Ermənistan prezidenti Armen Sarkisyanın Qarabağ səfər etdiyindən bəhs etmişdik. (//moderator.az/news/303379.html)
Moderator.az erməni mənbələrinə istinadən xəbər verir ki, Ermənistan prezidenti Qarabağa səfər əsnasında buradakı əsgər kazarmalarına da baş çəkib, mühəndis batalyonunun fəaliyyəti ilə tanış olub. İşğalçı ölkənin prezidenti Azərbaycan torpaqlarındakı erməni hərbi hissələrində əsgərlərə yaradılan məişət şəraiti ilə maraqlanıb, onlarla söhbət edib.
Hərbi hissəyə ziyarətdən sonra jurnalistlərin sualını cavablandıran Ermənistan prezidenti, onun hərbi hissəyə səfərinin nəzərdə tutulmadığını, bu səfərin qəfil reallaşdığını bildirib və bu səbəbdən də ortaya çıxan bəzi çatışmazlıqları təbii qarşıladığını bildirib.
Orduda mühəndis işinin böyük önəm kəsb etdiyini bildirən işğalçı ölkə prezidenti, bu səbəbdən də inşaatçıların işlərini yaxşı yerinə yetirmələrindən əmin olmağın vacibliyini vurğulayıb.
Məlumat üçün qeyd edək ki, Ermənistan hakimiyyətində təmsil olunan şəxslərin Azərbaycanın işğal edilmiş torpaqlarına bu cür səfərləri ənənə halını alıb.
Seymur ƏLİYEV