Hüquqşünas Namizəd Səfərov Moderator.az saytına açıqlamasında Qurban Məmmədovla bağlı Avropa Məhkəməsinə ünvanlanan şikayətə münasibət bildirib.
N.Səfərov Moderator.az-a verdiyi açıqlamada Avropa Məhkəməsinin Qurban Məmmədov haqqında seçilən həbs qəti-imkan tədbirini aradan qaldıra biləcəyinə toxunub:
“Bildiyiniz kimi, hazırda Qurban Məmmədovla bağlı istintaq davam edir. Buna görə də biz bu məsələ ilə bağlı deyil, Q.Məmmədov haqqında seçilən həbs qəti-imkan tədbirinə etiraz əlaməti olaraq Avropa Məhkəməsinə müraciət etmişik. Hesab edirik ki, Avropa Məhkəməsi bu məsələyə operativ şəkildə baxıb, qərarın dəyişilməsinə təsir göstərə bilər. Belə təcrübə Avropa Məhkəməsində rast gəlinir. Avropa Məhkəməsinə şikayət də məhz bu baxımdan ünvanlanıb. Hesab edirəm ki, Q.Məmmədovun istintaqı bir neçə ay davam edəcək. Halbuki, sənədlərə görə, Q.Məmmədovla bağlı irəli sürülən iddia guya tam sübuta yetirilib və bu baxımdan Q.Məmmədovun işi məhkəməyə göndərilməlidir”.
Seymur Əliyev