ATV telekanalının aparıcısı Turan
İbrahimovun "ATV səhər" proqramında canlı yayımda İspaniya ilə
İngiltərə arasındakı son gərginliyi Fransa ilə İngiltərə arasındakı gərginlik
kimi qiymətləndirməsi barədə Moderator.az-ın xəbərinə jurnalist reaksiya
verib. Belə ki, özünün facebook səhifəsində Turan İbrahimov bununla bağlı
status yazıb.
Moderator.az
həmin statusu təqdim edir:
Moderator.az saytı
belə bir xəbər yazıb, "Turan İbrahimov özünü biabır etdi"... Bəzi
saytlar da ora istinad edərək yayıb. Guya mən efirdə Fransa ilə İspaniyanı səhv
salmışam:) doğrudur xəbəri çatdıran zaman yanlışlıqla Fransa deyə başladım və
tez də düzəliş etdim. Bu cür texniki səhvlər canlı yayımlarda olur... Bunu başqa
cür, guya xəbəri sona qədər yanlış çatdırmışam kimi təqdim etmək isə qərəzdir,
qeyri-peşəkarlıqdır. Və deməli əsil biabırçılıqdır... Myvideo.az saytına daxil
olub, ATV bölməsinin arxivindən bu gün "ATV səhər" verilişinin 9:20
dən etibarən yayımını izləsəniz necə yersiz və qərəzli, deməli biabırçı xəbər
yazdıqlarını görə bilərsiniz... :) P.S Hə bir də, əgər o saytlar ciddi, özlərinə
hörmət edən, peşəkarların çalışdığı saytlardırsa, yuxarıdakı qeydimi cavab
haqqım kimi çap edərlər...