Avqustun 24-də vəkil Elton Quliyev “Media forum” saytına
2005-ci ildə tutularaq 10 il müddətinə azadlıqdan məhrum edilmiş sabiq iqtisadi
inkişaf naziri Fərhad Əliyevin açıqlamasını təqdim edib. Açıqlamada deyilir:
- Bu
gün mənə məlum oldu ki, professor Cəmil Həsənli qarşıdan gələn prezident
seçkisində Milli Şuranın namizədi olub. Cəmil Həsənli mənim həmyerlim, uzaq
qohumumdur və eyni zamanda hüquqlarımı müdafiə komitəsinin sədridir. Cəmil
Həsənliyə çox böyük hörmətim var, mənim üçün çəkdiyi əziyyətlərinə görə ona
minnətdaram.
Bununla
belə, Azərbaycan Respublikası prezidenti seçkisində yaxından tanıdığım, uzun
illər birgə çalışdığım, səriştəsinə, bilik və bacarığına yaxından bələd
olduğum, Azərbaycanın iqtisadi dirçəlişini təmin edən, dünyaya tanıdan, uzaqgörən
siyasəti ilə beynəlxalq nüfuza malik olan cənab İlham Əliyevə inanıram və onu
dəstəkləyirəm. Bu səbəblərə görə də prezident seçkisində cənab İlham Əliyevə
səs verəcəyəm. Yaxınlarımın da mənimlə eyni mövqedə durduğuna inanıram.