Vergilər naziri Fazil Məmmədov bu gün
Şirvan şəhərində əhali ilə görüb. Moderator.az-ın vergilər nazirliyinin
mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, nazir vergi ödəyicilərinə
göstərilən xidmətlər, vergilərin hesablanması, ödənilməsi, eləcə də vergi
nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlərlə bağlı
Şirvan şəhəri, Hacıqabul, Salyan, Neftçala, Sabirabad, Saatlı, Göyçay, Kürdəmir
və Ucar rayonlarından olan vətəndaşların müraciətlərini dinləyib.
Görüş Şirvan şəhərində 5 saylı Ərazi
Vergilər İdarəsində keçirilib. Qəbulda bəzi məsələlər yerində həllini tapıb.
Bəzi məsələlərin həlli üçün isə nazir tərəfindən müvafiq göstərişlər verilib.
Qəbula yazılan vətəndaşlar əsasən
sahibkarlıq fəaliyyəti dövründə üzləşdiyi problemlər, o cümlədən vergi
növlərinin və vergi dərəcələrinin azaldılması təklifi ilə nazirə müraciət
ediblər. Qəbulda müxtəlif rayonlardan 70-dən artıq sahibkar iştirak edib.