Bu gün saat 16:00 radəsində Milli Şuranın toplantısı start götürüb. Bu barədə Moderator.az saytını
özəl mənbə məlumatlandırıb. Mənbənin bildirdiyinə görə, toplantıda əsas məqsəd
ehtiyat namizədin kimliyi məsələsinə aydınlıq gətirməkdir:
“Milli
Şuranın bugünkü toplantıda mövcud durum ətrafında fikir mübadiləsinin
aparılması planlaşdırılsa da, əsas məqsəd ehtiyat namizədin kimliyi məsələsinə
aydınlıq gətirməkdən ibarətdir. Bu baxımdan ehtiyat namizəd kimi Cəmil
Həsənlinin namizədliyinin səsə çıxarılacağı gözlənilir. Ehtimal olunur ki,
Milli Şura C.Həsənlinin namizədliyi məsələsində razılığa gələ biləcək. Lakin
C.Həsənlinin namizədliyi ilə bağlı yekdil mövqe əldə edilməyəcəyi təqdirdə,
bəzi qüvvələrin Milli Şuranı tərk edəcəyi də istisna edilmir”.