“Hakimiyyət təşvişə düşüb, panikadadır”¦”
Опрос
Читать: 9297
24 Jun 2013 | 11:01
“Hakimiyyət təşvişə düşüb, panikadadır”¦”

"Rusiyaya qarşı mənasız təbliğatı dayandırmaq lazımdır" 

Seçki yaxınlaşdıqca ölkədə siyasi ehtirasların artması müşahidə olunur. Hakimiyyət ölkədaxili və xarici təzyiqlərin artmasına siyasi opponentlərinə qarşı repressiyaları gücləndirməklə cavab verir. Başqa bir tərəfdən hazırda hakimiyyət düşərgəsində baş verənlər də maraq doğurur. Belə ki, bir müddət əvvəl YAP prezident seçkilərində çıxış edəcəyi rəsmi namizədini elan etsə də, hakim ailədən daha bir şəxsin - Mehriban Əliyevanın adı namizəd kimi hallanır. Ona görə bir çox ekspertlər iqtidarın 2003-cü il ssenarisi üzrə hərəkət etmək niyyətində olduğunu düşünür.

Moderator.az Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun "Azadlıq"a müsahibəsini olduğu kimi təqdim edir:

 - Rüstəm bəy, ABŞ səfərinizin yekunlarını necə dəyərləndirirsiniz? Yerli mətbuatın bu görüşlərə bir qədər az diqqət göstərdiyini söyləmisiniz? 

- ABŞ-a səfərim və görüşlərim yüksək səviyyədə keçdi. Qrafik əvvəlcədən tutulmuşdu. Mən Amerikada da tanınmış adamam. Dövlət Departamentinin rəsmiləri ilə iki görüşüm oldu. Dövlət Departamentində təmasda olduğum ilk şəxs dövlət katibi Con Kerrinin müavini oldu. Bu görüşdə Bakıya səfər edən Tomas Melia və Dövlət Departamentində çalışan şöbə müdirləri də iştirak edirdi. Məni sevindirən əsas məqam odur ki, Azərbaycanda olan vəziyyət ABŞ rəsmilərinin diqqətinə çatdırıldı. Onlar Azərbaycandakı situasiyanı diqqətlə izləyirlər, proseslərin içindədirlər, baş verənlərin xırda detallarına qədər necə cərəyan etdiyini gözəl bilirlər.

- Rüstəm bəy, belə bir məlumat yayılıb ki, Milli Şura rəhbərliyinə ABŞ və başqa xarici ölkələrə səfər etməklə bağlı dəvət gəlib?

- Beynəlxalq təşkilatlar Milli Şuranı tarixi hadisə kimi qəbul edirlər. Onlar gözəl bilirlər ki, 20 il müddətində müxalifət birləşmək istəyirdi, amma bu alınmırdı. Nəhayət, uzun sürən səylərdən sonra müxalifət geniş koalisiyada birləşdi. Ona görə də beynəlxalq aləm Milli Şuranın yaranmasına bu cür vasitələrlə, dəvətlərlə dəstək vermək istəyirlər. Etiraf olunur ki, müxalifətin gələcək potensialı böyükdür. Ona görə hadisələrin hansı istiqamətdə  cərəyan edəcəyi ilə yaxından maraqlanırlar.

 “Hakimiyyət səfərlərimi pozmaq üçün əlindən gələni edir”

 - Sizin Avropa ölkələrinə də səfəriniz nəzərdə tutulub. Bu səfərlər nə zaman reallaşacaq və hansı ölkələri əhatə edəcək?

 - Bəli, belə planlarımız var. Məhz bu səfərlər üzündən Bakıya qayıdışım ləngiyir. Hazırda səfərlərin təşkili ilə bağlı gərgin iş gedir. Cədvəl belədir ki, ya gələn ayın əvvəli, ya da 15-dən sonra bu səfərləri reallaşdırmalıyam. Belə düşünürəm ki, Avropa ölkələrinə səfərlərim iyulun 15-dən sonra reallaşacaq.

 - Səfərlərin proqramı bəllidirmi? Kimlərlə görüşləriniz nəzərdə tutulub?

 - Hələlik bu istiqamətdə çalışmalarımız davam edir. Brüsselə, Strasburqa, Berlinə səfərlərim nəzərdə tutulub. Proqramı tam dəqiqliyi ilə hələlik deyə bilmərəm. Digər tərəfdən bu barədə informasiya verməyin mənası yoxdur. Çünki hakimiyyət səfərlərimi pozmaq üçün əlindən gələni edir.

 - Milli Şuranın qarşıdakı aylarda fəaliyyəti ilə bağlı hansı planlarınız var, hansı addımlar atılacaq?

 - Milli Şuranın ilk sessiyasında elan olunan bəyanatı var. Bəyanatda atılacaq addımlar, gələcək planlarımız, fəaliyyət istiqamətimiz əksini tapıb. Eyni zamanda Milli Şuranın ilk sessiyasına mən məktub ünvanlamışam. Həmin məktub mətbuatda artıq dərc olunub. Addım-addım hansı qərarları qəbul edəcəyimiz həmin məktubda da əksini tapıb. Mən sözümdən qaçmıram. Milli Şuraya ünvanladığım məktubda dediklərimin arxasındayam, hər bir bəyanatım qüvvəsindədir.

 “İqtidarın davranışlarını proqnozlaşdırmaq olmaz”

 - Dövlət başçısı İlham Əliyev Brüsselə səfərində Avropa Birliyinin rəhbərliyi ilə görüşü zamanı müəyyən vədlər verib. Dövlət başçısı bəyan edib ki, seçki zamanı hər bir namizəd üçün bərabər şərait yaradılacaq. Ölkədəki bugünkü situasiyanı dəyərləndirsək, bu bəyanatları necə qiymətləndirmək olar?

- Bu bəyanatlar doğru çıxarsa, yalnız şad olaram. Amma mən bu bəyanatların doğru çıxacağına inanmıram. Biz əlimizdən gələni etməliyik. Mənə də ABŞ-da görüşlərim zamanı normal seçkinin təmin olunması, saxtalaşdırmaya yol verilməməsi üçün əllərindən gələni edəcəklərinə söz veriblər.

- Avropa Parlamentinin bir neçə gün əvvəl kifayət qədər sərt qətnaməsi qəbul olundu. Sənəddə Azərbaycanda insan haqlarının vəziyyətinə, demokratiyanın durumuna görə hakimiyyət ciddi tənqid olundu. Seçki ərəfəsində belə bir addımın atılmasını necə qiymətləndirmək olar?

- Avropa Parlamentinin Azərbaycanla bağlı sənədini yüksək dəyərləndirirəm. Görək bu sənədi iqtidar necə qəbul edir. Beynəlxalq tələblərin yerinə yetirilməsi çox vacib məqamdır. Iqtidarın özünü necə aparacağını heç kəs bilmir. Partiya liderlərinin rayonlara səfər etməsinə hələ də imkan vermirlər. Seçki öncəsi vəziyyətin dəyişib-dəyişməyəcəyi sual altındadır.

“Əli İnsanovun bəyanatından çox şadam”

- Sabiq səhiyyə naziri Əli İnsanov həbsdən Milli Şuraya dəstəyini ifadə edib. Belə bir təşkilatın yaranmasını tarixi hadisə kimi qiymətləndirərək Milli Şuranın ölkədə demokratiya uğrunda mübarizəyə töhfə verəcəyini düşünür?

- Belə bir bəyanatın, dəstəyin verilməsinə çox şadam. Əli İnsanov görkəmli alimdir. Düşünürəm ki, onu günahsız olaraq azadlıqdan məhrum ediblər. Əli İnsanovun çox tərəfdarları var. Düşünürəm ki, onun bu dəstəyi seçkilərdə yardımçımız olar. Biz dəfələrlə demişik ki, Əli İnsanov azadlığa buraxılmalıdır və bu istiqamətdə əlimizdən gələni etmişik.

“Akif Muradverdiyev haqsız yerə tutulub”

 - Əli İnsanovun bəyanatından dərhal sonra Prezidentin İşlər İdarəsinin sabiq rəisi Akif Muradverdiyev ölkəni tərk etmək istəyərkən hava limanında həbs olundu. Belə dəyərləndirilir ki, Akif Muradverdiyevin həbsi ilə Əli İnsanovun bəyanatıyla əlaqəlidir.

- Mən Akif Murdaverdiyevlə iki dəfə görüşmüşəm. O çox yaxşı, insanpərvər adamdır. O, Prezidentin İşlər İdarəsinin rəhbəri olarkən görüşmüşük. Akif Muradverdiyevə qarşı vaxtı ilə dövlət çevrilişi ittihamı irəli sürülmüşdü. Bu alınmadığına görə sonra başqa bir qondarma ittihamlar səsləndirildi. Hazırda Akif Muradverdiyevi şəxsi əşyalarının içinə qızıl sikkələr qoyaraq həbs ediblər. Mən inanmıram ki, Akif Muradverdiyev kimi ağıllı adam belə bir addım atsın. Düşünürəm ki, bu dəfə də Akif Muradverdiyev haqsız yerə tutulub. Amma budəfəki həbsin Əli İnsanovun bəyanatı və ya başqa səbəblərlə bağlı olduğunu dəqiq deyə bilmərəm. Çünki bizim iqtidarın min cür səbəbi ola bilər.

- İsa Sadıqov da Azərbaycanda baş verənlərlə bağlı fikrini ifadə edərək, Milli Şuraya üzv olmaq niyyətini açıqlayan zaman ona qarşı həbslərə başlanıldı. Onun barəsində on il əvvəl baş verən hadisəyə görə cinayət işi qaldırılıb. Qurban Məmmədov da fikirlərini açıq şəkildə ifadə etdiyinə görə həbsdədir. Cəmiyyətin aktivliyini bu cür vasitələrlə almaq mümkündürmü? Belə bir siyasətin yürüdülməsi hakimiyyətə nə vəd edir?

- Hakimiyyət təşvişə düşüb, panikadadır və buna görə bilmir nə etsin. Milli Şura hökumət üçün hansı təhlükəni yaradır? Azərbaycanda bir balaca demokratiya olsaydı, iqtidar özü ölkəmizdə belə bir mütərəqqi təşkilatın yaradılmasını dəstəkləməli idi. Milli Şura şəffaf və ədalətli seçkilər uğrunda mübarizə aparır. Mən ABŞ-dakı görüşlərimdə də bəyan etdim ki, əgər seçkilər normal keçərsə və hazırkı prezident seçilsə, biz onu qəbul edəcəyik. Çünki biz demokratiyaya tabe olan adamlarıq. Əsas odur ki, seçki şəffaf keçsin və saxtakarlıq olmasın. Görünür, hakimiyyət buna görə qorxuya düşüb. Ona görə kim Milli Şuraya dəstəyini ifadə edirsə,  onu dərhal həbsə atırlar. Bu addımlar hamısı insanlarda qorxu hissini yaratmağa hesablanıb.

- Maraqlıdır ki, hakimiyyət ölkədə baş verən ədalətsizliyin, sosial-iqtisadi problemlərin fonunda bəyan edir ki, cəmiyyətin böyük əksəriyyəti onu dəstəkləyir. O zaman hakimiyyətdəki hazırkı təşviş nədən qaynaqlanır?

- Hakimiyyət başa düşür ki, son illər Azərbaycan xalqı iqtidardan, güzəranından çox narazıdır. Xalq görür ki, 1993-cü ildən bu günə qədər bir normal seçki keçirilməyib.

Xalq 20 ildir ki, əsas Konstitusiya hüququ olan iqtidarı seçmək hüququndan məhrumdur. Bu imkanı onun əlindən alırlar. Əgər hakimiyyət növbəti dəfə bu seçkini saxtalaşdırsa, xalq narazılığını bildirə və ictimai partlayış baş verə bilər. Mən də dəfələrlə bildirmişəm, istəməzdim ki, sosial partlayış olsun. Çünki onun çox pis nəticələri olur  ki, illərlə onu aradan qaldırmaq mümkün olmur.

 “İyulun sonuna qədər vətənə dönməyi planlaşdırıram”

 - Rüstəm bəy, hakimiyyətyönlü bir partiya  YAP-ın yeni seçilmiş sədr müavini Mehriban Əliyevanın prezidentliyə namizədliyini irəli sürüb. Bu addım nədən xəbər verir?

- Bu barədə heç nə deyə bilmərəm. Çünki hələlik hakimiyyət hazırkı dövlət başçısının namizədliyini irəli sürüb. Kimsə də Mehriban Əliyevanın namizədliyi ilə çıxış edib. Bu onların hüququdur. Amma inanmıram ki, hər iki namizəd seçkilərdə iştirak etsin. Düşünürəm ki, bu qeyri-mümkündür.

- Amma 2003-cü ildə belə bir təcrübə sınaqdan çıxarılmışdı. O zaman YAP Heydər Əliyevin, vətəndaşların təşəbbüs qrupu isə İlham Əliyevin namizədliyini irəli sürmüşdü. Sonradan Heydər Əliyev namizədliyini İlham Əliyevin xeyrinə geri götürdü.

- Yalnız son anda Heydər Əliyev səhhətində yaranan problemlər üzündən namizədliyini İlham Əliyevin xeyrinə geri götürdü. Bu dəfə hadisələrin necə cərəyan edəcəyini demək çətindir. Seçkilərdə hansı addımı atacaqlarını hakimiyyətdən soruşmaq lazımdır.

- Ã–lkəyə qayıdışı nə zamana planlaşdırırsınız?

- Xarici səfərlərim iyulun sonuna qədər reallaşmalıdır. Avqustun əvvəlində isə namizədlərin rəsmən elan olunması müddəti başlayacaq. Ona görə bu prosesdən əvvəl vətənə dönməliyəm. Vətənə dönüşüm xarici səfərlərin müddətindən  də asılı olacaq. Amma iyulun sonuna qədər vətənə dönməyi planlaşdırıram.

“Abbas Abbasov çox gözəl təşkilatçıdır”

- Hakimiyyət mətbuatında Abbas Abbasova qarşı yürüdülən təbliğat kampaniyasını necə dəyərləndirirsiniz. Bildiyiniz kimi bu təbliğat kampaniyası Abbas Abbasovun iqtidarın ünvanına sərt mesajlar ünvanlanmasından sonra start götürdü?

- Abbas Abbasov çox dəyərli şəxsiyyətdir. Abbas Abbasovun Rusiyada yaşayan azərbaycanlılara böyük dəstəyi var. O, çox gözəl təşkilatçıdır. Onun qısa müddət ərzində gördüyü işləri on illər boyunca heç kəs görə bilməyib. Bu mənada mən onu yüksək qiymətləndirirəm. Amma Abbas Abbasov Azərbaycanın daxili işlərinə qarışmır. Onun fəaliyyəti əsasən Rusiyada yaşayan azərbaycanlılar, diaspora ilə bağlıdır. Ona görə ona qarşı kampaniya aparılmasının səbəblərini anlamıram. Başqa bir tərəfdən axı Abbas Abbasov haqlı olaraq deyir ki, 3 milyona yaxın azərbaycanlı çörəkpuluna görə Rusiyaya gəliblər. Hər həftə soydaşlarımızın hər biri Azərbaycana 100 dollar göndərsə, bu, milyardlarla pul edir. Bu pullar Azərbaycana gəlir və xalqın köməyidir. Ona görə Rusiyanı pisləmək, onlara böhtan atmaq çörək ağacının budağını kəsməkdir. Orada yaşayan soydaşlarımız geri dönərsə, bunun fəlakətini təsəvvür edirsinizmi? Azərbaycanlıların bir qismi Rusiya vətəndaşı olsa da, əksəriyyəti bizim vətəndaşdır. Onların geri qayıtması ölkədə iqtisadi vəziyyəti gərginləşdirə bilər. Ona görə Rusiyaya qarşı mənasız təbliğatı dayandırmaq lazımdır. 

Çünki bunun nəticəsi yaxşı olmayacaq. Bu bəyanatları verdiyinə görə Abbas Abbasovun üzərinə düşüblər.

- Mətbuatda tez-tez səslənən fikirlərdən biri də Sizin Milli Şuranın namizədi olaraq qeydə alınmanıza problem yaradıla biləcəyi ilə bağlıdır. Bu istiqamətdə hər hansı hüquqi problem varmı?

- Hüquqi tərəfdən heç bir problem yoxdur. Mən Azərbaycan vətəndaşıyam. Problem yalnız odur ki, mən iqtidarın xoşuna gəlmirəm. Əllərindən gələni edəcəklər ki, məni qeydiyyatdan keçirməsinlər. Əgər hakimiyyətin qorxusu olmasaydı, nəyə görə bu cür təşvişə düşür? Hakimiyyət görür ki, torpaq ayaqlarının altından tərpənir.

 

Похожие новости
18:25, Сегодня
Россия устами Лаврова «выстрелила себе в ногу» на азербайджанском треке
18:00, Сегодня
Орбан: НАТО стоит согласиться с идеей буферной зоны в Украине
17:24, Сегодня
Зарегистрированных потребителей наркотиков не будут принимать в налоговые органы
17:18, Сегодня
Спецслужбы Таджикистана задержали еще девять подозреваемых в теракте в «Крокусе»
17:05, Сегодня
В Азербайджане за 2 месяца по гослинии выданы ипотечные кредиты на 52 млн манатов
16:28, Сегодня
Фазиль Мустафа: Агрессия Ирана против Армении вполне возможна
16:00, Сегодня
В «Крокусе» убит полковник российского ГРУ
15:12, Сегодня
Ряд полномочий Минюста передается Судебно-правовому совету
15:01, Сегодня
В праздники поезда по маршруту Баку-Габала-Баку будут курсировать ежедневно
14:48, Сегодня
В Азербайджане мужчины смогут выйти на пенсию на 5 лет раньше при определенных условиях
14:43, Сегодня
В Н-ской воинской части прошли командно-штабные учения
14:07, Сегодня
В Азербайджане должностным лицам налоговых органов специальное звание будет присваиваться бессрочно
13:57, Сегодня
Китай построил в пустыне копию правительственного района столицы Тайваня
13:43, Сегодня
Сабир Рустамханлы: Пенсионный возраст слишком высок
13:42, Сегодня
Главком ВСУ о подготовке Россией наступления на Харьков
13:37, Сегодня
Житель Хачмаза проглотил вилку, а обратился к врачу лишь спустя месяц - ВИДЕО
13:27, Сегодня
Сиявуш Новрузов предложил ужесточить наказание за финансирование терроризма
13:25, Сегодня
Франция может отменить церемонию открытия Олимпиады: организаторам рекомендуют «перейти к плану Б»
13:18, Сегодня
Депутат предложил обеспечить всем детям без родительской опеки образование за счет государства
13:15, Сегодня
Завтра в Азербайджане воздух прогреется до 25 градусов
13:08, Сегодня
Минобороны Швеции: Продолжаются обсуждения поставок Украине истребителей Gripen
12:56, Сегодня
В Ереване ведутся обыски по 40 адресам в рамках дела о нападении на полицейский участок
12:43, Сегодня
Азербайджанские гимнасты примут участие в Кубке мира в Анталье
12:41, Сегодня
Проведен обыск в доме армянского полковника, критикующего Пашиняна - ВИДЕО
12:34, Сегодня
В Баку сдан в эксплуатацию новый электробус - ФОТО
12:32, Сегодня
Почему AzTV не опубликовало интервью Араика Арутюняна? - ЗАЯВЛЕНИЕ
12:30, Сегодня
Милли Меджлис утвердил новые правила проведения спецопераций против религиозного экстремизма
12:29, Сегодня
Азербайджан в прошлом году сократил чистые финансовые обязательства более чем на 1 млрд долларов
12:28, Сегодня
Азербайджан в прошлом году увеличил чистые финансовые активы более чем на 3 млрд долларов
12:26, Сегодня
Процесс перевода учащихся подготовительных групп, IV и VI классов будет приостановлен
12:25, Сегодня
АвтоВАЗ начал производство Lada в Азербайджане
12:17, Сегодня
В Азербайджане отменяется возрастной ценз для кандидатов в судьи
12:15, Сегодня
Еще 35 семей вернулись в родной Физули - ОБНОВЛЕНО + ФОТО/ВИДЕО
12:14, Сегодня
В Грузии спасатели ищут попавшего под лавину мужчину
12:13, Сегодня
Можно ли восстановить города Карабаха по облику жилых районов Вены? - ВИДЕО
11:32, Сегодня
После решения Кабмина началась массовая продажа Prius - ФОТО
11:25, Сегодня
Выявлена ​​причина плотности на шоссе Баку - Сумгайыт - ФОТО
11:15, Сегодня
Омбудсмен распространила заявление в связи с 31 марта - Днем геноцида азербайджанцев
11:14, Сегодня
Турнир «Большого шлема» в Анталье: в первый день турнира в борьбу вступят три азербайджанских дзюдоиста
11:10, Сегодня
В Сабирабадском районе автомобиль врезался в телегу: есть пострадавшие
11:09, Сегодня
В Хырдалане обнаружено 12 гранат - ФОТО/ВИДЕО
11:07, Сегодня
В Газахе задержан подозреваемый в сбыте наркотиков - ФОТО
11:02, Сегодня
В прошлом году из Азербайджана за границу переведено более $3 млрд
10:57, Сегодня
Заседание рабочей группы Арктического совета пройдет 3 апреля
10:55, Сегодня
Сегодня «Карабах» может досрочно оформить чемпионство в ПФЛ
10:55, Сегодня
Азербайджан привлек почти $7 млрд прямых иностранных инвестиций в прошлом году
10:51, Сегодня
Армения запретила трансляцию передач с Владимиром Соловьевым
10:43, Сегодня
Какие фрукты и овощи пользуются повышенным спросом на рынках? - ВИДЕО
10:42, Сегодня
В Ширване у задержанного изъяли 4 кг наркотиков - ФОТО
10:34, Сегодня
В Индии при падении такси в ущелье погибли 10 человек
10:33, Сегодня
США заявили об уничтожении четырех БПЛА хуситов
10:32, Сегодня
В ЕП заявили, что Нидерланды не пресекают случаи уклонения от санкций Россией
10:28, Сегодня
В Уджарском районе в школе произошел пожар
10:24, Сегодня
Спустя неделю после теракта люди несут цветы к мемориалу возле "Крокус Сити Холла" - ВИДЕО
10:17, Сегодня
Кулеба предупредил Индию о "красной линии" из-за сотрудничества с Россией
10:16, Сегодня
Польша подняла в небо самолеты из-за дальней авиации России
10:04, Сегодня
В Гейчае ВАЗ врезался в стену: есть пострадавшие - ФОТО
10:00, Сегодня
Сотни палестинских детей запустили в Газе воздушных змеев - ВИДЕО
09:53, Сегодня
В Ханкенди обнаружены оружие и боеприпасы
09:51, Сегодня
Цены на нефть завершили первый квартал уверенным ростом
09:45, Сегодня
В Баку 29-летнего мужчину сбил автомобиль
09:40, Сегодня
В Азербайджане у граждан изъяты оружие и боеприпасы
09:39, Сегодня
Охваченный огнем небоскреб в Бразилии попал на ВИДЕО
09:37, Сегодня
Сегодня стартует повторное собеседование в рамках конкурса по приему на должность замдиректора в школах
09:31, Сегодня
В Азербайджане скончался профессор Института археологии
09:28, Сегодня
Курсы валют Центрального банка Азербайджана-(29.03.2024)
09:21, Сегодня
В Баку сотрудник ЖЭУ лишился ног в результате ДТП
09:11, Сегодня
В Сабирабадском районе автомобиль столкнулся с конной повозкой: есть пострадавшие
09:08, Сегодня
СМИ: Кристофера Нолана наградят рыцарским титулом - ФОТО
09:05, Сегодня
Азербайджанская нефть подорожала
09:04, Сегодня
На каких улицах столицы наблюдаются транспортные заторы? - СПИСОК + ФОТО
09:01, Сегодня
Очередной миграционный караван отправлен в город Физули - ФОТО
08:32, Сегодня
Сербия внимательно следит за инициативой создания «зеленого» коридора Азербайджан-ЕС
08:30, Сегодня
Канадская бабушка побила женский рекорд по стоянию на планке - ФОТО/ВИДЕО
08:28, Сегодня
Грузия планирует увеличить частоту авиарейсов в Германию
08:00, Сегодня
Глобальное потепление изменило вращение Земли
07:39, Сегодня
Спецслужбы Франции рекомендовали отменить церемонию открытия ОИ-2024 в Париже
07:31, Сегодня
Возвращающаяся в Физули бывшая вынужденная переселенка: Очень тяжело вспоминать те страшные дни
07:19, Сегодня
Японцы выпустили смартфон, который можно мыть
07:09, Сегодня
Байяндик Гейдаров: Наше государство создает рай в Физули
06:59, Сегодня
В Азербайджане стали тратить больше денег на непродовольственные товары - ВИДЕО
06:38, Сегодня
Анализ ДНК помог восстановить лицо древнекитайского императора - ФОТО
06:18, Сегодня
Илон Маск увидел нового любовника бывшей девушки и отписался от нее - ФОТО
05:57, Сегодня
Lamborghini впервые за 20 лет сменила логотип - ФОТО
05:37, Сегодня
Названы три потрясения, с которыми столкнется европейская экономика
04:38, Сегодня
Король коренных новозеландцев призвал уравнять в правах людей и китов
03:55, Сегодня
УЕФА может расширить заявку команд-участниц Евро-2024
03:08, Сегодня
Олавио Жуниньо перейдет во французский клуб? - ЗАЯВЛЕНИЕ
02:51, Сегодня
В Украине скончался журналист-азербайджанец
02:35, Сегодня
На китайском телеканале Phoenix показана специальная передача, посвященная Азербайджану - ФОТО
01:48, Сегодня
Западному Зангезуру может быть предоставлен особый статус по образцу Калининградской модели? - ВИДЕО
01:37, Сегодня
Определились полуфиналисты Кубка Азербайджана по футзалу
00:58, Сегодня
В Азербайджане подорожает шоколад? - КОММЕНТАРИЙ + ВИДЕО
00:10, Сегодня
Два члена правительства Греции подали в отставку
00:09, Сегодня
Посольство Казахстана в Украине призвало сограждан покинуть Одесскую и Харьковскую области
00:08, Сегодня
В Китае начались продажи первого электрокара от Xiaomi - ВИДЕО
00:07, Сегодня
Назначен новый проректор Сумгайытского государственного университета
00:04, Сегодня
Армения боится помогать России обходить санкции Запада
00:03, Сегодня
Айк Марутян анонсировал создание новой партии в Армении
00:02, Сегодня
Шахмар Гусейнов получил пост советника главы SOCAR
ЕЖЕДНЕВНО
28 Mar 2024 | 19:35
Федерация: Проведение турнира "Великий шелковый путь" в Баку - показатель развития бокса в стране
28 Mar 2024 | 19:51
Марокканский журналист: Посещение Карабаха позволило мне понять правду
28 Mar 2024 | 21:35
В отношении Рамиза Мехтиева возбуждено административное дело
28 Mar 2024 | 21:01
Израильтян предостерегают от поездок в ряд стран
28 Mar 2024 | 20:47
Суд ООН требует от Израиля обеспечить доставку гумпомощи в Газу
28 Mar 2024 | 21:14
Расул Багиров назначен постоянным координатором ООН в Беларуси
28 Mar 2024 | 21:01
Время имсака, ифтара и намаза девятнадцатого дня месяца Рамазан - ФОТО
28 Mar 2024 | 20:14
В бакинской тюрьме скончался бывший главврач, осужденный за хищение более полумиллиона манатов
28 Mar 2024 | 20:24
Аббас утвердил состав нового правительства Палестины
28 Mar 2024 | 21:35
В Огузском районе приняты меры в отношении лиц, продававших табачные изделия несовершеннолетним
ЕЖЕНЕДЕЛЬНО
23 Mar 2024 | 23:33
Владелец «Крокус Сити Холла» Араз Агаларов впервые прокомментировал теракт - ВИДЕО
23 Mar 2024 | 23:31
В Карабахе сократится количество населенных пунктов: порядок предоставления жилья будет изменен? - ВИДЕО
23 Mar 2024 | 20:15
МЧС РФ впервые опубликовало список погибших при теракте в "Крокус сити холл"
23 Mar 2024 | 23:51
BBC: Двое участников нападения на «Крокус Сити Холл» убиты
23 Mar 2024 | 19:10
В Баку пройдет турнир «Великий шелковый путь» с участием 11 стран
24 Mar 2024 | 00:14
Школьник по имени Ислам вывел из «Крокус Сити Холла» более 100 человек во время теракта - ВИДЕО
23 Mar 2024 | 21:21
Блинкен о теракте в Москве
24 Mar 2024 | 01:01
В Азербайджане планируют увеличить командировочные расходы? - ВИДЕО
23 Mar 2024 | 23:00
Польша направит больше военнослужащих на свои восточные границы
24 Mar 2024 | 00:40
В Иране во время акций протестов более 120 человек лишились зрения - ФОТО
Ежемесячно
28 Mar 2024 | 19:35
Федерация: Проведение турнира "Великий шелковый путь" в Баку - показатель развития бокса в стране
28 Mar 2024 | 19:51
Марокканский журналист: Посещение Карабаха позволило мне понять правду
28 Mar 2024 | 21:35
В отношении Рамиза Мехтиева возбуждено административное дело
28 Mar 2024 | 21:01
Израильтян предостерегают от поездок в ряд стран
28 Mar 2024 | 20:47
Суд ООН требует от Израиля обеспечить доставку гумпомощи в Газу
28 Mar 2024 | 21:14
Расул Багиров назначен постоянным координатором ООН в Беларуси
28 Mar 2024 | 21:01
Время имсака, ифтара и намаза девятнадцатого дня месяца Рамазан - ФОТО
28 Mar 2024 | 20:14
В бакинской тюрьме скончался бывший главврач, осужденный за хищение более полумиллиона манатов
28 Mar 2024 | 20:24
Аббас утвердил состав нового правительства Палестины
28 Mar 2024 | 21:35
В Огузском районе приняты меры в отношении лиц, продававших табачные изделия несовершеннолетним
Писатели