Moderator.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı açıqlamada, “İraqın şimalındakı düşərgələrdən qaçan daha iki PKK terrorçusu Şırnak vilayətinin Silopi qəsəbəsindəki məntəqəmizə təslim olub. Beləliklə son bir həftə ərzində ölkə xaricindəki PKK terror təşkilatından qaçaraq təslim olan terrorçuların sayı 10-a çatıb.”, - deyə bildirilib.
Türkiyə Silahlı Qüvvələrinin qətiyyətli anti terror əməliyyatları nəticəsində PKK terrorçuları təslim olmağa davam edir.
PKK terrorçularının zaman-zaman türk ordusuna pənah gətirməsi, onun mərhəmətinə sığınması türk ordusunun terrorçular üçün də sonuncu ümid yeri olduğunu göstərir. Bu isə heç şübhəsiz türk ordusunun böyüklüyündən, onun özü nəhənglikdə mərhəmətə sahib olduğundan xəbər verir.
Seymur ƏLİYEV