Moderator.az-ın
məlumatına görə, “Gələcəyə Körpü” GİB-in “Kəpəz Dağçılıq İdman Klubu” 15 Avqust
2013 ”“cü il tarixində Qoşqar Dağına yürüş etmək üçün 3 nəfərlik heyyət ilə yola
düşüb.
Yürüşün həyata keçirilməsində əsas məqsəd gənclər arasında sağlam həyat tərzini təbliğ etmək, idmanın bu növünü tanıtmaq və ona olan marağı artırmaq, ekstrimal və adrenalin həyat yaşatmaqdır.
Kəpəz dağçılıq idman klubunun təşkil etdiyi yürüşdə, gənclər 5 saat davam edən yürüşdən sonra düşərgəyə çatıblar. Bir gecə düşərgədə qaldıqdan sonra 16 avqust tarixində zirvəyə çatmaq üçün yola düşüblər. Yürüş zamanı gənclər ekstram idman növləri ilə tanış olub və adrenalin hissi keçirən yollardan istifadə ediblər. 16 Avqust 2013 ”“cü il tarixində Qoşqar zirvəsinə çatdıqdan sonra gənclər saat 17:00 da düşərgəyə qayıdıblar.
Qeyd edək ki, Kəpəz Dağçılıq İdman Klubu Gəncə şəhərində idmanın bu növü ilə məşğul olan və Heydər zirvəsinə yürüş etmiş ilk klubdu. Klub rəhbəri Orxan Əmirxanov gənclərin yay tətilini səmərəli keçirmələri üçün Daşkəsənə dağ trekinqi, Gədəbəydə Haçaqayaya dağ yürüşü təşkil etmişdi.