Страсбурге - ВИДЕО
25 Apr 2024 | 08:20
Вьетнамский кладоискатель пообещал найти три тонны золота Японской империи
25 Apr 2024 | 05:17
Во Франции задержали подростка по подозрению в подготовке теракта на Олимпиаде
25 Apr 2024 | 08:00
Робопес-огнемет поступил в продажу в США - ВИДЕО
25 Apr 2024 | 05:21
Индекс потребительских цен Ирана упал на 4,8%
25 Apr 2024 | 04:21
Турция и Германия намерены увеличить товарооборот до $60 млрд
25 Apr 2024 | 06:58
Бегун продегустировал 25 сортов вина во время Лондонского марафона - ВИДЕО
25 Apr 2024 | 08:28
В Баку на ряде улиц и проспектов затруднено движение транспорта
25 Apr 2024 | 05:02
Фируза Ибадова: Я ухожу со сцены, где нет Джаваншира
25 Apr 2024 | 07:30
Яшар Гюлер встретился с австралийским коллегой
ЕЖЕНЕДЕЛЬНО
19 Apr 2024 | 16:50
Восстановление плодородия засоленных почв в Азербайджане станет важным шагом в рамках COP29
19 Apr 2024 | 16:47
Президент Азербайджана и канцлер Германии проведут переговоры в Берлине
19 Apr 2024 | 16:45
СМИ: США могут предоставить Израилю вооружения на более чем 1 млрд долларов
19 Apr 2024 | 16:47
Президент Ильхам Алиев совершит рабочий визит в Москву
19 Apr 2024 | 20:12
Зеленский: Украина может спустить Путина «с неба на землю»
19 Apr 2024 | 21:01
Объявлены результаты выпускного экзамена по уровню общего среднего образования
19 Apr 2024 | 19:39
Подразделения армянской армии выводятся из четырех сел Газахского района
19 Apr 2024 | 19:47
Палата представителей утвердила помощь Киеву и конфискацию активов РФ
19 Apr 2024 | 20:09
Абдоллахиян отрицает ущерб от удара дронов по Исфахану
19 Apr 2024 | 19:06
Завершилась дипломатическая миссия посла Италии в Азербайджане - ФОТО
Ежемесячно
25 Apr 2024 | 07:39
Словацкий евродепутат выпустил голубя на заседании ЕП в Страсбурге - ВИДЕО
25 Apr 2024 | 08:20
Вьетнамский кладоискатель пообещал найти три тонны золота Японской империи
25 Apr 2024 | 05:17
Во Франции задержали подростка по подозрению в подготовке теракта на Олимпиаде
25 Apr 2024 | 08:00
Робопес-огнемет поступил в продажу в США - ВИДЕО
25 Apr 2024 | 05:21
Индекс потребительских цен Ирана упал на 4,8%
25 Apr 2024 | 04:21
Турция и Германия намерены увеличить товарооборот до $60 млрд
25 Apr 2024 | 06:58
Бегун продегустировал 25 сортов вина во время Лондонского марафона - ВИДЕО
25 Apr 2024 | 08:28
В Баку на ряде улиц и проспектов затруднено движение транспорта
25 Apr 2024 | 05:02
Фируза Ибадова: Я ухожу со сцены, где нет Джаваншира
25 Apr 2024 | 07:30
Яшар Гюлер встретился с австралийским коллегой
Писатели