İnnovasiyalar, mükəmməl baza, yaradıcı tələbələr, beynəlxalq əlaqələr... – REPORTAJ
Общество
Читать: 4089
29 Jul 2019 | 13:15
İnnovasiyalar, mükəmməl baza, yaradıcı tələbələr, beynəlxalq əlaqələr... –  REPORTAJ
Ölkə iqtisadiyyatı gücləndikcə, Azərbaycan dünyaya inteqrasiya etdikcə, qabaqcıl texnologiyaların tətbiqinə başlandıqca təhsil sahəsi də yeni çağırışlarla üzləşir və yerli peşəkar, yeni tələblərə uyğun mütəxəssislərin yetişdirilməsi zərurəti güclənir.

Son illərdə universitetlərimizin öz təhsil bazasını möhkəmləndirdiyini, beynəlxalq metodika və yenilikləri təhsil prosesinə gətirdiyini, infrastruktur və maddi-texniki bazalarını son dərəcə müasirləşdirdiyini deyə bilərik. Belə ali təhsil ocaqlarından biri də Qərbi Kaspi Universitetidir. Əvvəlki Qərb Universiteti.

1991-ci ildə əsası qoyulan Qərb Universiteti 90-cı illərdə təhsil sahəsinin flaqmanlarından olub, innovativ yenilikləri təhsilimizə gətirməyi ilə seçilib.

Yaxşı ənənələrə malik olan bu universitet son 2-3 ildə yenidən fəallaşmağa, qabaqcıllar sırasına çıxmağa başlayıb.

Beləliklə, Qərbi Kaspi Universitetindən reportajımızı təqdim edirik.

Yüksək infrastruktur, maddi-texniki baza...

Universitetin əsas tədris binası İçərişəhər metrosu yaxınlığında, İstiqlaliyyət 27-də yerləşir. Bu, tarixi binadır. 2016 və 2017-ci illərdə isə Əhməd Rəcəbli küçəsində universitet daha iki müasir binasını istifadəyə verib. 
 

Hər iki bina olduqca yüksək infrastruktura, maddi-texniki bazaya malikdir. Burada mühəndislik ixtisasları üzrə keyfiyyətli kadr hazırlığının təmin olunması məqsədilə Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi, onun nəzdində Texnopark qurulub. 
Universitet unikal laboratoriya və mərkəzlərlə, eləcə də qurğularla, komputerləşdirilmiş sistemlərlə təchiz olunub.

Beynəlxalq tədbirlər

Qərbi Kaspi Universiteti həm də beynəlxalq əlaqələri ilə seçilən təhsil ocaqlarındadndır. 
Universitet 1992-ci ildən UNESCO nəzdindəki Beynəlxalq Universitetlər Assosiasiyasının, 1996-cı ildən İdarəçiliyin İnkişafı üzrə Avropa Fondunun, 1999-cu ildən isə Qara Dəniz Ölkələri Universitetlər şəbəkəsinin üzvüdür.

Xarici mütəxəssisləri, tədqiqatçıları buarada tez-tez görmək mümkündür. Qərbi Kaspi Universitetinin beynəlxalq şəbəkəsi 200-dən artıq təhsil müəssisəsini əhatə edir. Xüsusilə Erasmus və Mövlanə proqramları çərçivəsində müxtəlif xarici universitetlərin müəllim və tədqiqatçıları QKU-da dərslər aparır, təlimlər, seminarlar keçir. 

Universitet həm də mühüm beynəlxalq konfransların təşkilatçısı kimi çıxış edir. 

Təkcə cari il ərzində keçirilmiş iki mühüm tədbiri qeyd etmək kifayətdir. 

Birincisi, Almaniya və Danimarkadan olan tədqiqatçıların iştirakı ilə Bio-Riyaziyyat Yaz Məktəbi.
Tanınmış tədqiqatçılar - Danimarka Texniki Universiteti Tətbiqi Riyaziyyat və Kompüter Elmləri Kafedrasının professoru Mads Peter Soensen və Almaniyanın Mübahisələrin həlli Mərkəzinin professoru Florian Rupp 200-dək universitet, orta məktəb müəllimləri, yerli tədqiqatçılar üçün təlimlər keçiblər, elmi-praktik müzakirələr aparılıb və s.

İlin ən böyük tədbiri isə may ayında keçirilən  Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Dağlar: Mədəniyyətlər, Landşaftlar və Biomüxtəliflik” adlı Beynəlxalq konfrans olub. Konfransda dünyanın 40-dək ölkəsindən xarici tədqiqatçılar, eləcə də yerli mütəxəssislər iştirak ediblər. İştirakçılar 4 günlük konfransın bu sahədə son illərdə keçirilən ən əhəmiyyətli, səmərəli tədbirlərdən biri olduğunu bildiriblər. 
 

İngilis dilini öyərənməmək mümkün deyil

Hazırda əmək bazarında ingilis dilli üzrə biliklərin mühüm üstünlük kimi qəbul edildiyini və hər bir ixtisasın incəliklərinə yiyələnməkdə bu dil üzrə biliklərin əhəmiyyətli rolunu nəzərə alaraq Qərbi Kaspi Universiteti intensiv ingilis dili dərsləri təşkil edir.

Bu dərslərin keyfiyyətli təşkili üçün tələbələrin bilik səviyyəsini müəyyən etmək məqsədi ilə tədris ilinin əvvəlində diaqnostik imtahanlar keçirilir. Diaqnostik imtahanlarla tələbənin hansı "level”ə uyğun gəldiyi müəyyənləşdirilir və qruplaşdırma bu prinsiplə aparılır. Nəhayət, Kembrdic üsulu əsasında Final imtahanlar təşkil edilir. 

Bu imtahan formasında tələbələrin bilik və bacarıqları 4 komponent üzrə qiymətləndilir: “Reading” (oxuma), “Writing”(yazma), Listening (dinləmə) və "Speaking" (danışıq).

 
İngilis dilinin bu səviyyədə tədrisi xarici universitetlərdən dəvət olunan mütəxəssislərin mühazirələrini sərbəst şəkildə dinləmək, ən son elmi nailiyyətlərin, nəzəriyyələrin əks olunduğu ədəbiyyatlar və elektron resurslarla tanış olmaq, beynəlxalq təhsil layihələrində iştirak etmək imkanlarından yararlanmaq və tələbələrdə bugünkü əmək bazarının tələblərinə uyğun kompitensiyalar formalaşdırmaq üçün nəzərdə tutulub.

Bir sözlə, burada ingilis dilini yüksək səviyyədə mənimsəmək üçün yaxşı mühit və imkanlar var. Həm də məsələ buarasındadır ki, ingilis dilini öyrənmək qaçılmazdır – imtahanlar bunu tələb edir. Tələbələr öz aralarında belə bir fraza da yaradıblar “İngilis dilini bilmirsənsə, Qərbi bitirməmisən”.

Söhbətləşdiyimiz tələbələrdən biri Orxan deyir: “Bizdə yalnız oxuyub qiymət ala bilərsən. Amma o qədər də çətin deyil, sadəcə, çalışmaq lazımdır. İndi 3-cü kursu bitirdim. 1-ci kursda olanda ingilis dilim başlanğıc səviyyədə idi. İndi artıq pre-intermediate səviyyədəyəm. Bu səviyyəyə kursa filana gedərək çatmamışam, universitetdə öyrənmişəm”.

Başqa bir tələbə Çinarə isə deyir ki, dərslərin təcrübəyönümlü olması onun xoşuna gəlir: “Mən Siyasi Elmlər Məktəbində oxuyuram. Səfirlərlə, diplomatlarla, tanınmış siyasətçilərlə tez-tez görüşürük. Bu, bizə siyasəti, diplomatiyanın praktik tərəflərini hiss etməyə, dərk etməyə kömək edir”.

İkili və üçlü diplom proqramı

Qərbi Kaspi Universiteti artıq uzun illərdir ki, magistratura pilləsində İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (UBIS) ilə birgə ikili diplom proqramını həyata keçirir. Yəni Biznesin idarəedilməsi ixtisasında oxuyan tələbələr (MBA) bu proqram sayəsində 2 ilə 2 diplom əldə edə bilirlər. Tələbələr İsveçrədə Yay Məktəbində iştirak edir, olduqca səmərəli dərslərə, treyninqlərə qatılır. 

İndi bu layihə daha bir tərəfdaşlıq layihəsi ilə üçlü diplom proqramına çevirib. Belə ki, MBA proqramı ABŞ-ın Potomak Universiteti ilə əməkdaşlıqla bir qədər də genişləndirilərək üçlü diplom proqramına çevrilib. Universitetin ikili diplom proqramında təhsil alan tələbələri üç istiqamətdən (menecment, marketinq, bank işi və maliyyə) birini seçib əlavə dörd fənn keçməklə üçüncü diplomu da əldə edə bilərlər.

(Fotoda: Qərbi Kaspi Universitetinin magistrlarının İsveçrədə, UBİS Universitetində keçirilən məzun günü)

Çexiyadan qayıdan tələbələrlə rastlaşırıq

Universitetdə təsadüfən Çexiyadan yenicə dönən təlbələrlə də rastlaşırıq. 

Erasmus proqramı çərçivəsində həyata keçirilən tələbə mübadiləsi layihəsi üzrə universitetin İqtisadiyyat və Biznes Məktəbinin 5 tələbəsi Çexiyanın Mendel Universitetində olublar. 

Təəssüratlarını bizimlə bölüşürlər: “Bir semester ərzində dərslərdə və praktik məşğələlərdə iştirak etdik. Olduqca maraqlı və səmərəli oldu. Çexiyanın təhsil sistemi, çex mədəniyyəti ilə tanış olmaq şansı idi bu. Unudulmaz oldu həqiqətən də!”

Qeyd edək ki, iki universitet arasında əməkdaşlıq müəllim-professor heyətinin, eləcə də tələbələrin mübadiləsini və birgə Yay Məktəblərini təşkilini əhatə edir.

“Eramus” proqramı çərçivəsində isə bu vaxta qədər Qərbi Kaspi Universitetinin 100-dən artıq tələbəsi Avropanın müxtəlif ölkələrində təhsil alıblar.

 
Cənubi Karolina Universitetinin Kvalifikasiya Diplomu

Universitetdə olarkən onu da öyrəndik ki, Qərbi Kaspi Universiteti Fulbrayt proqramı çərçivəsində ABŞ-ın Cənubi Karolina Universiteti ilə əməkdaşlığa başlayır.

Tərəflər arasında razılaşmaya əsasən menecment sahəsi üzrə birgə tədris prosesi Qərbi Kaspi Universitetinin bazasında təşkil olunacaq və bu layihədə Qərbi Kaspi Universitetinin, eləcə də digər universitetlərin tələbələri və istənilən ali təhsilli şəxslər iştirak edə biləcəklər. Tədris proqramları 3 və 6 aylıq olmaqla davam edəcək və müvafiq istiqamətlər üzrə proqramı uğurla başa vuran şəxslərə Cənubi Karolina Universitetinin beynəlxalq səviyyədə tanınan Kvalifikasiya diplomu təqdim olunacaq.
Tədris proqramı əsasən Turizm menecmenti, otel idarəçiliyi, iaşə obyektlərinin idarə olunması, nəqliyyat xidmətlərinin göstərilməsi, onlayn ticarət, eləcə də İT və marketinq sahələrini əhatə edəcək.
Hazırda bu istiqamətdə hazırlıq işləri aparılır və cari ilin oktyabr ayında Cənubi Karolina Universitetinin Xidmət Menecmenti Mərkəzinin rəhbəri, professor Mark Rosenbaumun Bakıya səfəri və Qərbi Kaspi Universitetində müvafiq mərkəzin açılışı gözlənilir.

Daha iki anlaşma

Beynəlxalq əlaqələr şəbəkəsi 200-dən artıq təhsil müəssisəsini əhatə edən Qərbi Kaspi Universiteti bu günlərdə daha iki nüfuzlu təhsil ocağı əməkdaşlıq barədə razılıq əldə edib.

Onlardan biri ABŞ-ın “Texas A&M” Beynəlxalq Universitetidir. İmzalanamış memorandum iki universitet arasında müəllim və tələbə mübadiləsini, birgə elmi tədqiqatların aparılmasını, müxtəlif layihə və tədbirlərin təşkilini nəzərdə tutur. İkitərəfli əməkdaşlıq həmçinin azərbaycanlı tələbələrə ABŞ-da yay və qış məktəblərində iştirak üçün imkanlar yaradacaq.
 
Digər bir əməkdaşlıq əlaqəsi isə Kanadanın Georgian Kolleci ilə yaradılır.

Bu barədə razılıq Kollecin beynəlxalq şöbəsinin əməkdaşı Catherine Vellinganın Bakıya səfəri və Qərbi Kaspi Universitetində keçirdiyi görüşlərdən sonra əldə olunub. İlkin razılığa əsasən, Qərbi Kaspi Universitetində Georgian Kolleci ilə birlikdə baza ixtisas hazırlığı həyata keçirəcək Mərkəz yaradılacaq. Burada təhsilini başa vuran tələbələr Georgian Kollecinə qəbul ediləcək. Kollec təhsil müddətində Kanadada tələbələrin işlə təmin edilməsi öhdəliyini də öz üzərinə götürür. 

Zəngin kitabxana fondu

Hazırda Qərbi Kaspi Universitetinin kitabxanası 65.000-dən çox ədəbiyyat, 500-dən çox mikroforma və informasiyanın başqa mənbələri ilə ölkədə ən zəngin kitabxanalardan biridir. Kitabxana Fondunda ingilis dilində 16 000-dan çox ədəbiyyat mövcuddur.

Universitetdə BMT kitabxanası da fəaliyyət göstərir. Görək, bu kitabxananın özəlliyi nədən ibarətdir?
Bir neçə il öncə burada BMT-nin Ümumdünya Turizm Təşkilatının Depozitariya Kitabxanası yaradılıb. Bununla da, Qərbi Kaspi Universiteti ölkəmizdən sözügedən kitabxana proqramına daxil edilmiş ilk və yeganə ali təhsil ocağı olub.

Bundan başqa, BMT-nin Səhralaşmaya qarşı Mübarizə üzrə Konvensiyası, BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyası, BMT-nin Əhali Fondu, həmçinin Ümumdünya Meteorologiya Təşkilatı və BMT-nin Ətraf Mühit Proqramının birgə beynəlxalq orqanı olan İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin Katiblikləri nəşrlərinin Qərbi Kaspi Universitetinin kitabxanasına töhfə edilməsi barədə müsbət qərar qəbul ediblər və bu təşkilatlardan da ədəbiyyatlar kitabxana fonduna ardıcıl şəkildə daxil olur.  

Eyni zamanda, Universitet Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Depozitariya Kitabxanası Proqramına qoşulub. Sözügedən proqram çərçivəsində ildə iki dəfə ÜƏMT Katibliyi tərəfindən Qərbi Kaspi Universitetinə müxtəlif nəşrlər təqdim olunur.

Beynəlxalq Əmək Təşkilatının Depozitariya Kitabxanası da oxucuların ixtiyarındadır. Kitabxana paralel olaraq BMT-nin Uşaq Fondu, ÜTT Ümumdünya Ticarət Təşkilatı, İqlim Dəyişiklikləri üzrə Hökümətlərarası Ekspertlər Qrupu, Asiya İnkişaf Bankı, Beynəlxalq İntellektual Mülkiyyət Təşkilatı kimi qurumlarla da sıx əməkdaşlıq şəraitində işləyir, onların ədəbiyyatlarını qəbul edir.

Kitabxana fondunda 1000-ə yaxın kitab toplanıb. Kitablar müxtəlif istiqamətləri əhatə edir, onların arasında dərs vəsaitləri ilə yanaşı nadir məlumat topluları da var. Kitabxanada  Azərbaycan dilinə tərcümə olunmuş kitablarla yanaşı, bir neçə xarici dildə olan ədəbiyyatların elektron variantından da istifadə etmək mümkündür.

Kitabxana fondu elmi tədqiqat aparan magistr, doktorant və dissertantlar üçün də olduqca əhəmiyyətlidir. Belə ki, burada elmin müxtəlif istiqamətlərinə dair ən son yenilikləri özündə əks etdirən ədəbiyyatlar toplanıb.


Tanınmış məzunlar da az deyil...

Hər bir universitetin işinin nəticəsi onun məzunlarıdır. Yetişdirdiyi məzunlara baxaraq təhsil müəssisəsinin işinə qiymət vermək olar.

Bu baxımdan Qərbi Kaspi Universiteti fəxr edə bilər. Məzunları arasında tanınmış dövlət xadimləri, səfirlər, konsullar, nüfuzlu beynəlxalq şirkətlərin top menecerləri kifayət qədərdir.
Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Vergilər Nazirliyinin Aparatının rəhbəri Ağasəməd Əfəndiyev, Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini və QHT və KİV ilə iş sektorunun müdiri Cəsarət Valehov, ADA Universitetinin prorektoru, Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurasına üzvü Fariz İsmayılzadə, BP-in Houston ofisində aparıcı Hüquq Müşaviri Səidə (İbrahimova) Bərvarz, AZAL-ın Parisdəki nümayəndəliyinin rəhbəri Kamran Kəlbəliyev, Microsoft” şirkətinin baş meneceri Fərid Cəfərov kimi karyerasında uğur qazanmış çox sayda gənc məhz Qərbi Kaspi Universitetinin məzunlarıdır.

Abituriyentlər üçün Məsləhət Mərkəzi

Bu günlərdə abituriyentlər ali məktəblər üçün ixtisas seçimi edirlər. Bu vacib seçimdə Qərbi Kaspi Universitetində Dövlət İmtahan Mərkəzi ilə birgə yaradılmış Abituriyent Məsləhət Mərkəzi abituriyentlərə yardımçı olur. 

Biz Universitetdə olarkən abituriyentlər bu imkandan yararlanmaq üçün universitetə gəlirdi...
Onlara doğru seçim və hansı sahədə olmaqlarından asılı olmayaraq gələcəyin peşəkar mütəxəssisi olmağı arzulayırıq! Peşəkarların sayı ölkəmizin gələcək inkişafını şərtləndirir...

Moderator.az

Похожие новости
23:05, Сегодня
Киев дважды бил ракетами ATACMS по целям в глубоком российском тылу- (обновлено)
22:32, Сегодня
В Ереване разогнали требующих отставки Пашиняна
22:20, Сегодня
Обнародованы кадры строящегося в Шуше нового жилого комплекса - ВИДЕО
22:16, Сегодня
В Тбилиси протестуют против закона об иноагентах-(обновлено)
22:13, Сегодня
США приветствуют делимитацию границы между Азербайджаном и Арменией
22:07, Сегодня
Кубок Азербайджана: "Карабах" разгромил "Нефтчи" и вышел в финал
22:06, Сегодня
В России заочно арестовали Гарри Каспарова
22:00, Сегодня
Суд в РФ арестовал средства JPMorgan в размере $439,5 млн
21:45, Сегодня
В Северной Македонии завершилось голосование на президентских выборах
21:40, Сегодня
Из-за сбежавших гвардейских лошадей в Лондоне пострадали пять человек - ВИДЕО
21:33, Сегодня
Еще один азербайджанский парапловец стал чемпионом Европы
21:27, Сегодня
Amnesty International уличила Францию в нарушении прав человека
21:19, Сегодня
В Баку был организован государственный прием в честь президента Кыргызстана - ОБНОВЛЕНО + ФОТО
21:16, Сегодня
В Масаллы пройдет ярмарка труда
21:13, Сегодня
МИД Турции: Анкара отвергает предвзятые заявления по событиям 1915 года
21:08, Сегодня
Алиев: Памятник Айтматову в Баку будет символизировать наше единство, дружбу и братство
21:06, Сегодня
Ильхам Алиев и Садыр Жапаров приняли участие в открытии памятника Чингизу Айтматову в Баку - ОБНОВЛЕНО + ФОТО
20:52, Сегодня
Киев дважды бил ракетами ATACMS по целям в глубоком российском тылу
20:14, Сегодня
В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра - ОБНОВЛЕНО/ФОТО/ВИДЕО
20:13, Сегодня
В Азербайджане создан новый колледж
19:54, Сегодня
Лукашенко признался, когда «уйдёт на покой»
19:53, Сегодня
Определился первый финалист Кубка Азербайджана по футболу - ОБНОВЛЕНО + ВИДЕО
19:51, Сегодня
В Баку состоялась церемония открытия Дней культуры Кыргызстана
19:47, Сегодня
Президент Кыргызстана почтил память шехидов в Баку - ФОТО
19:42, Сегодня
BCG: Решение проблемы дефицита воды в Азербайджане – приоритетный вопрос повестки
19:37, Сегодня
В аэропортах Франции отменят до 75% рейсов
19:22, Сегодня
ВОЗ: За полвека иммунизация спасла более 150 млн жизней
19:22, Сегодня
Коллега совершившего суицид бывшего главного педиатра высказался о произошедшем - ОБНОВЛЕНО + ФОТО/ВИДЕО
19:19, Сегодня
Как узнать, что бывший в употреблении товар не краденый? - ВИДЕО
19:13, Сегодня
Джо Байден подписал законопроект о военной помощи Украине и другим партнерам-ВИДЕО
19:00, Сегодня
Самые интересные футбольные матчи последующих дней - АФИША
18:57, Сегодня
АБР выделит Грузии 46 млн евро на развитие здравоохранения
18:49, Сегодня
Президент Кыргызстана почтил память шехидов в Баку
18:43, Сегодня
В Баку преступники нашли новый способ кражи - ВИДЕО
18:34, Сегодня
Состояние Ильбера Ортайлы ухудшилось в самолете: рейс задержали
18:25, Сегодня
В России проводившего панихиду по Навальному священника наказали
18:22, Сегодня
Самолет авиакомпании Air France совершил аварийную посадку в бакинском аэропорту - ФОТО
18:21, Сегодня
Первый астронавт Турции приедет в Азербайджан
18:02, Сегодня
Алиев и Жапаров на открытии памятника Айтматову в Баку
18:01, Сегодня
В WhatsApp появится новая функция
17:58, Сегодня
Еще одна страна признала Палестину независимым государством
17:57, Сегодня
В Баку ограничена деятельность ресторана, в котором выявлены нарушения - ФОТО
17:53, Сегодня
Обвиняемый в избиении модели предстанет перед судом в связи с другим преступлением
17:51, Сегодня
В Азербайджаны монеты номиналом 1, 3 и 5 гяпиков могут выйти из обращения? - ЗАЯВЛЕНИЕ - ВИДЕО
17:49, Сегодня
Хорошая новость для жителей Зангиланского, Джебраильского и Губадлинского районов - ВИДЕО
17:48, Сегодня
В Баку пройдет конференция по космическим технологиям
17:31, Сегодня
Лукашенко рассказал о ядерном оружии в Беларуси
17:28, Сегодня
Важный момент в процессе делимитации... - Амирбеков
17:27, Сегодня
Эрдоган встретился с президентом Германии
17:21, Сегодня
В связи с самоубийством бывшего главного педиатра возбудили уголовное дело
17:15, Сегодня
Около 10 тысяч школьников примут участие в олимпиаде на тему «Западный Азербайджан»
17:13, Сегодня
Суд вынес решение в отношении Алескера Мамедли
17:12, Сегодня
Пелоси призвала Нетаньяху уйти в отставку
17:09, Сегодня
Россия и Украина впервые провели очные переговоры
17:08, Сегодня
В Баку завершается сборка одного из высочайших в мире флагштоков - ФОТО
17:05, Сегодня
Состоялось очередное заседание Комиссии по вопросам помилования
17:04, Сегодня
Опубликованы кадры "закулисья" аварии на канатной дороге в Анталье - ВИДЕО
17:03, Сегодня
В Азербайджане отменят запрет на ввоз ряда лекарств
17:00, Сегодня
28 мая в Азербайджане будет амнистия
16:56, Сегодня
Hugo Boss уходит из России
16:46, Сегодня
На одном из главных проспектов Баку прокладывают велодорожку и обновляют тротуар - ФОТОРЕПОРТАЖ
16:37, Сегодня
Скончался бывший главный тренер Хафиз Алиев
16:28, Сегодня
В США все сильнее опасаются атаки, аналогичной теракту в "Крокус Сити Холле"
16:22, Сегодня
Совфед РФ направил письмо в парламент Армении для разъяснения слов Симоняна
16:20, Сегодня
Отказался дать в долг: в Гейгельском районе мужчина обокрал "жадного" дядю - ФОТО
16:14, Сегодня
Каким детям нельзя делать прививки?
16:01, Сегодня
Озеро, образованное сточными водами в поселке Ашагы Гюздек - ФОТОРЕПОРТАЖ
15:57, Сегодня
Карлос Тевес экстренно госпитализирован
15:52, Сегодня
Состоялась церемония подписания азербайджано-кыргызских документов - ОБНОВЛЕНО + ФОТО
15:44, Сегодня
В Милли Меджлисе прошла встреча с помощниками членов Конгресса США - ФОТО - ОБНОВЛЕНО
15:43, Сегодня
В Нахчыване прошла акция протеста - ВИДЕО
15:39, Сегодня
Короля Саудовской Аравии госпитализировали
15:27, Сегодня
МИД: Азербайджан посредством дипломатии и мультилатерализма продолжает вносить вклад в мир и безопасность
15:25, Сегодня
В Азербайджане за три месяца сгорели 170 автомобилей: в МЧС назвали причины
15:23, Сегодня
Новые кадры из Ханкенди - ВИДЕО
15:19, Сегодня
На некоторых трассах Азербайджана видимость будет ограничена
15:17, Сегодня
Провинцию Ирана затопило - ВИДЕО
15:15, Сегодня
В Конго объявили эпидемию оспы обезьян
15:11, Сегодня
В Шушу на начальном этапе будут переселены 50 семей
15:08, Сегодня
Замешанный в инциденте с поджогом женщины житель Товузского района оказался сыном чиновника
15:00, Сегодня
На открытой местности в бакинском поселке горят бытовые отходы
14:58, Сегодня
На освобожденных территориях Азербайджана впервые пройдет аукцион
14:55, Сегодня
Президент Кыргызстана о строительстве школы в Агдамском районе
14:52, Сегодня
Садыр Жапаров: Декларация закрепляет более глубокий характер стратегических отношений между АР и КР
14:49, Сегодня
В Азербайджане женщина и ее сын совершили мошенничество на крупную сумму - СУД
14:46, Сегодня
К 2026 году в Восточном Зангерзуре планируется построить три города
14:45, Сегодня
Жители массива «Деде Горгуд» жалуются на нескончаемые проблемы с дорогами и канализацией - ВИДЕО
14:40, Сегодня
Айдын Керимов: Шуша станет первым городом в Карабахе, где будут действовать электробусы
14:39, Сегодня
Талех Кязымов обсудил с представителями Минфина США возможности сотрудничества - ФОТО
14:33, Сегодня
В Анкаре проходит III заседание космических агентств тюркских государств - ФОТО
14:31, Сегодня
Бывший главный педиатр Насиб Гулиев покончил с собой - ОБНОВЛЕНО
14:29, Сегодня
Ильхам Алиев поблагодарил Кыргызстан за поддержку в восстановлении освобожденных от оккупации территорий
14:27, Сегодня
Спецпредставитель Президента: В Шуше интенсивно идут работы по восстановлению дорог
14:25, Сегодня
Бывший главный педиатр Насиб Гулиев покончил с собой
14:24, Сегодня
Президент пригласил кыргызского коллегу на СОР29
14:23, Сегодня
Спасатели МЧС вызволили ребенка, оказавшегося запертым в квартире - ВИДЕО
14:21, Сегодня
Каково состояние бывшего азербайджанского нападающего?
14:12, Сегодня
Президент: Торговый оборот между Азербайджаном и Кыргызстаном имеет тенденцию к наращиванию
14:07, Сегодня
Президент: Азербайджан настроен продолжать активное взаимодействие с Кыргызстаном по всем направлениям
14:06, Сегодня
Азербайджан направил гуманитарную помощь пострадавшим от наводнения в Казахстане - ВИДЕО
ЕЖЕДНЕВНО
00:27, Сегодня
Великобритания направит в Польшу истребители Typhoon в 2025 году
00:07, Сегодня
Пентагон призвал Ирак обеспечить безопасность американских сил в республике
00:16, Сегодня
Помощника депутата Европарламента задержали за шпионаж в пользу Китая
00:59, Сегодня
В прошлом году в Иране казнили почти 800 человек - ВИДЕО
01:00, Сегодня
Стало известно время проведения матча за мировую шахматную корону
08:37, Сегодня
Сенат США утвердил законопроект о помощи Украине
08:01, Сегодня
МВФ готов сотрудничать с правительством Азербайджана в подготовке к COP29 - Джихад Азур
08:00, Сегодня
В Казахстане строится завод по выпуску автомобилей Kia
06:31, Сегодня
На автотрассе Баку - Губа грузовик врезался в бетонное ограждение - ВИДЕО
00:48, Сегодня
Главы МИД стран НАТО встретятся в Чехии
ЕЖЕНЕДЕЛЬНО
19 Apr 2024 | 16:50
Восстановление плодородия засоленных почв в Азербайджане станет важным шагом в рамках COP29
19 Apr 2024 | 16:47
Президент Азербайджана и канцлер Германии проведут переговоры в Берлине
19 Apr 2024 | 16:45
СМИ: США могут предоставить Израилю вооружения на более чем 1 млрд долларов
19 Apr 2024 | 16:47
Президент Ильхам Алиев совершит рабочий визит в Москву
19 Apr 2024 | 20:12
Зеленский: Украина может спустить Путина «с неба на землю»
19 Apr 2024 | 21:01
Объявлены результаты выпускного экзамена по уровню общего среднего образования
19 Apr 2024 | 19:39
Подразделения армянской армии выводятся из четырех сел Газахского района
19 Apr 2024 | 19:47
Палата представителей утвердила помощь Киеву и конфискацию активов РФ
19 Apr 2024 | 20:09
Абдоллахиян отрицает ущерб от удара дронов по Исфахану
19 Apr 2024 | 19:06
Завершилась дипломатическая миссия посла Италии в Азербайджане - ФОТО
Ежемесячно
00:27, Сегодня
Великобритания направит в Польшу истребители Typhoon в 2025 году
00:07, Сегодня
Пентагон призвал Ирак обеспечить безопасность американских сил в республике
00:16, Сегодня
Помощника депутата Европарламента задержали за шпионаж в пользу Китая
00:59, Сегодня
В прошлом году в Иране казнили почти 800 человек - ВИДЕО
01:00, Сегодня
Стало известно время проведения матча за мировую шахматную корону
08:37, Сегодня
Сенат США утвердил законопроект о помощи Украине
08:01, Сегодня
МВФ готов сотрудничать с правительством Азербайджана в подготовке к COP29 - Джихад Азур
08:00, Сегодня
В Казахстане строится завод по выпуску автомобилей Kia
06:31, Сегодня
На автотрассе Баку - Губа грузовик врезался в бетонное ограждение - ВИДЕО
00:48, Сегодня
Главы МИД стран НАТО встретятся в Чехии
Писатели