Ermənilərin Sərsəng su anbarının sağ sahilindıə yeni kanal inşa edəcəkləri ilə bağlı yayılan xəbərlər ölkəmizdə ciddi narahatlıqla qarşılanmaqdadır.
Maraqlıdır, Azərbaycan işğaldakı ərazilərdə bu cür layihələri maliyyələşdirən şirkət və fərdlərə qarşı hər hansı qadağa və sanksiya tətbiq edə bilərmi? Bu cür yasaqların gündəmə gəlməsi digər şirkətləri, iş adamlarını da işğaldakı torpaqlarda qanunsuz fəaliyyətdən çəkindirməsi mümkündürmü?
Moderator.az-a açıqlama verən millət vəkili Elman Məmmədov bu problemin ciddi və mürəkkəb olduğunu vurğuladı:
“Düşmənlə iş birliyində olan saysız-hesabsız əcnəbi şirkətlər, firmalar var. Bu gün onlar yalnız Ermənsiatnda deyil, Azərbaycanın ermənilər tərəfindən işağl edilmiş ərazilərində də fəaliyyət göstərirlər. Azərbaycan tərəfi bununla bağlı bəyanatalr səsləndirir, notalar verir, öz etirazını bildirir. Lakin bunun mövcud problemin həllinə təsiri çox az olur. Bəzən bu etirazlara baxır, əməl edirlər. Əksər hallarda isə bnuna əməl etmir, öz işlərini görürlər. Azərbaycan bu məsələdə heç bir dövlətə qadağa qoyta bilmir. Sadəcə olaraq, onlara öz etirazını bildirir. Onların diqqətinə çatdırır ki, bu ərazi bizimkidir. Azərbaycanın icazəsi olmadan kiminsə bu torpaqlara getməsi, orada hansısa fəaliyyət göstərməsi qanuna ziddir. Lakin məsələ burasındadır bu bu gün beynəlxalq qanunlar işləmir. Beynəlxalq hüquq yoxdur. Dünya ədalətsizlik və haqsızlıqla, zorla, güclə idarə olunur. Ona görə də kim nə istəyir edir. Hesab edirəm ki, işğaldakı torpaqlarımız azad edilməyənə qədər bu cür problemlər də öz mövcudluğunu qoruyub saxlayacaq”.
Seymur ƏLİYEV