İyunun
axırında, nəhayət, ABŞ konqresmenlərinin xahişi ilə vahid namizəd seçildi”
“Milli
Şuranın Azərbaycanda işləyən qurum ola bilməyəcəyini gərək hər kəs anlayaydı.
10-15 nəfərdən ibarət İdarə Heyəti və ya buna bənzər orqanın yaradılması
təşəbbüsü taran edildi, şəxsi və qrup maraqlarının üstünlük təşkil etdiyi Milli
Şurada seçki ilə bağlı heç bir ciddi müzakirə aparılmadı. Ancaq iyunun
axırında, nəhayət, ABŞ konqresmenlərinin xahişi ilə vahid namizəd seçildi”.
Moderator.az-ın APA-istinadən xəbərinə
görə, bunu Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev “facebook”
sosial şəbəkəsindəki səhifəsində Milli Şuranın (MŞ) fəaliyyəti ilə bağlı
yazısında qeyd edib.
R.
Quliyev daha sonra qeyd edib ki, MŞ bir ay müddətində vahid namizədin gələ
bilməyəcəyi barədə şübhə toxumu səpib, seçkilərə getməklə bağlı proqramı
müzakirə etməyib, bunun əvəzində alternativ namizəd axtarışında olub: “Hətta
Tiflisdə vahid namizədlə görüşəndən sonra da bu proses davam etdirildi. Bu
qalmaqallardan yorulmuş vahid namizəd isə seçkiyə getmək istəməyənlərin
məğlubiyyətin səbəblərini ancaq onun üzərinə atacaqlarını gördüyü üçün məktubla
və müsahibələrində istəyənin namizədliyini irəli sürə biləcəyini dedi”.
R.
Quliyev ehtiyat namizəd kimi Cəmil Həsənlinin adının hallandırılmasına da
münasibət bildirib: “Ehtiyat namizəd uğrunda canfəşanlıq edənlərin məqsədi
nədir? Prezident seçkilərində qələbə qazanmaq? Fikirləşirəm ki, psixi
xəstəxanaların “klientləri” arasında da buna inanan tapılmaz”.
ACP
lideri MŞ-dakı siyasətçilərin C. Həsənlini “qurbanlıq” seçdiklərini bildirib:
“Çox ehtimal ki, İlqar Məmmədovun qeydiyyat məsələsi həll ediləcək və o,
namizəd kimi sentyabrın 15-nə qədər həbsdən azad ediləcək. İlqar Məmmədov
Azərbaycan siyasətində ən qəribə fiqurdur. Ölkədə onu heç kim tanımır, ancaq
xaricdə yaxşı tanıyırlar, deməli, onların diqqəti Məmmədova yönəldiləcək. Cəmil
müəllimi istəsələr, qeydiyyatdan keçirəcəklər, istəməsələr yox. Çünki onunla
müqayisədə İlqar Məmmədov əsl müxalifət hesab olunur”.