“Qabaqcıl təhsil sistemlərindən bəhrələnməklə öz milli təhsil modelimizi yaratmalıyıq” – Professor Fərahim Sadıqov
Общество
Читать: 1629
16 Aug 2019 | 13:12
“Qabaqcıl təhsil sistemlərindən bəhrələnməklə öz milli təhsil modelimizi yaratmalıyıq” – Professor Fərahim Sadıqov



Müsahibimiz “Bakı Elm Təhsil Mərkəzi”nin prezidenti, Azərbaycan Universitetinin professoru, pedaqogika üzrə elmlər doktoru, professor Fərahim Sadıqovdur.

 

-Fərahim müəllim, on ildən artıqdır ki, Azərbaycan təhsilində kurikulum sistemi tətbiq  edilir. Bu sistem özünü doğrultdumu?

 

-Sizin sualınıza konkret cavab vermək çətindir. Birincisi ona görə ki, kurikulum təhsili, yəni Milli Kurikulumun tətbiqi ilə bağlı görülən işlər eksperimental xarakter daşımaqla müvəffəqiyyətlə davam edir. Ona görə müvəffəqiyyətlə deyirik ki, Milli Kurikulumla bağlı aktuallıq kəsb edən direktiv sənədlər hazırlanmış, kurikulum təliminə dair həm nəzəri, həm praktik nümunələr  müəyyənləşdirilmiş, fənlərin tədrisi üçün dövlət standartları hazırlanmışdır. Hazırlanan nəzəri materiallar üzrə praktik fəaliyyət proqramı müvəffəqiyyətlə tətbiq olunur. Bu işlər başa çatdıqdan sonra nəticələr təhlil olunacaq və o zaman Milli Kurikulumun özünü doğrultması ilə bağlı fikirlər ortalığa çıxacaqdır.

 

-Milli kurikulumun mahiyyəti, məzmunu, məqsəd və vəzifələri ilə bağlı söylənilən fikirlər Sizi qane edirmi?

-Qane edən tərəflər də var, qane etməyən tərəflər də... Qane eləyən tərəflər ondan ibarətdir ki, Milli Kurikulum materiallarının hazırlanması və tətbiqində iştirak edənlərin fikirləri aydın və konkret olsa da, bu işə uzaqdan baxanların fikirləri dolaşıq, hətta bəzən qeyri-elmi xarakter daşıyır.

 

-Fikrinizə bir qədər aydınlıq gətirə bilərsinizmi?

-Azərbaycanda müstəqillik əldə edildikdən sonra  xalq təsərrüfatının bütün sahələrində olduğu kimi təhsil sahəsində də islahatlar aparılmağa başlandı. Təhsil sahəsində aparılan islahatlar içərisində Kurikulum İslahatları xüsusi yer tutur. Digər ilahatlardan fəqli olaraq bu islahatın adındakı niologizim xarakteri özünü daha qabarıq göstərmiş oldu. Çünki kurikulum anlayışı alınma söz kimi lüğət fonduna yenicə daxil olmuşdur. Başqa sözlə desək, 90-cı illərin əvvəllərindən etibarən bu anlayış dilimizə alınma söz kimi daxil olmuşdur. Kurikulum sözü dilimizə avropa dillərindən keçmişdir. Avropa dillərinə isə latın sözü kimi daxil olmuşdur. Latın sözü olan Kurikulum “kurs” “yol”, “elm”, “istiqamət” mənalarını verir. Bu söz avropa dillərinə 1918-20-ci illərdən etibarən daxil olmuşdur. Alman, İnglis, Fransız, İtalyan, Çex və digər Avropa xalqlarının dillərinə daxil olan kurikulum sözü xalq təsərrüfatının demək olar ki, bütün sahələrində işlənilmişdir. “Kurs” “yol”, “elm”, “istiqamət” mənalarını verən bu söz həm iqtisadçıların, həm kənd təsərrüfatı işçilərin, həm sənaye sahələrində işləyənlərin, hətta hüquq sahəsində çalışanların terminləri sırasına daxil olmuşdur. Sənaye işçilərinin kurikulumu, kənd təsərrüfatı işçilərinin kurukulumu, hüquq işçilərinin kurikulumu, nəhayət təhsil işçilərinin kurikulumu anlayışı meydana gəlmişdir. Avropa ölkələrində təhsil kurikulumları 30-40-cı illərdə tətbiq edilməyə başlansa da 50-60-cı illərdə populyarlıq qazanmışdır. 60-70-ci illərdə isə artıq Amerikada təhsilin kurikulum siyasəti inkişaf edərək formalaşmağa başlamışdır. Deməli, kurikulum sözünü biz olduğu kimi qəbul etmişik. Onun mötərizədə şərhinə izahına heç bir ehtiyac yoxdur. Təəssüflər olsun ki, bir sıra təhsil işçiləri, hətta alimlər kurikulum sözündən sonra mötərizə açaraq “təhsil proqramı”, “tədris proqramı” kimi sözləri də yazırlar. Başqa izahlar da verənlər var. Belə yanaşmalarla razılaşmaq olmaz.

 

-Siz Milli Kurikulum anlayışını işlətdiniz. Xahiş edirəm bu anlayış haqqında ətraflı məlumat verəsiniz.

-Müstəqillik illərindən etibarən ölkəmizdə də kurikulum siyasəti həyata keçirilməyə başlanılmışdır. Ölkəmizdə kurikulum anlayışı təhsil kurikulumu kimi işlənməyə başlansa da sonradan Milli Kurikulum anlayışı da yaranmışdır.

Beynəlxalq miqyasda təhsil kurikulumları xarakterinə görə iki yerə ayrılır. Birincisi, fənyönümlü kurikulumlar, ikincisi isə şəxsiyyətyönümlü kurikulumlar adlanır. Adından məlum olduğu kimi fənyönümlü kurikulumlar mahiyyətinə, məzmununa, məqsəd və vəzifələrinə görə elm sahəsini özündə ehtiva edir. Yəni fənn kurikulumları elmi istiqamətinə uyğun olaraq  mükəmməl anlayışlar sistemini əhatə edir və bu anlayışlar sisteminin məqsədyönlü, planlı və mütəşəkkil mənimsənilməsini özündə ehtiva edir. Fənn kurikulumları ayrı-ayrı fənlər üzrə öyrənənlərə bilik, bacarıq, vərdişlər sistemini aşılamağa xidmət edir. Hansı ki, bu bilik, bacarıq, vərdişlər sisteminin praktik mahiyyət kəsb edən tərəfləri arxa plana keçirilməklə  müvafiq fənlərə aid olan nəzəri biliklərin məzmunu və məlumatlılıq səviyyəsi ön plana keçir. Belə olan təqdirdə praktik mahiyyət və əhəmiyyət kəsb edən  bacarıqların, vərdişlərin və hətta qabiliyyətlərin aşılanması yalnız biliklərin verilməsi fonunda həyata keçirilir. Ona görə ki, tədris olunan fənnin elmi potensialı artır, yüksəlir. Bu cəhət şagirdləri elmi informasiyalarla zənginləşdirir, onların ümumi məlumatlılıq səviyyəsini yüksəldir. Belə bir təqdirdə şagirdlər eyni zamanda özlərini müvafiq bacarıqlara yiyələnməyə də hazırlayırlar.

 

-Elə isə, fənyönümlü kurikulumlardan fərqlənən şəxsiyyətyönümlü kurikulumlara da münasibətinizi bildirməyinizi istərdik.

-Şəxsiyyətyönümlü kurikulumlar şagirdlərin şəxsiyyətyönümlülük səviyyəsinin yüksəldilməsinə xidmət edir. Çünki şəxsiyyətyönümlü kurikulumların əsas məqsədi, yəni ali məqsədi şagirdlərdə ən zəruri həyati bacarıqların və vərdişlərin aşkara çıxarılmasından, onların inkişaf etdirilərək formalaşdırılmasından ibarətdir. Şəxsiyyətyönümlü kurikulumların göstərilən məqsədlərindən irəli gələn bir sıra vəzifələri də vardır. Onlardan biri şagirdlərin gələcək həyat və fəaliyyətində lazım olacaq praktik bacarıqların, vərdişlərin aşkara çıxarılması və onların müvafiq qabiliyyətlər fonunda inkişaf etdirilməsi hesab olunur. İkincisi, həmin bacarıq, vərdişlərin formalaşdırılmasına imkan yaradan müvafiq biliklərin həcminin düzgün müəyyənləşdirilməsi və məqsədyönlü şəkildə tətbiq edilməsidir.

Şəxsiyyətyönümlü kurikulumu səciyyələndirən cəhətlərdən biri də şəxsiyyətyönlü təlim-tərbiyə işlərinin məzmunun yaradılması və yaxşılaşdırılmasından ibarətdir. Bu zaman səriştəyə əsaslanan təlim-tərbiyə işlərinin məzmununun yaradılmasına və yaxşılaşdırılmasına xidmət edən layihələrin hazırlanması vacib hesab olunur. Burada səriştəyə əsaslanan sözünün də aydınlaşdırmağa ehtiyac duyulur. Çünki hər bir müəllim, tərbiyəçi, sinif rəhbəri, fənn müəllimi və təlim-tərbiyə işləri ilə məşğul olan digər mütəxəssislər öz səriştələrinə uyğun olaraq şagirdlərə düzgün yanaşmalı, onlara məqsədyönlü şəkildə təsir göstərməli və onları bir şəxsiyyət olaraq inkişaf etdirməlidirlər. Belə olan təqdirdə şəxsiyyətyönümlü kurikulumların səmərəsini artırmaq olar.

 

-Belə çıxır ki, fənyönümlü və şəxsiyyətyönümlü kurikulum anlayışı ilə yanaşı, Milli Kurikulum anlayışı da müstəqil mahiyyət kəsb edir.

-Fənyönümlü  və şəxsiyyətyönümlü kurikulumlarla yanaşı Milli Kurikulumlar anlayışı da vardır. Fənyönümlü və şəxsiyyətyönümlü kurikulumlar anlayışından  fərqli olaraq Milli Kurikulumlar anlayışında bir dövlətə, bir xalqa məxsus olan milli əlamətləri, milli xüsusiyyətləri, milli koloritə məxsus olan səciyyəvi xüsusiyyətləri özündə ehtiva edən kurikulumlar nəzərdə tutulur. Bu, o deməkdir ki, Azərbaycan Dövlətinin Konstitusiyasına, Təhsil Qanununa və digər konseptual aktlara uyğun olaraq hazırlanan kurikulumlar Milli Kurikulumlar kimi dəyərləndirilir. Hansı ki, bu, Milli Kurikulumlar fənyönümlü və şəxsiyyətyönümlü kurikulumları da özündə birləşdirir. Azərbaycan Respublikasının Milli Kurikulumları hazırlanarkən ümumi müddəalar, ümumi təhsilin məzmunu, ümumi təhsilin idarə olunması, ümumi təhsilin infrastrukturu, ümumi təhsil pilləsində təhsil verənlərin keyfiyyət göstəriciləri, ümumi təhsil pilləsində təhsil alanların bilik, bacarıq və vərdişlərinin səviyyəsi və təhsil proqramı sistemi irəli sürülür.

 

-Bəs, elə isə, şəxsiyyətyönümlü təhsilin məzmunu nədən ibarətdir? Xahiş edirik bu barədə də fikirlərinizi bizimlə bölüşəsiniz?

-Əslində ölkəmizdə həyata keçirilən kurikulum islahatlarında öz əksini tapan şəxsiyyətyönümlü təhsil Azərbaycan Respublikasının Prezidentinin imzası ilə təsdiq olunan başqa bir təhsil direktivində  də yer alır. Başqa sözlə desək “Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda 5 əsas istiqamətlərdən birincisi şəxsiyətyönlü təhsilin yaradılması ideyasıdır. Strategiyada ilk istiqamət olaraq səriştəyə əsaslanan şəxsiyyətyönümlü təhsilin məzmunun yaradılması bütün təhsil işçiləri, xüsusi ilə fənn müəllimlərinin qarşısında mühüm vəzifələr qoyur. Bu vəzifələrin həyata keçirilməsi zamanı hər bir müəllim öz təcrübəsinə, səriştəsinə, yaradıcı yanaşmalarına istinad edərək, hər bir şagirdin bir şəxsiyyət kimi formalaşdırılmasına nail olmalıdır. Tutaq ki, sinif müəllimi öz səriştəsinə əsaslanaraq hər bir mövzunun izahı zamanı şagirdin bir şəxsiyyət kimi formalaşmasını  ali məqsədi hesab etməlidir. Kurikulum təlimində bu məsələ müəllimin kompetensiyalarına əsaslanan təlim hesab olunur. Müəllimin kompotensiyaları deyəndə məhz onun səriştəsi və təcrübəsi fonunda uşaqlara yaradıcı şəkildə yanaşması, onlarda kreativ düşüncə tərzinin formalaşdırılması başa düşülür.

 

-Fərahim müəllim Siz dediniz ki, ümumi təhsil pilləsinin müvəffəqiyyətlə başa çatdırılması üçün dövlət standartları hazırlanmışdır. Bu barədə də fikirlərinizi bilmək istərdik.

-Bəli, Azərbaycan Respublikasının ümumi təhsil pilləsinin dövlət standartları hazırlanmışdır. Bu standartlar hazırlanarkən Azərbaycan Respublikasının Təhsil Qanununda təsbit olunan bəzi müddəalar da nəzərə alınmışdır. Həmin sənədə diqqət etsək görərik ki, dövlət standartları təhsil qanununda öz əksini tapan, yəni qanunda təsbit olunan bir sıra müddəaları (ümumi təhsilin məzmununu; ümumi təhsilin idarə olunmasını; ümumi təhsilin maddi-texniki və tədrisi bazasını; ümumi təhsilin infrastrukturunu; ümumi təhsil sistemində təhsilalanların bilik, bacarıq və vərdişlər səviyyəsini və s.) özündə ehtiva edir. Yaxşı hal odur ki, təhsil standartları müəyyən müddətə müəyyənləşdirilir. Yəni Kurikulum sənədlərində göstərilir ki, təqdim olunan təhsil standartları 5 illik müddət üçün nəzərdə tutulur. Təbii ki, hər bir təhsil standartı müəyyən illərdən sonra yenidən müəyyənləşdirilməli, günün aktual tələblərinə cavab verməlidir.

 

-Siz söhbət əsnasında göstərdiniz ki, Milli Kurikulumun müvafiq prinsipləri də mövcuddur.

-Şübhəsiz, müvafiq prinsiplərə istinad etmədən nailiyyət qazanmaq mümkün deyil. Ona görə də Milli Kurikulumla bağlı sənədlərdə həmin prinsiplər də yer alır. Lakin, bu barədə dərc olunan materiallarda bəzən həmin prinsiplər xüsusiyyətlər kimi də göstərilir. Fikrimizcə,  Milli Kurikulumun prinsiplərini onun xüsusiyyətləri kimi təqdim eləmək olmaz. Məhz ona görə də Milli Kurikulumun əsas prinsiplərini - şəxsiyyətyönümlülük, şagirdyönümlülük, tələbyönümlülük, inteqrativlik, nəticəyönümlülük və qiymətləndirmə prinsipləri kimi göstərmək daha məqsədəuyğundur.  

 

-Mümkünsə, həmin prinsiplərdən bəzilərinin mahiyyəti haqqında fikirlərinizi söyləməyinizi xahiş edirik.

-İlk prinsip kimi şəxsiyyətyönümlülük prinsipini şərh etmək yerinə düşərdi. Biraz əvvəl ətraflı da olmasa şəxsiyyətyönümlü təhsilin məzmunu haqqında məlumat verdik. Milli Kurikulumda şəxsiyyətyönümlülük prinsip kimi verilir, strategiyada isə, şəxsiyyətyönümlü təhsilin yaradılması istiqamət kimi irəli sürülür. Təəssüflər olsun ki, bəziləri, hətta təhsil işçilərinin özləri prinsiplərlə istiqamətlərin və xüsusiyyətlərin sərhədlərini düzgün müəyyənləşdirə bilmirlər. Şəxsiyyətyönümlülük prinsipi deyəndə, təhsil alanın idrak fəallığını yüksəltməklə, ünsiyyət bacarıqlarını formalaşdırmaq və psixomotor fəallığını yüksəltmək nəzərdə tutulur.  Deməli, şagirdlərin şəxsiyyət kimi  formalaşması onların idrak fəallığının artırılmasından onların kreativ bacarıqlarının, yaradıcı qabiliyyətlərinin və psixomotor fəallığa yüksəldilməsi ilə  bağlı onlara məqsədyönlü, planlı və mütəşəkkil təsir  göstərmək lazımdır. Bütün bunlar isə müəllimin  kompotensiya imkanları əhatəsində həyata keçirilməlidir.

Şagirdyönümlülük deyəndə  təhsil prosesində təhsil alanların maraq və meyllərinə, xüsusilə onların mənafeylərinə uyğun olan bütün tələbatların ödənilməsi nəzərdə tutulur. Şagirdlərin maraq və meylləri deyəndə  bir məsələni də yaddan çıxartmaq düzgün sayıla bilməz. Tutaq ki, bir sinifdə təhsil alan 25 şagirdin hər birinin maraqları, meylləri, qabiliyyətləri nəzərə alınmaqla diferensiallaşdırma aparılmalıdır. Belə olan təqdirdə təhsilin müddətinin sonuna qədər hər bir şagirdin  peşəyönümü, ixtisasyönümü motivləşdirilmiş olur.

Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının göstərişləri və sərəncamları əsasında ölkəmizdə modul tipli məktəblərin yaradılmasına rəvac verilmişdir. Deməli, diferensiallaşdırma prosesini həyata keçirməklə modul tipli məktəblərin yaradılması şagirdlərin peşəyönümü, ixtisasyönümü üzrə tənzimləməsi müvəffəqiyyətlə həyata keçiriləcəkdir. Bu o deməkdir ki, yaxın zamanlarda kompetensiyalara əsaslanan modul təlim texnologiyalarının  tətbiqi geniş vüsət alacaqdır.

Nəticəyönümlülük fərz olunan nəticələrin əldə olunması, proqnozlaşdırılan təlimin nailiyyətlərinin müəyyən olunması, inteqrativlik isə təhsil komponentlərinin bir-biri ilə, o cümlədən dövlət direktivləri və həyat hadisələri ilə əlaqələndirilməsi kimi şərh olunmalıdır.

 

-Milli Kurikulumda psixomotor fəaliyyət və taksonomiya da yer alır. Bu barədə nə deyə bilərsiniz?

-Öncə onu demək lazımdır ki, pedaqoji prosesdə şagirdlərə psixoloji cəhətdən düzgün yanaşılmazsa təlim-tərbiyə sahəsində heç bir nailiyyət qazanmaq olmaz. Ona görə pedaqoji prosesdə hər şeydən əvvəl uşaqların psixoloji xüsusiyyətlərinin nəzərə alınması vacibdir. Elmi psixologiyada psixomotor fəaliyyət dedikdə ən zəruri hərəki fəaliyyətlər başa düşülür. Yəni hərəki fəaliyyətin əsas komponenti kimi hərəki vərdişlərə yiyələnmək və hərəki bacarıqları qazanmaq psixomotor fəaliyyətin əsasını təşkil edir. Psixomotor fəaliyyət şagirdlərin həm fiziki sağlamlığının, həm mənəvi inkişafını özündə ehtiva edir. Bu zaman onların fizioloji inkişafını da unutmaq olmaz. Milli Kurikulumda psixomotor bacarıqlar (böyük motor bacarıqları böyük motorika, yəni ümumi bədənin hərəkətləri, o cümlədən qaçmaq, tullanmaq, rəqs etmək və s.);  kiçik motor bacarıqları (yəni motorika bacarıqları, əl hərəkətləri, əl və göz koordinasiyası) nəzərdə tutulur. Bu, o deməkdir ki, pedaqoji prosesdə şagirdlərin psixikasının inkişafı üçün nəzərdə tutulan bir sırta zəruri təmrinlərin həyata keçirilməsi lazımdır.

 

-Bəs onda taksonomiya kurikulumda öz əksini necə tapır?

-Bu barədə də ədəbiyyatda ziddiyyətli fikirlər vardır. Taksonomiya - yunan sözü olub, müvafiq qayda və qanunlar əsasında yerləşdirmə, tənzimləmə mənasını verir. “Taxus” – qayda ilə yerləşmə, “Namos” isə qanun mənasında başa düşülür. Taksonomiya dedikdə, sadədən mürəkkəbə prinsip üzrə zəncirvari, ierarxiya əsasında inkişafı əks etdirən anlayışlar sistemi nəzərdə tutulur.  Təlim məqsədlərinin şəbəkəli və ya sistemli təsnifatına taksonomiya deyilir. Pedaqoji prosesdə təlim məqsədlərinin taksonomiyası tədris prosesinin elmi, pedaqoji, metodik səviyyədə planlaşdırmaq və onun nəticəsini dəyərləndirmək imkanını verir. Təlim məqsədlərinin taksonomiyası şagirdyönümlü işin əsasında qurulur. Bu şərtlə ki, nəticəyönümlü iş prinsipinə  də istinad olunsun. Çünki ibtidaidən aliyə, sadədən mürəkkən iş prinsipinin bu gün zəncirvari, iarexiya əsasında innovativ məzmunda həyata keçirilməsi yaxşı nəticə verə bilər.  Göründüyü kimi burada  şagirdyönümlülük və nəticəyönümlülük prinsiplərinin vəhdətdə götürülməsi ön plana çəkilir. Rusiyalı alim V.Yakiminiskaya “İnkişaf etdirici təlim” modelini hazırlayarkən taksonimiya modelinə istinad etmişdir. Gələcəkdə Milli taksonomiya modelinin hazırlanması daha yaxşı olardı.

-Bu sistemin tənqidçilərinin əsas arqumentlərindən biri də odur ki,  kurikulum orta təhsillə, ali təhsil arasında ciddi problem yaradır. Bu barədə nə deyə bilərsiniz?

-Fikirimizcə, belə yuanaşmanı düzgün hesab etmək olmaz. Çünki orta ümumitəhsillə, ali təhsil arasında ciddi fərqlər var. Yəni orta məktəbdə şagirdlər biliklərin əsaslarına yiyələnirlər, ali məktəb də ixtisas qazanırlar. Bunlar başqa-başqa şeylərdir. Ona görə güman edirik ki, Milli Kurikulum əsasında təhsil alan şagirdlərin ali məktəblərdə heç bir problemi ola bilməz.

-Biz dünyanın təhsil sistemlərindən faydalanıb Azərbaycanın  özünəməxsus  təshsil sistemini  formalaşdırsaq doğru olmazmı?

-Əslində bu gün Azərbaycan təhsili dünya təhsilinə inteqrasiya edir. Lakin bu interasiya o demək deyil ki, biz Dünyanın və Avropanın hansısa təhsil modelini olduğu kimi tətbiq edirik. Vaxtı ilə Sovet höküməti qurulanda Avropadan Almanya təhsil modeli bəyənildi və tətbiq edildi. Lakin tətbiq olunan zaman  həmin model identifikasiya olundu. Müstəqillik dövründə Azərbaycan təhsilinin Avropa və dünya təhsil sisteminə inteqrasiya olunması o deməkdir ki, biz dünyanın inkişaf etmiş ölkələrinin ən qabaqcıl təhsil sistemlərindən bəhrələnməklə öz milli təhsil modelimizi yaratmalıyıq. Aparılan islahatlar da bunu bir daha sübut edir.

 

 

Qadir İbrahimli,

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Beynəlxalq Liberal Maarifçilik Mərkəzi İctimai Birliyinin həyata keçirdiyi layihə çərçivəsində hazırlanıb.

 

 

Похожие новости
00:00, Сегодня
Бывший чиновник намерен вернуть свое имущество стоимостью 43 млн манатов
18 Apr 2024 | 23:59
В Баку мошенник обманул женщину, пожелавшую стать чиновницей
18 Apr 2024 | 23:58
Джон Керри прибыл в посольство Азербайджана в Вашингтоне
18 Apr 2024 | 23:56
Лига конференций: "Фиорентина" обыграла "Викторию Пльзень", "Астон Вилла" обыграла "Лилль" - ВИДЕО
18 Apr 2024 | 23:54
Сегодня пройдет голосование по резолюции о приеме Палестины в ООН
18 Apr 2024 | 23:51
В Иране заблокирован ряд онлайн-магазинов по продаже одежды - ФОТО
18 Apr 2024 | 23:39
Нетаньяху призвал Израиль к единству на фоне "экзистенциальной угрозы"
18 Apr 2024 | 23:15
МИД Венесуэлы осудил незаконную санкционную политику США
18 Apr 2024 | 23:09
Протесты в Тбилиси продолжаются-(видео)
18 Apr 2024 | 23:04
Суд ООН проведет слушания по иску Мексики к Эквадору
18 Apr 2024 | 22:47
Азербайджанский боксер стартовал с победы на чемпионате Европы
18 Apr 2024 | 22:34
Глава Сил обороны Кении погиб в авиакатастрофе- (обновлено)
18 Apr 2024 | 22:28
УЕФА оштрафовал "Барселону"
18 Apr 2024 | 22:22
Хуситы атаковали 98 судов после обострения в секторе Газа
18 Apr 2024 | 22:00
Солнце готовит Земле космический шторм в ближайшие дни
18 Apr 2024 | 21:47
У берегов Мексики зафиксировали сильное землетрясение
18 Apr 2024 | 20:53
Власти Украины приговорили Анатолия Карпова к 15-ти годам тюрьмы
18 Apr 2024 | 20:48
Партнеры по НАТО могут поставить Украине шесть систем Patriot
18 Apr 2024 | 20:46
Заседание Совета Украина-НАТО пройдет 19 апреля на уровне министров обороны
18 Apr 2024 | 20:40
Фон дер Ляйен: Отток капитала из ЕС составляет €300 млрд в год
18 Apr 2024 | 20:35
В России хотят усилить войска в Украине бездомными собаками
18 Apr 2024 | 20:25
Макрон: ЕС выступает за введение новых санкций против Ирана и России
18 Apr 2024 | 20:23
Столтенберг ждет, что Украина сама обеспечит себя войсками
18 Apr 2024 | 20:21
В борьбе с тиктокерами полиции следует обратить внимание на пропаганду разврата
18 Apr 2024 | 20:17
Менингит всего за сутки погубил 17-летнюю испанскую спортсменку
18 Apr 2024 | 20:17
Луи Боно находится с визитом в Грузии
18 Apr 2024 | 20:12
Казахстан запретил импорт авиатоплива
18 Apr 2024 | 20:02
Шахин Аббасов зарезал москвича ударом в пах за замечание о парковке
18 Apr 2024 | 20:01
ВОЗ: Более 25 тыс. человек заболели холерой в марте текущего года
18 Apr 2024 | 19:53
Украина блокирует пророссийские TikTok-каналы
18 Apr 2024 | 19:45
Предотвращено покушение на Зеленского
18 Apr 2024 | 19:42
«Карабах» улучшил положение в мировом рейтинге
18 Apr 2024 | 19:41
Генсек ООН призвал не допустить эскалации в Красном море
18 Apr 2024 | 19:37
Индия передумала строить свои корабли в Турции
18 Apr 2024 | 19:34
На севере Турции произошло землетрясение магнитудой 5,6
18 Apr 2024 | 19:29
В Гаджигабуле задержан наркокурьер
18 Apr 2024 | 19:16
При TƏBİB создан Республиканский центр педиатрии, назначен директор
18 Apr 2024 | 19:14
В Баку состоялся показ документального фильма о литовском моряке "Прыжок"
18 Apr 2024 | 19:14
Во Франции совершено нападение с ножом: ранены дети
18 Apr 2024 | 19:10
"Галатасарай" ищет альтернативу Мауро Икарди
18 Apr 2024 | 19:05
Аргентина заявила о намерении стать глобальным партнером НАТО
18 Apr 2024 | 19:04
Российская военная база в Армении подверглась кибератаке
18 Apr 2024 | 19:01
Новая угроза в связи с наводнением в Иране: берегитесь крокодилов! - ВИДЕО
18 Apr 2024 | 18:54
Новый председатель Госкомитета принял посла Турции
18 Apr 2024 | 18:52
Вагит Алекперов возглавил рейтинг богатейших миллиардеров России
18 Apr 2024 | 18:47
МИД Армении: На брюссельской встрече не было секретной повестки
18 Apr 2024 | 18:45
Брат жестоко убитой в Казахстане Салтанат Нукеновой дал эксклюзивное интервью Baku TV - ВИДЕО
18 Apr 2024 | 18:41
Байден: США с союзниками вводят санкции против Ирана
18 Apr 2024 | 18:39
Экс-министра обороны Армении оставили под арестом
18 Apr 2024 | 18:26
Во сколько обходится тонировка автомобильных стекол? - ВИДЕО
18 Apr 2024 | 18:07
Президент Грузии прокомментировала митинги в стране против закона об иноагентах
18 Apr 2024 | 17:59
В ЕС призвали сделать ограничение поставок Ирану компонентов для дронов
18 Apr 2024 | 17:58
Двойное налогообложение доходов между Азербайджаном и Турцией будет отменено
18 Apr 2024 | 17:53
В Астаринском районе арестован автохулиган - ФОТО
18 Apr 2024 | 17:50
Британия расширила на 13 позиций санкционный список по Ирану
18 Apr 2024 | 17:47
Дело женщины, обвиняемой в убийстве супруга, переквалифицировано
18 Apr 2024 | 17:46
Очевидец резни в Башлыбеле: На моих глазах убили мать и сестру - ВИДЕО
18 Apr 2024 | 17:44
Число заявок на пособие по безработице в США составило 212 тыс.
18 Apr 2024 | 17:39
Оппозиция Грузии объявила «полную мобилизацию» из-за закона об иноагентах
18 Apr 2024 | 17:35
Изучены опубликованные в социальных сетях кадры мужчины, который бегал по улице нагишом - ВИДЕО
18 Apr 2024 | 17:34
Иран пригрозил ударить по ядерным центрам Израиля
18 Apr 2024 | 17:30
Аэропорт Дубая вернется к полноценной работе в течение 24 часов
18 Apr 2024 | 17:29
В столице выявлены случаи незаконного использования воды - ФОТО
18 Apr 2024 | 17:29
В Гаджигабуле поезд насмерть сбил женщину
18 Apr 2024 | 17:22
Почему на имущество Рагсаны Исмайыловой наложен арест?
18 Apr 2024 | 17:21
Генпрокурор Азербайджана находится с визитом в Китае
18 Apr 2024 | 17:19
Рейтинг Сунака упал до рекордно низкого уровня среди премьеров Британии за 46 лет
18 Apr 2024 | 17:17
Посол США: С нетерпением ждем дня, когда территория Азербайджана будет очищена от мин
18 Apr 2024 | 17:13
Определен окончательный обвинительный акт по делу Губада Ибадоглу
18 Apr 2024 | 17:13
Байден обвинил каннибалов в пропаже тела своего дяди - ВИДЕО
18 Apr 2024 | 17:08
Военный атташе США в Армении посетил Гюмри
18 Apr 2024 | 17:02
Ким Чен Ын активно пользуется подарком Путина
18 Apr 2024 | 16:53
Новый подводный дрон США сможет "кормить" себя самостоятельно - ВИДЕО
18 Apr 2024 | 16:37
Квентин Тарантино отказался снимать свой финальный фильм с Брэдом Питтом
18 Apr 2024 | 16:20
Польские фермеры возобновили протесты на границе с Украиной
18 Apr 2024 | 15:52
СМИ: США одобрили операцию Израиля в Рафахе за отказ бить по Ирану
18 Apr 2024 | 15:41
Мустафаев: Армения использовала неподтвержденные данные и неверные трактовки в качестве доказательств
18 Apr 2024 | 15:39
МИД Германии вызвал посла РФ после задержания подозреваемых в шпионаже
18 Apr 2024 | 15:35
В Иране диктор подвергся нападению за лозунг "Да здравствует Азербайджан!" - ВИДЕО
18 Apr 2024 | 15:26
Украина запросила аварийную помощь из Европы из-за дефицита в энергосистеме
18 Apr 2024 | 14:56
В Тебризе арестован национальный активист - ФОТО
18 Apr 2024 | 14:53
Захарова: Москва сделала все возможное для урегулирования отношений между Баку и Ереваном - ВИДЕО
18 Apr 2024 | 14:14
Буркина-Фасо высылает троих французских дипломатов
18 Apr 2024 | 13:47
Госфонд отреагировал на распространяемые в соцсетях сообщения о задержке выплаты пенсий в Азербайджане
18 Apr 2024 | 13:27
Деятельность совместного российско-турецкого мониторингового центра в Агдаме будет прекращена
18 Apr 2024 | 13:15
Евросоюз договорился о введении новых санкций против Ирана
18 Apr 2024 | 13:06
Китайские хакеры атаковали владельцев iPhone?
18 Apr 2024 | 12:44
В Индонезии из-за извержения вулкана Руанг закрыли аэропорт в Манадо - ФОТО/ВИДЕО
18 Apr 2024 | 12:30
Азербайджанская певица вышла замуж - ФОТО/ВИДЕО
18 Apr 2024 | 12:25
Европейский инвестбанк предоставит помощь в 560 млн евро на восстановление Украины
18 Apr 2024 | 12:18
Семь человек погибли в Казахстане в результате наводнения
18 Apr 2024 | 12:15
Инженер Boeing рассказал Конгрессу США о риске авиакатастрофы
18 Apr 2024 | 12:12
В Азербайджане 21 апреля выпускные экзамены сдадут более 46 тыс. учащихся
18 Apr 2024 | 12:03
Лига конференций УЕФА: сегодня пройдут ответные игры 1/4 финала - АФИША
18 Apr 2024 | 12:02
Презентована новая версия азербайджанской евровидийной песни "Özünlə apar" - ВИДЕО
18 Apr 2024 | 11:57
На выезде с Бакинского автовокзала на Кольцевую дорогу движение транспорта будет ограничено
18 Apr 2024 | 11:44
Пашинян: Отказ Еревана от делимитации границ с Баку вызовет напряженность в регионе
18 Apr 2024 | 11:44
Вице-канцлер Германии прибыл с необъявленным визитом в Киев
18 Apr 2024 | 11:08
Полузащитник "Реала" Вальверде: "Манчестер Сити" играет в футбол лучше нас
18 Apr 2024 | 11:01
В Азербайджане будет продаваться обогащенная железом мука
ЕЖЕДНЕВНО
18 Apr 2024 | 09:35
Госдеп прокомментировал вывод росмиротворцев из Карабаха
18 Apr 2024 | 10:00
В Кыргызстане перестал открываться TikTok
18 Apr 2024 | 02:54
Пашинян: Близость Азербайджана должна воодушевлять армян
18 Apr 2024 | 10:13
В Ханкенди обнаружено оружие и боеприпасы
18 Apr 2024 | 10:16
Air Arabia возобновила полеты из аэропорта Шарджи
18 Apr 2024 | 09:04
На каких улицах столицы наблюдаются транспортные заторы? - СПИСОК + ФОТО
18 Apr 2024 | 09:45
Турнир претендентов: Абасов проиграл Фируздже
18 Apr 2024 | 09:35
В Баку столкнулись грузовик и легковой автомобиль, есть погибший
18 Apr 2024 | 09:11
Азербайджанская нефть подешевела
18 Apr 2024 | 09:37
Президент Узбекистана прибыл с госвизитом в Душанбе
ЕЖЕНЕДЕЛЬНО
15 Apr 2024 | 19:28
Во Франции не исключили ядерного удара по Ирану
15 Apr 2024 | 19:34
Минная проблема Азербайджана обсуждена на международном симпозиуме
15 Apr 2024 | 22:10
В Госдепе заявили, что США изучают варианты ужесточения санкций против Ирана
15 Apr 2024 | 20:01
В отношении ресторана, вызвавшего недовольство жителей, приняты меры - ВИДЕО
15 Apr 2024 | 19:41
Скончалась педагог UNEC - ФОТО
15 Apr 2024 | 19:36
Почему в столичном поселке не вывозят мусор? - ФОТО
15 Apr 2024 | 22:03
В Сабунчинском районе устранили антисанитарную обстановку - ОБНОВЛЕНО + ФОТО
15 Apr 2024 | 21:53
В ЦАХАЛ пообещали ответить на атаку Ирана
15 Apr 2024 | 19:32
Tesla сократит более 10% персонала
16 Apr 2024 | 12:28
Продлен срок выплаты надбавок к зарплате медработников, оказывающих услуги пациентам с COVID-19
Ежемесячно
18 Apr 2024 | 09:35
Госдеп прокомментировал вывод росмиротворцев из Карабаха
18 Apr 2024 | 10:00
В Кыргызстане перестал открываться TikTok
18 Apr 2024 | 02:54
Пашинян: Близость Азербайджана должна воодушевлять армян
18 Apr 2024 | 10:13
В Ханкенди обнаружено оружие и боеприпасы
18 Apr 2024 | 10:16
Air Arabia возобновила полеты из аэропорта Шарджи
18 Apr 2024 | 09:04
На каких улицах столицы наблюдаются транспортные заторы? - СПИСОК + ФОТО
18 Apr 2024 | 09:45
Турнир претендентов: Абасов проиграл Фируздже
18 Apr 2024 | 09:35
В Баку столкнулись грузовик и легковой автомобиль, есть погибший
18 Apr 2024 | 09:11
Азербайджанская нефть подешевела
18 Apr 2024 | 09:37
Президент Узбекистана прибыл с госвизитом в Душанбе
Писатели