"Nəsimi ateist deyildi və Allahı inkar etmirdi" - VİDEO
Исследование
Читать: 4543
23 Aug 2013 | 11:08


Bir il bundan öncə haqq dünyasına qovuşan yaxın dostum, Milli Azadlıq Hərəkatının fəallarından olan, fəlsəfə üzrə tədqiqatçı Yavər Hüseynbəyli ilə söhbəti Moderator.az avropa.infoya istinadən təqdim edir:
- Yavər bəy, Azərbaycan ədəbiyyatının qızıl fondu olan Nəsimi fəlsəfəsinin əsl sirri nədədir ki, bu gün insanlar Nəsimini oxuduqca onun fəlsəfi dünyasına valeh olmaya bilmirlər?
- Nəsimi klassik ədəbiyyatımızın ən fenomenal şəxsiyyətlərindən biridir. Nəsimi yaradıcılığının bu qədər populyar olmasının bir neçə səbəbi var. Hər şeydən əvvəl onu qeyd edək ki, Nəsimi mükəmməl təhsil almışdı. Doğma türk dili ilə yanaşı ərəb və fars dillərini də bilirdi və hər 3 dildə yazıb yaradırdı. Onun yaradıcılığında qəzəl janrı üstünlük təşkil edir. Qəzəl, məlum olduğu kimi, ərəb şeirinə məxsus olan bir janrdır və mürəkkəb ölçülər sisteminə malikdir. Nəsimi bu janrın bütün incəliklərinə yiyələnmişdi və həm doğma türk dilində həm də ərəb və fars dillərində yazırdı.

Onun bütün şərq dünyasında məşhur olmasının bir səbəbi bu idi. Başqa bir səbəbi isə o idi ki, Nəsimiyə qədər türk dilində yazılmış azsaylı qəzəllər olsa da, məhz Nəsimi ilk dəfə türk dilində divan yaratdı, başqa sözlə desək, əruz vəznini türk dilinin özəlliklərinə uyğunlaşdırdı və misilsiz poetik nümunələr yaratdı. Daha bir səbəb kimi, ilk dəfə bütün şərq dünyasında bitkin bir fəlsəfi düşüncənin qəzəl janrı ilə ifadə edilməsini göstərmək olar. Qəzəl janrının xüsusiyyətlərini bilənlərə məlumdur ki, bu çox çətin bir missiya idi. Çünki fəlsəfi fikirlər adətən məsnəvi və qəsidələrlə ifadə edilirdi. Qəzəlin janr məhdudiyyətləri dərin fəlsəfi fikirləri ifadə etməyə mane olurdu. Bu çərçivələri qıran da məhz Nəsimi duhası oldu. Nəsimi bu formanı təsadüfən seçməmişdi. Qəzəl janrında yazılan şeirlər daha çox sevilir, yadda qalır və yayılırdı. Nəsimiyə olan məhəbbətin ən vacib səbəblərindən biri də onun şəxsiyyəti idi. Öz ideyaları uğrunda dönmədən mübarizə aparması və həqiqətləri yolunda canını qurban verməsi, xalqın düşüncəsində Nəsiminin ədalət aşiqi,əqidəsi yolunda son nəfəsinə qədər mübarizə aparan, bu yolda ölümdən belə çəkinməyən özünəməxsus bir obrazını yaradıb.
- Sizcə, Nəsiminin yetişməsində mühitin nə qədər rol oynayıb?

- Mühit bütün insanların yetişməsində əhəmiyyətli rol oynayır. Bu mənada, təbii ki,Nəsiminin də bir mütəfəkkir filosof, görkəmli şair və şəxsiyyət kimi yetişməsində ondan əvvəlki və onun dövründəki fəlsəfi fikirlərin, elmi düşüncələrin, poetik irsin təsiri olmuşdur. Bir dəfə İngilis alimi Nyutondan soruşurlar ki, sizin bu qədər böyük alim olmanızın sirri nədədir? Cavab verir ki, mən dünyaya nəhənglərin çiyninə çıxaraq baxdım. Nəsimi də dünyaya Nizami, Xaqani, Rumi, Şəbustəri və s. kimi nəhənglərin çiynindən baxa bildi. Yeri gəlmişkən bir məsələni də qeyd etmək istərdim, Nizami, Əbülula Gəncəvi, Rumi, Q.Təbrizi və bır sıra digər türksoylu şairlərimiz ərəb və fars dillərində yazsalar da, onlar öz türk düşüncə tərzlərini,poetik obrazlar sistemini fars və ərəb poeziyasına daşımış və bununla da həmin millətlərin ədəbiyyatına yeni ruh, yeni nəfəs vermişlər. Nəsimi yuxarıda qeyd etdiyim kimi, mükəmməl təhsilə malik olduğundan özündən əvvəlki ədəbi, elmi və fəlsəfi irsi mənimsəməklə yanaşı, özünün yaşadığı olduqca mürəkkəb ictimai-siyasi mühitin də təsirlərinə məruz qalmışdi.
- Tədqiqatçılar Nəsiminin ilk vaxtlar sufi, sonra isə hürufi olduğunu bildirirlər. Onun sufilikdən hürufiliyə keçməsinin əsas səbəbləri nə ilə bağlı idi?

- Nəsimi dövründə sufilik geniş yayılsa da vahid bir təlim formasını almamışdı. Baxmayaraq ki, hələ XIII əsrdə Muhyəddin İbn Ərəbi sufiliyin nəzəri əsaslarını hazırlayaraq onu Vəhdətul- Vücud adlanan bitkin bir fəlsəfi təlimə çevirmişdi, hələ də çoxsaylı təriqətlər mövcud idi. Bu təriqətlərdə ümumi cəhətlər çox olsa da, fərqli bəzi hallarda isə hətta ziddiyyətli məqamlar da vardı. Bir çoxları isə fəlsəfi düşüncədən daha çox müəyyən ideoloji-siyasi fikirlərə xidmət edirdi. Nəsimi yaradıcılığında da sufliyin təsiri mövcuddur, bu təsir onun hürufiliyi qəbul etdiyi 1386-ci ilə qədərki yaradıcılığında, xüsusən "Seyid" və "Hüseyni" təxəllüsləri ilə yazdığı şeirlərdə açıq görünür. Buna baxmayaraq onu hürufiliyə qədərki dövrdə də sufi şairi adlandırmaq doğru deyil. Çünki suflikdə müridin mütləq bir təriqətə mənsub olub mürşidə malik olması şərti var ,həm də sufilər öz şairlərini digər şairlərdən fərqləndirmək üçün aşıq adlandırırlar. Nəsiminin hər hansı bir sufi təriqətinə üzv olması barədə məlumat yoxdur.
- Bir təlim olaraq, hürufilik insanlara nəyi çatdırmaq istəyirdi?

- Yuxarıda qeyd etdiyim kimi, Nəsimi dövründə sufilik çox geniş yayılmışdı və onlarca müxtəlif təriqətlər mövcud idi. Bu təriqətlər arasında bir-birinə əks mövqedə duranlar da vardı. Bunları daha yaxşı anlamaq üçün hər təriqətin kim tərəfindən və hansı məqsədlə yaradıldığını araşdırmaq lazımdır. Sufiliyə qədəm qoyanların da bu yolu niyə seçdiklərinin səbəbləri müxtəlif idi və həmin səbəblərə görə mürid öz istəyinə daha uyğun olan təriqəti seçirdi. Təriqətlər məzhəb fərqlərinə, ayrı-aryır mürşidlərin nüfuzuna, bəzi hallarda siyasi məqsədlərinə, quranın təfsir fərqlərinə və s.və i.a səbəblərə görə fərqlənirdilər. Təriqətlərin çox olmasının müxtəlif səbəblərini yuxarıda qeyd etdim, bizim söhbətimizin mövzusuna daha çox uyğun gələn iki səbəb üzərində bir qədər ətraflı dayanmaq istəyirəm:
1)Məlum olduğu kimi,islam bütün müsəlmanların qardaş olduğunu, ictimai ədaləti, insanlara qarşı haqsızlıqların yolverilməzliyini və s. bəyan etmişdi. İslamın ilk illərində bu deyilənlərə əsasən əməl olunsa da, getidkcə bu vədlər unudulmağa başlayırdı. Tədircən özləri üçün xüsusi imtiyazlar əldə edən ruhani təbəqə yaranmışdı. Bu hallar əməvilər hakimiyyəti zamanı daha da artmağa başlamışdı və getdikcə insanlarda narazılıq və etirazlara gətirib çıxarmışdı. Xilafətin və dini ehkamların çox güclü olduğu bir mühitdə bu etirazların açıq şəkildə bildirilməsi təhlükəli idi. Hər hansı narazılıq ruhani təbəqə tərəfindən dinə qarşı üsyan, küfr kimi qiymətləndirilir və ağır cəzalandırılırdı. Amma bu ictimai narazılıqlar gizli formada da olsa get-gedə artır və bu əsasda fəaliyyət göstərən təriqətlər meydana gəlirdi. Həmin təriqətlərin əsas məqsədi dindən şəxsi mənafe məqsədi ilə faydalanaraq zahiri cəhətdən özlərini dindar göstərənlərin əslində riyakar olduqlarını bildirmək və islami dəyərlərin insanın qəlbində, könlündə səmimi bir şəkildə olmasını əsas saymaq və beləliklə də gerçək, həqiqi dini qoruyub saxlamaq, ədaləti və həqiqəti bərpa etmək idi.
2) Bütün dövrlərdə düşünən insanları həmişə narahat edən ümumi fəlsəfi sualları var: Dünya necə yaranıb; özü yaranıb yoxsa, kimsə yaradıb; insan niyə yaranıb; həyatın mənası nədir; həqiqət nədir və s.və i.a. Bu suallara istər dünyəvi elmlər, istərsə də dinlər tərəfindən müxtəlif cavablar verilsə də, məlumdur ki, bu cavablar hər kəsi qane edəcək şəkildə deyil və müxtəlif fikirlər, nəzəriyyələr, mübahisələr hələ də davam etməkdədir. Nəsimi dövrü də istisna təşkil etmirdi. Ərəb xilafətinin çox geniş bir coğrafiyaya yayılması nəticəsində artıq qədim hind,çin,misir,yunan və s. fəlsəfəsi haqqında məlumatlar vardı. Mütəfəkkir insanlar bir tərəfdən bu fəlsəfi fikirləri nəzərə alırdılarsa, digər tərəfdən də söylədikləri hər fikir mütləq bu və ya digər şəkildə islamla əlaqələnməli və ona zidd olmadığını göstərilməli idi. Bir qrup sufi təriqətlər də bu əsasda əmələ gəlmişdi. Bu təriqətlərin əsasını,təbii ki,Allahın varlığı və onun son həqiqət olması təşkil edirdi,ona qovuşmaq,başqa sözlə,həqiqətə qovuşmaq yolları(təriqətləri) isə müxtəlif ola bilərdi. Bu model sufilərə islamın əsas tələblərini qorumaqla öz fəlsəfi,elmi düşüncələrini də ifadə etməyə imkan verirdi. Hürufilik təliminin də sufiliklə çox sıx yaxınlığı var. Mövzu çox mürəkkəb olduğu üçün iki ən vacib məqamı qeyd etməklə kifayətlənəcəyəm. İstərsə sufilik, istərsə də hürufilik panteist təlimdir, yəni hər iki təlimdə Allahın varlığı qəbul edilir və Allahın hər şeydə mövcudlugu bildirilir. Bu fəlsəfi təlim Avropada da əsas prinsiplər saxlanmaqla B.Spinoza tərəfindən panteist fəlsəfi nəzəriyyə şəkilinə salınmışdır. Sufilikdə Allahın zatı hər şeydən kənarda Aləmi-Lahut deyilən yerdə xüsusi və dərkedilməz bir substansiyadır.Yerdə qalan hər şey isə onun təcəlləsidir. Hürufilikdə isə Allahın xüsusi bir substansiya olmağı barədə müddəa yoxdur və onun hər bir varlıqda mövcud olması fikri əsasdır. Bu, sufiliklə hürufiliyin fəlsəfi və dini cəhətdən çox ciddi birinci fərqidir. İkinci fərq isə,sufiliyin elmi,nəzəri, fəlsəfi bir təlim olduğu halda,hürufiliyin daha çox praktik,dəyişkənliklər tələb edən,mübarizəyə çağıran təlim olmasındadır. Hürufiliyə görə Allah hər şeydə, o cümlədən insanda da mövcud olduğundan insan özünü kamilləşdirməklə Allah səviyyəsinə qalxa bilər. Hürufiliyin banisi Fəzlullah Nəimi Allahın onda təcəssüm etdiyini bəyan edirdi. Belə fikirlərə görə də,islamla hürufilik arasında ciddi ziddiyyətlər yaranmışdı.

- Nə üçün islam alimləri ona düşmən kəsilmişdilər. İndi islam alimləri qeyd edirlər ki, Nəsimi də onların dediklərini deyirdi. Sizcə, burada hansısa bir təzad varmı?
- Yəqin ki, din xadimlərini nəzərdə tutursunuz, çünki sadə insanlar hər zaman Nəsimini qəbul edib və seviblər. Hətta kafir elan olunaraq edam edilsə də onun qəbri bu günə qədər qorunub saxlanılıb və Hələb şəhərində adına küçə var. Ruhanilərin hürufilərlə ziddiyyətinin səbəbini bundan əvvəlki sualını cavablayarkən bildirdim. Bu gün bəzi islam alimlərinin Nəsimini qəbul etmələrinə gəldikdə isə, qeyd etdiyim kimi, Nəsimi ateist deyildi və Allahı inkar etmirdi. Fərq Allahı təsəvvür etməkdə idi. Hər şey dəyişib inkişaf etdiyi kimi, bir sıra islam alimləri də,şübhəsiz ki,bu həqiqəti anlamağa başlayıblar.

- Bəs bu gün xanəndələrimizin Nəsiminin qəzəl və şeirlərini ifası Sizi qane edirmi?
- Hər hansı bir şairin şeirini düzgün ifa edə bilmək üçün, mümkün olduğu qədər, həmin şairin dünyagörüşünü və ruhunu hiss etməlisən. Bu dediklərim Nəsimi yaradıcılığı üçün xüsusilə vacibdir. Muğam ifaçılarından Alim Qasımovun, Ağaxan Abdullayevin,Səkinə İsmayılovanın, Aqil Məlikov, Mütəllim Dəmirovun, gənc xanəndələrdən Hüseyin Məlikovun, Gülnar İsayevanın, Məmməd Nəcəfovun, bədii qiraətçilərdən isə görkəmli aktyorumuz Rasim Balayevin Nəsimi qəzəllərini ifaları məni qane edir.

Похожие новости
19:33, Сегодня
Армянский военный подорвался на мине в приграничной с Азербайджаном зоне
19:01, Сегодня
Азербайджан и Казахстан обсудили развитие военного сотрудничества-(ФОТО - ВИДЕО)
18:56, Сегодня
В итальянском Турине жителям запретили курить на расстоянии менее 5 метров от других людей
18:50, Сегодня
Обнародован график приема в Центре приема граждан в мае
18:44, Сегодня
В Женеве обсудили отчет омбудсмена Азербайджана
18:29, Сегодня
Туркменистан планирует построить завод по освоению минеральных запасов залива Кара-Богаз-Гол
18:23, Сегодня
Столтенберг рассказал, кем станет после работы генсеком НАТО
18:23, Сегодня
На улицах Баку появились велосипедные светофоры
18:22, Сегодня
Баку и Эр-Рияд будут сотрудничать в сфере перехода к зеленой энергетике в рамках председательства Азербайджана на COP29
18:21, Сегодня
Анналена Бербок: Азербайджан может быть уверен в поддержке Германии в рамках COP29
18:16, Сегодня
Чистая прибыль НКО Азербайджана выросла в 3 раза
18:02, Сегодня
В Анкаре на фармацевтической фабрике вспыхнул пожар
18:01, Сегодня
На границе Азербайджана и Армении установлено 20 пограничных столбов
18:01, Сегодня
Убытки кредитных союзов в Азербайджане выросли на 60%
17:21, Сегодня
Ильхам Алиев подарил президенту Кыргызстана карабахского скакуна
17:00, Сегодня
Цены на продукты питания в Азербайджане стабилизировались
16:47, Сегодня
Состоялся совместный обед президентов Азербайджана и Кыргызстана
16:47, Сегодня
Суд постановил восстановить в должности уволенного директором TƏBİB главврача
16:26, Сегодня
Ильхам Алиев и Мехрибан Алиева направили венок на церемонию похорон Эльмиры Сулеймановой - ФОТО
15:46, Сегодня
Симонян прокомментировал установку первого пограничного столба на армяно-азербайжданской границе
15:21, Сегодня
Главы Азербайджана и Кыргызстана приняли участие в церемонии закладки фундамента школы в селе Хыдырлы - ФОТО
14:44, Сегодня
В Ходжалинском районе обнаружены человеческие останки - ФОТО/ВИДЕО
14:41, Сегодня
В Азербайджане с целью женитьбы похищена ученица 8-го класса
14:18, Сегодня
Захарова: Армянские СМИ бессовестно перевирают слова российского руководства
14:07, Сегодня
В Баку прошла встреча председателей комитетов по внешним связям парламентов тюркских государств - ОБНОВЛЕНО
13:58, Сегодня
Ильхам Алиев и Садыр Жапаров побывали в крепости Шахбулаг в Агдаме
13:58, Сегодня
Ильхам Алиев и Садыр Жапаров побывали в крепости Шахбулаг в Агдаме - ФОТО
13:52, Сегодня
Президенты Азербайджана и Кыргызстана ознакомились с Агдамским конференц-центром - ФОТО
13:52, Сегодня
Президенты Азербайджана и Кыргызстана ознакомились с Агдамским конференц-центром
13:47, Сегодня
Закрывается известная бакинская школа: учеников переводят в другое учебное заведение - ФОТО
13:40, Сегодня
Компания Wizz Air может увеличить количество рейсов в Азербайджан
13:34, Сегодня
Территория вокруг моста, который будет передан Азербайджану на газахском направлении, очищена от мин
13:31, Сегодня
Хикмет Гаджиев: Физули находится на полной реконструкции - ВИДЕО
13:28, Сегодня
В Шуше пройдет Международный конкурс: победитель получит 10 000 долларов
13:23, Сегодня
Министр уволил директора школы-интерната
13:12, Сегодня
Община Западного Азербайджана ответила Госдепартаменту США
13:11, Сегодня
Завтра в Азербайджане воздух прогреется до 31 градуса - ПРОГНОЗ ПОГОДЫ
13:08, Сегодня
Ален Симонян: Ереван готов обсудить с Баку вопрос закупки газа
13:06, Сегодня
Генпрокуратура обратилась к пользователям соцсетей и СМИ в связи с самоубийством Насиба Гулиева
13:05, Сегодня
Арестован мужчина, обвиняемый в шантаже гражданина Турции
12:58, Сегодня
Покончивший с собой бывший главный педиатр похоронен рядом с отцом - ОБНОВЛЕНО - ФОТО
12:51, Сегодня
Еще один депутат анонсировал парламентские выборы в Азербайджане - ФОТО
12:50, Сегодня
Ильхам Алиев и Садыр Жапаров приняли участие в открытии после реставрации Агдамской Джума-мечети - ФОТО
12:33, Сегодня
Главы Азербайджана и Кыргызстана ознакомились с ходом работ во дворце Панахали хана и комплексе Имарет - ФОТО
12:32, Сегодня
Кто он - новоназначенный премьер-министр Нахчыванской АР? - ДОСЬЕ
12:20, Сегодня
Премьер-министр Нахчыванской Автономной Республики освобожден от должности - ФОТО
12:07, Сегодня
В азербайджанской армии проводятся командно-штабные учения - ФОТО/ВИДЕО
11:04, Сегодня
Граждане смогут посещать город Лачын на личном автомобиле
10:35, Сегодня
В Баку проходит заседание по экономическому сотрудничеству между правительствами Азербайджана и Венгрии
10:34, Сегодня
Александр Масляков отойдет от работы в КВН из-за опухоли в легких?
10:16, Сегодня
В полуфинале Кубка Азербайджана по футболу установлен рекорд
10:11, Сегодня
Назначены дополнительные рейсы по маршруту Баку-Агстафа-Баку
10:03, Сегодня
В Ханкенди обнаружены оружие и боеприпасы
10:00, Сегодня
В Турции задержаны 23 подозреваемых в связях с ИГ
09:54, Сегодня
Нефть марки Brent подорожала до 88,2 доллара за баррель
09:40, Сегодня
МИД РФ: Ядерные объекты НАТО в Польше при их появлении станут военной целью России
09:27, Сегодня
Чемпионат Европы: Cемь азербайджанских дзюдоистов приступают к борьбе
09:24, Сегодня
ЦАХАЛ заявил, что продолжит преследовать ХАМАС до освобождения всех похищенных
09:23, Сегодня
Курсы валют Центрального банка Азербайджана-(25.04.2024)
09:15, Сегодня
Азербайджанская нефть незначительно подорожала
09:14, Сегодня
Toyota в 2023 финансовом году произвела по всему миру рекордное количество машин
09:00, Сегодня
Венеция ввела взнос для туристов
08:42, Сегодня
Утерянную картину Густава Климта выставили на аукцион - ФОТО
08:28, Сегодня
В Баку на ряде улиц и проспектов затруднено движение транспорта
08:20, Сегодня
Вьетнамский кладоискатель пообещал найти три тонны золота Японской империи
08:00, Сегодня
Робопес-огнемет поступил в продажу в США - ВИДЕО
07:39, Сегодня
Словацкий евродепутат выпустил голубя на заседании ЕП в Страсбурге - ВИДЕО
07:30, Сегодня
Яшар Гюлер встретился с австралийским коллегой
07:06, Сегодня
Таджикистан и Узбекистан упростят транзитный проезд грузовых автомобилей
06:58, Сегодня
Бегун продегустировал 25 сортов вина во время Лондонского марафона - ВИДЕО
06:38, Сегодня
Lamborghini представила первый гибридный кроссовер - ФОТО
06:20, Сегодня
Опубликованны последние данные о состоянии экономики Германии
06:18, Сегодня
Илон Маск уверен, что на Западе начнется гражданская война - ФОТО
05:21, Сегодня
Индекс потребительских цен Ирана упал на 4,8%
05:17, Сегодня
Во Франции задержали подростка по подозрению в подготовке теракта на Олимпиаде
05:02, Сегодня
Фируза Ибадова: Я ухожу со сцены, где нет Джаваншира
04:56, Сегодня
На Луну отправят электрический экран для защиты от пыли
04:36, Сегодня
Власти США заплатят жертвам сексуального насилия в гимнастике 140 млн долларов из-за прокола ФБР
04:21, Сегодня
Турция и Германия намерены увеличить товарооборот до $60 млрд
04:16, Сегодня
Канадская семья получила с Кубы труп россиянина
03:35, Сегодня
В Бразилии сын отрезал руку матери для получения доступа к ее банковскому счету
03:15, Сегодня
Австрийские ученые нашли вирус, уничтожающий одного из самых опасных паразитов
03:01, Сегодня
Глава МИД Венгрии прибыл с визитом в Азербайджан - ФОТО
02:54, Сегодня
В США учителям разрешили носить в школу оружие
02:44, Сегодня
АПЛ: "Ливерпуль" уступил "Эвертону", "Манчестер Юнайтед" обыграл "Шеффилд" - ВИДЕО
02:12, Сегодня
Стартовал открытый чемпионат Азербайджана по плаванию
02:07, Сегодня
Узбекистан импортировал газ на $360,2 млн в первом квартале
01:53, Сегодня
Кубок Италии: "Аталанта" обыграла "Фиорентину" и вышла в финал - ВИДЕО
01:13, Сегодня
Товарооборот между Ираном и Китаем превысил $4 млрд
01:10, Сегодня
Две азербайджанские гимнастки выступят на Кубке мира - ФОТО
00:09, Сегодня
Лига 1: ПСЖ на выезде обыграл "Лорьян" благодаря дублям Мбаппе и Дембеле - ВИДЕО
00:02, Сегодня
В Вашингтоне проведена акция солидарности против лжи о т.н. геноциде армян
00:00, Сегодня
Жители иранского города провели акцию протеста из-за застреленного полицией парня - ФОТО/ВИДЕО
24 Apr 2024 | 23:59
В Турции арестован один из главарей иракcкого крыла Рабочей партии Курдистана
24 Apr 2024 | 23:58
США дали владельцам TikTok время на продажу платформы - ВИДЕО
24 Apr 2024 | 23:39
Шойгу отстранил от должности своего арестованного заместителя
24 Apr 2024 | 23:38
Мбаппе потеряет 127 млн, если покинет свой клуб
24 Apr 2024 | 23:20
По каким вопросам чаще всего обращаются граждане к депутатам Милли Меджлиса? - ВИДЕО
24 Apr 2024 | 23:11
Азербайджан представил доклад на сессии Комитета ООН по борьбе с пытками
24 Apr 2024 | 23:10
В ООН представлен 5-й периодический доклад Азербайджана по Конвенции ООН против пыток
ЕЖЕДНЕВНО
24 Apr 2024 | 21:33
Еще один азербайджанский парапловец стал чемпионом Европы
24 Apr 2024 | 22:32
В Ереване разогнали требующих отставки Пашиняна
24 Apr 2024 | 21:06
Ильхам Алиев и Садыр Жапаров приняли участие в открытии памятника Чингизу Айтматову в Баку - ОБНОВЛЕНО + ФОТО
24 Apr 2024 | 21:16
В Масаллы пройдет ярмарка труда
24 Apr 2024 | 22:07
Кубок Азербайджана: "Карабах" разгромил "Нефтчи" и вышел в финал
24 Apr 2024 | 21:45
В Северной Македонии завершилось голосование на президентских выборах
24 Apr 2024 | 21:40
Из-за сбежавших гвардейских лошадей в Лондоне пострадали пять человек - ВИДЕО
24 Apr 2024 | 22:00
Суд в РФ арестовал средства JPMorgan в размере $439,5 млн
24 Apr 2024 | 22:06
В России заочно арестовали Гарри Каспарова
24 Apr 2024 | 22:13
США приветствуют делимитацию границы между Азербайджаном и Арменией
ЕЖЕНЕДЕЛЬНО
19 Apr 2024 | 16:50
Восстановление плодородия засоленных почв в Азербайджане станет важным шагом в рамках COP29
19 Apr 2024 | 16:47
Президент Азербайджана и канцлер Германии проведут переговоры в Берлине
19 Apr 2024 | 16:45
СМИ: США могут предоставить Израилю вооружения на более чем 1 млрд долларов
19 Apr 2024 | 16:47
Президент Ильхам Алиев совершит рабочий визит в Москву
19 Apr 2024 | 20:12
Зеленский: Украина может спустить Путина «с неба на землю»
19 Apr 2024 | 21:01
Объявлены результаты выпускного экзамена по уровню общего среднего образования
19 Apr 2024 | 19:39
Подразделения армянской армии выводятся из четырех сел Газахского района
19 Apr 2024 | 19:47
Палата представителей утвердила помощь Киеву и конфискацию активов РФ
19 Apr 2024 | 20:09
Абдоллахиян отрицает ущерб от удара дронов по Исфахану
19 Apr 2024 | 19:06
Завершилась дипломатическая миссия посла Италии в Азербайджане - ФОТО
Ежемесячно
24 Apr 2024 | 21:33
Еще один азербайджанский парапловец стал чемпионом Европы
24 Apr 2024 | 22:32
В Ереване разогнали требующих отставки Пашиняна
24 Apr 2024 | 21:06
Ильхам Алиев и Садыр Жапаров приняли участие в открытии памятника Чингизу Айтматову в Баку - ОБНОВЛЕНО + ФОТО
24 Apr 2024 | 21:16
В Масаллы пройдет ярмарка труда
24 Apr 2024 | 22:07
Кубок Азербайджана: "Карабах" разгромил "Нефтчи" и вышел в финал
24 Apr 2024 | 21:45
В Северной Македонии завершилось голосование на президентских выборах
24 Apr 2024 | 21:40
Из-за сбежавших гвардейских лошадей в Лондоне пострадали пять человек - ВИДЕО
24 Apr 2024 | 22:00
Суд в РФ арестовал средства JPMorgan в размере $439,5 млн
24 Apr 2024 | 22:06
В России заочно арестовали Гарри Каспарова
24 Apr 2024 | 22:13
США приветствуют делимитацию границы между Азербайджаном и Арменией
Писатели