Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya
Departamentindən Moderator.az-a
daxil olan məlumata görə, sabah ölkə ərazisində hava durumu aşağıdakı kimi
olacaq:
Bakıda və Abşeron yarımadasında
Avqustun 24-də hava şəraitinin dəyişkən buludlu
olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturunun gecə 19-24, gündüz
30-34 dərəcə isti olacağı gözlənilir.
Abşeron çimərliklərində dəniz suyunun
temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26, Zağulba,
Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Şıx, Sahildə 27-28 dərəcə
isti təşkil edəcək.
Azərbaycanın rayonlarında
Avqustun 24-də hava şəraitinin əsasən
yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 19-24, gündüz
32-37, dağlarda gecə 10-14, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.
Aqrometeoroloji şərh
Avqustun 23- 25-də respublika
ərazisində isti, əsasən yağmursuz hava şəraiti gözlənilir. Dağlıq
və dağətəyi rayonlarda qısamüddətli yağışların düşməsi kənd təsərrüfatı
bitkilərinin inkişafı üçün əlverişli olacaq. Belə ki, Mərkəzi-Aran və
Naxçıvan MR rayonlarında havanın maksimum temperaturunun 35 dərəcədən yuxarı
olması bitkilərə mənfi təsir edəcək və suvarmaya ehtiyac yaradacaq, gözlənilən
hava şəraiti bağlarda meyvələrin və bostanlarda tərəvəzin, üzüm bağlarında isə
süfrə üzümünün yığımında, çoxillik otların biçini və becərmə işlərinin
aparılması üçün əlverişli olacaq.