2019-cu il başa çatmaz üzrədir. Lakin təssüflər olsun ki, Azərbaycanın ən böyük problemi olan Qarabağ problemini həll etmək bu il də mümkün olmadı. Bəs 2020-ci ilə münaqişə tərəflərindən hansı biri daha avantajlı daxil olur? 2020-ci ilə daxil olarkən üstünlük işğal edilmiş torpaqlarda daha da möhkəmlənən Ermənistana, yoxsa öz hərbi gücünü, siyasi nüfuzunu, iqtisadi qüdətini artıran Azərbaycana məxsusdur?
Moderator.az-a açıqlama verən politoloq Tofiq Abbasov Azərbaycanın 2020-ci ilə daha üstün şərtlərlə daxil olduğunu vurğuladı:
“Hesab edirəm ki, Azərbaycanın üstünlüyü daha böyükdür. Azərbaycanın ən böyük üstünlüyü siyasi üstünlükdür. Çünki bütün beynəlxalq təşkilatlar səviyyəsində Qarabağ Azərbaycan torpaqları kimi tanınır. Bu, Azərbaycanın “siyasi baqajını” artırır. Azərbaycan bütün dünyaya haqq yolunda olduğunu sübut edir. Bu isə ondan xəbər verir ki, bu üstünlüyün müqabilində Azərbaycan istənilən an anti-terror əməliyyatına başlaya bilər. Ermənistanı bu yolla da sülhə məcbur etmək mümkündür.
Ona görə də Azərbaycanın 2020-ci ilə daha böyük üstünlüklə daxil olduğu şübhəsizdir”.
Seymur ƏLİYEV