Artıq uzun illərdir ki, rəsmi Bakının Qarabağ probleminin həlli ilə bağlı səyləri davam edir. Qarabağ probleminin tarixi kökünü, tarixi səbəblərini bilmədən onun siyasi müstəvidə doğru və ədalətli həllinə nail olmaq mümkündürmü? Problemin həlli üçün onun tarixi köklərinin də hərtərəfli təhlili və araşdırılmasına ehtiyac varmı?
Moderator.az-a açıqlama verən BAO başqanının ideoloji məsələlər üzrə müavini, AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, tanınmış tarixçi-pedaqoq Dilavər Əzimli problemə tarixi nöqteyi-nəzərdən yanaşılmasının vacib olduğunu qeyd etdi:
“Təbii ki, Qarabağ məsələsinin tarixi köklərini bilmədən onun həlli mümkün deyildir. Onda udan tərəf kimi ermənilər bu məsələdə də qalib çıxacaqlar. Amma biz bunun tarixi köklərini dərindən bilsək, onda bu məsələnin kökündə Azərbaycan və işğalçı Ermənistan münaqişəsinin dayandığını görəcəyik. Onda görəcəyik ki, Dağlıq Qarabağ Rusiyanın əli ilə Ermənistan tərəfindən işğal olunubdur.
Rusiya buraya Osmanlı və Qacar imperiyalarından erməniləri köçürərək özünə Qafqazda dayaq yaradıbdır. Onda bəlli olcaq ki, Qarabağ məsələsinin arxasında Rusiyanın iki yüzillik Qafqazı işğal etmə siyasəti dayanır. Bu gün Ermənistana şans verən də məhz Rusiyadır. Ermənilər Rusiyanın hesabına 1828-dən sonra Dağlıq Qarabağda məskunlaşdırılıblar. Bunu Türkmənçay müqaviləsinin 15-ci maddəsi sübut edir. Uduzan Qacar dövləti öhdəsinə götürüb ki, oradan erməniləri İrəvan ətrafına, Naxçıvana və Dağlıq Qarabağa köçürəcəkdir. Bu gün Azərbaycan diplomatları Kürəkçay müaviləsini, Türkmənçay müqaviləsini əzbər bilməlidirlər.
Kürəkçay müqaviləsi kimlə kimin arasında imzalandı? Təbii ki, Rusiya ilə Qarabağ xanlığı arasında. Yəni, İbrahimxəlil xan bu müaviləni imzaladı. Onda harada idi bu mənfur və murdar xislətli ermənilər?
Bundan sonra da faciəmiz başlandı. Bu faciəni bizə Rusiya imperiyası sırıdı. Özünün Qafqaz siyasətində xristian erməni və gürcülərə arxalanıb bu ərazilərdə türk-müsəlman əhalini əritməyə çalışırdı. Bu gün Rusiyaya aşiq olan bizim əhalinin müəyyən hissəsi bunu bilirlərmi? Nəyə görə bizim televizyaların efirindən bu cür tarixi reallıqlar səslənmir? Biz yalnız ermənilərdən danışırıq və başlayırıq zırıldamağa... Amma onun arxasında olan o zamankı Rusiyadan və bü günküRusiyadan söhbət açmırıq.
Qorxuruq və qorxduğumuza görə də bu gündəyik. Bu tarixdir, onu millətin təfəkkürünə həzm etməlisən. Bir də mən şəxsən bu mənasız danışıqları qəbul etmirəm. Biz torpaqlarımızın xilası naminə Vətən savaşına qalxmalıylq. Bun da xalq tələb etməli və bir nəfər kimi ayağa qalxmalıdır!!! Xalq artıq öz torpaqlarını silah yolu ilə azad etməlidir. Əminəm ki, biz bunu bacararıq!!!”
Seymur ƏLİYEV