Bakının Novxanı çimərliyinin yaxınlığındakı “Şəfəq” məcburi köçkün düşərgəsi köçürülür. Bu barədə Moderator.az saytını özəl mənbə məlumatlandırıb.
Mənbənin sözlərinə görə, məcburi köçkünlərin əlaqədar qurumlara ünvanladığı müraciətlər axır ki, öz nəticəsini verib:
“Bir müddət bundan öncə yaşadıqları binanın qəzalı vəziyyətdə olduğunu iddia edən məcburi köçkünlər bununla bağlı aidiyyati orqanları məlumatlandırmış, onlardan üzləşdikləri problemin həllinə yardım göstərmələrini xahiş etmişdir. FHN-yi tərəfindən aparılan araşdırma binanın həqiqətən də qəzalı vəziyyətdə olduğunu təsdiqləyib. Bundan sonra məcburi köçkünlərin köçürülməsinə qərar verilib. Bununla bağlı “Şəfəq” məcburi köçkün düşərgəsində məskunlaşan sakinlərin siyahıyaalınması prosesinə başladılıb və proses qısa zamanda başa çatdırılıb. Köçkünlərin Müşfiqabaddakı məcburi köçkünlər üçün inşa edilən yeni qəsəbəyə köçürüləcəyi ehtimal edilir”.