Əslində mən jurnalist deyiləm...Heç hərbi ekspert vəzifəsini də daşımıram .Mən sadəcə ehtiyatda olan bir zabitəm.Mediada hərbi mövzulara rast gəldikdə çox həssaslıqla oxuyuram və bir zabit olaraq fikrimi bildirirəm.
Son zamanlar bir neçə yazımlarımla mətbutda çıxış etmişəm.Məqsədim bu yazılarda reallıqıarı əks etdirmək və daxilimdən gələn hissləri xalqımıza çatdırmaq olub.Bilmirəm buna nail olmuşam ya yox ,amma hesab etmişəm ki,həqiqət paradiqması öz yerini nə vaxtsa tapmalıdır.
Təhsil sahəsinin hərbi sektorunda işlədiyimə və gənc nəslin Hərbi Vətənpərvərlik tərbiyəsi ilə məşğul olduğuma görə Silahlı Qüvvələrdə ordumuzun və xüsusi ilə Dövlət Sərhəd Xidmətinin uğurlarından yazmaq istəyirəm.Bu yazımda özümün iştirak etdiyim və gözümün şahidi olduğu bir səfərdən yazacam.Artıq 27 ildir ki, dövlətimiz erməni-faşist təcavüzünə məruz qalıb.Silahlı Qüvvələrimizin fədakar hərbi qulluqçuları düşmənə mətinliiklə cavab verir və bu təxribatların qarşısını alırlar.Son günlər media gündəmində Dövlət Sərhəd Xidmətinin qərb bölgəsində əldə etdiyi nailiyyətləri xüsusi yer alıb.Sözsüz ki,bu nailiyyətlər asanlıqla əldə edilməyib,yalnız DSX-nin əsgərindən tutmuş generalına kimi gördükləri planlı,sistemli işlərin nəticəsi olub.Keçək əsas məqama...
Əvvəlki yazılarımda qeyd etmişdim ki, Dövlət Sərhəd Xidməti ictimaiyyət üçün hər zaman şəffav və açıq qürumdur. Məhz Dövlət Sərhəd Xidməti rəhbərliyinin təşəbbüsü ilə bir qrup müharibə veteranı ,hərbi ekspertlər və jurnalistlər üçün Qazax və Ağstafa rayonlarında döyüş növbəsini həyata keçirən bölmələrinə səfər təşkil edildi. Bu səfər qrupunun tərkibinə mən də daxil edildim. Biz DSX-nin məsul zabitləri ilə döyüş bölgəsinə yola düşdük. Helikopterdən düşən kimi birbaşa döyüş mövqeyinə getdik(müəyyən səbəblərə görə döyüş mövqelərinin və ərazilərin adlarını yazmıram).
İlk gəldiyimiz döyüş məntəqəsi bu yaxınlarda düşmən təxribatının qarşısını alarkan, DSX-nin düşmənə qarşı adekvat hərəkətləri nəticəsində irəliyərək mühəndis -istehkam işlərinin uğurla görülən postlarından biri idi.Nəzərinizə çatdırım ki,ermənilərin gördükləri mühəndis işləri və öz postlarını önə çəkmək məqsədi daşıyıb və bölmələrimiz təxribatlara cavab verib. Məhz Dövlət Sərhəd Xidmətinin rəhbərliyi bu təxribatı vaxtında aşkarlayaraq qarşı tərəfə qazıntı işlərinin aparmasına mane olub və ermənilərin bu mənfur təxribatının qarşısını alıb..Nəticədə ermənilər iri çaplı silahlardan istifadə edərək Dövlət Sərhəd Xidmətinə məxsus texnikalara və əsgərlərimizə atəş açıblar. Çətin və deyərdim ki, ağır relyefi olan bir ərazidə əsgərlərimiz mətinliklə mühəndis işlərini gecə -gündüz uğurla həyata keçirmiş və erməni postlarına yaxınlaşaraq vizual nəzarətə götürmüşlər.
Bizə həmin mövqelər nümayiş etdirildi və biz işlərin necə də çətin şəraitdə aparıldığının şahidi olduq.Sonra qrupumuz bir neçə mətəqədə oldu və əsgərimizin məişət ,gigiyena şəraitləri ilə tanış edildi.Gördüyümüz mənzərə sevindirici idi. Zabit,gizir və əsgərlərimizin zahiri görünüşünə baxdıqda elə bil ki, çətin şəraitdə ,ön mövqedə xidmət aparan hərbiçi təsəvvürünü yaratmırdı.Yəni hərbi qulluqçularımızın təmiz ,pak geyimi,yataq ,qida və sanitar qovşaqlarının müasir standartlara uyğun olması bizdə ancaq sevinc hissləri yaradırdı.
Yeni tikilmiş və istifadəyə verilmiş kazarmalarda yataq yerləri ,yeməkxana və digər məişət otaqları sanki göz oxşayırdı.Bundan əlavə bizi müşayət edən yüksək çinli zabitlər bu şəraitin qısa bir zamanda qurumasını və həyata keçirilməsini qeyd etdilər.Biz digər ərazilərdə də olduq və bir daha əmin olduq ki,DSX-nin döyüş növbəsini çəkən bütün hərbi qulluqçularına yüksək səviyyədə şərait yaradılıb. Hətta zabit və gizir ailələrinin yaşaması üçün evlər istifadəyə verilib.Hesab edirəm ki,bu işlərin yüksək səviyyədə görülməsi DSX rəhbərliyinin başda DSX rəisi general polkovnik Elçin Quliyevin qətiyyəti və əzmkarlığı nəticəsində həyata keçirilmişdir.
Səfər barəsində çox yaza bilərdim .Lakin yüz yazmaqdansa bir görmək kifayət idi ki,əsgər balalarımızın bu istiqamətdə necədə şərəfli xidmət aparmalarının şahidi olasan..Bir onu bilirəm ki,əsgərlərimizin vicdanlı ,məsuliyyətli və ləyaqətli xidmət aparmaları üçün əsas təşkilati işi DSX rəhbərliyi yorulmadan yüksək səviyyədə həyata keçirmişdir. Hətta əsgərlərimizlə söhbət əsnasnda bildirdilər ki, DSX generalları, yüksək rütbəli zabitlər gecə-gündüz onların yanındadırlar.Bu da oz növbəsində əsgərlərimizdə DSX rəhbərliyinə böyük inam və arxayınçılıq hisslərinin bariz nümunəsi idi.
Bir sözlə biz bu səfərdə sərhədçilərimizlə qürur duyduq. Azərbaycan ordusunun hər gün gücləndiyini gördükçə insanın qəlbi fərəh hissi ilə dolur-daşır. Fərq etməz, istər Müdafiə Nazirliyi, istərsə də Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi, diqqəti və zəhməti sayəsində böyük uğurlar qazanaraq və düşmən üzərində qələbəni təmin edəcəklər. Biz bunu gördükvə bir daha əmin olduq.
Ehtiyatda olan polkovnik -leytenant Mürsəl Qurbanov