Qarşıdan Xocalı soyqırımının növbəti ildönümü gəlir. İldönümü ərərfəsində Xocalı soyqırımının təbliği ilə bağlı səslənən müxtəlif təkliflərən biri də bu soyqırımını özündə əks etdirən muzeyin yaradılmasıdır.
Xocalı soyqırımı muzeyinin yaradılması nə dərəcədə zəruridir? Belə bir muzeyin yaradılması ölkəmizə səfər edən xarici turistlər, rəsmi və qeyri-rəsmi qonaqlar arasında da Xocalı soyqırımı ilə bağlı təbliğat baxımından əhəmiyyətli olmazmı?
Moderator.az-a açıqlama verən Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Qasım Hacıyev belə bir muzeyin yaradılmasının vacib olduğuna diqqət çəkdi:
“Belə bir muzeyin yaradılması ən vacib məsələlərdən biridir. Vaxtiylə 1918-ci ilin mart soyqırımı ilə bağlı muzeyin təşkili çətin oldu. Quba məzarlığı açıanda hökumətimizin səyi ilə orada muzey yaradıldı. Dünyanın hər yerindən gələn insanlar bu muzeylə tanış ola bilir. Xocalı soyqırımının üzərindən isə çox keçməyib. Bununla bağlı çoxlu əşyayi-dəlillər, canlı şahidlər var. Onlar bu prosesdə yaxından iştirak edə bilərlər. Bu muzeyin yaradılması ən vacib işlərdən biridir. Belə bur muzey yaradılsa, bu, xalqımız və tariximiz baxımından atılan çox önəmli bir addım olar”.
Seymur ƏLİYEV