Bu gündən başlayaraq martın 29-dək Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna digər şəhər və rayon qeydiyyatında olan avtomobillərin və həmin avtomobillərin sərnişinlərinin girişi dayandırılıb.
Moderator.az-ın məlumatına görə, artıq adıçəkilən şəhərlərin və Abşeron rayonunun girişlərində polis postları qurulub.
DİN-dən verilən məlumatda bildirilir ki, Bakı, Sumqayıt şəhərlərinə, Abşeron rayonuna aparan əsas magistral yollardan başqa ara yollarda da polis postları qurulub və həmin yollar da bağlı olacaq.
Qeyd edək ki, Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu qeydiyyatında olan avtomobillər və vətəndaşlar digər şəhər və rayonlara sərbəst gedib-qayıda bilərlər. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda qeydiyyatda olan sərnişindaşıma nəqliyyat vasitələrinin ölkənin başqa şəhər və rayonlarından Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna sərnişin daşımaları qadağan edilir.