Sumqayıtda Daş bazarının köçürülməsi ilə bağlı sahibkarlar arasında
baş qaldıran narazılıq getdikcə böyüməkdədir. Bu barədə Moderator.az saytını özəl mənbə məlumatlandırıb.
Mənbənin sözlərinə görə, problemin həlli ilə bağlı Sumqayıt Şəhər
İcra Hakimiyyəti ilə danışıq aparan sahibkarların ümidləri özünü doğrultmadığı
üçün, sahibkarlar Prezident Administrasiyasına üz tutmağı qərara alıb:
“Hazırda Daş bazarından sürgün edilən sahibkarların bir çoxu xüsusi
avtobuslarla Prezident Administrasiyasına axışmaqdadırlar. Onlar hesab edir ki,
Sumqayıt Şəhər İcra Hakimiyyətinin sahibkarların hüquqlarına açıq-aşkar qəsb
etməsi məsələni daha yüksək dövlət orqanları qarşısında qaldırmaq məcburiyyəti
yaradır. Sahibkarların Prezident Administrasiyasına üz tutması da bununla izah
edilir. Yaxın bir neçə dəqiqədən sonra Prezident Administrasiyası qarşısında
onlarla sahibkarın toplanması gözlənilir. Artıq bununla bağlı bir neçə
telekanal da məlumatlandırılıb. Sahibkarlar öz etirazlarını ictimailəşdirmək və
problemin həllinə yardım göstərmək üçün telekanallardan etiraz aksiyasını
işıqlandırmağı xahiş edib”.